Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7332/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X5, vəkili X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2033/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin (hаkim Ələkbər Hüseynov) 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı həyatyanı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi barədə iddiаsı təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, İddiaçı və Cavabdeh məxsus həyətyanı torpaq sahələri arasında sərhəddin naturada müəyyən edilməsi, sərhədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 fevral 2019-cu il tarixli, 31481 saylı rəydə göstərildiyi qaydada müəyyən edilməsi qət оlunmuşdur. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Ayaz Mahmudov) 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir şəhər məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin hallar ı: İddiaçı iddiа ərizəsi ilə ünvan 1 ünvanında yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi hаqqındа qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 noyabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan 26.12.2008-ci il təvəllüdlü Aytən, 22.09.2010cu il təvəllüdlü Mədinə adlı 3 yaşlı övladları var. Aralarında olan nikah 04 iyun 2018-ci il tarixdə pozulmuş və ayrı yaşayırlar. Cavabdehlə birgə nikahda olduqları zaman 2015-ci ilin aprel ayında, qardaşı X9 ilə birlikdə ikisinin vəsaiti hesabına 5500 manata ünvan 2 ünvanında 0,07 ha torpaqa sahəsi alıblar ki, həmin torpaq sahəsində iki qardaş qonşu kimi yaşasınlar. x1ünvanlı sosial yardım aldığına görə razılığa gəliblərki torpaq sahəsini bütövlükdə Cavabdeh adına sənədləşdirsinlər və Dövlət Reyestrindən Çıxarılışı onun adına alsınlar. Sosial yardımın müddəti bittikdən sonra isə torpaq sahəsini hərə özünə ev tikdiyi ərazi nəzərə alınmaqla notariat qaydada bağışlama müqaviləsi əsasında ½ hissədə bölsünlər və hər ikisinin adına ayrı ayrılıqda Dövlət Reyestrindən Çıxarış alsınlar. Torpaq sahəsini aldıqdan sonra iddiaçının qardaşı Ruslan öz puluna bir tərəfdə 2017-ci ilin yanvarında ev tikməyə başladı və hazırda ev yarımçıq tikili kimi qalma qdadır, yəni hörgü pəncərə başınadək hörülmüşdür, tikinti icazəlidir,evin eskiz lahiyəsi cavabdehin qardaşı x1tərəfindən sifariş edilmiş və Mingəçevir şəhərinin baş memarı Etibar Abdullayev tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iddiaçının qardaşı Ruslan cavabdehin adına RF-nın Tümen şəhərindən göndərdiyi pulla ona da həmin həyətdə digər tərəfdə ev tikməyə başlayıb və həmin tikilinin hazırda yalnız bünövrəsi var. X1 ünvanlı sosial yardımı qurtardıqdan sonra iddiaçının xxa pul borcunun olduğuna görə, Ruslan iddiaçının “Expressbank”-a və başqa bir şəxsə sələmə olan borclarını ödədiyinə görə həmin pulun əvəzində iddiaçı öz payına düşən torpaq sahəsini həmin borcla əvəzləşdiriblər. 0,07 ha torpaq sahəsini bütövlükdə Mingəçevir şəhəri 2 saylı Notariat kontorunda Ruslanın adına notarial qayd ada sənədləşdiriblər. 07.06.2017-ci il tarixli 4Ə-279 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında torpaq sahəsi X5 adına özgəninkiləşdirilərək və onun torpaq üzərində tam mülkiyyət hüququ 06.09.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyesterində qeydə alınmışdır. Cavabdehlə ailə münasibətləri pisləşdikdən və faktiki olaraq ayrıldıqdan sonra cavabdeh Mingəçevir şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 0,07 ha torpaq sahəsinin onun razılığı olmadan bütövlükdə iddiaçının qardaşı Ruslanın adına bağışlandığına görə bağışlanma müqaviləsinin etibarsiz sayılması, çıxarışın ləğv edilməsi və payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin torpaq sahəsinin aralarında bərabər bölünməsinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Mingəçevir şəhər məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(051)-4557/2018 saylı qətnaməsi ilə hər iki iddia tələbləri təmin edilərək Boz dağ küçəsi 52№-li ünvanda yerləşən 0,07ha torpaq sahəsinin ½ hissəsi uzərində onun, ½ hissəsi üzərində Cavabdeh payı müəyyən edilmişdir. Mingəçevir şəhər məhkəməsinin həmin qətnaməsi əsasında 0,07 ha torpaq sahəsi üzərində ½ hissə ilə paylı mülkiyyət hüquqları 30.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 14 №-li reyestr kitabının 55№-li vərəqində qeydiyyata alınaraq iddiaçının adına RX seriyalı ******* №-li düvlət reyestrindən çıxarış verilmişdir. Aralarında olan nikah pozulduqdan sonra paylı mülkiyyətlərində olan torpaq sahəsində ev tikib yaşamaqları mümkün deyil, tez-tez cavabdehin və onların valideynlər i arasında olan əsassız mübahisələri davamlı olaraq baş alıb gedir və onlar tez tez polis şöbəsində izahatlar verirlər və bu gələcəkdə bədbəxt hadisə ilə nəticələnə bilər. Ona görə də torpağın paylara uyğun bərabər şəkildə naturada bölünməsi və bölündükdən sonra sərhədyerlərindən hündür hasar çəkilməsi və ayrı-ayrı istiqamətlərdən həyətlərə giriş darvazalarının qoyulması labüddür. Torpaq sahəsindəki mövcud yarımçıq ev tikilisi onun yuxarda qeyd ettiyi kimi qardaşı x1tərəfindən öz maliyyə vəsaiti hesabına tikildiyinə görə naturada bölgü zamanı həmin hissənin 0,035 ha ölçüdə iddiaçıda, iddiaçının vəsaiti hesabına qoyulan ev bünövrəsi yerləşən hissənin 0,035 ha ölçüdə cavabdehə ayrılmasında israrlıdır. Ona görə də Mingəçevir şəhəri Boz dağ küçəsi 52 saylı ünvanında yerləşən ½ hissə paylı mülk iyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi hаqqındа qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə işə baxarkən onun 3 azyaşlı övladı ilə iddiaçıya ayrılan torpaq sahəsində tikilən evdə yaşadığını və onların başqa yaşayış yerlərinin olmamasını nəzərə almamışdır. Bundan başqa mübahisəli torpaq sahəsinə baxış keçirilməmişdir. Məhkəmə ekspertiza rəyinə həlledici sübut kimi istinad etməkdə haqlı olmamışdır. Torpaq sahəsi üzərində tikili hüquqi olaraq tərəflərə mənsub olmasa da, bölgü zamanı nəzərə alınmalı və ən azından həm torpaq, həm də üzərindəki tikililər bərabər hissəyə bölünməli idi. Məhkəmə bu hallara əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X9 və vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Mingəçevir şəhəri Boz dağ küçəsi 52 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə cavabdeh X7 adına 30.07.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı haz ırki tələblə məhkəməyə müraciət edərək torpaq sahəsinin X1 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspertin rəyindən və ona əlavə olunmuş sxemdən də aydın görünür ki, İddiaçı və X7 hər birinə 360 kvadrat metr torpaq sahəsi bölünmüşdür. Bundan əlavə iddia ekspert rəyində göstərilən tərzdə, yəni sxemdə göstərilən torpağın yuxarı hissəsi İddiaçı, torpağın aşağı hissəsi isə Cavabdeh verilməsi daha məq sədə müvafiqdir. Həm qanuni, həm də fiziki cəhətdən torpağın ekspert tərəfindən göstərilən variantda naturada bölünməsi tam qanuni və əsaslıdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ümumi birgə paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilmiş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin ekspert rəyinə uyğun təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırki tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 220ci maddələri təşkil edir. Belə ki, Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri). Hazırda iddiaçının bölünməsini tələb etdiyi torpaq sahəsi iddiaçı və cavabdehin ½ hissədə paylı mülkiyyətindədir. Tərəflər arasında paylı mülkiyyətin naturada ayrılması barədə razıl ıq olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ekspert rəyinə istinad etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinuin 18 fevral 2019-cu il tarixli, 31481 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri Boz dağ küçəsi 52 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında paylara uyğun şəkildə iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkündür. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgüsü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Rəyə əlavə olunmuş sxemdən görünür ki, mübahisəli torpaq sahəsinin yuxarı hissəsinin İddiaçı, aşağı hissəsinin isə iddiaçı Cavabdeh bölgüsü nəzərdə tutulmuşdur. Eksper tiza rəyindən görünür ki, ekspert mübahisəli torpaq sahəsinin yuxarı hissəsinin iddiaçı və aşağı hissəsinin cavabdehə ayrılması barədə sxem tərtib etmiş, lakin torpaq sahəsinin hansı səbəbdən bu qaydada bölünməsini rəyində əsaslandırmamışdır. İşə baxan məhkəmələr heç bir əsaslandırma və araşdırma aparmadan iddia tələbini təmin edərək torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş bölgü sxemə uyğun olaraq bölünməsi barədə qətnamə qəbul etmişlər. Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barəd ə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.3 və 103.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə məhkəmə mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü ekspert rəyi ilə müəyyən edilə bilər. Torpaq sahəsinin hansı hissəsinin kimə ayrılması isə məhkəmə araşdırmasının predmetidir. İşə baxan məhkəmələr isə bu barədə heç bir araşdırma aparmamış, əsaslandırılmayan ekpert rəyin istinad edərək torpaq sahəsinin naturada bölgüsü barədə qətnamə qəbul etmişlər. Ekspertin səlahiyyətinə aid olmayan məsələni həll etməsini məhkəmələr nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir işin qanuni və ədalətl i həlli üçün məhkəmə işdə olan bütün sübutlara, o cümlədən ayrılması nəzərdə tutulan torpaq sahəsinin və onun üzərində inşa edilən tikililərin kimin sahibliyində və ya istifadəsində olmasını və işin həlli üçün əhəmiyyətli olan digər halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsas dır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2033/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7332/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7332/2019
09.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver