Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-720/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı1 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.000 manat borcun, illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.150 manat dəbbə pulunun və iddia ərizəsi üçün ödənilmiş 162,45 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, e-2(033)-167/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 23.000 manatın alınaraq İddiaçı2 verilməsi, iddiaçı tərəfindən ödənilmiş 162,45 manat dövlət rüsumunun 159 manatının Cavabdeh alınaraq İddiaçı2 verilməsi, qalıq 3,45 man atının isə İddiaçı2 özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
3. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli 2(107)-599/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
6. Kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu natamam ödənildiyindən Şəki Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(107)-599/2023 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Cavabdeh (vəkil Nümayəndə) sözügedən qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə ərizə əlavə edərək şikayət vermə müddəti bərpa edilməklə baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2023-cü il tarixli, qərardadı ilə kassasiya şikayətinin qaytarılmasına dair 16 avqust 2023-cü il tarixli qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddələrinin tələblərinə uyğun hesab edilmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. c) Kassasiya instansiya məhkə məsində birinci icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3983/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)599/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ç) Apellyasiya instansiya məhkməsində ikinci icraat
10. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizənin qərardaddan verilmiş kassasiya şikayətinə aidiyyəti olmadığını, qətnamədən verilmiş apelyasiya şikayətinə aid olduğunu bildirmiş, həmin ərizəyə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərardadı il ə ərizə təmin edilməmişdir.
11. Cavabdeh (nümayəndə və vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət və yenidən kassasiya şikayəti ilə müraciət etmişdir.
12. Vəsatəti onunla əsaslandırmışdır ki, hazırki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilərkən dövlət rüsumu 1,73 manat əskik olduğuna görə geri qaytarılmışdır. Əskik olan məbləğin əvəzinə 2 manat dövlət rüsumu ödənilərək ərizə ilə birlikdə məhkəməyə göndərilmiş, eyni zamanda geri qaytarma qərardadından kassasiya şikayəti verilmişdir. Ərizədə qeyd olunmuşdur ki, dövlət rüsumu kassasiya şikayətinə əlavə edilərək baxılması üçün aidiyyatı üzrə göndərilsin. Lakin ərizəyə qətnamədən verilən kassasiya şikayəti deyil, qərardaddan verilən kassasiya şikayəti əlavə ed ilmişdir. Halhazırda isə həmin anlaşılmazlıq aydınlaşmış, məlum olmuşdur ki, müddətin bərpa edilməsinə dair ərizəyə əskik ödənilmiş dövlət rüsumu qəbzi və qətnamədən verilmiş kassasiya şikayəti əlavə edilməlidir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Elçin Mehdiyev – sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Mahir Əsədli) ərizə təmin edilməmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetində yerləşdirilmiş, cavabdeh isə həmin qətnamədən 2 aylıq prosessual müddəti ötürməklə kassasiya şikayəti vermişdir. Bundan başqa, cavabdeh ə rizəsində qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-599/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(107)-599/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə oxunmuş, şikayət verilmə müddəti xx.xx.2023-c ü il tarixdə bitməsinə baxmayaraq 1 ay əvvəl, yəni xx.xx.2023-cü il tarixində qətnamədən kassasiya şikayəti verilmişdir. xx.xx.2023-cü il tarixdə isə əksik dövlət rüsumu ödənilmiş və ərizə ilə müraciət edilərək kassasiya şikayəti üzrə ötürülmüş müddətin (halbuki həmin müddət də ötürülməmişdir) bərpa edilməsi xahiş edilmişdir. Lakin, məhkəmə burada qarışıq bir vəziyyət yaratmış və geri qaytarma qərardadını ləğv edərək qətnamədən verilmiş kassasiya şikayəti üzrə ötürülmüş müddəti bərpa etməklə kassasiya şikayətini baxılması üçün aidiyyatı üzrə Ali Məhkəməyə göndərməli olduğu halda, müddətin bərpasına dair ərizəni qərardaddan verilmiş şikayətə aid edərək qərardaddan verilmiş şikayəti baxılması üçün Ali Məhkəməyə göndərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şika yətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
20. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.
23. Maddə 408. 1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayəti tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlü kdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh qətnamədən 2 aylıq prosessual müddəti ötürməklə kassasiya şikayəti vermiş və kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir sübut təqdim etməmişdir.
31. Kollegiya hesab edir ki, kassasiya şikayətinin qaytarılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslıdır və kassasiya şi kayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-599/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.