Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7330/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili X5 oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(107)1814/2019 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 18.02.2019-cu il tarixli, 2(054)1/2019 nömrəli qətnaməsi ilə İddia çı cavabdeh X2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X1 10243.86 manat maddi zərər məbləğinin və 7 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, “xxxx” MMC tərəfindən ekspertiza keçirilməsi ilə bağlı ödənilməli olan 200 manat xərcin 102,5 manatdan ibarət hissəsinin İddiaçı, 97,5 manatdan ibarət hissəsinin cavabdeh X1 tutulması, iddia tələbinin 10000 manat mənəvi zərərin ödənilməsinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Məlikov, E.Hüseynov, A.Mahmudov) 04.07.2019-cu il tarixli, 2(107)-1814/2019 nömrəli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Oğuz Rayon Məhkəməsinin 18.02.2019-cu il tarixli, 2(054) -1/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh X4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh X2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ona vurduğu maddi zərərə görə 35000 manat, mənəvi zərərə görə 10000 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X4 və vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instan siyası məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Oğuz rayon Məhkəməsinin 01.04.2009-cu il tarixli 2(054)-28/2009 nömrəli qətnaməsinə əsasən cavabdehin ünvan 1 ünvanında yerləşən bir otaqlı evdə yaşayış sahəsindən istifadə hüququ tanınmış və o, uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. İstifadə hüququnun tanındığı evin yerləşdiyi torpaq sahəsinin 0,025 hektardan ibarət hissəsi, təxminən, 5-6 il əvvəl iddiaçı və onun ailə üzvləri tərəfindən naturada ayrılaraq ona təhvil verilmişdir. İstifadəsində olan evə aid edilən 0,025 hektar torpaq sahəsi həyətyanı torpaq sahəsinin qalan hissəsindən hasarla ayrılmışdır. İstifadə hüququnun tanındığı ev iddiaçının mülkiyyətində olmamışdır və həmin evə dair iddiaçının adına hər hansı hüquqm üəyyənedici sənəd yoxdur. Eyni zamanda, həmin evi iddiaçının özünün əri sökmüşdür və iddiaçı da buna heç bir etiraz etməmişdir. O, sonradan həmin evin yerində öz vəsaiti hesabına yeni üslubda yaşayış sahəsi inşa etdirmişdir. Həmin evdən və evin yerləşdiyi 0,025 hektar torpaq sahəsindən hal-hazırda da o özü və uşaqları istifadə edirlər, həmin evin və torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Hazırda iddiaçının özünə məxsus olduğunu iddia etdiyi ev və torpaq sahəsi iddiaçının və ya onun ailə üzvlərindən hər hansı birinin mülkiyyətində deyildir, Həmin evin ünvanı ilə iddiaçının alqı-satqı müqaviləsi əsasında satın aldığı evin ünvanı tamamilə fərqlidir. İddiaçının alqı-satqı müqaviləsi əsasında satın aldığı ev ünvan 2 ünvanında olmuş, lakin məhkəməyə təqdim edilmiş X7 şəhəri S.Vur ğun küçəsi ev 25 ünvanı qeyd edilmişdir. İddiaçı isə hazırda mübahisələndirdiyi evin ünvanının ünvan 4əşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində deyil, bələdiyyə mülkiyyətinə aid olan ərazidir. Ona görə də hesab edir ki, həmin evlə bağlı iddiaçının hər hansı tələb irəli sürmək hüququ yoxdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(107)-1814/2019 nömrəli qətnaməsinin hissəsində ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, cavabdeh X4 və vəkili V1 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(107)-1814/2019 nömrəli qətnaməsinin barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,mübahisə predmetinə aid olan evin idd iaçının razılığı ilə və onun öz əri tərəfindən söküldüyü barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh 2014-cü ildə hazırki iş üzrə iddiaçı və onun ailə üzvlərinə qarşı evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək istifadə hüququnun tanındığı, ünvan 1 ünvanında yerləşən, İddiaçı adına olmuş və hazırda sökülmüş bir otaqlı evin yerində inşa etdirdiyi evə və həmin evin yerləşdiyi 0,025 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını tələb edərkən həmin mülki iş üzrə məhkəmədə verdiyi izahatında qeyd etmişdir ki, istifadə hüququnun tanındığı evi sökərək həmin evin yerində öz vəsaiti hesabına yeni üslubda yaşayış sahəsi inşa etdirmişdir. Bununla da, mübahisə predmetinə a id olan evin cavabdehin özü tərəfindən sökülmüş olması faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Apellyasiya kollegiyası hazırki iş üzrə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəylərinin yekun nəticələrinin, cüzi fərqlə, təqribən, eyni miqdara uyğun olduğunu nəzərə alaraq ünvan 5 ünvanında yerləşmiş fərdi yaşayış evinin sökülməzdən əvvəlki faktiki dəyərinin 10243.86 manat məbləğə uyğun olmaqla müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Apellyasiya kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı hissəsi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi 31 may 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqları nın pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləya qət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya kollegiyası iddia tələbinin cavabdehdən 10.000 manat mənəvi zərər məbləği tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında cavabdehin hərəkətləri nəticəsində ona 10.000 manat miqdarında mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu və ona bilavasitə hansı qaydada mənəvi zərər dəydiyini də mötəbər sübutlarla əsaslandırmamış və məhkəmə iclasında da izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(107)-1814/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7330/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7330/2019
05.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver