Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-725/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi ) 15.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3895/2022 nömrəli 01 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 15 fev ral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3 və sair maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 182.3.1 və sair maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəh bər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hər ikisinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(103)-07 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 barəsində çıxarılmış Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökm dəyişdirilmədən saxlanılmışdır.
3. Yuxarıda qeyd olunan qərardan görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış ona qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daxil olduğu mütəşəkkil dəstə tərəfindən hədə-qorxu gəlinərək müəyyən müddət verildikdən sonra ümumilikdə 331.000 (üç yüz otuz bir min) manat külli miqdarda ziyan vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona qarşı müştərək yolla ələ keçirdikləri 331 000 manat, onların qanunsuz hərəkətlərinə görə yaranmış 109 810, 33 manat, mənəvi zərər kimi 500 000 manat müştərək qaydada tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin hallarında qeyd olunan hökmün İddiaçı ilə bağlı hissəsində qeyd olunmuşdur ki, Cavabdeh1 2010-cu ilin yanvar ayından 2013-cü ilin oktyabr ayına kimi olan dövrdə, Bakı şəhərində, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X5 və digərləri ilə birlikdə mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərə k hakimiyyətdən və qulluq mövqeyindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni turizm sahəsində fəaliyyət göstərən “Elite Travel» məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru İddiaçı külli miqdarda pul vəsaitini ələ keçirmək üçün müntəzəm surətdə tamah məqsədilə sui-istifadə edib 22 yanvar 2010-cu ildə dəstə üzvü İlqar Əliyev və digərlərinə verdiyi qanunsuz göstərişlər əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan vətəndaşlarına Avropa və digər ölkələrə miqrant qismində səfər etmələri üçün saxta sənədlərlə vizalar təşkil etməsi barədə məlumatın yoxlanılması adı ilə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq qaydada rəsmiləşdirilməyən əməliyyat-axtarış tədbiri həyata keçirərək, funksional vəzifələrinin icrası üçün nəzərd ə tutulan və digər texniki vasitələrindən zərurət olmadan qanunsuz istifadə etməklə məhdud məsuliyyətli cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olub hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan cəmiyyətin maliyyə sənədlərini götürməklə İddiaçı Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirib yaxın qohumları və ailə üzvləri ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdırıb xidməti otaqlarla doqquz saat saxlatdıraraq qanunsuz azadlıqdan məhrum etmiş, barələrində cinayət təqibi davam etdirilən dəstə üzvləri vasitəsilə İddiaçı cinayət işi başlayacağı, həbs edəcəyi, rüsvayedici məlumatlar yayacağı ilə hədələyib sərbəst buraxılmaması üçün birdəfəlik 100 000 manat, gələcək iqtisadi fəaliyyətinə maneçilik törədilməməsi, Avropa ölkə lərinə turizm səyahətlərinin satışına icazə verilməsi müqabilində, ümumi himayədarlığa görə isə hər ay 6000 manat məbləğində pul verilməsini tələb etmiş, İddiaçı qanunsuz saxlanıldığına dəstə üzvlərinin səlahiyyətlərinə əsasən hədəni real qəbul edərək həbs olunmaması, sərbəst buraxılması, fəaliyyətində əlavə problemlərinin yaranmaması müqabilində tələb olunan pul vəsaitlərini ödəməyə razılaşdıqdan sonra sonuncunu sərbəst buraxıb, onun şəxsi vəsaitləri və təsisçisi olduğu hüquqi şəxsin baş mühasibi X1 müvafiq qeydiyyatlar aparmaqla xəzinədən götürdüyü pul vəsaitləri hesabına 23 yanvar 2010-cu il tarixdə Nazirliyin inzibati binasında, antiterror mərkəzinə məxsus xidməti otaqda 95 000 manat, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin ofisinin qarşısında 5000 manat olmaqla, cəmi 100 000 manat məb ləğində külli miqdarda əskinasları mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb etməklə, həmçinin 2010-cu ilin fevral ayından 2011-ci ilin sentyabr ayına kimi hər ay 6000 manat, 2011-ci ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayına kimi hər ay 2000 manat, həmin vaxtdan 2013-cü ilin fevral ayına kimi isə hər ay 1500 manat olmaqla cəmi 146 000 manat məbləğində külli miqdarda pul vəsaitlərini isə qanunsuz hərəkətlərinə" görə mütəşəkkil; dəstə tərkibində rüşvət alaraq ələ keçirmiş, 2013-cü ilin avqust ayında İddiaçıla sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6, X3 arasında 120 000 manat məbləğində pul borcunun qaytarılmaması barədə mülki xarakterli mübahisəni bəhanə edib, rəsmi surətdə qeydə alınmış hər hansı şikayət ərizəsi, araşdırma materialı, «siqnal işi» olmadığı halda barə sində cinayət təqibi davam etdirilən dəstə üzvləri vasitəsilə İddiaçı Nazirliyə çağırtdırıb haqqında cinayət işi başlatdıracağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək, 2013-cü ilin avqust-oktyabr ayları ərzində dörd dəfəyə cəmi 85000 manat məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmin iş üzrə məhkəmədə şahid qismində dindirilmiş "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin işçisi olmuş X2, X4 eyni məzmunlu ifadələr verməklə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyinə qarşı olan qanunsuzluqlarla bağlı olan məsələləri təsdiq etmişlər. Həmçinin digər şahid ifadələri ilə də qeyd olunan fakt öz əksini tapmışdır. Qeyd olunan iş üzrə hələ ibtidai istintaq aparılarkən zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Həmçinin, istintaqın gedişində mülki iddia vermiş, amma mülki iddiası baxılmadan saxlanılmışdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək yolla ələ keçirdikləri 331 000 manat, onların qanunsuz hərəkətlərinə görə yaranmış 109 810,33 manat, mənəvi zərər kimi 500 000 manat və mülki iddia üçün ödənilən 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiaları baxılmadan saxlanılmışdır. Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3062/2021 nömrəli mülki iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 331.000 (üç yüz otuz bir min) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 336.000 (üç yüz otuz altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmiş, ddia tələbi qalan hissədə təmin edilməmişdir
7. Məhkəmə işin hallarına istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə ba xan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi hökm ilə müəyyən faktın preyudisiallığı yalnız hökmün çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdehlərin iddiaçıya qarşı hədə-qorxu tətbiq etməklə, ona məxsus pulların mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi madd i ziyanın tutulması hissəsində təmin edilməlidir.
8. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olu nanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.
9. İddianın digər hissədə, yəni cavabdehlərin qanunsuz hərəkətlərinə görə yaranmış 109.810,33 manat pul tutularaq ona ödənilməsinə dair tələblə bağlı məhkəmə qeyd etmişdir ki, bu hal iş materiallarına əlavə olunmuş hər hansı bir sənədlə sübuta yetirilməmiş, həmçinin iddiaçı tələbinin bu hissəsinin əsaslılığına dair məhkəmə qarşısında heç bir tutarlı dəlil irəli sürə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın bu hissədə təmin olunmasını mümkün hesab etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.4, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
12. Cavabdeh1 apellyasiya şikayəti onunla əsas landırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı həm ibtidai istintaq mərhələsində, həm də cinayət işinə məhkəmədə baxılarkən cavabdehləri tanımadığını bildirmişdir. İddiaçının istinad etdiyi hökmdə də iddiaçı ilə Cavabdeh1 aralarında hər hansı bir əlaqənin olduğunu bildirən sübutun mövcudluğu barədə məlumat yoxdur.
13. Cavabdeh2 verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının id dia ərizəsində istinad edilən hökmdə vavabdeh Cavabdeh2 tərəfindən iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verilməsi müəyyən olunmur. Bu səbəbdən də cinayət işi üzrə epizodla bağlı ona qarşı ittiham elan olunmamış, bu əməllərin törədilməsində onun iştirakı müəyyən olunmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3895/2022 nömrəli iş üzrə 1 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), ilham Kərimli və Rəşad Həsənov) ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətin in dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda artıq qeyd edilən həmin hökmdən və hökmün dəyişdirlmədən saxlanılması barədə apellyasiya instnasiyası məhkəməsinin qərarından görünür ki, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya 331.000 manat ziyan vurulmuşdur. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada həmin məbləğin və ona dəymiş mənəvi ziyanı tələb etməkdə haqlıdır. Cinayət Prosessual Məcəllənin 181.2.4-cü maddəsinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. İddiaçı cavabdeh olan və vaxtı ilə dövlət təhlükəsizlik orqanları əməkdaşları olmuş cavabdehlərin qanunsuz hərəkəti və zorakılığı ilə qarşılaşmış, qorxu, mənəvi iztirablar keçirmişdir. Həmin hərəkətlərin dövlət orqanlarından birinin əməkdaşları tərəfindən və həmin orqanın inzibati binasında edilməsi hal ı iddiaçıda daha çox təlaş və qorxu yaratmışdır. Bütün bunlar iddiaçıya mənəvi ziyan dəyməsini təsdiq edən hallardır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1 maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayətləri verərək ( Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
18. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 23, 1091 və 1092.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdehin bu hadisəyə dair hər hansı formada iştirakının olmadığından qanunvericiliyin bu normalarının tətbiqi cavabdehə münasibətdə qanunsuzdur. İş üzrə iddiaçı həm ibtidai istintaqda, həm də məhkəmə baxışlarında verdiyi ifadələrində verdiyi ifadələrində cavabdehi qəti tanımadığını, görmədiyini, cavabdehin ondan hər hansı formada pul və ya digər əmlak tələb etmədiyini və almadığını bildirmiş və onun yaxın qohumları, işçiləri də verdikləri ifadələrində bu faktı təsdiq etmişlər.
19. M ülki-Prosesssual Məcəllənin 82.4-cü maddəsi və Cinayət-Prosessual Məcəllənin 65.4-cü maddəsi düzgün tətbiq olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və digər qərarının mülki işlərə baxılarkən “hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyatının olub- olmaması” formalarında preyudisial məcburiliyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edilən maddəyə sadəcə, formal olaraq istinad etməklə 30 noyabr 2017-ci il tarixli hökmü bütöv, preyudisial olaraq tanımışdır. Əslində isə, işə baxan məhkəmə həmin hökmü iddiaçının tələbinə daxil olan pul məbləğlərinin (hadisə) ondan alınıb-alınmaması və bu pul məbləğlərini alan şəxslərin dairəsini araşdırmalı və cavabdehin bu məsələyə aidiyyatının olub-olmamasını aydınl aşdırmalı idi. Preyudisial qaydada əhəmiyyətinə hüquqi qiymət verilmiş Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 1(093)-84/2017 saylı ittiham hökmünün təsviri- əsaslandırıcı və nəticə hissələrindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs və hazırkı iş üzrə İddiaçı qarşı münasibətdə qanunsuz hərəkətlərə yol verilməsi halları məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən sübuta yetirilmiş hesab olunsa da, bu əməllərin törədilməsində bilavasitə və ya dolayı yolla cavabdehin iştirakçılığını müəyyən edilməmişdir. Əksinə cinayət işində zərərçəkmiş hazırkı işdə iddiaçı olan İddiaçı özü ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrində ondan kimlərin hədə-qorxu ilə pul tələb etdiklərini və aldıqlarını göstərmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4 və Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddələri nəzərdə tutulmuş imperativ tələblərdən biri kimi İddiaçı qarşı münasibətdə törədildiyi iddia olunan cinayət hadisəsində cavabdehin iştirakçılığının mövcud olmaması mülki mübahisənin həllində mənə qarşı münasibətdə ittiham hökmünün preyudisial qaydada əsas götürülməsinin mümkünlüyünü tamamilə istisna edir.
20. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri yuxarıda göstərilən dəlillər ilə eyniyyət təşkil etməkdədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və y a müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16]
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [713]
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilmə miş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 26. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri- mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3895/2022 nömrəli mülki iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.