Məhkəmə qərarları › İş №2(102)-734/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-734/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-734/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Balaxan oğlunun cavabdehlər X5, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zəbt olunmuş yol, torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Balaxan oğlunun cavabdehlər X5, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) zəbt olunmuş ümumi yolun bərpası və to rpaq sahəsinin bir hissəsinin qaytarılması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-484/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan Rayonu Xalac kəndində yerləşən 0,38 ha torpaq sahəsi Salyan rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli, 04 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-559 A saylı şəhadətnamə ilə İddiaçı (bundan sonra – iddiaçı) və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. Həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X5, Cavabdeh2 (bundan sonra – cavabdehlər) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 13 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X4 həyətyanı torpaq sahəsi ilə onun həyətyanı torpaq sahəsi arasında, bələdiyyə mülkiyyətində olan ümumi qonşu arası zəbt olunmuş yolun bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin bir hissəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ******* saylı çıxarışa əsasən Salyan rayonu, Xalac kəndində yerləşən 0.63 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki ev bərabər hissələrdə xüsusi mülkiyyət hüququ əsasında cavabdehlərin adlarına rəsmiləşdirilmişdir. Həmin çıx arış verilən zaman DƏDRX qanun pozuntusuna yol verərək cavabdehlərin mülkiyyətlərinə rəsmiləşdirdikləri torpaq sahələrinə kənd camaatının ümumi istifadəsində olmuş uzunluğu 105, eni 19 metr, ümumi sahəsi 1995 kv.m olan yolu, eləcə də onun mülkiyyətində olan torpaq sahəsinin 3** kv.m hissəsini də əlavə etmişdir. Bununla da reyestr xidməti onun mülkiyyət hüququnu pozmuş, eləcə də onu ailəsi ilə birlikdə ümumi istifadədə olmuş yoldan istifadə etmək hüququndan məhrum etmişdir.

5. Cavabdehlər iddianı qəbul etməyərək bildirmişlər ki, istifadələrində olan həyətyanı torpaq sahələrinin sənədləri 40 ildir ki mövcuddur, onlar istifadədə olan və bələdiyyəyə məxsus yolu zəbt etməmişlər. Məsələ ilə bağlı ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, onlar bələdiyyəyə məxsus yolu və iddiaçının iddia et diyi torpaq sahəsinin bir hissəsini zəbt etməmişlər.

6. DƏDRX-in nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının torpaq sahəsinə hüquqlarını təsdiqləyən sənədi olmadığı halda cavabdehlərin çıxarışları vardır. 2016-cı ildə yerində ölçü işləri aparılmış və buna əsasən cavabdehlərə çıxarış verilmiş, ölçü işləri aparılan zaman məlum olmuşdur ki, üçüncü şəxs örüş üçün nəzərdə tutulmuş yolu bağlamışdır. Nümayəndə iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Məhkəmə iclasında üçüncü şəxs bildirmişdir ki, cavabdehlər ümumi istifadədə olan yolun bir hissəsini öz həyətyanı sahəsinin bir hissəsi hesab edərək, ondan qanunsuz istifadə edirlər. Ümumi istifadə üçün nəzərdə tutulmuş yolun eni 20 metr nəzərdə tutulsa da, cavabdehlər həmin yolun bir hissəsindən öz həyətyanı torpaq sahələri kimi istifadə etdiklərindən yol daralaraq eni 5-6 metr olmuşdur. Onun cavabdehlərlə örüş yolu ilə əlaqədar mübahisəsi olmuş Şirvan Apellyasiya Məhkəməsi onun iddiasını təmin etmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, layihə üzrə üçüncü şəxslə cavabdehlərin həyətyanı torpaq sahələri arasındakı ümumi istifadə üçün nəzərdə tutulmuş yolun eni 20 metr olmalı olduğu halda, üçüncü şəxsin küçəyə perpendikulyar çəkilmiş hasarı olan hissədə 13,7 metrdir. Həmin çəpərdən 27,5 metr şimal tərəfə gəldikdə, yol daralaraq eni 6,3 m., daha şimala doğru, yol boyu hərəkət etdikdə, 5.5 m. bərabərdir. Üçüncü şəxsin yola perpendikulyar inşa edilmiş mişar daşından hörülmüş hasarın sonunun 1.5 metrinin sonradan hörüldüyü aydın görünür. Vizual görünür ki, baxış zamanı aşkar olunmuş vəziyyət çox illərdir ki, mövcuddur. Cavabdehlər bildirmişlər ki, onların hasarı 1976-cı ildə çəkilmiş və o vaxtdan da onun yeri dəyişdirilməmişdir. Üçüncü şəxsin yola perpendikulyar inşa edilmiş mişar daşından hörülmüş hasarın sonuna hörülmüş 1,5 metr hasar və iddiaçının çəpərinə çəkilmiş dəmir lövhələrdən başqa qalan tikililər köhnədir və yerlərinin dəyişdirilməsi müşahidə olunmur. Cavabdehlərin istifadə etdikləri torpaq sahəsi trapesiya, iddiaçı ilə üçüncü şəxsin istifadələrində olan torpaq sahələri isə düzbucaq formasındadır.

9. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(057)-27/2018 nömrəli iş üzrə 29 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Qasımov) iddia qismən təmin edilərək dayaq nöqtələri kimi i ddiaçının və üçüncü şəxsin Salyan rayonu, Xalac kəndində yerləşən yol boyu hasarları götürülməklə yolun eni 20 metrədək bərpa edilməklə cavabdehlərin qanunsuz istifadələrində olan yolun bir hissəsinin ümumi istifadəyə qaytarılması, iddianın DƏDRX-in 13 saylı Ərazi İdarəsinə qarşı və zəbt olunmuş torpaq sahəsinin bir hissəsinin qaytarılması hissəsində təmin edilməməsi, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 60 manatın cavabdehlərə aid edilməsi və onlardan müştərək qaydada tutulması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın Salyan rayonu, Xələc kəndində yerləşən iddiaçı ilə cavabdehlərin həyətyanı torpaq sahələri arasında olan mübahisəli yolun bir hissəsinin sonuncuların istifadəsində olan həyətyanı torpaq sahələrinin hüdudlarında olması sübuta yetirilmiş, iddia zəbt olunmuş torpaq sahəsinin bir hissəsinin qaytarılması hissəsində sübuta yetirilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 175.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111.1, 111.2 və 111.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadələrində olan torpaq sahələri torpaq islahatı keçirilməmişdən əvvəl onların valideynlərinin istifadəsində olmuş, islahatdan sonra da həmin torpaq sahəsi onların mülkiyyətindədir. Ümumi istifadədə olan yolun ərazis ini üçüncü şəxs zəbt etmiş, hətta bununla bağlı məhkəməyə müraciət olunmuşdur. Hazırkı iş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş, mütəxəssis rəyi alınmış və hər dəfə də təsdiq olunmuşdur ki, onlar həmin torpaq sahəsini zəbt etməmişlər. Məhkəmə işdəki sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi 2(106)-40/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertizala rın xərci olan 350,60 manatın iddiaçıdan alınaraq Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Kadastrı və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə dəfələrlə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilsə də, həmin mütəxəssis və ekspertlər tərəfindən mübahisəli yolun cavabdehlər tərəfindən zəbt edilməsi öz təsdiqini tapmamışdır.

16. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 99.2 və 101.6-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Ka ssasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3319/20 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər - Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xələfov) kassa siya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2018ci il, 25 iyul 2019-cu il və 29 dekabr 2019-cu il tarixli ekspert rəyləri sübut kimi qiymətləndirilə bilməz. Belə ki, MPM-in 99.2-ci maddəsinə əsasən, ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən ekspert sübutları bilavasitə tədqiq etməli və onlara uyğun məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda sadalanan rəylərindən görünür ki, ekspertlər məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı bilavasitə tədqiqat aparmamış, Əmlak Məsələləri Dövlət Komitəsinin və "xxxx" MMC-nin mütəxəssis rəylərində göstərilənlərə istinad etməklə qoyulmuş sualları cavablandırmışlar. Bununla yanaşı, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, cavabdehlərin mülkiyyətində 0.63 ha torpaq sahəsi olsa da, sonuncuların faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü bundan 2 dəfə artıq olmaqla 1.43 ha təşkil edir. Ona görə də, işin yeni apellyasiya baxışı zamanı cavabdehl ərin istifadəsində olan artıq torpaq sahələrinin iddiaçının yol olaraq açılmasını tələb etdiyi sahəyə düşüb-düşməməsi araşdırılmalı və zəbt edilən sahə yol üçün nəzərdə tutulan sahəyə aid olduqda həmin yerdən yolun açılmasının mümkün olubolmamasına qiymət verilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni MPM-in 99.2 və 101.6-cı maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-484/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası tərəflərin izahatları, eləcə də yerində protokolu əsasında müəyyən etmişdir ki, tərəflər üzün müddətdirlər ki, hazırda mövcud olan vəziyyətdə öz torpaq sahələrindən istifadə edirlər. Sovetlər dönəmində torpaqlar dövlətin müstəsna mülkiyyətində olduğundan vətəndaşların mülkiyyətlərində olmamışdır. Həmin vaxtlar 3-cü şəxs Mirzəli Fərzəliyev istisna olmaqla, tərəflər mövcud situasiyaya uyğun olaraq torpaq sahələrini hasarlayaraq, uzun müddət ondan istifadə etmişlər. Bu zaman 3-cü şəxs Mirzəli Fərzəliyevlə cavabdehlər Seyfəli və Müşfiq Əliyevlərin torpaq sahələri arasında 1,5 metr enində örüş torpaqlara getmək üçün nəzərdə tutulmuş yol mövcud olmuşdur. Torpaq islahatı ilə əlaqədar torpaqların dəqiq konturları müəyyən edilərək, vətəndaşları n mülkiyyətlərinə verilmişdir. Torpaq sahələrinin konturları müəyyən edildikdən sonra Mirzəli Fərzəliyev həmin 1,5 metr enində, örüşə getmək üçün nəzərdə tutulmuş yolun onun mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudlarında olduğunu görüb, oranı mişar daşı ilə bağlayaraq faktiki olaraq əvvəllər istifadəsində olan torpaq sahəsinə əlavə etmişdir. Seyfəli və X3 həmin yolun açılmasını tələb etdikdən sonra məlum olmuşdur ki, əslində örüşə getmək üçün nəzərdə tutulmuş yol Seyfəli və Müşfiq Əliyevlərin istifadələrində olan torpaq sahəsinin hüdudlarındadır. Bundan əlavə ümumi istifadə üçün nəzərdə tutulmuş yolun eninin bir hissəsi də, onların istifadələrində olan torpaq sahəsinin hüdudlarındadır. Lakin, iddiaçının torpaq sahəsinin bir hissəsinin cavabdehlər Seyfəli və Müşfiq Əliyevlərin istifa də etdikləri torpaq sahəsinin hüdudlarında olması müəyyən edilməmişdir. Göründüyü kimi, Seyfəli və Müşfiq Əliyevlər mübahisələndirilən yolun bir hissəsini zəbt etməmiş, lakin ondan qanunsuz istifadə etməkdə davam edirlər. Yolun bir hissəsi onların əvvəldən istifadələrində olan torpaq sahələrinin hüdudlarına salınmışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehlər Seyfəli və Müşfiq Əliyevlərin qanunsuz olaraq istifadə etdikləri mübahisələndirilən yolun bir hissəsi onlardan alınaraq ümumi istifadəyə qaytarılmalıdır.

24. Məhkəmə cavabdehlərin həmin torpaq sahəsinin 1976-cı ildən onların istifadələrində olması ilə bağlı qeyd etmişdir ki, aqrar islahatdan sonra torpaqların dəqiq konturları müəyyən olunmuş, həmin konturların legitimliyi dövlət tərəfindən tanınaraq müvafiq çıxarışlar və şə hadətnamələr verilmişdir. Bu səbəbdən də, iddiaçının kontur daxilində olan yolun bərpasını tələb etmək hüququ olmuş və o, bu hüququndan istifadə etmişdir.

25. Məhkəmə işdə olan sübutlarla, həmçinin müəyyən etmişdir ki, cavabdehlərin istifadəsində olan 1,43 ha torpaq sahəsinin yalnız 0,63 hektarı dövlət qeydiyyatından keçmişdir. Dövlət həmin 0,63 ha torpaq sahəsinin müdafiəsinə və toxunulmazlığına təminat verir. Lakin, yerdə qalan 0,8 ha torpaq sahəsinin müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Belə ki, cavabdehlər həmin ölçüdə torpaq sahəsindən qeyri-qanuni istifadə edirlər. Bu səbəbdən də onların 0,8 ha torpaq sahəsindən istifadə etmələri üçün qanuni əsasları yoxdur.

26. Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 139, 140, 152, 157 və 158-ci, Torpaq Məcəlləsinin 67 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh X7 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia müddətinin keçməsi ilə əlaqədar mülki işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraci ət edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

30. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti MPM-in tələblərinə uyğun tərtib edilməmişdir. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazır kı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkət ləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Torpaq Məcəlləsi Maddə 67, 4-cü hissə. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111.3 Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

35. MPM Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-484/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar