Məhkəmə qərarları › İş №2(102)-7208/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7208/2019

25.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7208/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Y2baycan Respublikası adından Y2baycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Y2baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı Y2 oğlunun nümayəndəsi X3, vəkili X6 oğlunun, Cavabdeh2-nin nümayəndəsi X1 və vəkili Vəkil Ağasəlim oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli 2(103)-12280/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və vək ili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Y2 oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ona vurduqları maddi zərər görə 10 544 manat, mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 2(008)-1151/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2-dən iddiaçının xeyrinə maddi zərərə görə 4809,13 manat, mənəvi zərərə görə 2500 manatın tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 14.11.2018-ci il tarixli 2(103)-12280/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1151/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi qismən, maddi zərərə aid hissədə dəyişdirilərək Cavabdeh2-dən İddiaçı xeyrinə 4309,13 (dörd min üç yüz doqquz manat, on üç qəpik) manat tutulması, qətnamənin Cavabdeh2-nin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2-nin direktoru İradə Əliyeva və vəkili Vəkilkassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma gedişatında sübut olunmuşdur ki, həm sürücü Cavabdeh1, həm də sürücü İddiaçı hərəkətlərində “X7” Y2baycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuş və onların yol verdikləri inzibati xətanın yol-nəqliyyat hadisəsinin nəticələri ilə səbəbli əlaqəsi olmuşdur. Belə olduğu halda, inzibati pozuntuya yol vermiş hər iki sürücü hadisə nəticəsində yetirilmiş maddi və mənəvi ziyana görə eyni dərəcədə məsuliyyət daşımalıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş 8809,13 manat məbləğində maddi və 2500 manat məbləğində mənəvi ziyan (cəmi 11309,13 manat) hər iki tərəf arasında bərabər bölünməlidir (5650,7 manat). Qalan məbləğdən İddiaçı müalicəsi ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 4000 manat, sürücü Cavabdeh1 tərəfindən ödənilmiş 500 manat çıxılmalıdır. “DAEWOO” markalı ** TG *** dövlət nömrə nişanlı avtobus icbari sığortasının olması ilə bağlı, İddiaçı zərərçəkmiş şəxs üçün nəzərdə pul vəsaitini (1500 manat) almaq hüququ vardır. Göründüyü kimi İddiaçı yetirilmiş maddi və mənəvi ziyan, sonuncunun yol-nəqliyyat hadisəsinin baş verməsində daşıdığı məsuliyyətə müvafiq olaraq tam ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasını iclasında iştirak edən Cavabdeh2-nin nümayəndəsi X2 və vəkili Vəkil Ağasəlim oğlu kassasiya şikayətinin dəlillərinə uyğ un izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı Y2 oğlunun nümayəndəsi X5 və vəkili X6 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Y2baycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Y2baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Cavabdeh1 03 iyun 2017-ci il tarixdə BY2sahəsinin kəsişməsində Cavabdeh2-nə məxsus yol vərəqəsinə əsasən idarə etdiyi “DAEWOO” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 107 saylı marşrut avtobusu ilə işıqforun yaşıl işığından Albalılıq istiqamətində sola dönərkən "X7” Y2baycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunları etməyərək idarə etdiyi avtobusu qarşı yolda hərəkətdə olan İddiaçı idarə etdiyi “HAOJUE” markalı motosikletlə toqquşdurmuş, zərbənin təsirindən İddiaçı baş-beyin əzilməsi, baş-beyinin yarım kürəsinin sərtqişaüstü və sərtqişaaltı hematomaları, sol bud sümüyünün orta üçdə birinin açıq və sağ bud sümüyünün yuxarı üçdə birinin qəlpəli qapalı yerdəyişən sınıqları, iki tərəfli pnevmatoraks, ətrafların, sıyrıqları ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-361/2017 saylı, 13 oktyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin cinayət işində hazırkı iş üzrə iddiaçı zərərçəkən şəxs olmuşdur. İddiaçı tərəfindən müalicə xərclərinə 8809,13 manat xərc çəkilmiş, Cavabdeh2 tərəfindən iddiaçıya 4000 manat, digər Cavabdeh1 tərəfindən isə 500 manat ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyətlə bağlı iş üzrə düzgün qənaətə gəlsə də, lakin Cavabdeh1 özü tərəfindən iddiaçıya ödənilmiş 500 manatı da iddiaçıya dəymiş zərərdən çıxmamaqla, həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən qətnamə qismən, iddianın təmin olunan maddi zərərə aid hissəsində dəyişdirilmiş, 4809,13 manatdan Cavabdeh1 özü tərəfindən iddiaçıya ödənilmiş 500 manat çıxılaraq, yerdə qalan məbləğ (4809,13 -500=4309,13)- 4309,13 manat Cavabdeh2-dən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Y2baycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüks ək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Y2baycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən ç ıxmış fayda) başa düşülür. Cavabdehin kassasiya şikayətinin dəlili yalnız cavabdehin sağlamlığına vurulmuş maddi ziyan məbləğinin bütünlüklə ondan tutulması barədədir. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, ibtidai araşdırma gedişatında sürücü Cavabdeh1 yanaşı İddiaçı hərəkətlərində də “X7” Y2baycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olduğu və onların yol verdikləri inzibati xətanın yol-nəqliyyat hadisəsinin nəticələri ilə səbəbli əlaqəsi olduğu müəyyən edilmiş, belə olduğu halda isə, hər iki sürücünün hadisə nəticəsində yetirilmiş maddi və mənəvi ziyana görə eyni dərəcədə məsuliyyət daşımalı olduğu və məhkəmə tərəfindən müəyyən edilmiş 8809,13 manat məbləğində maddi və 2500 manat məbləğində mənəvi ziyanın (cəmi 11309,13 manat) hər iki tərəf arasında bərabər bölünmə si, cavabdehin sürücüsünə düşən 5650,7 manat zərərdən İddiaçı müalicəsi ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 4000 manat, sürücü Cavabdeh1 tərəfindən ödənilmiş 500 manat çıxılmaqla, “DAEWOO” markalı ** TG *** dövlət nömrə nişanlı avtobus icbari sığortasının olması ilə bağlı, İddiaçı zərərçəkmiş şəxs üçün nəzərdə tutulan pul vəsaitini (1500 manat) almaq hüququ izah olunmalıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Y2baycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Y üksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göründüyü kimi, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində yalnız üçüncü şəxslərə dəymiş zərər üçün birgə məsuliyyət daşıyır, onların bir-birinə vurduğu zərər isə ümumi əsaslarla ödənilir, yəni təqsirkar şəxs digər şəxsə vurduğu ziyanı ödəyir. Mülki Məcəllənin zərərçəkənin təqsirinin nəzərə alınması barədə 1116-cı maddəsi isə 24.06.2005-ci il tarixli qanunla Məcəllədən çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Y2baycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə d əyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Y2baycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12280/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar