Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-725/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-725/2019 11 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdeh1 və vəkili V.V.Vnun iştirakı ilə, İddiaçı iddiaçı Cavabdeh1 qarşı “hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarının qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2018-ci i l tarixli 2(103)-1662/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili V.V.Vtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı Cavabdeh1 qarşı “hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarının qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbi barədə iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia ərizəsinə əlavə” ilə məhkəməyə müraciət edərək, hədiyyə kimi ona verilmiş 1 (bir) ədəd qızıl boyunbağının, 2 (iki) dəst qızıl sırğanın, 1 (bir) ədəd qızıl qolbağın və 1 (ədəd) qızıl üzüyün cavabdehdən alınaraq ona qaytarılması, həmin əşyaların natura şəklində qaytarılması mümkün olmadıqda o000arın cəmi 5.000 (beş min) manat təşkil edən dəyərinin Cavabdeh1 alınaraq ona verilməsi, habelə birgə nikah dövr ündə əldə edilmiş ** 000 *** dövlət qeydiyyat nişa000ı “111” markalı avtomobilin tərəflər arasında bölünməklə həmin avtomaşının 2/3 (üçdə iki) hissəsinin İddiaçı iddiaçının, 1/3 (üçdə bir) hissəsinin Cavabdeh1 birgə mülkiyyətdəki payı hesab edilməsi və iddiaçıya məxsus həmin payın dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Elçin Ağayev) 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 1 (bir) ədəd qızıl boyunbağı, 2 (iki) dəst qızıl sırğa, 1 (bir) ədəd qızıl qolbaq və 1 (ədəd) qızıl üzük və ya o000arın cəmi 5.000 (beş min) manat təşkil edən dəyəri Cavabdeh1 alınaraq İddiaçı iddiaçına verilməsi, ** 000 *** dövlət qeydiyyat nişa000ı “111” markalı avtomobil İddiaçı və Cavabdeh1 ara sında bölünməklə həmin avtomaşının 2/3 (üçdə iki) hissəsi İddiaçı iddiaçının, 1/3 (üçdə bir) hissəsi Cavabdeh1 birgə mülkiyyətdəki payı hesab edilməsi və həmin avtomobilin 5000,0 (beş min) manat təşkil edən ümumi dəyərinin 2/3 (üçdə iki) hissəsi - 3334 (üç min üç yüz otuz dörd) manatın Cavabdeh1 alınaraq İddiaçı iddiaçına verilməsi, məhkəmə xərci – 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 oğlundan alınıb İddiaçı iddiaçına, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin isə Cavabdeh1 oğlundan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Etibar Nəbiyev, hakimlər Raqib Qurbanov, Azad İmanov) 15.01.2018-ci il tarixli 2(103)-1662/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3167/2017 saylı mülki iş üzrə 31 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili V.V.V kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti və ona əlavə onu000a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qətnamə qəbul edilmişdir. İddiaçı ilə 2009-cu ildə nikaha daxil olmuş, birgə nikahdan üç uşaqları dünyaya gəlmiş, nikah dövründə 65.000 manat dəyərində mənzil almaq üçün bankdan 45.000 manat kredit götürmüşlər, yerdə qalan 20.000 manatın bir qismini borc almış, bir qismini isə iddiaçı ilə razılaşaraq onun üçün alınmış və iddiada göstərilən qızılzinət əşyalarını satmaqla düzəltmişlər, götürülmüş kredit hal-hazırda onun tərəfindən ödənilir. İddiaçı birgə nikah dövründə əldə edilmiş həmin mənzilin bölünməsi barəsində 2016-cı ildə Suraxanı rayon məhkəməsinə müraciət etmiş və Suraxanı rayon Məhkəməsinin 01.04.2016-cı il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş mənzil bölünmüşdür. Hazırda iddiaçının əsassız iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi birgə nikah dövründə əldə edilmiş evin məhkəmə qətnaməsi ilə ona verilmiş 1/3 hissəsinin ələ keçirmək is təyidir. Eyni zamanda, məhkəmə tərəfindən əsassız olaraq birgə nikahla heç bir əlaqəsi olmayan, tamamilə başqa şəxsə məxsus olan **-000-*** dövlət qeydiyyat nişa000ı "111" markalı avtomobilin 2/3 hissəsinin dəyərini, yəni 3334 manatın ondan alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 və vəkili V.V.V məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil kasasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. İddiaçı iddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı iddiaçı ilə Cavabdeh1 arasında olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş uşaqları 17 mart 2010-cu il təvəllüdlü X5, 22 iyul 2012-ci il təvəllüdlü X4 və 09 sentyabr 2014-cü il təvəllüdlü X3 anaları İddi açı iddiaçının yanında saxlanmaları və uşaqların saxlanması üçün aliment tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sənədlərlə ** 000 *** dövlət qeydiyyat nişa000ı “111” markalı avtomobilin Cavabdeh1 adına 26.04.2012-ci il tarixli gömrük bəyannaməsi, hesab-arayış əsasında qeydiyyata alınmasını və hal-hazırda mülkiyyətində olmasını, həmin avtomobilin cavabdeh tərəfindən iddiaçı ilə birgə nikah dövründə vəər-arvadın ümumi gəlirləri hesabına əldə edildiyi qənaətinə gələrək, tərəflərin birgə nikahlarından olan uşaqların da mənafeyini də nəzərə alaraq, avtomobilin 5000 manat dəyərinin tərəflər arasında bölünməklə, 2/3 (üçdə iki) hissəsinin İddiaçı iddiaçının, 1/3 (üçdə bir) hissəsinin Cavabdeh1 paylarını müəyyən etmiş, avtomobilin 2/3 hissəsinin dəyərini, yəni 3334 ma natın cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı müəyyən etmişdir ki, iddiaçı mənzildən qovulma və həmin məqamda qızıl-zinət əşyalarını özü ilə götürə bilməməsi və həmin əşyaları götürə bilməsinin mənzildən qovulduğu şəraitdə mümkün olmaması dəlilinə istinad etməklə qızıl-zinət əşyalarının cavabdehdə olduğunu sübut edə bilmişdır. Cavabdeh isə ilk növbədə həmin qızılların mövcud olduğunu apellyasiya şikayətində etiraf etmiş, ancaq həmin qızıl-zinət əşyalarının birgə razılıqları əsasında satıldığını bildirsə də, həmin qızıl-zinət əşyalarının satıldığı və onda olmadığını təsdiq edə biləcək hər hansı sübutu təqdim edə bilməmişdir. Göstərilə000ərə əsasən apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq, cavabdehin apellyasiya şikayətini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək o000ara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan h ər birinə mənsub olmuş əmlak, habelə o000ardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı tərəfindən tələb edilən qızıl zinət əşyalarının mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmin əşyaların nikah dövründə iddiaçının razılığı ilə satılaraq mənzilin alınması üçün sərf edildiyinə istinad edən cavabdeh tərəf bu halı sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütü000üklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o000ardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyə000əşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, o000arın daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, hə m də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və o000ara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Buna görə də, məhkəmə kollegiyası iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması tələbi hissəsi ilə razılaşır və həmin hissədə qətnamən in ləğvi üçün əsaslar müəyyən etmir. Həmçinin qeyd edilməlidir ki, ** 000 *** dövlət qeydiyyat nişa000ı “111” markalı avtomobil birgə nikah dövründə əldə edildiyindən və hal-hazırda da Cavabdeh1 adında olduğundan və həmin avtomobilin birgə vəsait hesabına əldə edilməməsi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir tutarlı sübut təqdim edilmədiyindən, həmin avtomobilin bölünməsi barədə iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətindəəldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ərarvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinəəsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətindəəldə olunması vəəmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Həm də ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətindəər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görəər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də o000ardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan o000ardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədəərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvad ın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-cü maddəsinə görəər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, o000arın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinəəsasən ayrı-ayrı hallarda məhkəmə yetki000ik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alıb ər-arvadın birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görəərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya o000ar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, o000arın ümumi mülkiyyətidir. Mülki Məcəllənin 220.3-220.5-ci maddələrinəəsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölün məsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyəəsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razıl ığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyə000əşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında o000arın paylarına mütənasi b surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası avtonəqliyyat vasitəsinin real bölgüsünün mümkün olmadığını nəzərə alaraq, hesab edir ki, məhkəmələr tərəfindən həmin avtomobilin ekspert tərəfindən müəyyən edilmiş 5000,0 (beş min) manat dəyərinin 2/3 hissəsi, yəni 3334 (üç min üç yüz otuz dörd) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə məhkəmələrin gəldiyi nəticə düzgün olmuşdur. Göstərilə000ərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri ap ellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etdiyindən və sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilə000ərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1662/2018 nömrəli 15 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-725/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-725/2019
11.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver