Məhkəmə qərarları › İş №2(102)-7216/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7216/2019

21.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7216/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli 2(103)9634/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.X.Nəbizadə, iş № 2(001)-1863/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 29 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilmiş 11.000 manat məbləğində pul vəsaitinin 5500 manat məbləğində hissəsinin ondan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X1 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, bununla əlaqədar anası Cavabdeh “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qu lluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən məhkəməyə müraciət edərək mərhumun varisi kimi ona 11.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh xeyrinə 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. 2018-ci ilin dekabr ayında mərhumun həyat yoldaşı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhumun anası Cavabdeh onun varis olmasını gizlədərək yeganə varis kimi 11.000 manat məb ləğində sığorta ödənişini almasını əsas göstərməklə həmin məbləğin yarısının mərhumun vərəsəsi olduğu üçün Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçının artıq özünə başqa ailə qurmaqla həmin nikahdan bir uşağının olmasını, belə olduqda onun mərhum oğlunun vərəsəsi olmamasını, işə baxan məhkəmənin isə həmin halları nəzərə almadan iddianı təmin etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xah iş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı 12 avqust 1986-cı il tarixdə Rizvan Pirnəzərovla rəsmi nikaha daxil olmuş və birgə nikahda olduqları dövrdə sonuncu 13 avqust 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə isə Cavabdeh mərhumun vərəsəsi kimi 11.000 manat məbləğində sığorta ödənişi verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil a lanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab olunurlar. İddiaçı şəhid olmuş ərinin arvadı kimi onun ailə üzvü olduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə vəziyyətdə iddiaçının mərhum Rizvan Pirnəzərovun vərəsəsi olmaması barədə kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Sığorta ödənişinin cavabdehə məhkəmə qətnaməsi əsasında ödənilməsi də iddiaçını hazırkı tələblə məhkəməyə müraciət etmək hüququndan mərhum etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara, maddi və p rosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar