Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-720/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Kontoruna, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan iba rət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Kontoruna, Cavabdeh2 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsi cəlb olunmaqla) “vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8085/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavab deh X1 qarşı “vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri 19 saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 2V133 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş ******* RX seriyalı, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək 2(004)-2795/2021 saylı mülki iş cavabdeh qismində Bakı şəhər 19 saylı Notariat Kontoru, Cavabdeh2 və DƏDRX-in 9 saylı Ərazi İdarəsinin cəlb olunmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (X2) 8 iyun 2021-ci il tarixli, 2(004)2795/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8085/2022 nömrəli, 5 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(004)-2795/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
6. Məh kəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzindən (iş materiallarında 65 və 66-cı vərəqələr arasında tikilmiş, lakin nömrələnməmiş) görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)-2795/2021 saylı qətnaməsinin surəti Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan həmin qəbzi nəzərə almadan, Cavabdeh2 qəbzə imza edərək məhkəmə qətnaməsini həmin tarixdə almasını araşdırmadan, prosessual müddətin ötürülməsinə qiymət vermədən apellyasiya şikayətini ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, qeyd edilən poçt qəbzinə əsasən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir.
7. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən səbəblərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qayd asında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)2795/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin müvafiq məhkəmədə icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 27, MPM-in 97.1, 138.1, 360-cı maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh təsadüfi şəkildə barəsində qətnamə ç ıxarıldığını öyrənmiş, məhkəmə tərəfindən hər hansı bildiriş göndərilməmiş və yaxud şifahi qaydada şəxsə məlumat verilməmişdir. Qətnamədən də bəlli olur ki, məhkəmə icraatı heç bir hüquqi normaya əməl edilmədən nəticəsi öncədən bəlli olacaq şəkildə həyata keçirilmişdir. Cavabdeh faktorun aradan qaldırılması üçün məhz iclas tarixləri barədə bildirişlərin kimlərsə tərəfindən qərəzli şəkildə cavabdehə təqdim edilməsinə maneə törədilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində nə qətnamə ilə tanış olmuş, nə də həmin poçt qəbzini imzalamışdır. Cavabdeh2 sözügedən qətnamə ilə 24 oktyabr 2022-ci il tarixində tanış olmuş və həmin tarixdən bir ay müddət keçmədən - 23 noyabr 2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. Yəni, burada müddətin ötürülməsindən söhbət gedə bilməz. İşə baxılarkən xü susi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin məhkəmə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olaraq qeyd etmişdir ki, iş materiallarında olan poçt qəbzindən (iş materiallarında 65 və 66-cı vərəqələr arasında tikilmiş, lakin nömrələnməmiş) görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)-2795/2021 saylı qətnaməsinin surəti Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Bildiririk ki, sözügedən poçt qəbzində çəkilmiş imza Cavabdeh2 məxsus deyildir. Bu səbəbdən məhkəmədən həmin poçt qəbzindəki imzanın Cavabdeh2 aid olubolmaması, imzanın həqiqiliyinin yoxlanılması məqsədilə q əbzin məhkəmə-xəttşünaslıq ekspertizasına göndərilməsi cavabdeh tərəfindən xahiş edilir. Həmçinin sözügedən poçt qəbzinin iş materiallarında 65 və 66-cı vərəqələr arasında tikilmiş, lakin nömrələnməmiş olması belə onu deməyə əsas verir ki, sözügedən qəbz həmin iş materiallarına aid deyildir. Yasamal Rayon Məhkəməsinin sözügedən işlə bağlı iclas vaxtı və yeri barədə bildirişlər həqiqətən də İsmayılova Səyyarəyə təqdim edilməmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən inzibati orqan tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, **********53 saylı bildiriş təqdi m edilmiş, yalnız o zaman Cavabdeh2 mülki mübahisənin predmeti olan torpaq sahəsinə dair hüquqlarının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-(004)- 2795/2021 saylı qətnaməsi ilə ləğv olunduğunu öyrənmişdir. Sözügedən bildiriş qoşmaya əlavə edilmişdir. Bundan sonra, şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək sözügedən məhkəmə işi və çıxarılan qətnamə ilə tanış olmaq istəmiş və xx.xx.2022-ci il tarixində qətnamə Cavabdeh2 təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
11. Maddə 360.Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Maddə 363.1.3. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə qaytarılır.
13. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
16. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, cavabdehin ilkin apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyi üçün apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir.
21. Cavabde h kassasiya şikayətində qətnamənin ona çatdırılmadığını, xəbərnamədə olan imzanın ona məxsus olmadığını, bu halları araşdırmaq üçün ekspertiza təyin olunmalı olduğunu göstərmişdir.
22. Lakin iş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(004)-2795/2021 saylı qətnaməsinin surəti Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan həmin qəbzi nəzərə almadan, Cavabdeh2 qəbzə imza edərək məhkəmə qətnaməsini həmin tarixdə almasını araşdırmadan, prosessual müddətin ötürülməsinə qiymət vermədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
23. Qeyd edilməlidir ki, məhkəmə qətnamənin surətini iş materiallarında ona m əlum olan ünvan üzrə göndərmiş, həmin ünvandan poçt zərfi ona ünvançının yaşamadığına görə geri qaytarılmamış, əksinə imza edilməklə qəbul edilmişdir. Xəbərnamədə olan imzanın ona məxsus olmaması və ona qətnamənin surətinin çatdırılmamasına dair dəlilləri əsassız olmaqla heç bir sübutla dəstəklənmir, eyni zamanda xəbərnamədə olan imkanın ekspertiza vasitəsi yoxlanmasını mümkün edən hər hansı bir əsas da mövcud deyil.
24. Bu baxımdan cavabdehin prosessual pozuntularla verilmiş şikayətinin geri qaytarılması məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, mövcud vəziyyət cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə yeni apellyasiya şikayəti verməsini istisna etmir.
25. Məhkəmə kollegiyası qeyd olunanları nə zərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8085/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.