Məhkəmə qərarları › İş №2(102)-717/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-717/2021

31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-717/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-717/21 (Açar sözlər: kredit müqaviləsinin etibarsızlığı, borc öhdəçiliyinə xitam, işin hallarının məhkəmə hökmü ilə təsdqi edilməsi) Bakı şəhəri, 31 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil oğlunu n iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit borcu öhdəçiliyinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli 2(103)-4171/2020 nömrəli qətnaməsindən Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 31 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli 30/1 nömrə ilə 5000 manatlıq kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli 855 nömrə i lə 3300 manatlıq kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli 855 nömrəli 3.250 manatlıq kredit müqaviləsinin etibarsız sayılması, ümumilikdə 11.550 manat kredit borc öhdəçiliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə olaraq Cavabdeh ASC ilə onun arasında xx xxxxxx 2009-cu il tarixli 29/12 nömrəli girov müqaviləsinin də etibarsız hesab edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Cavabdeh ASC-nin işçisi olub. 2004cü ildən Cavabdeh ASC-nin Cənub filialının rəhbər işçiləri qanunsuz olaraq işçilərin adından kredit götürmüşlər.

4. Bankın rəhbər şəxsləri öz işçilərinin şəxsiyyət vəsiqələrini yığaraq işçilərin razılıq və imzaları olmadan on ların adına kredit götürmüşlər. Bu şəxslərin sırasında iddiaçı da vardır. Bankın rəhbər şəxsləri bu işlərə görə cinayət məsuliyyətinə cəlb olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə məhkum olunmuşlar.

5. Bir müddət sonra Cavabdeh ASC tərəfindən iddiaçıya qarşı borc tələbinə dair iddia qaldırılmışdır və bundan sonra iddiaçının həmin kreditlərdən məlumatı olmuşdur.

6. İddia ərizəsində göstərilən kredit müqavilələrində imzanın iddiaçıya məxsus olmaması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir.

7. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməsə də, etirazını əsaslandırmamışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-652/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsinin, xx xxxxxx 2009-cu il tarixli 29/12 nömrəli girov müqaviləsinin, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsinin və xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Pərviz Hüseynov)

9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli 1(101)-95/2017 saylı hökmünə istinadən müəyyən etmişdir ki, Cavabdeh ASC ilə İddiaçı adından imzalanmış xx xxxxxx 2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsi, xx xxxxxx 2009-cu il tarixli 29 /12 nömrəli girov müqaviləsi, xx xxxxxx 2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsi və xx xxxxx 2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsindəki imzalar İddiaçı tərəfindən icra olunmamışdır, qeyd olunan müqavilələrdəki imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda həmin müqavilələrlə əlaqədar olan kassa məxaric orderlərində, ödəmə qrafiklərində, kredit sifarişlərində, müddətli öhdəçiliklərdə, ərizələrdə, kreditin ödənmə cədvəllərində İddiaçı adından olan imzalar da İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. Kredit və girov müqavilələrindəki, həmçinin qeyd edilən digər sənədlərdəki imzanın İddiaçı məxsus olmaması, həmin imzaların bankın məsul işçiləri tərəfindən icra edilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx xx 2012-ci il tarixli 1(101)-95/2017 saylı hökmü ilə müəyyən edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan müqavilələr iddiaçı tərəfindən imzalanmamış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdeh qarşısında hər hansı öhdəlik götürülməmişdir və bu baxımdan qeyd olunan müqavilələr etibarsız hesab edilməlidir.

12. Məhkəmə Mülki Məcəllənin 337.1, 337.4, 386.1,390, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti verib.

14. Apellyasiya şikayətində iddiaçı ilə bank arasında kredit müqaviləsi, həmin müqavilə üzrə də cavabdehin borcunun olmasına, birinci instansiya məhkəməsinin qətnaməsinin ma ddi hüquq normalarının pozulması ilə çıxarılmasına istinad edilmişdir.

15. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-cu il tarixli 2(103)-4171/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-652/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Ziya Şirinov, Fuad Talışınski)

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə hökmünə görə İddiaçı adına olan müqavilələrdə, kassa məxaric orderlərində “orderdə göstərilən məbləği aldım” qeydlərinin qarşısındakı və kreditn alımnası ilə bağlı digər sənədlərdəki imzalar imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

17. Apellyasiya məhkəməsi iş də olan qanuni qüvvəyə minmiş məhkəmə hökmünü hazırki iş üzrə preyudisial əhəmiyyətli məhkəmə aktı kimi qiymətləndirib hesab etmişdir ki, iddiaçının mübahisələndirilən əqdləri bağlamaq üçün iradə ifadəsi olmamış, müqavilələri və digər əlaqəli sənədləri iddiaçı imzalamamış, onun imzası saxtalaşdırılmışdır.

18. Apellyasiya məhkəməsinin mövqeyinə görə belə olan halda əqdlər iddiaçıya münasibətdə etibarlı sayıla bilməz. İddiaçının həmin əqdlərin etibarsızlığının tanınmasında subyektiv hüquqları mövcuddur.

19. Apellyasiya şikayətinə münasibətdə apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh şikayətində qeyd edilən məsələlərə (əqdlərdə imzaların iddiaçıya məxsus olmaması, hökmün mövcudluğu və s.) ümumiyyətlə münasibət bildir məmiş, sadəcə iddiaçının əqdlər üzrə borcunun olmasını qeyd etməklə kifayətlənmiş, bununla da cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

20. Apelyasiya məhkəməsi əlavə olaraq, Mülki Prosessual Məcəllənin 84.2-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışd ır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili XXX oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

25. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsi ndə mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edil diyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

31. İddia tələ bi kredit müqavilələri və girov müqaviləsinin etibarsız hesab edilməsi barədədir. Belə olan halda, iddia tələbinin təmin edilməsinin əsas şərti qeyd edilən müqavilələrin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması hallarının sübut edilməsidir.

32. İşin məhkəmələr tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən müəyyən edilən halları da odur ki, iddiaçının mübahisələndirilən əqdləri bağlamaq üçün iradə ifadəsi olmamış, müqavilələri və digər əlaqəli sənədləri iddiaçı imzalamamış, onun imzası saxtalaşdırılmışdır.

33. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

34. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı apellyasiya məhkəməsini n dəyərləndirməsini işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı hesab edir və hazırki qərarın 16-20-ci bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə lüzum görmür.

35. Apellyasiya məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli 2(103)4171/2020 nömr əli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar