Məhkəmə qərarları › İş №2(102)-7205/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7205/2021

23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7205/2021 23.11.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi verərək, ümumilikdə 76.330 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 10.000 manat iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı və Cavab deh həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. İddiaçı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edib iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsini ləğv edərək iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin MK-nın 03.08.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərba ycan Respublikası Ali Məhkəməsinin MK-nın 22 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. İş kassasiya icraatına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, İddiaçı verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti iddiaçının vəkili tərəfindən 12.10.2021-ci il tarixdə tərtib edilmiş, 12.10.2021-ci il tarixdə rabitə orqanına verilmiş, 15.10.2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Bundan başqa MPM-nin 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülk i işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddaçının vəkili tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydada riayət olunmadan verilmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 22.11.2021-ci il tarixli icraata qəbul qərardadı ləğv edilməli, kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məh kəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 22.11.2021-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. İddiaçı Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5658/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar