Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-713/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “TƏBİB” X15 və “Bakı Baş Səhiyyə Mərkəzi” X12rşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısının öldüyü halda zərərin əvəzinin ödənilməsi, maddi və mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı maddi və mənəvi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6167/2024 nömrəli 10 dekabr 2 024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçının arvadı Bakı Baş Səhiyyə İdarəsi 23 saylı Şəhər Poliklinikasında “sahə həkimi terapevti” işləyən X1 COVİD-19 virusu ilə mübarizə çərçivəsində öz xahişinə əsasən ““Atletlər” kəndi”ndə yerləşən modul tipli tibb müəssisəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ezam edilmiş, xx.xx.2020-ci il tarixdə ““Atletlər” kəndi”ni tərk etmişdir. Daha sonra o, virusa yoluxduğu üçün xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə stasionar müalicədə olmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq xx.xx.2020-ci il tarixində vəfat etmişdir. 2. 23 nömrəli Şəhər Poliklinikası tərəfi ndən xx.xx.2020-ci il tarixdə verilmiş əmr əsasında Mətanət Atayeva ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən “işçi vəfat etdikdə” (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi) əsası ilə xitam verilmiş, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin vərəsələrinə ödənilməsi, son haqq-hesabının, əmək kitabçasının, əmrin surətinin də vərəsələrinə təqdim edilməsi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 PHŞ-yə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə və X10 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi kim i 202.912 manat, mənəvi zərərin əvəzi kimi 70000 manat pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Baş Səhiyyə İdarəsinin 31.32 saylı telefonoqramması və TƏBİB-in xx.xx.2020-ci il tarixli 01-07 əmrinə əsasən 23 №-li poliklinikanın rəhbərliyi həkim-terapevt X1 başda olmaqla həkim briqadası COVİD-19-a yoluxmuş xəstələrin müalicəsi üçün 10-16 iyun 2020-ci il tarixlərində “Atletlər” kəndinə ezamiyyətə göndərilmişdir. İyun ayının 17-dən virusa yoluxmuş xəstələrlə təmasda olduğundan, Atayeva Mətanət işə çıxmamış, evdə karantində olmuşdur. İyun ayının 21-də həkimdə COVİD-19-un simptomları hiss edilməyə başlanmışdır. Evdəki müalicə yetərincə fayda vermədiyindən o, iyun ayının 24-ü axşamüstü, halı yüngül ağırlaşmış h alda 103 xidmətinin köməyi ilə Tibb Universitetinin Terapiya Korpusuna yerləşdirilmişdir. Həkimin yüksək peşəkarlıqla özünü, evdə olan böyük oğlu Məsimi və iddiaçını qoruması nəticəsində bu dövr ərzində iddiaçı və oğlu COVİD-19-a yoluxmamışdır. İyun ayının 25dən isə 23 nömrəli poliklinikanın rəhbərliyi tərəfindən iddiaçının və oğlunun işə getməməsi və evdə karantində qalmalarına göstəriş vermişlər. İddiaçıya məlum olmayan səbəblərdən yoldaşının halı müalicəsinin dördüncü günü qəflətən ağırlaşdığından onu koma vəziyyətinə salaraq, reanimasiya şöbəsinə yerləşdirmişlər. Həkimlərin uzun-uzadı, qeyrieffektiv müalicəsinin, alınaraq vaxtında çatdırılan müalicə preparatların və s. heç bir köməyi olmadı və ömür boyu heç bir yanaşı xəstəliyi olmayan yoldaşı müalicəsinin 28-ci günü, 2020-ci il iyul a yının 22-də dünyasını dəyişmişdir. Onun vəfatı əsgəri xidmətdən yenicə qayıdan (xx.xx.2020), onunla uzun müddət görüşə bilməyən (hərbi hissələrdə karantin olduğundan) kiçik oğluna, hələ evləndirə bilmədikləri böyük oğluna və iddiaçıya çox pis təsir etmişdir. Bu itki ilə bağlı uzun sürən narahatlıq, həyəcan, üzücü məlumatsızlıq səbəbindən səhhətində yaranan kardioloji və nevroloji problemlərlə bağlı bu mövzuya gec müraciət edilmişdir. Bir tərəfdən də məmurların xx.xx.2021-ci il tarixli müraciət məktubuna laqeyd, məsuliyyətsiz münasibətləri səbəbindən bu məktuba ya heç cavab almayıb, ya da 4-5 aya cavab almışdır. Yaranmış gərgin psixoloji vəziyyətlə bağlı iddiaçı və kiçik oğlu Asim uzun müddət çoxsaylı tibb müəssisələrində müayinə, müalicə olunmuş və vəziyyəti düzəlmədiyindən tibbi əməliyyat olunmuşdur. Rəsmi qaydada əldə etdiyi sənədlər təsdiqləyir ki, ezamiyyətdə olan həkim briqadası dözülməz ağır iş qrafiki şəraitində istirahətsiz işlədilərək “istismar” ediliblər. Risk qrupuna yaxın 56 yaşlı xanımı ezamiyyətə göndərməmişdən, həm Səhiyyə Nazirliyi, həm də “TƏBİB” öz işçilərini insan sağlamlığı üçün zərərli və təhlükəli virus olan qapalı bir yerə ezam etməmişdən əvvəl onların həyatını ən yüksək risklərdən və ölümdən sığorta ilə təmin etməli, iş yerlərində qanunauyğun normal iş şəraiti yaratmağa borclu idilər. İşçilərin yerlərdə bütün növ sığorta təminatı, əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsinə dövlət nəzarəti məhz X10 Xidmətinin vəzifə borcudur. Bu baxımdan bu üç dövlət orqanı baş vermiş ölüm hadisəsinin təşkilatçıları və iştirakçılarıdırlar. Baş vermiş öl üm hadisəsinin əsas səbəbləri dövlət orqanlarının vəzifəli şəxslərinin aşağıdakı qanun pozuntularıdır: 1) Tabeçilik üzrə yuxarı təşkilatlara ezamiyyət (respublika ərazisi daxilində) müddəti yolda olduğu vaxt nəzərə alınmadan işçilər üçün 5 gündən artıq olmamalıdır. 23 nömrəli şəhər poliklinikasının 38 nömrəli əmrinə əsasən həkimi ezamiyyətə xx.xx.2020-ci il tarixdən ezamiyyətə göndərən rəhbərlik ezamiyyətin bitmə vaxtını heç müəyyən etməyib. İş vaxtının istifadəsi cədvəlindən isə görünür ki, onları 7 gün ezamiyyətə göndəriblər. Qanunun 5 gündən əlavə olaraq ezamiyyət vaxtının uzadılmasına yol verdiyi halı nəzərə alsaq, burada mütləq ikinci əmrlə ezamiyyətin vaxtı uzadılmalı idi. Belə bir əmr isə təəssüf ki, yoxdur. 2) Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı tələbi yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edir. Əmək Məcəlləsinin 89-cu maddəsi işçilər üçün gündəlik normal iş vaxtının müddətini 8 saatadək müəyyən edir. Həkim briqadasını isə 5 günə 60 saat, 7 günə 84 saatlıq iş qrafikinə məcbur ediblər. 3) Əmək Məcəlləsinin 99-cu maddəsinin 4-cü bəndində əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz yazılıb. Həkim briqadasını isə 8+2 əvəzinə 8+4 saatlıq iş qrafikinə məcbur ediliblər. 4) ƏM-nin 100-cü maddəsində hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərl i olan iş yerlərində isə iki saatdan çox ola bilməz yazılıb. Həkim briqadasını isə 8+10 saat əvəzinə 12+12 saatlıq iş qrafikinə məcbur ediblər. Budur əsl istismardır. 5) Əmək Məcəlləsinin 209-cu maddəsinə görə işçilərin iş yerlərində hər hansı təcili və təxirəsalınmaz iş görmələrindən asılı olmayaraq, rəhbərlik qanuna müvafiq tədbirlər çərçivəsində işçinin sağlamlığının mühafizəsi üçün qanunauyğun iş qrafiki yaratmağa borcludur. Əmək Məcəlləsinin çoxsaylı tələb və normalarının kobud pozulması şəraitində ezamiyyətdə olan həkimin vaxtı uzadılmış dözülməz ağır iş şəraitində - 7 gün dalbadal hər gün 12 saat olmaqla, fasiləsiz, iş günləri arası istirahətin verilməməsi, 7 günə 84 saat işə cəlb edilməsi səbəbindən yeni növ ölümcül virusa yoluxmuş xəstələrlə qapalı şəraitdə, uzun-uzadı fasiləsiz, yüksək həssaslıqla, həyəcanlı, gərgin əsəbi vəziyyətdə istirahətsiz işlədilərək, sonda həkimin fiziki yorğunluğuna, tükənmişlik halına çatdırılması, zəifləmiş orqanizminin yüksək doza virus qəbul etməsi səbəbindən o, COVİD-19-a yoluxaraq, sonda uzun müalicədən sonra dünyasını dəyişmişdir. Hadisənin COVİD-19-la bağlı olması ona fərdi və xüsusi hal kimi yanaşma tələb edir. Respublikamızda pandemiyanın rəsmən 2020-ci ilin mart ayında elan edildiyindən sonrakı dövrdə: iyun ayının 10-na kimi öz iş yerində daima xəstələrlə təmasda olan həkimin özünü və ailəsini peşəkarlıqla qoruya bilməsi bir daha ezamiyyətdə olduğu müddətdə hansı ağır və dözülməz iş şəraitli mühitdə “istismar” edildiyini sübut edir. İyun ayının 17-dən evdə karantində olması, xəstəliyin simptomlarının sonradan biruzə verməsini: baş verənləri rəhbərliyin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) ucbatından işdə baş vermiş hadisə kimi və Əmək Məcəlləsinin çoxsaylı tələb və normalarının pozulması, Məcəllənin 313-cü maddəsinin Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti tələbi ilə araşdırılması məhkəmədən xahiş edilmişdir. İndiyə qədər bu hadisə ilə əlaqədar 23 nömrəli poliklinikanın rəhbərliyinə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət məktubuna heç bir dövlət orqanından qanun pozuntularına və ailəyə dəymiş ziyana görə təzminat ödənilməsinə münasibət bildirilməyib. 1) iddiaçının xx.xx.2021-ci il tarixli məktubuna Səhiyyə Nazirliyi iddiaçının oktyabr ayının 11-də aldığı məktubunda məsələni həll etmək üçün ə rizəni İcbari Tibbi Sığorta Agentliyinə göndərdiyini bildirib. 2) TƏBİB-in uzunmüddətli susması səbəbindən iddiaçı onların daxili qaynar xətti ******* telefon nömrəsinə ən azı bir ay hər gün zəng vurmuş, lakin təəssüf ki, bu telefona cavab verən olmamışdır. Daima vacib zənglərlə məşğul olan 1542 qaynar xəttinə zəng isə yarım saatdan sonra baş tutmuşdur. Uzun-uzadı danışıqlardan sonra iddiaçıya vəd edilən nə telefon əlaqəsi, nə də rəsmi cavab olmamışdır. 3) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ərizəmi baxılmaq üçün İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyini bildirərək, öz işini bitmiş hesab edirdi. Çoxsaylı telefon zənglərindən sonra və onlara ünvanladığı xx.xx.2021-ci il tarixli teleqramdan sonra iddiaçıya yazdıqları məktubda məs uliyyətdən qaçaraq, qanun pozuntularına münasibət bildirmədən məntiqsiz bir cavab vermişlər. Vəzifə borcu olaraq X10 Xidmətinin işçiləri bu iki dövlət qurumunun ucbatından baş vermiş qanun pozuntuları və ölüm hadisəsinin baş verməsində onların hər birinin ayrı-ayrılıqda qanuna zidd hərəkətlərini (hərəkətsizlikləri) araşdıraraq ortaya qoymalı idilər. İşçilərin yerlərdə bütün növ sığorta təminatı, əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsinə dövlət nəzarəti məhz DƏMX-nin vəzifə borcudur – bu, onların nizamnaməsində yazılmışdır. Adı çəkilən bu 3 dövlət qurumunun vətəndaş müraciətlərinə qanunazidd, qeyri-etik münasibətləri, səhlənkar məsuliyyətsiz yanaşmaları, ötür-ötür oyunu, bir-birini “ələ verməmək”, susmaq oyunları sonda məsələni daha vacib işlərlə məşğul olmalı olan məhkəməyə s üni yük olaraq gətirib çıxarır. Öz gündəlik işində daima vicdanlı, fəal çalışması, Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi, peşəkar həkim kimi, X20 fəal ictimaiyyətçi kimi respublika səviyyəsində keçirilən bütün növ tədbirlərdə, bütün növ seçkilərdə məntəqə seçki komissiyasının sədr müavini, məntəqə seçki komissiyası sədri olan, Formula 1 yarışlarında, ilk Avropa İdman oyunlarında, İslam idman oyunlarında həkim-nəzarətçi kimi iştirak edərək, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın və Respublika Prezidentinin təşəkkürnaməsini alan, Prezidentin pandemiyaya qarşı tədbirlərini həyata keçirməyə könüllü qoşulan bir şəhidhəkimin taleyinə və ailəsinə laqeyd münasibət bəslənilir. Məsələnin araşdırılması, günahkar şəxslərin müəyyən edilməsi, sığorta təminatı və ailəyə dəymiş maddi və mənə vi ziyanın ödənilməsi məqsədilə iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Bir il davam edən məhkəmə 5-6 iclas keçirərək, yeganə bir faktı mərhumun "xxxx" ASC tərəfindən icbari sığortalandığını ortaya çıxarmışdır. Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə idarəsi, 23 nömrəli poliklinikanın rəhbərliyi, onların həmkarlar ittifaqı sədri düz 19 ay ərzində bu müqavilənin olması barədə rəsmi müraciətə susmuş, heç kimdə bu barədə məlumat yoxdur deyə iddiaçıya yalan söyləmişdir. Məhkəmənin adı gələn kimi tələm-tələsik müqavilə ortaya çıxmışdır. Həm də müəmmalı cəhət odur ki, müqavilə ilin əvvəlindən deyil, xx.xx.2019-cu il tarixdən, özü də bu müqavilədən heç xəbəri olmayan 23 nömrəli poliklinikanın Baş Həkimi tərəfindən imzalanmışdır. Göründüyü kim i, bu işlə bağlı olan “məmur əmilərin” qaranlıq, dolaşıq və fırıldaq əməlləri çoxdur. Birinci instansiya məhkəməsi iddianın mülki məhkəmə icraatı qaydasında araşdırılmasının mümkünlüyü qərarını çıxarmışdır.
5. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi kimi 202912 manat, mənəvi zərərin əvəzi kimi 70000 manat pulun cavabdehlərdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumun vəziyyətinin ağır olması səbəbindən onu müalicə edən həkim-reanimatoloq Qasımov Emilin təyin etdiyi yüksək təsirli xarici müalicə preparatlarının alınması və s. ilə bağlı ailə büdcəsindən aşağıda göstərilən müalicə və digər maliyyə vəsaiti xərclənmişdir. İddiaçı və ailə üzvləri bu vaxt evd ə karantində olduqlarından həkimin müalicəsi üçün alınan və vaxtında çatdırılan preparatlar qaynının həyat yoldaşı Hacıyeva Solmaz və digər qaynının oğlu Elçin Hacıyev tərəfindən çatdırılmışdır. Aktemra – 950 manat, Favirapir – 900 manat, Nəfəs aparatı – 1200 manat, İtaliya istehsalı iynə - 1000 manat, Ağ ciyərlərin təmizlənməsi üçün kənardan həkim dəvəti – 300 manat, Qanın təmizlənməsi üçün ləvazimatlar – 450 manat, COVİD-19-a yoluxmuş pasiyentin qanı (plazma qan+İİİ rezuslu) – 1500 manat, nəqliyyat, çatdırılma və tibbi ləvazimatlar – 150 manat, dəfn mərasimi və qəbirüstü abidənin düzəldilməsi – 3500 manat olmaqla, cəmi 9950 manat. Heç bir yanaşı xəstəliyi olmayan həkimin vəziyyətinin birdənbirə ağırlaşması, koma vəziyyətində uzunmüddətli, qeyri-effektiv müalicəsi, məlumatsızlıq, ailə ü zvlərini yalandan da olsa sakitləşdirməyə cəhd, həkimin dünyasını dəyişməsi, dövlət orqanlarının həmin ailəyə qeyri-etik münasibətləri səbəbindən keçirdiyi dərin sarsıntı və psixoloji gərginlik səhhətində çox ciddi problemlər yaratmışdır. Bu səbəblərdən də iddiaçı və kiçik oğlu aşağıda göstərilən tibb müəssisələrində müayinə, müalicə olunmuşdur. Müalicə prosedurlarının bütün təsdiqləyici sənədləri var. Vəziyyətinin indi qismən düzəlməsinə baxmayaraq, gündəlik təyin edilmiş dərmanları qəbul etməkdə davam edir (təzyiq, narahatlıq, qulaqlarda küy və s.) Mərkəzi Respublika Klinik Xəstəxanası – kardioloq Oktay Musayev xx.xx.2020 – 160 manat, Elmi-tədqiqat kordiologiya institutu Fərəcova Nailə xx.xx.2020, xx.xx.2020 – 250 manat, “Yeni Tibbi Texnologiyalar“ MMC Nevrologiya Klinikası (panik atakla rdan müalicə) - Rövşən Həsənov xx.xx.2020 – 280 manat, Bakı Sağlamlıq Mərkəzi (bir sutkalıq kardioloji nəzarət aparatı X16) xx.xx.2020 – 95 manat, X21 Mərkəzi həkim Babayeva Gülüstan xx.xx.2020, xx.xx.2020 daxili orqanların, qanın, sidiyin, hormonların və s. tam analizi – 93 manat, X21 X8 –müalicə resepti xx.xx.2020 + göndəriş – 480 manat, Modern Hospital xx.xx.2021 – kolonoskopiya (polip biopsiya), videoezofaqoqastrodueduodenoskopiya, analizlərin yoxlanılması: Bakı Patologiya Mərkəzi + İstanbul NS Klinikası, X21 Mərkəzi – xx.xx.2021, biokimya, müalicə resepti: dərmanlar (Rusiyadan gətirilməklə), həkim – bacı xidməti - xx.xx.2020, Respublika Diaqnostika Mərkəzi – 1900 manat xx.xx.2021, cərrahiyyə əməliyyatı – Məlikov Nemət, qastroentrologiya – Pol, Reanimasiya və intensiv terapiya – 1108 m anat, X26 Hospital – xx.xx.2023, həkim qastroentroloq Gülnar Vəliyeva, kardioloq Məmməd Məmmədov, tam kardioloji müayinə (təzyiqlə əlaqəli) + daxili orqanların və qanın tam analizi -26 parametr üzrə + dərman resepti – 1250 manat, gündəlik qəbul etdiyi dərmanlar – 3 il ərzində - 1350 manat olmaqla, cəmi 7446 manat. Uzun zaman ailədən uzaq düşən kiçik oğlu Asimin (Türkiyədə Ali Təhsil, həqiqi hərbi xidmət) ailəyə, xüsusilə anasına bağlılığı onu bu ölüm hadisəsi səbəbindən çox sarsıtmışdı. Daima narahat, gərgin, əsəbi və kədərli olmasına görə onu da aşağıda göstərilən tibb müəssisələrində müalicə etdirmişdir. Bakı Estetik Klinikası, həkim Bədirov C. Dərmanlar + həkim – bacı xidməti - xx.xx.2021 – 200 manat, X24 – xx.xx.2021, qəbul + daxili orqanların doppler US müayinəsi, həkim Abdulov Ramil – 150 manat, X22 Mərkəzi: xx.xx.2021 həkim Babayeva Gülüstan, allergik, infeksiya, biokimya, immunoloji, makroskopik, mikroskopik, həzm sistemi analizləri+resept – 375 manat, resept – 85 manat, Momerial Klinik T.M: xx.xx.2021, həkim Babayeva Gülüstan, allergik analizlər+resept -195 manat, Momerial Klinik T.M. xx.xx.2022 həkim Babayeva Gülüstan, müxtəlif növ tibbi analizlər+resept – 466 manat, 55 manat, Momerial Klinik T.M. xx.xx.2022 həkim Babayeva Gülüstan, allergik analizlər, tam abdominal USM+resept – 225 manat, X23 xx.xx.2023 həkim Gülnar Vəliyeva resept + qəbul – 215 manat, təkrar Liv Bonadea xx.xx.2023 kolonoskopiya əm., Funda Klinikası xx.xx.2023, xx.xx.2023 həkim Fərrux Nağıyev, qəbul, müayinə analizlər və müalicə resepti – 650 manat olmaqla, cəmi 2.616 manat. Sağlam həyat tərzi sü rən ailəsinin sağlamlıqla bağlı heç bir problemi olmayıb. Daim yanlarında olan peşəkar həkim həyat yoldaşı sayəsində sağlam, mehriban ailə olaraq həyat sürmüşlər. Ailə başçısının ölümü ilə iddiaçı və uşaqlarının da “qara” günləri başlamışdır. Bu bədbəxt hadisə talelərinə çox ağır zərbə vurdu. Yuxarıdakı müalicə müəssisələrinin sayəsində bu itki ilə bağlı iddiaçı və kiçik oğlu narahatlıq, gərgin, əsəbi və psixoloji sarsıntı, stres üzündən xəstəlik “qazanmış” uzun-uzadı əziyyətli və üzücü həyatda səhhətini normal hala gətirməyə çalışır. Mənəvi sarsıntı, stress, narahatlıq, gündəlik yarımçıq həyat, həyatda sağlam tarazlığın pozulması, ailəni həm maddi, həm də mənəvi cəhətdən “boğur”. Deyilənləri nəzərə alaraq, həm həkimin müalicəsi üçün, həm də oğlu ilə onun müalicəsinə çəkilən xərclər ailəyə vurulmuş maddi ziyan kimi qəbul edilməlidir. Mərhumun orta illik maaşı 7524manat olmuşdur. 1) pensiyaya çıxanadək 9 il x 7524 = 67716 manat, 2) pensiyadan gəlirlər 13 il x (450 x 12 ay) = 70200 manat, (orta yaş - 78 il, pensiya – 450 manat) 3) Xidmətçiyə ayrılan vəsait 15 il x 3000 – 45000m, (ayda – 250 manat) cəmi – 182900 manat. Baş vermiş ölüm hadisəsinin baş vermə səbəblərindən xəbərdar olan cavabdehlərin heç biri bu günə kimi hadisəyə öz münasibətlərini bildirməyiblər. Dözülməz və ağır iş qrafikinə cəlb edilən mərhum həkimin ölüm səbəbini araşdırmağı lazım bilməyən X10 Xidməti unudub ki, yerlərdə əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə Dövlət Nəzarəti məhz onların vəzifə borcudur. İddia ərizəsində ailəyə dəymiş maddi 15000 manat və 70000 manat mənəvi ziyan tələbin in dəyişdirilərək 202912 manat maddi və 70000 manat mənəvi ziyana görə təzminat ödənilməsi tələbi ilə cavabdehlər qarşısında tələb qərarı çıxarılması məhkəmədən xahiş edilmişdir.
7. Məhkəmə iclasında cavabdeh “TƏBİB” PHŞ-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin nümayəndələri X4 və X2 iddianı qəbul etməyib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi heç bir sübut təqdim etmədən iddianın bəzi təsdiq edilməyən səbəblərdən düzgün olmadığı ehtimalını irəli sürmüşdür: Guya iddiaçının mərhum həyat yoldaşı COVİD-19 virusuna yoluxarkən ailə üzvləri də covid xəstəsi o lmuşlar. Bununla o, təsdiq etmək istəyir ki, ailənin digər üzvlərinin xəstə olması səbəbindən mərhum həkim X1 da COVİD-19 virusuna məhz evdə yoluxub. İddiaçı və böyük oğlu bu dövrdə Covid-19 virusuna yoluxmamışdır. Bu barədə iddia ərizəsində ətraflı yazmışdır. Həkim iyun ayının 24-də xəstəxanaya yerləşdirdikdən sonra iyun ayının 25-i 23 №-li Poliklinikanın baş həkiminin müavini Vahid Əliyev zəng edərək, həkim iddiaçı və oğlu xəstə ilə təmasda olduğundan, onların evdə karantində qalmalarını tələb etmişdir. İddiaçı və oğlu işə getmədiyinə görə onlara xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi vermişlər. Ailə üzvləri Covid-19 virusuna noyabr ayının sonunda yoluxmuşdur. Xəstəliyin müalicəsinin istiqamətini və keyfiyyətini müəyyənləşdirmək üçün id diaçı və kiçik oğlu “Döş qəfəsi kompüter tomoqrafiyası” etdirmişdir. Guya ki, mərhum həkimin ölümünə səbəb heç Covid-19 xəstəliyi olmayıb və mentaliteti “gözləyən” “kişi” məmur onun məhz yanaşı (yəni tamamilə başqa) xəstəlik səbəbindən ağır xəstəliyə düçar olduğu “variantını” söyləyirdi. Tabeçiliyində olan TƏBİBdən xəstəliyin tarixçəsini ala bilməyən BBS mərkəzinin nümayəndəsi fantaziya qürur, ehtimallar uydurur. Baş verənlərlə onların heç bir əlaqəsinin olmadığını sübut etməyə cəhd edirdi. Xəstəxanadan verilən ölüm haqqında tibbi şəhadətnamənin mətninə fikir verdikdə görünür ki, ölümün səbəbi “Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal”, “kəskin respirator çatışmazlıq” göstərilib. Sonrakı sətrində isə “əvvəlcə mövcud olan səbəblərin “Koronaviruslar başqa rubrikalarda təsnif edilən xə stəliklərin törədicisi kimi” “Digər rubrikalarda təsnif edilən virus xəstəlikləri zamanı rast gəlinən pnevmoniya” göstərilib. Hər şey gün kimi aydın yazılıb. Üç il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu faciə ilə bağlı “məlumatsızlıq” ən azı səhiyyə sistemi strukturunun fəaliyyətsizliyini və bu sistemin məmur özbaşınalıqlarını açıq-aşkar göstərir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)1297/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin “cavabdeh X10 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsa slar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)1297/2024 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia rədd edilmişdir.
12. Məhkəmə tərəfindən iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı cavabdehlərin təqsiri ucbatından həyat yoldaşının ölümü nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirərək, vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb etsə də, məhkəmə araşdırmaları zamanı onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, yəni iddiaçının həyat yoldaşının ölümündə, həmçinin, onun ölümü nəticəsində iddiaçının bu və ya digər maddi və mənəvi zərərə məruz qalmasında cavabdehlərin təqsiri aşkar edilməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçının həyat yoldaşı “COVİD-19” xəstəliyinə yoluxmuş, xəstələrlə işləmək üçün könüllü olmuş və öz xahişi ilə ““Atletlər” kəndi”nə ezam edilmiş, 1 həftə gücləndirilmiş iş rejimi ilə işlədikdən sonra ezamiyyəsi bitdiyindən oranı tərk etmişdir. Sübuta ehtiyacı olmayan faktdır ki, pandemiya dövründə virusa yoluxmuş xəstələrlə işləyən tibb işçiləri işlədikləri vaxt həmin virusa yoluxmamaq üçün bütün tibbi geyimlər, avadanlıqlar və ləvazimatlar ilə təchiz olunmuş, tam izolyasiya edilmiş formada işləmələri, işlərini bitirdikdən sonra özlərini dezinfeksiya etmələri üçün onlara hər cür şərait yaradılmışdır. Həkimlərə və tibb işçilərinə tələbatın bu qədər yüksək olduğu həssas dövrdə hər hansı qurumun və ya xəstəxananın (istər cavabdehlər olsun, istə r qeyrisi) isə həkimin məhz həmin xəstəliyə yoluxmasına və ya yoluxduqdan sonra ölümünə yol verməsi ehtimalı qətiyyən ağlabatan hesab edilmir. İddiaçının həyat yoldaşının ezamiyyəsi bitdikdən qısa müddət sonra xəstəliyə yoluxması və həmin xəstəlik səbəbindən ölməsi hələ o demək deyil ki, bütün bunlar cavabdehlərin təqsirli hərəkətləri (və ya hərəkətsizlikləri) nəticəsində olmuşdur. Belə ki, onun virusa yoluxması aşkar edildikdən sonra bir müddət klinika şəraitində müalicə alması, lakin görülmüş tədbirlərə baxmayaraq, vəfat etməsi faktı da iş materialları əsasında öz təsdiqini tapır. Qeyd olunanlara istinadən məhkəmə hesab etmişdir ki, hazırki işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiyası ilə uzlaşmadığından, yəni tələb əsassız olduğundan təmin edilməməlidir.
13. Mətanə t Atayevanın insanın səhhətinə mənfi təsir göstərən əmək şəraitli iş yerində 1 həftə ərzində qanunla müəyyən edilmiş müddətdən artıq işləməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin göründüyü kimi, onun özü könüllü olaraq ezam edilmiş, hazırda mübahisələndirilən müddət məsələləri ilə bağlı hər hansı narazılığı olmamış, belə ki, aidiyyəti quruma bu barədə şikayət etməmiş və onun ezam edildiyi yer barəsində hər hansı hüquqi məsuliyyət tədbiri görülməmişdir. Beləliklə, iddiaçının mərhum həyat yoldaşını ezam edən müəssisə tərəfindən qanunvericiliyin ezam müddəti və iş vaxtı ilə bağlı tələblərinin pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi onun ölümü ilə cavabdehlərin bu hərəkətləri arasında səbəbli əlaqənin olması qənaətinə gəlmək üçün tutarlı əsas hesab edilmir.
14. Məhkəmə həmçini n qeyd etmişdir ki, hazırkı mübahisənin faktiki hallarından görünür ki, iddiaçının mərhum arvadı öz xahişi ilə ezam olunmuşdur. Ezam olunduqdan sonra iş saatı və ya əmək şəraiti ilə əlaqədar heç bir şikayəti olmamışdır. Həmçinin cavabdehlərin təqsirli hərəkət və ya hərəkətsizliyinə görə hüquqi məsuliyyətə cəlb edilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Əgər hüquq pozuntusunun əsas elementlərindən olan təqsirli hərəkət və ya hərəkətsizliklə zərər arasında səbəbli əlaqə müəyyən edilmirsə, bu zaman əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Göründüyü kimi, iddiaçının mərhum arvadının iş vaxtından artıq işləməsi nəticəsində COVİD-19 virusuna yoluxması faktı da iddiaçı tərəfindən sübut edilməmişdir. Buna görə də cavabdehlərdən maddi və mənəvi zərərin tutulması barədə id dianın təmin edilməsi üçün əsas müəyyən edilmir.
15. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının maddi ziyan kimi qiymətləndirdiyi arvadının uzun müddət yaşasaydı alacağı əmək haqqı və pensiyası ağlabatan hesab edilmir, arvadı öldüyünə görə hazırda ona baxan xidmətçiyə ödədiyi ödənişlər isə onun öz iradəsi əsasında üçüncü şəxslə daxil olduğu müqavilə münasibətlərindən yaranmış xərc olduğundan, cavabdehlərə bu və ya digər şəkildə aidiyyəti müəyyən edilmir.
16. İddiaçı arvadının ölümünü həm də ailə başçısını itirmək kimi qiymətləndirsə də, işin faktiki halları Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə də uyğun gəlmir. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; - şəxsin ölümündən sonra doğulmuş uşağı; - ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; - ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddədə həmçinin, qeyd edilir ki, işləməyən və ölənin uşaqlarına, nə vələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Zərərin əvəzi aşağıdakılara ödənilir: - yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; - on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; - əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük;- əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; - ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvü nə - qulluq etdikləri on dörd yaşına çatanadək. Göründüyü kimi, iddia tələbi bu maddənin əhatə dairəsinə də düşmür.
17. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1112, 1117 və 1121-ci maddələrinə, xx.xx.2012-ci il tarixdən qüvvədə olan “X3”na, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndinə, Mülki-Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1-76.2, 77.1, 80, 88, 106.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla həmçinin göstərilmişdir ki, baş vermiş ölüm hadisəsinin əsas səbəbi məhz ezamiyyət dövründə məmurların özbaşınalığı və vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni dözülməz iş rejimi və iş şəraiti tətbiq etməkləri səbəbindən fiziki yorğunluq və tükənmişlik halına çatdırılaraq, mərhum həkim çox yüks ək doza virus qəbul etdiyindən zəifləmiş orqanizmi virusa qarşı mübarizə apara bilməmişdir. Ona görə də, xəstəxanaya yerləşdirdikdən qısa vaxt sonra halı pisləşmiş və koma vəziyyətinə düşərək dünyasını dəyişmişdir. Hakim mərhumun iş vaxtından artıq işləməsi nəticəsində Covid - 19 virusuna yoluxması faktının iddiaçı tərəfindən sübut edilmədiyinə istinad etmişdir. X13 Covid-19 virusunun yoluxma səbəblərini göstərərək qeyd edir ki, istənilən halda ağzında maska (tənzif) olmaqla bu kontakt məsafəsi, kontakt müddəti və kontakt mühiti şəraitidir. Bu sübuta ehtiyacı olmayan haldır. Mərhumun insanın səhhətinə mənfi təsir göstərən əmək şəraitli iş yerində bir həftə (7 gün) ərzində qanunla müəyyən edilmiş müddətdən artıq işləməsi məhkəmə tərəfindən müəyyən edilsə də, nədənsə bunlar qanun pozuntusu h esab edilməyib. İş üzrə araşdırma aparılarkən lazım olan zəruri sübutlar məhkəmə tərəfindən tələb edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6167/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X7) apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1297/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə hesab etmişdir ki, işin hallarına əsasən Mətanət Atayevanın koronavirusa yoluxması və nəticədə vəfat etməsinin cavabdehlərin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olması müəyyən edilmir. Hamıya bəlli olan haldır ki, COVİD-19 virusunun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edilmiş, virus qısa zamanda insanlar arasında kütləvi şəkildə yayılmış, dövlət tərəfindən COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərinə dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçiləri və könüllülər cəlb edilmişlər.
23. Eyni zamanda, dövlət qurumları tərəfindən pandemiya dövründə virusa yoluxmuş xəstələrin müalicəsinə cəlb edilmiş tibb işçiləri virusa yoluxmamaq üçün bütün tibbi geyimlər, zəruri avadanlıq və ləvazimatlar ilə təchiz olunmuş, tam izolyasiya edilmiş formada işləmələri, işlərini bitirdikdən sonra özlərini dezinfeksiya etmələri üçün onlara hər cür şərait yaradılmışdır.
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tibb işçilərinə tələbatın bu qədər yüksək olduğu həssas dövrdə hər hansı qurumun və ya tibb m üəssisəsinin tibb işçilərinin həmin virusa yoluxmasına və ya yoluxduqdan sonra ölümünə yol verməsi ehtimalı qətiyyən ağlabatan hesab edilmir.
25. İddiaçının iddiasına görə, onun həyat yoldaşının ölümünə səbəb məhz cavabdehlər tərəfindən qanunvericiliyin ezam müddəti və iş vaxtı ilə bağlı tələblərinin pozulması, bunun nəticəsi olaraq mərhumun fiziki yorğunluq və tükənmişlik halına çatdırılması, yüksək doza virus qəbul etdiyindən zəifləmiş orqanizmin virusa qarşı mübarizə apara bilməməsi olmuşdur Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının həyat yoldaşının virusa məhz ezamiyyət müddətində yoluxması iş materialları ilə təsdiq olunmur.
26. İşdən həmçinin görünür ki, 23 saylı Şəhər Poliklinikasının Baş həkimi tərəfindən COVİD-19 ilə mübarizə çərçivəsində xəstələrə kömək məqsədilə həkimlərin t ələb olunduğu bildirildikdə, sahə həkimi Günel Verdiyeva ilə yanaşı, sahə həkimi Mətanət Atayeva da könüllü olaraq getmək istədiyini bildirmiş, ezamiyyət müddəti ilə bağlı narazılığını ifadə etməmiş, ezamiyyət müddəti ərzində də iş şəraiti ilə bağlı aidiyyəti qurumlara şikayət etməmişdir.
27. O da nəzərə alınmalıdır ki, dövlət tibb müəssisələrində çalışan işçilərin COVİD-19 virusu ilə əlaqəli ağır əmək şəraiti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1947 nömrəli sərəncamı ilə əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Yəni həmin dövrdə tibb işçilərinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş normadan artıq işləməsi dövlətin diqqətindən kənar qalmamışdır.
28. Məhkəmə qeyd etmişdir ki, iddia çının maddi ziyan tələbi ilə bağlı dəlilləri ağlabatan hesab edilmir, həyat yoldaşı öldüyünə görə hazırda ona baxan xidmətçiyə ödədiyi ödənişlər isə onun öz iradəsi əsasında üçüncü şəxslə daxil olduğu müqavilə münasibətlərindən yaranmış xərc olduğundan, cavabdehlərə bu və ya digər şəkildə aidiyyəti müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, TƏBİB öz işçilərini insan sağlamlığı üçün zərərli və təhlükəli virus olan qapalı bir yerə ezam etməmişdən əvvəl onların həyatını ən yüksək risklərdən və ölümdən sığorta ilə təmin etməli, iş yerlərində qanunauyğun normal iş qrafiki yaratmağa borclu idilər. Təəssüf ki, bu istiqamətdə heç bir iş görülməyib, ezamiyyətdə olan briqadanın dözülməz ağır iş qrafikinə cəlb edilməsinə rəhbərlik biganə qalmışdır. Tabeçilik üzrə yuxarı təşkilatlara ezamiyyət (respublika ərazisi daxilində) müddəti yolda olduğu vaxt nəzərə alınmadan işçilər üçün 5 gündən artıq olmamalıdır. 23 № şəhər poliklinikasının 38 № əmrinə əsasən (bax qoşma 23 № şəhər poliklinikasının 38 № əmri) həkimi ezamiyyətə xx.xx.2020-ci il tarixindən ezamiyyətə göndərən rəhbərlik ezamiyyətin bitmə vaxtını heç müəyyən etməyib. İş vaxtının istifadəsi cədvəlində isə görünür ki onları 7 günə ezamiyyətə göndəriblər. Qanunun 5 gündən əlavə olaraq ezamiyyət vaxtının uzadılmasına yol verdiyi halı nəzərə alınsa, burada mütləq ikinci əmrlə ezamiyyətin vaxtı uzadılmalı idi. Belə bir əmr isə yoxdur.
31. Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı tələbi yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi habelə insan səhhətinə mənfi təsir göstərən digər amillər (burada Covid-19 virusu) olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edir. Həkim briqadasını isə 5 günə 60 saat, 7 günə 84 saatlıq iş qrafikinə məcbur ediblər.
32. Əlavə sübutların tələb edilməsi üçün şifahi vəsatətlər verilsə də, məhkəmə tərəfindən rədd edilmişdir. İş üzrə aşardırıllma aparılarkən qeyd olunan maddələrin tələblərinin kobud pozulması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsi yyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. Maddə 1117. müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.
39. Maddə 1121. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 40. 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 41. 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 42. 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 43. 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
44. Maddə
93. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər ol an əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı
45. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə on un sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
46. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi izti rab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. “X3”nın “Respublika ərazisi daxilində ezamiyyələr” adlanan İİ hissəsinin 1-ci bəndi:
47. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır.
48. Ezamiyyət müddətinin işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2 -ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasını n tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6167/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.