Məhkəmə qərarları › İş №2(102)-719/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-719/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-719/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 qarşı «qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, gediş-gəliş yolunun (dalan) açılması və həmin dalanın köhnə vəziyyətinə gətirilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz hasarın sökülməsi, gediş-gəliş yolunun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-177/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1032704 seriyalı Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, E.Nadirov küçəsi, 1-ci döngə, ev 62-da yerləşən 0,06058 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında 29.03.2017-ci il tarixdə ********** nömrə altında X1 adına qeydə alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 31.10.2013-cü ildə təsdiq edilən və reyestrdə 2 V-202 ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 17.03.2018-ci il t arixdə ölmüş X1 vərəsəsi oğlu İddiaçı miras əmlakdan 1/1 (tam) hissədə pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, E.Nadirov küçəsi, 1ci döngə, ev 62-da yerləşən 0,0606 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında 17.07.2019cu il tarixdə ********** nömrə altında İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, gediş-gəliş yolunun (dalan) açılması və həmin dala nın köhnə vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavbdeh ünvan 1 ünvanında yaşayan qonşusu X4 qeyri-qanuni olaraq 8 sot bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini zəbt edərək qanunsuz mişar daşı ilə hasar çəkmişdir. Həmin hasar bugünkü gündə onların gediş-gəliş yollarına maneçilik törədir, belə ki, maşın yolunu kəsmişdir. Halbuki həmin dalan Bələdiyyə torpağıdır heç bir vətəndaşa ayrılmamışdır və heç bir vətəndaş tərəfindən də, öz başına zəbt edilə bilməz. Sabirabad rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadı ilə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Eks pertiza Mərkəzinin 19.03.2020-ci il tarixli 10/329 saylı rəyinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi Elçin Kərimovun mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, E.Nadirov küçəsi, döngə 1, ev 62-də yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriyalı Çıxarışda onun adına qeydə alınmış 0,06058 ha torpaq sahəsinin, cavabdeh X2 mülkiyyətində olan Sabirabad şəhəri, E.Nadirov küçəsi, döngə 1, ev 63-də yerləşən torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, qonşu torpaq sahələri olması və heç bir halda bir-biri ilə kəsişməməsi rəyə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim F. Pənahov) 22 may 2020-ci il tarixli 2(056)26/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı «qanunsuz çəkilmiş hasarın cavabdehin hesabıbna sökülməsi, gediş-gəliş yolunun (dalan) açılması və həmin dalanın köhnə vəziyyətinə gətirilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, İddiaçı Məhkəmə torpaqşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 191,80 manat tutulub Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəm ə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh X4 İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Sabirabad şəhəri, E.Nadirov küçəsi, döngə 1, ev 62-də yerləşən 0,0606 ha torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19.03.2020-ci il tarixli 10/239 nömrəli rəydə iddiaçının mülkiyyətində olan 0,06058 ha torpaq sahəsinin, cavabdeh X2 mülkiyyətində olan Sabirabad şəhəri, E.Nadirov küçəsi, döngə 1, ev 63-də yerləşən torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, onların qonşu torpaq sahələri olması v ə heç bir halda bir-biri ilə kəsişməməsi rəyə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə aparılan araşdırma nəticəsində X4 tərəfindən qanunsuz olaraq torpaq sahəsinin zəbt edilməsi müəyyən edilmədiyindən, hazırki torpaq sahəsi onun tərəfindən qanuni əsaslarla əldə edildiyindən, bu barədə ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpağın xüsusi mülkiyyətdə olmasını təsdiqləyən çıxarış da hal-hazırda qüvvədə olduğundan iddia təmin oluna bilməz və iddianın təmin olunması üçün hüquqi əsaslar da mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mülki iş üzrə verilmiş ekspertiza rəyini də əsas götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində əks olunmuş məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yü ksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, eyni zamanda məhkəmə araşdırması zamanı həmin mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq həmin rəylə razılaşmış və sübut kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, gediş-gəliş yolunun (dalan) açılması və həmin dalanın köhnə vəziyyətinə gətirilməsi tələbinə dair iddiası təmin olunmadığı və digər tələblər əsas tələbin nəticəsindən asılı olduğu üçün məhkəmə digər tələblərlə bağlı araşdırma aparmağa ehtiyac yoxdur və iddia həmin hissələrdə də təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 157.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 55, 111-ci maddələrinə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(056)26/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov və İsmayıl Əhmədov) 07 sentyabr 2021-ci il tarixli 2(106)177/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Sabirabad Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(056)26/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsində mülki işin icraatı zamanı iddiaçının təkrar ekspertiza təyin olunması barədə vəsatəti təmin etmiş, lakin ekspert tərəfindən məhkəməyə vəsatət daxil olaraq ekspertizanın keçirilməsi üçün ekspert xərcinin ödənildiyi halda məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sullaraı cavabblandırmaq üçün mübahisəli əraziyə baxış keçirilərək müvafiq rəyin verilməsi təmin olunacağı qeyd edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən ekspert tərəfindən verilmiş vəsatət tərəflərə göndərilmiş və tərəflər ekspertizanın aparılması üçün zəruri vəsaitlərinin olmamasını əsas göstərərək işdə olan sübutlar əsasında işə baxılmasını tələb etmiş və bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişlər. Tərəflər yenidən ekspertiza təyin olunmasına razı olmadıqlarını, verilmiş apelyasiya şikayətinin dəlilləri həddində araşdırma aparılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiqi edərək müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, E.Nadirov küçəsi, döngə 1, ev 62-də yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriyalı Çıxarışda onun adına qeydə alınmış 0,06058 ha torpaq sahəsinin, cavabdeh X2 mülkiyyətind ə olan Sabirabad şəhəri, E.Nadirov küçəsi, döngə 1, ev 63-də yerləşən torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, qonşu torpaq sahələri olması və heç bir halda bir-biri ilə kəsişməməsi rəyə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Bundan əlavə mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı və X2 mülkiyyətində olan torpaq sahələrindən əlavə, hər iksinin istifadəsində artıq torpaq sahələri vardır ki, bu da rəyə əlavə edilmiş sxematik planda qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının iddia etdiyi kimi qanunsuz haasar çəkməklə iddiaçının mülkiyyətində olan həyətyanı sahəsinə gedən yolun darlaşdırılması mövcud olmamışdır. Kollegiya hesab etmişdir ki, iş üzrə aparılmış araşdırılma nəticəsində X4 tərəfindən qanunsuz olaraq torpaq sahəsinin zəbt edilməsi müəyyən edilmədiyindən, hazırk i torpaq sahəsinin onun tərəfindən qanuni əsaslarla əldə edildiyindən, bu barədə ona müvafiq icra hakimiyyəti orqanından verilmiş torpağın xüsusi mülkiyyətdə olmasını təsdiq edən çıxarış hazırda da hüquqi qüvvədə olduğundan iddia təmin oluna bilməz və iddianın təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Apellyasiya Məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78, 84, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixl i 2(106)-177/2021 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olmayan torpaq sahəsində qanunsuz hasar çəkməklə onun həyətyanı torpaq sahəsində darısqallıq yaratması hərtərəfli araşdırılmamış mübahisənin mahiyyətindən uzaqlaşdırmaq məqsədi daşımışdır. İddiaçı qeyd edir ki, o iddia ərizəsində, cavabdehin torpaq sahəsi ilə onun torpaq sahəsinin kəsişdiyini, cavabdehin onun torpağımı zəbt etmədiyini və onların qonşu olduğunu qeyd etməmişdir. Bu məsələ iddiada qeyd edilmədiyi halda, məhkəmə qərardadla ekspertiza qarşısın a aidiyyatı olmayan suallar qoymış, bununla da, mübahisənin mahiyyətindən kənar araşdırmalar aparılmışdır. lddia ərizəsində qeyd olunur ki, cavabdeh bələdiyyə torpağında həmin hasar çəkilmiş sahə üzrə onun torpağa sənədi olmadığı halda, 6 metr 40 sm ərazini özbaşına sənədsiz zəbt edib qanunsuz hasar çəkmiş, buna görə onun həyətinə giriş-çıxış avtomobillər üçün qeyri- mümkün olmuşdur. Əvvəllər həmin sahə boş olmuş, hər iki qonşu həyətinə rahat girib-çıxa bilmişdir. Sonradan cavabdeh sənədsiz həmin sahəni zəbt etmişdir. Ekspert rəyində də qeyd edilir ki, cavabdehin sənəd üzrə torpaq sahəsindən artıq faktiki istifadəsində torpaq sahəsi vardır. Lakin məhkəmə qərardadında da bu barədə sual qoyulmasına baxmayaraq, həmin artıq torpaq sahəsinin sənəd üzrə hansı istiqamətdə tutulduğu barədə məlumat verilməmişdir ki, bu da ekspertin rəyinin tam və dolğun olmamasına, başdansovdu rəy verilməsinə bir əyani sübutdur. Belə ki, ekspertiza qarşısında hasar çəkilmiş ərazinin sərhəddinin cavabdehin sənəd üzrə olan torpaq sahəsinə aid olub-olmaması məsələsi və artıq torpaq sahəsinin həmin ərazini əhatə edib- etmədiyi ekspert qarşısında suallar şəklində qoyulub müəyyən edilməli olduğu halda tamam aidiyyatı olmayan suallar qoyulmaqla əsassız, tam olmayan ekspert rəyi tərtib edilməsinə şərait yaradılmışdır. Ekspert əraziyə gəlib şəxsən müayinə aparmadan yalnız mütəxəssisin tərtib etdiyi rəy və sxematik plan əsasında rəy vermişdir ki, bu da prosessual baxımından pozuntudur. İddiaçı qeyd edir ki, əgər mütəxəssis rəyinə baxıb rəy veriləcəkdirsə, onda belə çıxır ki, məhkəmə torpaqşünaslıq ekspertizas ının keçirilməsinə lüzum yoxdur. Ekspert yerində gəlib torpağa məhkəmənin tərkibi ilə bir yerdə yerində baxış keçirməklə, torpağa dair sənədlər, xəritələr, planlar və sair sənədlər əsasında ölçü-biçi aparıb, hansı ərazinin artıq olması, zəbt olması və o sahənin hasar çəkilən ərazini təşkil edib-etməməsi barədə konkret, aydın, dolğun rəy verməli olduğu halda, tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənərək sənəd üzrə rəy tərtib etmişdir. Göstərdiyi dəlillər araşdırılmadan, birinci tansiya məhkəməsinin təkrar etdiyi, araşdırmadığı iş üzrə mühüm əhəmiyyət kəsb edən anlar apellyasiya instansiyasında da araşdırılmamış və nəticədə əsassız bir qətnamə qəbul edilmişdir. Halbuki, bu iş üzrə təkrar məhkəmə ekspertizası keçirilməli və birinci instansiya məhkəməsi tərəfindən qoyulmayan, iş üzrə əhəm iyyət kəsb edən sualların qoyularaq dolğun olmayan iş üzrə ekspert rəyini tamamlamaq və mübahisənin mahiyyəti üzrə konkret fikirlər ifadə edən bir ekspert rəyi alınmalı idi. Bu barədə məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçının nümayəndəsinin təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin olunmuş lakin, tərəflərin zəruri vəsaitləri olmadıqları üçün qabaqcadan ekspertiza xərcini ödəyəməyəcəklərini, işdə olan zəruri sübutlar əsasında işə baxılmasını tələb etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişlər. Lakin işdə olan zəruri sübutlar iddiaçını qane etsəydi o, vəsatət verib təkrar ekspertiza keçirilməsini xahiş etməzdi, sadəcə, ekspertiza idarəsi qabaqcadan 400 (dörd yüz) manat ekspertiza xərcinin ödənişini qabaqcadan tələb etdiyi üçün və iddiaçı da mübahisənin onun xeyrin ə həli ediləcəyini bilmədiyindən və nağd olaraq həmin ərəfədə maddi vəsaiti olmadığı üçün ekspertiza keçirilmədi. İddiaçı həmçinin qeyd edir ki, onun məhkəmədə əldə olan zəruri sübutlar əsasında işə baxılmasını tələb etməyi və bu barədə ərizə verməyi barədəki fikirlər həqiqət deyildir. Apellyasiya məhkəməsi qətnamədə məhkəmə torpaq sahəsinə mülkiyyət hüquqlarından həmin hüquqların qorunması və təmin olunması üçün mütləq həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınmalı və bu barədə çıxarış olmalı olduğunu qeyd edir lakin, işdən görünür ki, iddiaçının iddia qaldırdığı gündən torpaq sahəsinə mülkiyyət hüquqları var və bu hüquqlar qanuni şəkildə dövlət qeydiyyatına alınmış, müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Lakin cavabdehin iddia qaldırılan vaxtdan apellyasiya məhkəməsində son qərar qə bul edilənədək torpaq sahəsinə mülkiyyət sənədləri olmamış, (cavabdehin torpaq sahəsinə yalnız kadastr planı olmuşdur) cavabdehin torpaq sahəsi dövlət qeydiyyatına alınmamış və bu barədə müvafiq çıxarışı olmamışdır. Sabirabad rayon məhkəməsinin qətnaməsində də əsaslandırıcı hissədə sübutlar sadalanarkən iddiaçının torpaq sahəsinə çıxarışı qeyd olunur, lakin cavabdehin torpağa mülkiyyət sənədləri qeyd edilmir və bu barədə materialında hər hansı bir sənəd mövcud olmamışdır. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Torpaq hüquqlarıınən dövlət qeydiyyatı ilə bağlı 139-cu maddə, Azə rbaycan Respublikası Torpaq Məcəlləsinin 84,11, 67, 78-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Cavabdeh X4 məhkəməyə ərizə ünvanlayaraq kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublika sı Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiy yəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidi r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlar a qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya ş ikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli 2(106)177/2021 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar