Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-721/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il iş № 2(102)- 721 /19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehin vəkili FHnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən ha kim Ş.Abdullayev, 2(009)-579/2018 saylı mülki iş) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsi - zirzəmi üzrə 17.10.2017-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı onun ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə daxil olmasına cavabdeh İddiaçı tərəfindən maneənin yaradılmasının qadağan edilməsi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə olan girişin bağlanması və həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 dövlət nəfinə ekspertiza xərcinin əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci i l tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)-9677/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2018 saylı 08 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı hərracın etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılıb ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı onun ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə d axil olmasına cavabdeh İddiaçı tərəfindən maneənin yaradılmasının qadağan edilməsi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə olan girişin bağlanması və həmin sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkil in iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili FH kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 25.03.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, İÜNVAN 1 yaşayış otağı İddiaçı Xudat oğlunun mülkiyyətindədir. «İcarəyəverən» qismində Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, digər tərəfdən «İcarəçi» qismində İddiaçı arasında bağlanılmış 01.07.2006-cı il tarixli 2763/2344 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən Bakı şəhəri, ÜNVAN yerləşən, ümumi sahəsi 30,6 v.m olan, Səbail rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi 6 ay müddətinə İddiaçı icarəyə verilmişdir. Müqavilənin 8.3.6-cı bəndinə əsasən icarəyə verilmiş əmlak özəlləşdirilmək üçün açıq elan edildikdə, müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Bakı şəhəri, ÜNVANinin texniki pasportundan görünür ki, mümumi sahəsi 31,0 kv.m olan zirzəmiyə çöl tərəfdən hər hansı giriş yoxdur. Zirzəmiyə giriş binanın içəri tərəfindən göstərilmişdir. 17.10.2017-ci il tarixli 37/03 saylı Hərrac protokoluna əsasən satıcı qismində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakı hesab edilən Bakı şəhəri, ÜNVAN, sahəsi 31,4 kv.m olan qeyri-yaş ayış sahəsinin 17000 manata satış qiyməti üzrə qalibi Cavabdeh2 elan edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanılmış 19.10.2017-ci il tarixli 3643 №-li müəssisənin alqı-satqı barədə müqaviləyə əsasən Bakı şəhəri, ÜNVAN, sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsi 17000 manata Cavabdeh2 satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə auksion Mərkəzi tərəfindən verilmiş 12.01.2018-ci il tarixli məktuba əsasən AR Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə tsdiq edilmiş «Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları»na uyğun olaraq 17.10.2017-ci il tarixə olan dövlət əmlaklarının hərrac vasitəsilə özəlləşdirilməsi barədə məlumatlar hərrac gününə ən azı 30 gün qalmış komitənin mətbu orqanı olan «Mülkiy yət» qəzetində, «emdk.gov.az» rəsmi internet saytında və «privatization.az» bzəlləşdirmə portalında yerləşdirilmişdir. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə Cavabdeh2 elektron sifariş və İddiaçı adi sifariş verərək hərrac iştirakçısı statusu almışlar. Mərkəzin təşkilatçılığı ilə 17.10.2017ci il tarixdə tam şəffaflıq şəraitində keçirilən hərracda həmin əmlakın satışı rəqabətli keçərək ilkin satış qiyməti 10.000 manatdan - 17.000 manata qədər yüksəlmişdir. Vətəndaş Cavabdeh2 17.000 manatla hərracın qablibi elan olunmuşdur. 8 saylı MKİS tərəfindən İddiaçı ünvanlanmış 18.02.2018-ci il tarixli məktubdan görünür ki, hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mənzilin alt hissəsindəki zirzəmiyə küçə tərəfdən bir neçə il bundan əvvəl açılan qapı sakinlərin haqlı narazılığına səb əb olduğu üçün bağlanaraq əvvəlki vəziyyətinə bərpa etməyiniz məqsədə uyğun hesab edilir. Hansı ki, zirzəmiyə giriş sakinlərin jediş-gəlişinə, bundan əlavə zibil konteynerlərinin rahat daşınmasına maneyə yaradır. Təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04.05.2018-ci il tarixli 3784 №-li rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, ÜNVAN, zirzəmi mərtəbəsindəki qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun mart 1998-ci il tarixli texniki pasportuna əsasən 1-ci mərtəbədən pilləkən marşı vasitəsilə olduğu müəyyən edilmişdir. Lakin AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş planda tikilinin yerləşmə vəziyyəti, giriş-çıxış yolu tam göstərilmədiyindən, həmin plana əsasən giriş yolunu müəyyən etmək mümkün olmadı. Tədqiq olunan qeyri -yaşayış sahəsindən hal-hazırda bilavasitə küçəyə çıxış yolu mövcud olmadığı müəyyən edilmişdir. 1998-ci il tarixli texniki pasportun məlumatlarına əsasən tədqiq olunan qeyriyaşayış sahəsindən əvvəllər küçəyə çıxış yeri olmadığı göstərilmişdir. Baxış zamanı tədqiq olunan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ÜNVANndən daxil olması üçün pilləkan meydançasına mövcud olduğu, lakin həmin pilləkən meydançasından qeyri-yaşayış sahəsinə düşən giriş yolunun faktiki olaraq bağlandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil FHna ünvanlanmış 23.02.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ÜNVANn 1 ot ağı (25,2 kv.m) 1 saylı DNK-nın 10.02.1998-ci il tarixli 3MA-13 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Xudat oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə olaraq bildirirlər ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 29, dalan 5, 48 saylı mənzilə aid texniki pasportun tərtib edilməsinə dair məlumat arxiv qovluğunda aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri,ÜNVANlin 1 yaşayış otağı İddiaçı mülkiyyətindədir və mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya məxsus yaşayış otağının altında zirzəmidə yerləşir. Müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında 01.07.2016-cı il tarixdə icarə müqaviləsi bağlanılm ışdır. İcarə müqaviləsi 6 aylıq müddətə bağlanılsa da, tərəflərin təşəbbüsü ilə ləğv olunmadığından, müddəti 2017-ci ilin oktyabr ayına qədər hər 6 aydan bir uzadılmışdır. 2017-ci ilin oktyabr ayında həmin qeyri-yaşayış sahəsi özəlləşdirilmək üçün açıq elan olunduğundan, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 8.3.6-cı maddəsinə əsasən 01.07.2006-cı il tarixli müqaviləyə xitam verilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair 17.10.2017-ci il tarixdə auksion formasında hərrac keçirilmiş və həmin hərracda həm iddiaçı, həm də Cavabdeh2 iştirak etmişlər. Keçirilmiş hərracın qalibi Cavabdeh2 ən yüksək məbləğ - 17000 manat təklif etdiyindən, hərracın qalibi o elan edilmişdir. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında mübahisəli qeyriyaşayış sahəsinə dair 19.10.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış və mübahisəli əmlak 17000 manata Cavabdeh2 satılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o keçirilmiş hərracın etibarsızlığını onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi onun mülkiyyətində olan mənzilin altında yerləşir və həmin qeyri-yaşayış sahəsinə texniki pasporta uyğun olaraq giriş-çıxış yolu yalnız onun mülkiyyətində olan mənzildəndir. Mübahisəli qeyri-yaşayış sahəsi başqa şəxsə satıldığı üçün və belə olan halda qeyri-yaşayış sahəsinə giriş-çıxış onun mülkiyyətində olan mənzildən həyata keçirilməli olduğu üçün, bu hal onun mülkiyyətçi kimi hüquqlarını pozur. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın etibarsız hesa b edilməsini və qeyri-yaşayış sahəsinin boşaldılıb ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 1998-ci il tarixdə texniki pasport tərtib edilmiş və həmin texniki pasportda mübahisəli qeyri-yaşayış sahəsinin küçədən giriş-çıxışı öz əksini tapmamışdır. Həmçinin işdə olan ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, küçədən qeyri-yaşayış sahəsinə mövcud olmuş giriş-çıxış yolu faktiki olaraq bağlanılmış və hal-hazırda mövcud deyil. İş üzrə mübahisəli qeyri-yaşayış sahəsinin 1998-ci il tarixli texniki pasportundan da göründüyü kimi qeyri-yaşayış sahəsi nin küçədən giriş-çıxış yolu əks olunmamış və qeyri-yaşayış sahəsinə keçid binanın daxilindəndir. Digər tərəfdən iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə də təsdiq edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş planda tikilinin yerləşmə vəziyyəti, giriş-çıxıh yolu tam göstərilmədiyindən, həmin plana əsasən giriş yolunu müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin icraatı zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də izahatında göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport qeyri-yaşayış sahəsi hərraca çıxarılan vaxt faktiki vəziyyətinə uyğun olaraq tərtib edilmişdir. Beləliklə, işdən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin küçədən girişçıx ış yolu mövcud deyil, əvvəllər mövcud olmuş yol isə hal-hazırda bağlanılmışdır. Belə olan halda mübahisəli qeyri-yaşayış sahəsinə giriş-çıxış yolu yalnız iddiaçıya məxsus mənzildən mümkündür. Kollegiya qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə giriş-çıxış yolu texniki pasporta əsasən yalnız binanın içərisindən, yəni İddiaçı məxsus mənzildən mümkün olduğundan, həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satılması, onun həmin şəxs tərəfindən istifadəsinin qeyri-mümkün edilməsi ilə, eyni zamanda iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisəli qeyriyaşayış sahəsinə dair keçirilmiş hərracın etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ var. Azərbaycan Respubl ikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi keçirilmiş hərracın etibarsızlığı ilə bağlı iddiaçının gətirdiyi dəlilləri üzrə haqlı olaraq qeyd etmişdir ki, həmin dəlillər də əsaslıdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət əmlakıdır və həmin əmlakın sərəncamçısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının sərəncamçısı olduğundan, o mübahisəli qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac yolu ilə satılm asını həyata keçirə bilər. Lakin məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlətin adından qeyri-yaşayış sahəsinə sərəncam verməkdə sərəbst olsa da, bu hüquqları həyata keçirərkən digər mülkiyyətçilərin hüquqlarını pozmasın. Əks halda mülkiyyətdən başqalarının ziyanına istifadə edilməsi hüquqdan istifadədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ond an istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı madədsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabd eh Əmlak Məsələləri Dövlət Komitəsinin mülkiyyətində olsa da, o həmin əmlakı açıq hərrac yolu ilə satışa çıxararkən, həmin əmlak satıldığı halda ondan istifadə edilməsinin başqa şəxslərin hüquqlarını pozmadan mümkünlüyünü nəzərə almalı idi. Lakin göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi əmlak hüquqlarından sui-istifadə edərək mübahisəli qeyri-yaşayış sahəsini satışa çıxararkən ondan istifadənin qanuni əsaslarla mümkünlüyünü nəzərə almamışdır. Yəni dövlət əmlakı satışa çıxarılarkən onun texniki göstəriciləri həmin binaya dair olan texniki sənədlərlə müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə küçəyə giriş-çıxış yolu iddiaçı tərəfindən qanunsuz olaraq həmin əmlakdan qanuni əsaslarla istifadə etdiyi müddətdə açılmış və sonradan müvafiq icra hakimiyyəti orqanlarının xəbərdarlığından sonra bağlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri xidməti Əmlak Məsələləri Dövlət Komitəsinin yanında yaradılan dövlət qurumu olduğundan, mübahisəli əmlakın texniki göstəriciləri barədə məlumatlar məhz həmin orqanda qeydiyyata alınmışdır. Belə olan halda mübahisəli qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti nəzərə alınmaqla həmin sahəyə texniki pasport tərtib edilməsi də qanunsuz olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkil Fərid Həsənovun sorğusuna dair verdiyi 23.02.2018-ci il tarixli cavab məktub ilə əlaqədar qeyd etmişdir ki, həmin məktub da sübut növü kimi qiymətləndirilə bilmə z. Belə ki, iş materiallarından olan iddiaçının mülkiyyətində olan mənzilə dair verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, həmin qeydiyyat vəsiqəsi 25.03.1998-ci il tarixdə verilmişdir. Mübahisəli mənzilin 1998ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin əmlaka dair texniki pasportun da tərtib edilməsini göstərir. Belə bir sənədin tərtib edilməməsi məlum olduğu kimi mümkün deyil. Digər tərəfdən İddiaçı tərəfindən təqdim edilmiş 1998-ci il tarixli texniki pasportun da mötəbər sübut kimi qəbul edilməməsi üçün cavabdehlər tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin texniki pasport (1998-ci ildə tərtib edilmiş) hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Eyni zaman da qeyd edilmişdir ki, mübahiəsli qeyri-yaşayış sahəsi 27.01.2017-ci il tarixdə ilkin olaraq iddiaçı İ.Baxşəlyevə 20.000 manata təklif edilmiş və göründüyü kimi təklif olunan məbləğ hərracdakı ilkin qiymətdən iki dəfə aşağıdır. Yəni Əmlak Məsələləri Dövlət Komitəsi ilkin olaraq mübahisəli qeyri-yaşayış sahəsini 20.000 manata İddiaçı təklif etsə də, açıq hərraca həmin qeyri-yaşayış sahəsi 10.000 manat ilkin satış qiyməti ilə çıxarılmışıdr. Yuxarıda göstərilən bütün bu hallar belə nəticəyə gəlməyə əsas vermişdir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi hakimiyyətdən sui-istifadə etmək yolu ilə mübahisəli qeyriyaşayış sahəsinin hərrac yolu ilə satılmasını təşkil etmişdir. Nəticədə mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə onun iştirakçıları (müqavilənin tərəfləri) t ərəfindən mübahisələndirilməsə də, həmin əqd üzrə satılmış əmlak İddiaçı mülkiyyətində olan mənzildən istifadə hüquqlarını pozmuşdur. Eyni zamanda iddiaçının həmin əmlakı əldə etmək üçün üstünlük hüquqları da pozulmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şər tlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Beləliklə məhkəmə düzgün olaraq hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə edilməsi yalnız iddiaçının mülkiyyətində olan mənzildən istifadə yolu ilə (həmin mənzildən keçməklə) mümkün olduğundan, bu hal isə iddiaçının mülkiyyətçi kimi əmlakdan sərəbst istifadə etmək hüquqlarının pozduğundan, mübahisəli qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərrac qanunun tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, həmin hərrac hüquqdan və hakimiyyətdən sui-istifadə yolu ilə bağlanıldığından və iddiaçının qanunla qorunan hüquqlarını pozduğundan, həmin əqd qanunun tələblərini pozmaqla bağlanılmış əqd kimi hesab edilməli və bu səbəbdən də etibarsız hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, ilk iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi hissəsində əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkməsi dügün olaraq hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi hərraca açıq elan olunduğundan vaxtdan İddiaçılə bağlanılmış icarə müqaviləsinə xitam verildiyindən, bununla da İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı hüquqları olmadığından, ilk iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, ilk iddia tələbi hərracın etibarsız hesab edilməsi hissəsində əsaslı hesab olunduğundan, qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Həmiçinin birinci instansiya məhkməsi dügün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılması və həmin sahəyə daxil olmağa maneələrin yaradılmasının qadağan edilməsi ilə bağlı olduğundan, lakin ilk iddia tələbi hərracın etibarsız hesab edilməsi hissəsində əsaslı hesab edildiyindən, qarşılıqlı iddia tələbi üzrə irəli sürülmüş tələblər əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası m əhkəməsi əsaslı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı isə rədd edərkən edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə münasibətdə dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-721/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-721/2019
06.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver