Məhkəmə qərarları › İş №2(102)-718/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-718/2021

08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-718/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı3-nin təsisçisi Cavabdeh1, habelə Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 vəkili xxx iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)5057/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları: İddiaçı3 nizamnamə kapitalı 50% pay hüququ ilə İddiaçı1, 25% pay hüququ ilə İddiaçı2, 25% pay hüququ ilə Cavabdeh1 məxsus olmaqla, xx xxxxxx 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı3 tərəfindən ünvan 2 nömrəli xx xxxx 2002-ci il tarixli sərəncamı əsasında ünvan 1 ünvanında 1 ədəd və 220 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamı əsasında ünvan 2 ünvanda 2 ədəd yüksəkmərtəbəli yaşayış binalarının inşa olunmuşdur. İş materiallarında olan “İddiaçı3-nin ünvan 3 ünvanında ünvan 2 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və xxxünvanda 220 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamı ilə inşa etdiyi 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdi qi” adlanan xx xxxxxx 2016-cı il tarixli sənədə əsasən, 6 blok üzrə aidiyyəti üzrə inşaat işinin gedişinə ödənilən ümumi xərclər manatla ******* manat, dollarla ******* ABŞ dolları (1920000: 0,78 = 2460000) təşkil edir və cəmiyyətin təsisçisi İddiaçı1 təsisçi payına uyğun olaraq ******* ABŞ dolları, cəmiyyətin təsisçiləri İddiaçı2 və Cavabdeh1 isə təsisçi payına uyğun olaraq hər birinə 615000 ABŞ dolları ödəməlidirlər; İddiaçı1 tərəfindən ******* ABŞ dolları, İddiaçı2 tərəfindən 615000 ABŞ dolları ödənilmiş, Cavabdeh1 isə 615000 ABŞ dollarını ödəməmiş və digər təsisçilərə həmin məbləğdə borcu qalmışdır”. Sözügedən sənəd ilk iki təsisçi (iddiaçılar) tərəfindən imzalansa da, cavabdeh onu imzalamamışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli rəyinə əsasən ünvan 2 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə əmlakın dəyəri ödənildikdən sonra təmizlənərək 2 ədəd, 4 girişli, yüksəkmərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi məbləğinin ******* manat kimi – o cümlədən köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma (anlaşma) yolu ilə tam ödənilmiş və ümumi məbləğin – ******* manat, ümumi tikintiyə çəkilən xərcin – ******* manat olması müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsində baxılarkən təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 28384 saylı rəyinə əsasən “xxxx” MMC-nin rəyinə və rəyə əlavə olunmuş sənədlərə əsasən, ünvan 5 ünvanda yerləşən İddiaçı3-yə məxsus ərazidə yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək 2 ədəd 4 girişli, yüksək mərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi dəyərinin ******* manat məbləğində olduğu müəyyən edilmiş, İddiaçı3-yə məxsus ərazidə köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin müəyyənləşdirilməsi tələbi ilə bağlı “xxxx” MMC-nin rəyində, İddiaçı3-yə məxsus ünvan 5 ünvanda köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin ******* manat məbləğində olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər olan həmin MMCnin təsisçisi Cavabdeh1, habelə Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublika sı MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 114703 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı3-nin təsisçiləri kimi iddiaçılar ünvan 1 ünvanda ünvan 2 nömrəli, xx xxxx 2002-ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və ünvan 2ı ünvanda 220 nömrəli, xx xxxxxx 2005-ci il tarixli sərəncamla inşa edilmiş 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün investisiya qoymuşlar və xx xxxxxx 2016-cı il tarixdə investisiya qoyuluşuna aid öhdəlik təsdiq edilmişdir. Həmin öhdəliyə əsasən, 6 blok üzrə inşaat işinin gedişinə təsisçilər İddiaçı1 (təsis payı 50%) tərəfındən ******* ABŞ dolları, İddiaçı2 (təsis payı 25%) tərəfindən 615000 ABŞ dolları və Cavabdeh1 (təsis payı 25%) tərəfındən 615000 ABŞ dolları ödənilməli idi. İddiaçılar tərəfindən investisiya sözügedən binaların inşasına qoyulmuş, lakin təsisçi Cavabdeh1 ödəməli olduğu 615000 ABŞ dolları pulu ödəməyərək, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonuncudan ödəməli olduğu məbləğ tələb edildikdə, həmin məbləği Çin Respublikasından müxtəlif növ avadanlıqların gətirilməsi üçün qardaşı Cavabdeh2 verdiyini bildirmiş, bir müddət sonra Cavabdeh2 onlara müraciət edərək, 615000 ABŞ dollarını qardaşından (Cavabdeh1) aldığını və adına olan daşınar və daşınmaz əmlakları qısa zaman ərzində sataraq ödəyəcəyini bildirmişdir. Lakin xxx və Cavabdeh2lar keçən müddət ərzində ödənilməli olan 61500 0 ABŞ dolları məbləğində pulu onlara ödəməmişlər. Sonuncu dəfə onlardan pulun ödənilməsi tələb edildikdə, əks təqdirdə Cavabdeh1 təsisçilikdən çıxarılacağı bildirildikdə, Cavabdeh2 və xxxın arvadı Cavabdeh3 adlarına olan daşınmaz əmlakların çıxarışlarının surətini verərək, qısa zaman ərzində həmin əmlakları sataraq pulu ödəyəcəkləri barədə şifahi öhdəlik götürmüşlər. Lakin keçən müddət ərzində üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri ümumiyyətlə yerinə yetirməkdən boyun qaçırmış, iddiaçılara məxsus digər əmlakları mənimsəmiş, mənimsədiyi əmlakları ailə üzvlərinin və yaxın qohumlarının adına keçirərək əsassız olaraq varlanmışdır. Onun təsisçilərin etibarından sui-istifadə edərək törətdiyi əməllər nəticəsində iddiaçılara külli miqdarda mad di ziyan dəymişdir. Halbuki, yaradılmış cəmiyyətin məqsədi təsisçilərin gəlirlərinin artırılmasına yönəldilmişdir. Dəfələrlə cavabdehlərdən üzərlərinə düşən öhdəlikləri tam icra etmələrini tələb etsələr də, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən boyun qaçırmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)27/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 ******* manat məbləğində pulun İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiyası məhkəməsi, “...yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” barədə xx xxxxxx 2016-cı il tari xli sənədə, həmçinin ekspert rəylərinə əsaslanmaqla Cavabdeh1 iddiaçılar qarşısında təsisçi payına uyğun formada öhdəlik götürdüyünü, ümumiyyətlə onun qoyulan və qoyulmalı olan investisiyalarda təsis payı həddində iştirak etmək vəzifəsi daşıdığını, lakin bu öhdəliklərini yerinə yetirmədiyini vurğulamış, həmin rəylərlə ünvan 5 ünvanda yerləşən ərazinin yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək oranın yüksəkmərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi məbləğinin ******* manat məbləğində hesablandığını nəzərə alaraq müvafiq nəticəyə gəlmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 birgə apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2 019-cu il tarixli, 2(005)27/2019 nömrəli qətnaməsinin qismən ləğv olunması və iddia tələblərinin tam təmin edilməklə, ******* manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da tutulması barədə yeni qətnamə qəbul edilməsinin xahiş etmişlər. Həmçinin Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsinin qismən, yəni özünə aid hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)8633/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) Cavabdeh1 apelyasiya şikayət i təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi “Cavabdeh1 İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə ******* manat məbləğində pul tutulması” hissəsində ləğv olunmuş və iddia həmin hissədə də təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətləri təmin olunmamış, qətnamə onların mübahisələndirdikləri hissədə (yəni, iddianın Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçıların irəli sürdüyü faktiki hal, yəni Cavabdeh1 yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçi payına uyğun olaraq 615000 ABŞ dolları və y a ******* manat investisiya qoymasına dair öhdəlik götürmüş olduğu ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, iddiaçıların iddia tələbinin faktiki əsası kimi istinad etdiyi “...yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” barədə xx xxxxxx 2016-cı il tarixli sənəd yalnız onlar (iddiaçılar) tərəfindən tərtib edilərək imzalanmış, Cavabdeh1 isə nə həmin sənədin tərtibində iştirak etmiş, nə də onu imzalamışdır. Hazırkı mübahisə də onun ümumiyyətlə bu yöndə iradəsinin olmadığını göstərir. Digər tərəfdən, iddiaçıların özlərinin ünvan 5 ünvanda yüksəkmərtəbəli bina tikintisi üçün qeyd edilən məbləğdə investisiya qoymuş olduqları da sübut olunmur. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8633/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-9/2020 nömrəli qərarı ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və Ə.A.Əhmədovdan ibarət tərkibdə) kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-8633/2019 nömrəli qətnaməsi ləğv edilmiş və işi yeni apelyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə apelyasiya instansiyası m əhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməmiş və göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıların iddia tələblərinin dəlillərinin tam nədən ibarət olduğunu müəyyən etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 28384 №-li ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə və rəyə əlavə olunmuş sənədlərə əsasən, ünvan 2 ünvanda yerləşən İddiaçı3-yə məxsus ərazidə yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək 2 ədəd, 4 girişli, yüksək mərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi dəyərinin 3247215,0 m anat məbləğində olduğu müəyyən edilir. İddiaçı3-yə məxsus ərazidə köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin müəyyənləşdirilməsi tələbi ilə bağlı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyində, İddiaçı3-yə məxsus ünvan 2 ünvanda köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin 1211600,0 manat məbləğində olduğu göstərilmişdir. Lakin tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının və s. daşınmaz obyektlərin bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspe rtiza tədqiqatı aparılmır”. İddiaçıların iddia tələbi isə binalar tikilənədək iddiaçılar tərəfindən çəkilən xərclərlə bağlıdır. Yəni, hazırkı iddia ərizəsinin verilməsinə əsas ünvan 5 ünvanda yerləşən köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə ödənilmiş xərclərlə bağlı iştirakdan İddiaçı3-nin təsisçisi olan Cavabdeh1 sonradan imtina etməsi olmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsində həmin xərclərin çəkildiyini, lakin xərclərin məbləğini mübahisələndirdiyini bildirmişdir. Belə ki, Cavabdeh1 təkrar məhkəmə mühəndis-texniki ekspertizası keçirilməsi barədə xx xxxxxx 2018-ci il tarixli vəsatətində bununla əlaqədar aşağıdakıları qeyd etmişdir: “...2007-ci ildəki orta bazar qiymətləri nəzərə alınmaqla ünvan 5 ünvanının yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək ço xmərtəbəli binanın inşası üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin obyektiv ümumi məbləği müəyyən edilsin...”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi yaşayış binalarının tikintisi üçün ərazinin tam yararlı vəziyyətə gətirilməsi üçün təsisçilərin öhdəliklərinə dair investisiya qoyulması ilə bağlı iddia tələbinin dəlillərini düzgün müəyyən etməmiş, yalnız yüksəkmərtəbəli binaların tikintisi üçün çəkilən xərcləri araşdırmaqla sübutları düzgün qiymətləndirməmişdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərk ibdə) iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi cavabdehin kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixli sənəddə Cavabdeh1 tərtibatında iştirak etməsə və onun imzası olmasa da, bu təsisçilər arasında yaranmış mübahisəli vəziyyətlə əlaqədar olmuş və bu hal cavabdehi iddiaçılar qarşısında təsisçi payına uyğun formada götürdüyü öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh öz təsis payını götürsə də, faktiki olaraq ünvan 3 ünvanda və ünvan 7 binalarının inşası üçün investisiya qoyulmasında iştirak etmədiyi üçün iddiaçılar özləri tərəfindən qoyulan investisiya məbləğinin məhz onun təsis payı həddində iddia tələbi qaldırmışlar. "İddiaçı3” MMC-nin Nizamnaməsinin 10.5-ci maddəsinə əsasən bütün vergilər və büdcə ödənişləri ödənildikdən sonra yerdə qalan təmiz gəlirin təsisçilər arasında bölünməsi onların Cəmiyyətin nizamnamə kapitalındakı paylarına mütənasib olaraq həyata keçirilir. Beləliklə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 təsisçi kimi əldə edilən gəlirlərin bölünməsində təsis payı həddində iştirak etdiyi kimi, bu gəlirlərin əldə edilməsi üçün qoyulan və qoyulmalı olan investisiyalarda da mülki hüquq münasibətinin subyekti kimi həmin həddə iştirak etmək kimi vəzifə daşıyıcısı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin olunması hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi, ya da ki, işin yenidən baxılası üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutları düzgün qiymətləndirməmiş, İddiaçı3-nin fəaliyyəti ilə bağlı yüksəkmərtəbəli yaşayış binalarının inşa olunması üçün investisiya qoyulmasına dair təsisçilərin ümumi yığıncağının qərarının və ya təsisçilər arasında müq avilənin olubolmamasını müəyyən etmədən və işin faktiki hallarının maddi hüquq norması tələbinə uyğun dəyərləndirmədən əsassız qətnamə qəbul etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 90.1-ci, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 6-cı və 8-ci maddələrinin tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil xxx kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apelyasiya şikayətləri təmin olunmasa da, onlar kasasiya şikayəti verməmişlər. Kasasiya şikayətini yalnız Cavabdeh1 vermiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən Ali Məhkəmənin birinci kasasiya baxışında irəli sürdüyü göstərişlərə uyğun araşdırma aparmış və tərəflərin birgə təsisçiliyi ilə yaradılmış MMC tərəfindən yuxarıda qeyd olunan binalar tikilənədək iddiaçılar tərəfindən çəkilən xərclərlə bağlı təqdim olunmuş sübutları qiymətləndirərək, iddianın qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apelyasiya instansiyası bu nunla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinin tətbiqi müstəsna olaraq kasasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kasasiya instansiyası məhkəməsinin vəzifəsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ndan ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kasasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı və s.) Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər iki tərəfin kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmə sin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar