Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7130/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyiilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(001)6737/2018. saylı qətnaməsi ilə, İddiaçı cavabdeh Azərbaycan X2 qarşı “məhv edilmiş əmlakın dəyərinin ö dənilməsi və ya eyni əmlakla əvəz edilməsi tələbinə dair iddiası, yani cavabdeh Azərbaycan X1 məxsus olan avtonəqliyyat vasitəsinin bazar dəyərinin, yəni 10000 manatın ödənilməsi və ya eyni əmlakla əvəz edilməsi barədə iddia tələbi rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-5187/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6737/2018 saylı mülki iş üzrə qəbul etdiyi 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan X2 qarşı cavabdeh Azərbaycan X1 məxsus olan avtonəqliyyat vasitəsinin b azar dəyərinin, yəni 10000 manatın ödənilməsi və ya eyni əmlakla əvəz edilməsi barədə iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan X2 qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan X1 məxsus olan avtonəqliyyat vasitəsinin bazar dəyərinin, yəni 10 000 manatın ödənilməsi və ya eyni əmlakla əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ilk öncə cavabdeh “xxxx” ASC-yə qarşı “məhv edilmiş əmlakın dəyərinin ödənilməsi və ya eyni əmlakla əvəz edilməsi tələbinə dair “ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh təşkilatın səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində avto qəza hadisəsi baş vermişdir.Nəticədə onun əmlakı yararsız ha la düşmüşdür. Bunun səbəbi yalnız cavabdehin bir başa günahı ucbatından olmuşdur və ona böyük məbləğdə maddi ziyan dəymişdir.Təbii ki, cavabdeh həmin ziyanın ödənilməsindən imtina edir və buna görə də aralarında olan mübahisənin məhkəmə qərarı əsasında öz həllini tapa bilər. Pozulmuş hüquqlarını bərpa etməklə ona dəymiş maddi ziyanın ödənilməsi ilə məhkəmə müraciət etmək məcburiyyətindədir.Mübahisənin predmetinə görə 27.02.2018-ci il tarixdə, təxminən səhər saat 6:00 radələrində mülkiyyətində olan Mercedes Benz C 220 markalı, **-******-*** dövlət nömrə nişanlı avtomobili ilə Babək prospekti ilə üzü şəhərə tərəf istiqamətdə hərəkət edərkən X11 Sarayına çatmamış, istiqamətində olduğu yolun sağ tərəfi ilə hərəkət edərkən qəflətən yol zolağında düzülmüş beton konstruksiyalı olan bloklarla toqq uşmuşdur.Hadisə baş verəndən sonra xəsarət almasına baxmayaraq yol polis əməkdaşlarını gözləyənə qədər hadisə yerinin ətrafına baxış keçirtmiş və müəyyən etmişdir ki, həmin beton konstruksiyalı bloklar yola düzülməsinə baxmayaraq hərəkət zolağında maneələrin olması barədə heç bir xəbərdarlıq nişanları yoxdur.Həmin yolun ətrafını telefon vasitəsi ilə çəkməyə başlamışdır.Hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra onlar iddiaçının xəsarət aldığını gördükdə hadisə yerinə təcili tibbi yardım əməkdaşlarının gəlməsini təmin etmişlər.Polis əməkdaşları tərəfindən sənədləşmə işi aparıldıqdan sonra ona zəruri olan sənədlərin surətlərini poçt vasitəsi ilə göndəriləcəyi və əlavə məlumatların veriləcəyi bildirilmişdir.Bundan sonra avtonəqliyyat vasitəsi evaukasiya edilmişdir.Evaukasiya zamanı ca vabdeh təşkilatın işçiləri avtomobilin hərəkət zolağından götürülməsini gözləmədən yol nişanlarını quraşdırmağa, düzməyə başlamışlar.Avtoqəza nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşmüşdür.Hadisədən bir neçə gün keçdikdə ona məlumat verilmişdir ki, məsələ ilə bağlı 23-cü polis bölməsində müvafiq araşdırma iş icraatı aparılır.Lakin faktiki olaraq indiyə qədər nə yol polisindən, nə də 23-cü polis bölməsindən hər hansı sənəd ona göndərilməmişdir.Daha sonra isə ona məlum olmuşdur ki, Babək prospektində təmir-tikinti işləri yeni yol örtüyünün çəkilməsi ilə əlaqədardır və cavabdeh təşkilat tərəfindən icra edilir.Hadisə baş verən ərazidə təmir olduğu üçün həmin beton konstruksiyalar cavabdeh təşkilat tərəfindən hərəkət zolağına yerləşdirilmişdir, təmir sahəsində hərəkət hissəsi məhdudlaşd ırılmışdır.Təmir-tikinti işləri cavabdeh tərəfindən aparıldığı zaman həmi yolda hərəkət zolağında təhlükəsiz hərəkət etmək məqsədilə xəbərdarlıq nişanları mütləq quraşdırılmalı idi.Lakin hərəkət zamanı şəraitə uyğun tədbirlərin görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşmaq və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi və ya yol hərəkət iştirakçılarının hərəkə trayektoriyasının dəyişdirilməsi, təhlükə mənbəyindən sürücünün uzaq olması barədə hər hansı nişanlar quraşdırılmamışdır. Cavabdehin nümayəndəsi X6, iddiaya etiraz edərək bildirmişdir ki, iş materiallarından eləcə də iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur.Bundan başqa iddiaçı İddia ərizəsində göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etmiş, müvafiq araşdırma aparılmış, lakin araşdırmanın nəticəsi olmamışdır.Bunula bağlı Azərbaycan Avtomobil X7 tərəfindən hadisənin baş verdiyi ərazi üzrə Bakı şəhəri, Nizami rayonu Polis İdarəsinin 23-cü polis bölməsinə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılıb-aparılmaması, aparılıbsa qəbul olunmuş qərar barədə məlumat verilməsi ilə əlaqədar sorğu verilmişdir. Sorğuya cavab olaraq ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı 12.03.2018-ci il tarixli müraciəti əsasında toplanmış materialın sürəti agentliyə təqdim olunmuşdur.Sorğunun cavabından müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı baş vermiş nəqiyyat hadisəsindən 13 gün sonra, yani 12.03.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə müraciət etmiş və araşdırmanın nəticəsi mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, vətəndaş İddiaçı 12.03.2018-ci il tarixli müraciəti əsasında toplanmış materialda baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Azərbaycan Avtomobil X7nin hər hansı təqsiri müəyyən olunmamışdır.Beləliklə iddiaçının cavabdehdən zərərin əvəzinin tutulması tələbi əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-cı maddəsinin tələbləri pozulmaqla, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Mülki Prosessual məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və 3-cü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış iş materiallarından görünür ki, Azərbaycan Avtomobil X7 Babək prospektinin köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar əsaslı təmir və yenidən qurulma işlərinə başlamışdır. İddiaçı 27.02.2018-ci il tarixdə, təxminən səhər saat 06:00 radələrində mülkiyyətində olan “Mersedes-Benz C 220” markalı, ** ****** *** dövlət nömrə nişanlı avtomobillə B abək prospekti ilə yolun sağ tərəfi ilə hərəkət edərkən qəflətən təmir işləri ilə əlaqədar yolun ortasına düzülmüş beton konstruksiyalı olan bloklarla toqquşmuş və nəticədə həm özü xəsarət almış, habelə avtomobilinə də zərər dəymişdir. Həmin hərəkət zolağında yol işləri ilə bağlı maneənin olması barədə heç bir xəbərdarlıq nişanları mövcud olmamışdır. Apelyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı bildirmiş ki, cavabdeh təşkilatın səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində avto qəza hadisəsi baş vermişdir. Nəticədə onun əmlakı yararsız hala düşmüşdür. Bunun səbəbi yalnız cavabdehin birbaşa günahı ucbatına görə ona böyük məbləğdə maddi ziyan dəymişdir. Hadisə baş verəndən sonra xəsarət almasına baxmayaraq yol polis əməkdaşlarını gözləyənə qədər hadisə yerinin ətrafına baxış keçirtmiş və müəyyən etmişdir ki, həmin beton konstruksiyalı bloklar yola düzüldüyünə baxmayaraq hərəkət zolağında maneənin olması barədə heç bir xəbərdarlıq nişanları yoxdur. Həmin yolun ətrafını telefon vasitəsi ilə çəkməyə başlamışdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra onlar xəsarət aldığını gördükdə hadisə yerinə təcili tibbi yardım əməkdaşlarının gəlməsini təmin etmişlər. Polis əməkdaşları tərəfindən sənədləşmə işi aparıldıqdan sonra ona zəruri olan sənədlərin surətlərini poçt vasitəsi ilə göndəriləcəyi və əlavə məlumatların verilməsi bildirilmişdir. Bundan sonra avtonəqliyyat vasitəsi evakuasiya edilmişdir. Evakuasiya zamanı cavabdeh təşkilatın işçiləri avtomobilin hərəkət zolağından götürülməsini gözləmədən yol nişanlarını quraşdırmağa (düzməyə) başlamışlar. Avto qə za nəticəsində avtonəqliyyat vasitəsi yararsız hala düşmüşdür. Hadisədən bir neçə gün keçdikdə ona məlumat verilmişdir ki, məsələ ilə bağlı 23-cü polis bölməsində müvafiq araşdırma iş icraatı aparılır. Lakin faktiki olaraq indiyə qədər nə yol polisindən, nə də 23-cü polis bölməsindən hər hansı sənəd ona göndərilməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Babək prospektində təmir tikinti işləri yeni yol örtüyün çəkilməsi ilə əlaqədardı və cavabdeh təşkilat tərəfindən icra edilir. Hadisə baş verən ərazidə təmir olunduğu üçün həmin beton konstruksiyalar cavabdeh təşkilat tərəfindən hərəkət zolağına yerləşdirilmişdir, təmir sahəsində hərəkət hissəsi məhdudlaşdırılmışdır.Təmir tikinti işləri cavabdeh tərəfindən aparıldığı zaman həmin yolda hərəkət zolağında təhlükəsiz hərəkət etmək məqsədi ilə xəbərdarlıq nişanları mütləq qurulmalı idi. Lakin hərəkət zamanı şəraitə uyğun tədbirlərin görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi və ya yol hərəkət iştirakçılarının hərəkət trayektoriyasının dəyişdirilməsi, təhlükə mənbəyindən sürücünün uzaq olması barədə hərhansı nişanlar quraşdırılmamışdır. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, iş materiallarından, eləcə də, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etmiş, müvafiq ara şdırma aparılmış, lakin araşdırmanın nəticəsi olmamışdır. Bununla bağlı Azərbaycan Avtomobil X7 tərəfindən hadisənin baş verdiyi ərazi üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılıb-aparılmaması, aparılıbsa qəbul olunmuş qərar barədə məlumat verilməsi ilə əlaqədar sorğu verilmişdir. Sorğuya cavab olaraq ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı 12.03.2018-ci il tarixli müraciəti əsasında toplanmış materialın surəti Agentliyə təqdim olunmuşdur. Sorğunun cavabından müəyyən olunmuşdur ki, vət. İddiaçı baş vermiş nəqliyyat hadisəsindən 13 gün sonra, yəni 12.03.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinir 23-cü Polis Bölməsinə müraciət etmiş və araşdırmanın nəticəsi mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, vətəndaş İddiaçı 12.03.2018-ci il tarixli müraciəti əsasında toplanmış materialda baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Azərbaycan Avtomobil X7nin hər hansı təqsiri müəyyən olunmamışdır. Bundan başqa yol nişanlarının qurulması Agentliyin vəzifəsi deyildir. Həmçinin Azərbaycan Avtomobil X7 Babək prospektinin əsaslı təmiri və yenidən qurulması barədə həmin yollarda təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün, habelə xəbərdarlıq nişanlarının qurulması məqsədilə 06 oktyabr 2017-ci il tarixdə aidiyyatı dövlət qurumlarına, o cümlədən, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə telefonoqram göndərilmişdir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: -10-cu maddəsinin 1-ci bəndinin 6-cı hissəsinə əsas ən avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir. - 10-cu maddəsinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına, qorunmamasına və abadlaşdır ılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 10-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 69-cu maddəsinin 2-ci hissəsinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğu larının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. -71-ci maddəsinin 1-ci hissəsinə əsasən yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə): 1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri; 3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar; 4) hərəkətin istiqamətini göstərən maneə; 5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; 6) yol işləri sah əsinin müəyyən edilməsi üçün bayraqlar. - 71-ci maddəsinin 2-ci hissəsində isə təsbit olunmuşdur ki, yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər. Qeyd olunan maddi hüquq normalarından da göründüyü kimi avtomobil yollarının abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yollar müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə və xəbərdarlıq nişanları ilə işarələnməlidir. Bu zaman təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə müvafiq icra hakimiyyəti orqanları məsuliyyət daşıyırlar. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Babək prospektində əsaslı təmir və yenidən qurulma işləri aparılan zaman, təhlükəsiz hərəkət şəraiti tam olaraq yaradılmamışdır. Çünki yolun bir hissəsinə müvafiq xəbərdarlıq nişanları qoyulsa da, məhz yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə heç bir xəbərdarlıq nişanı və ya digər təhlükəsizlik tədbirləri görülməmiş və iddiaçının nəqliyyat vasitəsi təmir işləri ilə əlaqədar yolun ortasına düzülmüş beton konstruksiyalı olan bloklarla toqquşmuşdur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 5ci bəndində isə təsbit olunmuşdur ki, bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmaması, qorunmaması, onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə borcludurlar. Göründüyü kimi yol-nəqliyyat hadisəsinin məhz həmin ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin təhlükəsiz hərəkət şəraitinin yaratmaması, başqa sözlə hərəkətsizliyi nəticəsində baş vermişdir. Bu baxımdan apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, “Mersedes-Benz C 220” markalı, ** ****** *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehə deyil, hazırkı iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin üzərinə düşür. Ona görə də, cavabdehə qarşı irəli sürülmüş iddia təmin edilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya icraatında Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə uyğun olaraq əsl olmayan tərəfin əvəz edilməsi apellyasiyanın mahiyyətinə və üç pilləli məhkəmə sisteminə zidd olduğuna görə hazırkı mərhələdə əsl olmayan cavabdehin əvəz edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gəlsə də, lakin maddi hüquq normalarını pozaraq gəldiyi nəticəni düzgün əsaslandırmamış və işin hallarına düzgün qiymət verməmişdir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına qiymət verərək haqlı olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1.4-cü maddələri ndə göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 iyun 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. tarixli
Məhkəmə qərarları › İş №2(102)-7130/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7130/2019
25.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver