Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-729/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-729/22 (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin bərpası barədə ərizənin olmaması, kassasiya şikayətinin rüsumun ödənilməməsi və şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilməməsi əsası ilə geri qaytarılması) Bakı şəhəri, 22 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ələddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İd diaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-55/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Astara Rayon Məhkəməsinin 2(018)22/2012 saylı, 17 yanvar 2012-ci il tarixli qətnaməsi iddia təmin edilərək cavabdeh tərəfindən alğı-satqı yolu ilə əldə edilmiş Dövlət Aktına əsasən cizgi planında sərhədləri göstərilmiş 2444,60 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keç ib İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin cizgisi planında sərhədləri göstərilmiş Astara rayonunun Ojəkəran kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə qədər gedən əvvəllər mövcud olmuş zəruri yolun açılması qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Astara rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qətnaməsindən maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2018-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxs X2nın kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
4. İşə təkrar apellyasiya qaydasında baxan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə qətnamədən maraqlarına toxunan şəxslər Əliyeva Fərqanə İslam qızı və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Astara Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək i ş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(106)-55/2021 nömrəli qərardadı ilə Əliyeva Fərqanə İslam qızı və X1 apellyaisya şikayətləri qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)22/2012 saylı, 17 yanvar 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir.
7. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(106)55/2021 nömrəli qərardadından kassasiya şikayət vermişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(106)-55/2021 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), Samir Mayılov, Məhəmməd Bağırov)
9. Apellyasiya instansiyası məhkəməsi ka ssasiya şikayətini qaytararkən ona istinad etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadının surəti 07 oktyabr 2021-ci ildə iddiaçıya qəbzə imza etdirilməklə təqdim edilmişdir. Qərardaddan kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət 17 oktyabr 2021-ci il tarixdə başa çatsa da, kassasiya şikayəti 20 oktyabr 2021-ci ildə poçt xidmətinə təhvil verilmiş və bununla da kassasiya şikayəti vermə müddəti 3 gün ötürülmüş, müddətin bərpası barədə də ərizə verilməmişdir. Bundan başqa İddiaçı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilən vaxt, yəni 27 sentyabr 2021-ci ildə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclas zalında qərardaddan kassasiya şikayəti vermək hüququ və qaydası İddiaçı izah edilmişdir.
10. Apellyasiya insta nsiyası məhkəməsi həmçinin ona istinad edib ki, iddiaçı kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş, eləcə də, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi kassasiya şikayətinə əlavə etməmişdir.
11. Apellyaisya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.3-408.1.5, 408.2-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddələri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəl illəri: - qərardadın alınması barədə qəbzdəki imza iddiaçıya məxsus deyil, bunun üçün ekspertiza olmalıdır ki, bu da iddiaçının imkanları xaricindədir. Məhkəmə tərəfindən bununla bağlı ekspertiza təyin edilməlidir. Bunlara aydınlıq gətirilmədən şikayətin geri qaytarılması qanunsuz hesab edilməlidir; - iş üzrə icraata xitam verilməsi barədə qərardaddan dövlət rüsumunun ödənilməsinə gəldikdə, mülki iş 01 oktyabr 2021-ci ilədək icraatda olduğu üçün iddiaçı rüsum ödəməli deyildi. Azərbaycan Respublikası Konstitusiyasını 149-cu maddəsinin Vİİ hissəsi bu hala şamil edilmirsə, iddiaçı dövlət rüsumu ödəməyə də hazırdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiya sının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, işə üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Qanun Maddə 8.5. iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllə Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya mə hkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 407.1.4. Şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması kassasiya şikayətində göstərilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
18. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytarmaqla qanuni nəticəyə gəlmişdir.
21. Apellyasiya məhkəməsi kassasiya şikayətini üç əsasla geri qaytarmışdır: şikayətin müddətin ötürlməklə verilməsi, bununla yanaşı müddətin bərpası barədə müraciət edilməməsi; dövlət rüsumunun ödənilməməsi; şikayətdə maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olmasının şərh edilməməsi.
22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin istinad etdiyi üç əsasın hamısı ilə razılaşır.
23. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, Şırvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadının surəti 07 oktyabr 2021-ci ildə iddiaçıya qəbzə imza etdirilməklə təqdim edilmişdir. Qərardaddan kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət 17 oktyabr 2021-ci il tarixdə başa çatsa da, kassasiya şikayəti 20 oktyabr 2021-ci ildə poçt xidmətinə verilmiş və bununla da kassasiya şikayəti vermə müddəti 3 gün ötürülmüş, müddətin bərpası barədə də ərizə verilməmişdir.
24. İş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilərkən dövlət rüsumunun ödənilməsi də “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulub.
25. Bundan başqa kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasının göstərilməməsi barədə gəlinən nəticə də düzdür. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə görə şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması kassasiya şikayətində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).
26. Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir.
27. İddiaçı iş üzrə icraata xitam verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətində hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini ümumiyyətlə göstərməyib. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab verməyib.
28. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in yuxarıda qeyd edilən maddələrinin tələbl ərinə uyğun olub.
29. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilərkən dövlət rüsumunun ödənilməsinin 01 oktyabr 2021-ci ildən tətbiq edilməsi, hazırki işin isə daha əvvəldən icraatda olması, bu səbəbdən dövlət rüsumu ödənilməsi barədə tələbin ona aid edilməməsi dəlilini əsassız sayır. Əvvəla “Dövlət rüsumu haqqında” Qanuna 9 iyul 2021-ci il tarixli 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunla edilən dəyişiklik 01 oktyabr 2021-ci ildən qüvvəyə minib və Qanun bu müddətdən sonra verilən şikayətlərə şamil olunur.
30. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Qanunun 01 oktyabr 2021-ci ilədək qüvvədə olan 8.4.2-ci maddəsinin redaksiyasına görə də iş üzrə icraata xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulm ası barədə şikayətlərdən rüsum ödənilirdi və bu rüsumun dərəcəsi 20 manat idi. “Dövlət rüsumu haqqında” Qanunun 01 oktyabr 2021-ci ildən tətbiq edilən 8.5-ci maddəsinə görə isə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan verilən şikayətlərə görə ödənilməli olan rüsumun dərəcəsi artırılıb 50 manat müəyyən edilib. Başqa sözlə, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayətə görə dövlət rüsumunun ödənilməli olması 01 oktyabr 2021-ci ilədək də var idi.
31. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətin dəlillərini əsassız sayır.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Mə cəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-55/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.