Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7207/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(103)-11627/19 saylı qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov, iş 2(006)-2251/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qeyri -yaşayış sashəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çixarılmaları və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərardadı ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh1 Nəsimi rayon Məhkəməsinin 2(006)-2251/19 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilərək, iş materialları Nəsimi rayon Məhkəməsinə qaytarılmışdır. İşin halları: 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çixarılmaları və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. 2019-cu ilin iyul ayında Cavabdeh1 Nəsimi rayon məhkəməsinin 13 mart 2019-cu tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ilə əlaqədar yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini və s. əsas göstərməklə ləğv edilməsini v ə işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi cavabdeh tərəfə 29 mart 2019-cu il tarixdə göndərilmiş, 04 aprel 2019-cu il tarixdə imza edilərək qəbul edilmiş, cavabdeh tərəfindən isə 15 iyul 2019-cu il tarixdə məhkəməyə apellyasiya şikayəti ilə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilm işdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilən Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdə apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi barədə ərizə olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apel lyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7207/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7207/2019
21.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver