Məhkəmə qərarları › İş №2(102)-7217/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7217/2019

13.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7217/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh və vəkili Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərardadından Cavabdeh və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(010)3263/2019 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh “xxxx” ASC-nin Səbail filialındakı AZ31İBAZ******************** saylı hesabına 72400 (yetmiş iki min dörd yüz) (62400+10000) manat və 680 (altı yüz səksən) avronun manat ekvivalenti məbləğində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verib onun ləğv edilməsini və bank hesabı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(010)3263/2019 saylı qərardadı ilə iddianı təmin tədbiri haqqında məhkəmənin qərardadından cavabdehin şikayəti təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9215/2019 saylı 24 i yun 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(010)-3263/2019 saylı qərardadından cavabdehin şikayəti təmin edilməmiş, qərardad cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9215/2019 saylı 24 iyun 2019-cu il tarixli qərardadından narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9215/2019 saylı 19 avqust 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9215/2019 saylı 24 iyun 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vək ili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən qəbul edilən qərardadlar onun mülkiyyət hüququnu məhdudlaşdırır və hesab edirlər ki, qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması barədə gəlinmiş qənaət əsassızdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nin 19 avqust 2019-cu il tarixli 2(103)-9215/2019 nömrəli qərardadının ləğv olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nin 19 avqust 2019-cu il tarixli 2(103)-9215/2019 nömrəli qərardadından verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, İddiaçı nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Az ərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9215/2019 saylı 24 iyun 2 019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.4-ci maddəsinə əsasən kassasiya şikayətinin apellyasiya instansiy ası məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2-393 saylı məktubundan görünür ki, Mülki Prosessual Məcəllənin 408.4-cü maddəsində nəzərdə tutulmuş “kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər” ifadəsi kassasiya şikayətinin verilməsi nəzərdə tutulan işlər üzrə çıxarılmış qərardadlarından kassasiya şikayəti verilməsinin mümkünlüyünü ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun şikayətdə qeyd etdiyi dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9215/2019 saylı 24 iyun 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından qeyd edilən qərardaddan Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarətdir. Belə ki, kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının hansı prosessual hüquq normasının pozulması ilə qəbul edildiyindən ləğv edilməli olduğunu əsaslandıra bilməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmaqla qəbul edilmiş qərardad qanunidi r, həmçinin hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar