Məhkəmə qərarları › İş №2(102)-7138/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7138/2019

18.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7138/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu və X2 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 X2 qızının və cavabdeh “Cavabdeh2” KB ASC-nin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və “Cavabdeh2” KB ASC-nə qarşı hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi və yaranmış hüquqi nəticələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(103)-8576/201 9 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh2” KB ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-nə və “Cavabdeh2” KB ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 28.11.2016-cı il tarixli, 2(103)9507/2016 saylı icra sənədinə əsasən təşkilatçı “xxxx” MMC və tələbkar “Cavabdeh2” ASC tərəfindən tərtib edilmiş “Y-84” saylı, 06 mart 2018-ci il tarixli "hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması, onun hüquqi nəticələrinin aradan qaldırılması və Xxxsaylı fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 19 fevral 2019-cu il tarixli 2(006)-713/2019 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-nə və “Cavabdeh2” KB ASC-nə qarşı “hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab edilməsi və yaranmış hüquqi nəticələrin aradan qaldırılması tələbi”nə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, hakimlər Raqib Qurbanov, Aida Hüseyn) 18 iyun 2019-cu il tarixli, 2(103)8576/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddiaçı X3 iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh “Cavabdeh2” KB ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində “nə birinci hərracın, nə də onun ikinci mərhələsi ilə bağlı mülkiyyətçi olaraq İddiaçı hər hansı bir məlumatın verilməsi iş materialları ilə təsdiq olunmur” qeyd olunmuşdur. “xxxx” MMCdən hərracın təşkili üzrə sənədlərdən görünür ki, iddiaçının bildirişləri almağı ilə bağlı təsdiqedici bir sənəd iş materiallarında yoxdur”. Halbuki, iş materiallarında olan 081988 saylı qaimədən görünür ki, 09.08.2017-ci il tarixdə hərracın keçirilməsi barədə bildiriş 22.07.2017-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Bundan sonra 14.02.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, təkrar hərracın keçirilməsi barədə 12.01.2018-ci il və 26.01.2018-ci il tarixlərdə İddiaçı bildirişlər göndərilmişdir. İş materiallarında olan 057587 saylı və 057798 saylı qaimələrdən görünür ki, 14.02.2018-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə bildirişlər müvafiq olaraq 13.01.2018-ci il və 27.01.2018-ci il tarixlərdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Eyni zamanda, qətnamədə də qeyd olunmuşdur ki, “iş materiallarında olan 22.07.2017-ci il tarixli, 26.07.2017-ci il tarixli, 13.08.2017-ci il tarixli, 13.01.2018-ci il tarixli, 19.01.2018-ci il tarixli, 27.01.2018-ci il tarixli xəbərnamələrin surətlərindən görünür ki, “xxxx” MMC tə rəfindən borclulara göndərilmiş bildirişlər həmin tarixlərdə İddiaçı və X1 tərəfindən qəbul edilmişdir”. Məhkəmə qətnamədə hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılması barədə sübutlara istinad etməsinə baxmayaraq, hərracın keçirilməsi ilə bağlı iddiaçıya hər hansı məlumatın verilməməsinə "əsaslanmış" və nəticədə hüquq normalarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, sübutları tam və obyektiv araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürü lən “dəlillərə" istinad etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 X2 qızı kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Cavabdeh2” KB ASC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsini n maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 42.3, 44, 46.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddələrinə istinad etməklə iş in materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, nə birinci hərracın, nə də onun ikinci mərhələsi ilə bağlı mülkiyyətçi olaraq İddiaçı hər hansı bir məlumatın verilməsi iş materialları ilə təsdiq olunmur. Beləliklə də, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, Səbail Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev 67B və evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac 09.08.2017- ci il tarixində, təkrar hərrac isə 14.02.2018-ci il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə “Cavabdeh2” KB ASC-nə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi ona istinad etmişdir ki, “xxxxndən"’ hərracın təşkili üzrə sənədlərdən görünür ki, iddiaçının bildirişləri almağı ilə bağlı təsdiqedici bir sənəd iş materiallarında yoxdur. '‘xxxxndən" təqdim olunan sənədlərdən görünür ki, qeyd edilən fərdi yaşayış evini n açıq hərracda satılması üzrə 09.08.2017-ci il tarixdə keçiriləcək birinci hərrac barədə İddiaçı 07 iyul 2017-ci il tarixli və 21 iyul 2017-ci il tarixli bildirişlər göndərilmiş, lakin qeyd olunan bildirişlər iddiaçı və ya onun ailə üzvləri tərəfindən qəbul edilməmişdir. İş materiallarında olan 087596 saylı qaimədən görünür ki, 09.08.2017-ci il tarixdə hərracın keçirilməsi barədə bildiriş 13.08.2017-ci il tarixdə, yəni hərracın keçirilməsindən dörd gün sonra iddiaçı və onun ailə üzvlərinin tərkibinə daxil olmayan naməlum şəxs tərəfindən imzalanmışdır. Həmçinin, 081988 saylı qaimənin “alanın soyadı” qrafasında X8 soyadı yazılsa da onun tərəfindən bildiriş alınmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyil. Həmçinin, 14 fevral 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə 12 yanvar 2018-ci il tarixli və 26 yanvar 2018-ci il tarixli bildirişlər göndərilmiş və bu barədə 057587 və 057798 saylı qaimələrdə bildirişin İddiaçı və ya onun ailə üzvləri tərəfindən qəbul edilməsi sübut olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının nə birinci hərracın, nə də onun ikinci mərhələsi ilə bağlı mülkiyyətçi olaraq ona heç bir məlumat verilməməsi, qeydiyyatda olduğu ünvana hər-hansı bir bildiriş göndərilməməsi, nə iddiaçı, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmasına dair dəlilləri və cavabdeh tərəfin də həmin iddia dəlillərinə etirazın əsası kimi istinad etdiyi hallar üzrə tam araşdırma aparmayaraq, ümumilikdə iddiaçının icra şöbəsi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması məqsədi ilə “xxxx” MMC-nə sifariş verməsi və sonrakı prosedur qaydaları barədə məlumatlı olub-olmamasına hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tələbində yalnız hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin ipoteka qoyana verilməməsi ilə yanaşı müddətlərin gözlənilməsində qanunsuzluğa yol verilməsini mübahisələndirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 081988 saylı qaimənin “alanın soyadı” qrafasında X8 soyadı yazılsa da onun tərəfindən bildiriş alınmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyil kimi” nəticəsi anlaşılan deyil. Belə ki, ən azından göstərilən qənaətə gəlinərkən sözügedən qaimənin “alanın soyadı” qrafasında X8 soyadı yazılmasından başqa, onun tərəfindən bildiriş alınmasını təsdiq edən hansı sübutun zəruri olması qeyd edilməli idi. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, 14 fevral 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə 12 yanvar 2018-ci il tarixli və 26 yanvar 2018-ci il tarixli bildirişlərin göndərilməsi barədə 057587 və 057798 saylı qaimələrdə bildirişləri İddiaçı və ya onun ailə üzvləri tərəfindən qəbul edilməsinin sübut olunmaması qənaətini apellyasiya instansiyası məhkəməsi mötəbər sübutlarla əsaslandırmamışdır. Halbuki, sözügedən qaimələrdən görünür ki, bildirişlər müvafiq olaraq 13.01.2018 və 27.01.2018-ci il tarixlərdə X8 soyadı yazılmaqla imzalanmışdır. Həmçinin, iş materiallarında olan 22.07.2017-ci il, 26.07.2018-ci il, 13.08.2017-ci il, 13.01.2018-ci il, 19.01.2018-ci il, 2 7.01.2018-ci il tarixli xəbərnamələrin surətlərindən görünür ki, “xxxx” MMC tərəfindən borclulara göndərilmiş bildirişlər həmin tarixlərdə İddiaçı və X1 tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırı lmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə görə hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymət verərək əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutl arla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən iddiaçı tərəfin izahatlarına və təqdim etdiyi sənədlərə istinad edərək iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə a ltına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM -nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasına hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Cavabdeh2” KB ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(103)8576/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar