Məhkəmə qərarları › İş №2(102)-718/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-718/2022

25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-718/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hasarın sökülməsi və evin pəncərələrinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2584/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icrat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəmirdən çəkilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmir şiferdən çəkdirmiş olduğu hasarın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “evin pəncərələrinin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evinin onun həyətinə açılan pəncərələrinin cavabdehin öz hesabına tutul ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 1989-1990cı illərdə tikilmiş fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və hal-hazırda da, həmin evdə yaşayır. Cavabdeh Balaxan oğlu isə onun yaxın qonşusudur. Cavabdeh 19 fevral 2020-ci ildə onun evinin divarından 72 santimetr ara məsafəsi saxlamaqla evinin pəncərəsinin qarşısında 2,98 metr hündürlükdə, 12 metr uzunluğunda dəmir şiferdən hasar çəkmişdir. Həmin hasar onun evinin pəncərəsinin 2/3 hissəsinin qarşısını almaqla evinə düşən təbii işıqdan və havalandırmadan məhrum etdiyi üçün xüsusi mülkiyyətində olan fərdi yaşayış evində normal yaşaya bilmir. Bununla əlaqədar Saatlı ray on İHB-nın Saatlı şəhər İƏD üzrə nümayəndəsinə və Saatlı rayon İH-nin Tikinti və Arxitektura şöbəsinin müdirinə müraciət etmiş, həmin səlahiyyətli şəxslər əraziyə baxış keçirərək çəkilmiş hasarın sökülməsini cavabdehə təklif etmişlər. Lakin cavabdeh buna etiraz edərək qanunsuz hərəkətlərini hələ də davam etdirir. Odur ki, pozulmuş hüququnun bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsusdur və hal-hazırda da yaxın qonşuluq şəraitində yaşayırlar. Belə ki, keçmiş vaxtlarda onunl yaşadığı evlə Nizaminin yaşadığı evin həyətyanı sahəsinin hasarı tor məftillə çəkilmişdir. Lakin sonradan İddiaçı 19891990 -cı illərdə hazırda yaşadığı evi tikdirərkən evin divarını tor məftillə olan hasara söykəmiş, evinin iki pəncərəsini isə onun həyətyanı torpaq sahəsinə açmışdır. Son zamanlara qədər, yəni Nizami onunla qonşuluq münasibətlərinə xələl gətirən hərəkətlər edəndək aralarında narazılıq olmamışdır. Lakin Nizami evinin pəncərəsindən onun həyətini müşahidə altında saxlamasını, bəzən telefonla kameraya çəkməsini bildikdən sonra həyətyanı torpaq sahəsində sərbəst olmamış, mülkiyyətindən istədiyi kimi istifadə edə bilməmişdir. Bununla bağlı Nizamiyə iradını bildirsə də, müsbət nəticə əldə etmədiyini görüb 2020-ci ildə həmin tor məftil çəkilmiş hasarı sökərək Nizaminin evindən 72 santimetr aralıda öz torpaq sahəsində 2.60 metr hündürlükdə, 12 metr uzunluğunda dəmir şiferdən hasar çəkmiş, hazırda da həm in hasar Nizaminin yaşadığı evin pəncərələrindən təbii işığın düşməsinə və havalandırılmasına hər hansı maneçiliyi yoxdur. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 iyun 2020-ci il tarixli, 2(055)-614/2020 saylı qərardadı ilə (hakim İxtiyar Abuşov) iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08.04.2021-ci il tarixli 10/1475 nömrəli ekspert rəyindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən çəkilmiş dəmir şiferdən olan mübahisəli hasar Saatlı rayon Aqrar İslahat Komissiyasının 18.05.1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN-16 19A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsindən kənarda, istifadəsində olan torpaq sahəsində yerləşən İddiaçı fərdi yaşayış evinin pəncərələri ağ plastik materialdan olmaqla, hər birinin eni 1.86 metr, hündürlüyü isə 1.57 metrdir. Pəncərələrin otğaın döşəmə səviyyəsindən hündürlüyü 0.76 metr, yer səviyyəsindən hündürlüyü isə 1.78 metrdir. Mübahisəli hasar ilə pəncərələr arasında məsafə 0.84 metrdir. Həmin hasar iddiaçının fərdi yaşayış evinin üst hissəsindən 0.7 metr aşağıda yerləşir. Həmçinin mübahisə predmeti olan hasarın ilkin iddia üzrə İddiaçı məxsus evin pəncərəsindən təbii işığın düşməsinə və havalandırılmasına mane olub-olmamasını müəyyən etmək tikin ti-texniki ekspertinın səlahiyyətinə aid deyildir. Mülki iş materiallarında olan “Texniki Pasportun” “Tikintilərin mərtəbələr üzrə planı” bölməsində (i.v.15) iddiaçının fərdi yaşayış evinin pəncərələri öz əksini tapmışdır. Həmçinin iddiaçının fərdi yaşayış evinin xarici divarının hündürlüyü 4 metr olduğuna, həmin fərdi yaşayış evi ilə cavabdeh tərəfindən inşa olunmuş hasar arasındakı məsafə 1.2 metr (4x0.3) olmalı olduğu halda, faktiki 0.84 metr olduğuna görə bu ara məsafəsi Azərbycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin 2(055)-04/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsi ilə (hakim İxtiyar Abuşov) ilk iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı xüsusi mülkiyyətində ola n Saatlı şəhəri Dədə Qorqud küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin 0.84 metrliyində Cavabdeh Balxan oğlu tərəfindən 12 metr uzunluğunda dəmir şiferdən çəkilmiş hasarın cavabdehin hesabına iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla 1.2 metr məsafəyə qədər geri çəkilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcə görə 112.70 manatın alınaraq AR ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və ekspertiza xərcinə 50 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılan halları, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, sökülməsi tələb olunan 12 metr uzunluğunda dəmir şiferdən çəkilmiş hasar lazımi icazələr olmadan hazırda Saatlı Bələdiyyəsinə məxsus olan torpaq sahəsində inşa edilmişdir. Bundan başqa, cavabdeh həmin hasarın çəkilməsi üçün tikinti işlərinin həyata keçirilməsinə icazənin verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin də iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin xarici divarının hündürlüyü 4 metr olmasına baxmayaraq, 1989-1990-cı illərdə inşa edilmiş fərdi yaşayış evi ilə cavabdeh tərəfindən 2020ci ildə inşa olunmuş hasar arasındakı məsafə 1,2 metr (4 x 0,3) olmalı olduğu halda faktiki olaraq 0.84 metrliyindədir. Bundan başqa, həmin hasar hazırda Saatlı Bələdiyyəsinə məxsus olan torpaq sahəsində yerləşməsinə baxmayaraq, iş üzrə üçünc ü şəxs qismində cəlb edilmiş Saatlı Bələdiyyəsi inşa edilmiş evinin mülkiyyətçisi kimi iddiaçının qanuni mənafeyinə toxunur. Ona görə də iddiaçı tərəfindən sökülməsi tələb edilən dəmir hasarın müvafiq icazələr olmadan inşa edilməsi, hazırda həmin hasarın cavabdehin sahibliyində və istifadəsində olmaqla iddiaçının qanuni mənafeyinə toxunması, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən tələbin qismində, yəni tərəflərin hüquqlarını pozmayan, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olan hissədə təmin edilməsi üçün kifayətdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının sökülməsini tələb etdiyi 12 metr uzunluğunda dəmir şiferdən çəkilmiş kasarın şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsini təsdiq edən ekspert rəy i mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, 12 metr uzunluğundan dəmir şiferdən çəkilmiş mübahisəli hasar cavabdehin hesabına iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla 1.2 metr məsafəyə geri çəkilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbi üzrə iddia ərizəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının izahatından başqa iddia tələbinin əsasında duran ünvan 1 ünvanında yerləşən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının həyətinə açılan iki pəncərənin bağlanmasına əsas olan halları təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddiaçının izahatı isə özlüyündə sübut kimi qəbul edilə bilm əz. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinni əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2, 69.5.2-1, 73.1, 80-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 14.2, 76.1, 88, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilmə si barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zaur Allahyarov - sədrlik edən və məruzəçi, Zeynal Zeynalov, Müşfiq Həsənov) 21 sentyabr 2021-ci il tarixli, 2(106)2584/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)-04/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi, sökülməsi tələb olunan hasar lazımi icazələr olmadan hazırda Saatlı Bələdiyyəsinə məxsus olan torpaq sahəsində inşa edilmişdir. Bundan başqa, cavabdeh həmin hasarı n çəkilməsi üçün tikinti işlərinin həyata keçirilməsinə icazənin verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin xarici divarının hündürlüyü 4 metr olmasına baxmayaraq, 1989-1990-cı illərdə inşa edilmiş fərdi yaşayış evi ilə cavabdeh tərəfindən 2020ci ildə inşa olunmuş hasar arasındakı məsafə 1,2 metr (4 x 0,3) olmalı olduğu halda faktiki olaraq 0,84 metrliyindədir. Sözügedən hasar hazırda Saatlı Bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşməsinə baxmayaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Saatlı Bələdiyyəsi inşa edilmiş həmin hasarın sökülməsini tələb etməmişdir. İddiaçı tərəfindən sökülməsi tələb olunan dəmir hasar müvafiq icazələr olmadan Saatlı Bələdiyyəsinə məxsus olan torpaq sahəsində inşa edilmi ş, hazırda həmin hasar cavabdehin sahibliyində və istifadəsində olmaqla iddiaçının qanuni mənafeyinə toxunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 12 metr uzunluğunda dəmir şiferdən çəkilmiş mübahisəli hasar cavabdehin hesabına iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınaraq 1,2 metr məsafəyə qədər geri çəkilməlidir. Kollegiya həmçinin, hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə də düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçı ünvan 5 ünvanında yerləşən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının həyətinə açılan iki pəncərənin bağlanmasına əsas olan halı təsdiq edə biləcək hər hansı b ir sübut növü məhkəməyə təqdim edilməmiş, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz, çünki birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar q əbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 135-ci maddəsinə uyğun olaraq torpaq sahəsi və üzərindəki ayrıla bilməyən hissə, yəni çəpər birlikdə vahid obyekt hesab edilir. Məhkəmə qətnamə qəbul edərkən, Bələdiyyə tərəfindən verilmiş rəyi də nəzərə almaqla, öz qətnaməsində qeyd edilən torpaq sahəsinə münasibətdə cavabdehin istifadə hüququnu tanımışdır. Bu cür istifadədə qanunsuzluq istisnadır. Belə ki, cavabdehin torpaq sahəsindən istifadə etməsinə qeyd edilən Mülki Məcəllənin torpağın mülkiyyətçisi qismində çıxış edən bələdiyyə etiraz etmir. Yəni MM-nin 152-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdeh bu halda daşınmaz əmlakın istifadəçisi qismindədir. Məhkəmə qətnamə qəbul edərkən hasarın geri çəkilməsini qət etməklə istifadəçi qismində ca vabdehin həmin torpaq sahəsinin hasarın digər tərəfində qalan hissəsinə münasibətdə istifadə hüququndan məhrum olacağını nəzərə almamışdır. Qeyd edilən huquq AİHM-nin müvafiq qətnamələrində “mülkiyyətə dair gözlənti” qismində təsnifləşdirilir. Yəni şəxsin vicdansız sahiblikdən uzaq olmaqla, mülkiyyətçinin razılığı əsasında həmin torpağa gələcəkdə mülkiyyətə dair gözləntiləri mövcuddur və bu da təbii haldır. Məhkəmə qətnamə qəbul edərkən eyni zamanda MM-nin 171-ci maddəsinə uyğun olaraq iddiaçının qonşusu olan cavabdehin təsirinə dözməli olub-olmamasını araşdırmamışdır. Belə ki, müvafiq ekspertiza rəyində işığın düşmə bucağı, işıqlandırmanın hansı ölçüdə kəsildiyi, günün hansı saatlarında, yəni işıqlı və ya qaranlıq saatlarında işığın önünün neçə saat kəsildiyi və ya ümumiyyətlə kəsilmə hal ının mövcudluğuna, o cümlədən havalandırmaya əngəl olub olmamasına münasibət bildirməmişdir. Fikirlərincə məsələyə qonşu təsirinə dözübdözməmək cəhətindən baxılmalı, ümumiyyətlə, təsirin olub-olmaması araşdırılmalıdır. O cümlədən yekun olaraq əgər belə bir təsir varsa, cavabdehin qeyd edilən torpaqdan istifadə hüququnu bu formada məhdudlaşdırmaqdan fərqli olaraq çıxış yolu qismində hasarın hündürlüyünün azaldılaraq iddiaçının olduğu təqdirdə işığa və havaya əlçatanlığının təmin edilməsi zəruri qənaət qismində etibarlıdır. Qətnamə tərəflərin dəlilləri və işin gedişində təqdim edilən digər sübutlar əsasında qəbul edilməlidir. Eyni zamanda MPM-nin 13-cü maddəsinə uyğun olaraq Məhkəmənin rəhbər tutmalı olduğu normativ aktların siyahısı məlumdır. MPM-nin 217.2-ci maddəsinə uyğun olaraq məhkəmə mübahisəli huquq münasibətlərinin yarandığı zaman qüvvədə olan huquq normalarını tətbiq etməli idi. Məhkəmə qətnaməsindən də göründüyü kimi, tərəflər arasında hasarın keçən əsrin 50-ci illərindən mövcud olmasına dair hər hansı mübahisə yoxdur. Eyni zamanda bu iş materiallarında olan digər sübutlarla da tanınır. 60 ildən çox mövcud olan çəpər MPM-nin 9.3, 13 və köhnələrək əvvəlki yaralılığını itirdiyindən onun müasir materiallarla yenidən qurulması zəruri olmuşdur. Buna görə də məftil zəncirbənddən olan hasarın dəmir şiferlə əvəzləşdirilməsi hasarın yenidən tikilməsi kimi yox, onun yaxşılaşdırılması üçün yenilənməsi kimi başa düşülməli idi. Bu halda isə bu münasibətlərə 2013-cü ildə qanuni qüvvəyə minmiş “Şəhərsalma və Tikinti” müddəalarının şamil edilməsi, fikirləricə məhkəmənin prosessual pozuntuya yol verməsinə dəlalət edir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərkən ümumiyyətlə işin mahiyyətinə zidd ekspertiza təyin edilmişdir. Belə ki, məsələ yəni iddia işıqlandırmanın və havalandırmanın qarşısının alınmasına dair qoyulsa da, Məhkəmə tərəfindən tikinti ekspertizası təyin edilmişdir. Ekspertin rəyini incələyən zaman görünür ki, ekspert onun qarşısında qoyulan işıqlandırma və havalandırmanın pozulmasına dair sualı onun bilik dairəsindən kənar olduğuna görə cavablandırmadan saxlamışdır. Onun nümayəndəsinin bu halın dəqiqləşdirilməsi məqsədilə verdiyi vəsatət rədd edilmişdir. Halbuki, bu halda əlavə ekspertiza təyin edilməklə iddianın əsas mahiyyətini özündə ehtiva edən işıq və hava məsələlərinə müvafiq ekspert və ya bu sahə üzrə mütəxəssis rəyi əldə edilməli idi. Qeyd e dilən halın Məhkəmənin öz qətnaməsində münasibət bildirilməli əsas hallardan biri olmasına rəğmən, məsələ münasibət bildirilmədən açıq qalmışdır və bu hal da MPM-nin 218.1-ci maddəsinin tələblərinə ziddir və prosessual pozuntudur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, hər iki məhkəmə işin faktiki və hüquqi hallarını hərtərəfli araşdıraraq qanuni və əsaslı qərar qəbul etmişlər. Kassator şikayətində qeyd edir ki, onun faktiki istifadəsində olan çəpər (hasar) çəkdiyi torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmasa da, faktiki onun vicdanlı sahibliyində olmuş və məhkəmə tərəfindən onun mülkiyyə t hüquqları pozulmuşdur. AİHM-nin müvafiq qərarlarında qeyd edildiyi kimi şəxsin həmin torpaq sahəsinə mülkiyyət hüququna gözləntisi mövcuddur və bu halları məhkəmə nəzərə almamışdır. Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, cavabdehin qeyd edilən torpaq sahəsinə (məhz çəpər çəkdiyi ərazi olan torpaq sahəsi) heç bir ilkin hüquqverici sənədləri mövcud deyil ki onun həmin torpaq sahəsinə mülkiyyət hüququ gözləntisi olsun. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, qanunsuz zəbt olunmuş torpaq sahəsidir ki, cavabdeh qanunsuz olaraq həmin ərazini Saatlı rayon Aqrar İslahat Komissiyasının 18.05.1998-ci il tarixli 05 saylı qərarı ilə ona verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə qatmış və həmin sahədə 2.98 metr hündürlükdə 12 metr uzunluğunda dəm ir şiferdən hasar çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən haqlı olaraq iddiaçının qanuni mənafelərini pozduğu üçün məhkəməyə müraciət etmişdir.Kassasiya şikayətində qeyd olunan qonşu təsirinə dözmək məsələsi də absurddur. Çünki Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsində torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən söhbət gedir ki, mübahisə olunan torpaq sahəsində inşa edilən hasar ərazisi cavabdehin müllkiyyətində deyildir. Cavabdehin yenidən ekspertiza keçirilməsi, işıqlandırma və havalandırma ilə bağlı ekspertin sualları cavablandırmaması dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddia tələbində qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbi irəli sürülmüşdür. Burada işıqlandırma və havalandırma ilə bağlı ş əxsin yaşayışına manelər olması əsas hal deyil ki, bu məqsədlə təkrar yaxud əlavə ekspertiza keçirilsin.İddia tələbi qanunsuz çəkilmiş hasarın sökülməsi ilə bağlıdır ki, məhkəmə araşdırması zamanı da bu məsələ həm Şirvan Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyi, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08.04.2021-ci il tarixli 10/1475 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır ki, bəli, doğurdan da cavabdehin inşa etdiyi ərazidə hasarın yerləşdiyii torpaq sahəsi onun mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinin ərazisində inşa edilməmişdir və həmin hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə ziddir. Göründüyü kimi, kasasiya şikayəti formal olaraq vaxt uzatmaq məqs ədi güdərək verilmiş və tamamilə əsassızdır. Ona görə də o, kasasiya şiakyətinni təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamə ilk iddia tələbinin təmin edildiyi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmə k üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasa siya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, a şağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, ilkin olaraq kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ilk iddiaçı iddia tələbini onun evinin pəncərələrinin şüşəsinin 2/3 hissəsindən çox hissəsinin qarşısının ilk iddia üzrə cavabdeh tərəfindən çəkilmiş dəmir hasarla kəsilməklə onun təbii havalandırma və işıqdan məhrum edilməsi ilə əsaslandırmış və bu əsasla həmin hasarın sökülməsini tələb etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi 19.06.2020-ci il tarixdə qəbul etdiyi qərardadla məhkəmə mühəndis tex niki ekspertizası təyin etmiş, həmin qərardadda 2-ci sualda dəmir şiferdən olan hasarın ilk iddiaçıya məxsus evin pəncərəsindən təbii işığın düşməsinə və havalandırılmasına mane olub-olmaması sualı ekspert qarşısında qoyulmuş, 08.04.2021-ci il tarixli rəydə qeyd edilən sual üzrə maneə olub-olmadığını müəyyən etməyin ekspertin səlahiyyətinə aid olmadığı qeyd edilmiş və bu suala cavab verilməmişdir. Lakin birinci instansiya məhkəməsi hasarın Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5.2-1ci maddəsinin tələblərinə zidd olmasına istinad edərək ilk iddia tələbini qismən təmin etmişdir. Halbuki tələbin əsasını ilk iddiaçının yaşayış evinin təbii işıqdan və havalandırmadan məhrum olması təşkil etmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da bu hala əhəmiyyət verməmiş və bu barədə hər ha nsı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Əlavə olaraq bildirilməlidir ki, adıçəkilən rəydə hasarın ilk iddiaçının fərdi yaşayış evinin pəncərəsinin üst hissəsindən 0.7 metr aşağıda yerləşməsi də göstərilmişdir ki, bu xüsusat özü də ilk iddiaçının evinin təbii işıqla və havalandırılması ilə kifayət edən xüsusat olmuşdur ki, bu xüsuata da birinci instansiya məhkəməsi hər hansı münasibət bildirməmiş, apelyasiya kollegiyası da bu halı nəzərə almayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Halbuki ilk iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi də əsas və mötəbər sübut kimi yalnız ekspert rəyinə istinad etmişdir. Həmçinin birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən mübahisəli hasarın yerində ilk iddia üzrə cavabdehin 60 ilə yaxın müddət əvvəldən tor məftildən hasar olmasını bildirməsinə, ilk iddiaçının bu barədə hər hansı etirazının olmamasına, hazırki hasarın həmin köhnə tor məftildən olan hasarın yerində çəkilməsinə hər hansı münasibət bildirməmiş, bu istiqamətdə də hər hansı araşdırma aparmamışdır. Halbuki, tor məftildən olan hasarın çəkilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf edəcəkdisə bu zaman qeyd edilən Məcəllənin normaları mübahisəyə tətbiq edilə və normalara uyğunsuzluq əsası ilə ilk iddia tələbi təmin edilə bilməzdi. Məhkəmə araşdırmasını davam etdirmiş olan apelyasiya kollegiyası da bu xüsusata apelyasiya şikayətində də göstərildiyi halda hər hansı münasibət bildirməmişdir və o da öz növbəsində bu istiqamətdə hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Digər tərəfdən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbini qismən təmin edərkən iddia tələbindən kənara çıxmasını da nəzərə almamışdır. Belə ki, ilk iddiaçı həmin hasarın sökülməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinni dəqiqləşdirilməsi barədə ərizə olmadan hasarın geri çəkilməsi qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsa slı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. H əmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikas ının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyy ən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.09.2021-ci il tarixli, 2(106)2584/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21.09.2021-ci il tarixli, 2(106)2584/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edildiyi hissəsində ləğv ed ilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar