Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7342/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, üçüncü şəxslər X1 və “xxxx” MTK-nın vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(011)-6110/2018 saylı qətnaməsi ilə iddiaçının “icarə, alqı-satqı müqaviləsinin, çıxarışın və texniki pastportun ləvğ edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim İlahə Abbasova). Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10938/2018 saylı, 20.11.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2307/2019 saylı, 16.04.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli 2(103)-7681/2019 saylı qətnaməsi ilə (hakimlər A.Hüseynov, A.İmanov və V.Sadıqo v) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6110/2018 saylı iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə qarşı ünvan 1 ünvanda yerləşən 202 kv.m. əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 15.04.2014-cü il tarixli, 64/96 saylı icarə müqaviləsi və 08.05.2014-cü il tarixli, 5363 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi, həmin müqavilə əsasında üçüncü şəxs X2 adına verilmiş 29.05.2014-cü il tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət re yestrindən çıxarışın və 11/369 saylı, 06.05.2014-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən (ünvan 1 ünvanda ) yerləşən 202 kv.m. əmlak kompleksi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə üçüncü şəxs X2 arasında bağlanmış 15.04.2014-cü il tarixli, 64/96 saylı icarə müqaviləsi və 08.05.2014-cü il tarixli, 5363 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 adına verilmiş 29.05.2014-cü il tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 11/369 saylı, 06.05.2014-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” MTK iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin qarşılıqlı münasibətini, həmçinin onların və adı çəkilən şəxslərin mübahisə predmetinin aid olduğu əmlaka münasibətini düzgün müəyyən etmədiyindən, maddi və prosessual hüquq normaların tətbiqində yanlışlığa yol verilmiş, tətbiq etməli olmayan hüquq normalarını tətbiq etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsinin qismən, iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X1 və “xxxx” MTK-nın vəkili X6 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş g öndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalət li məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin MPM-nin 50.3, 57.1-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmadığından iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, ünvan ünvanda yerləşə n və sahəsi 202,0 kvm olan əmlak kompleksi ilkin olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X3 icarəyə verilmiş və bu barədə onların arasında 15.04.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsi bağlanmışdır. 08.05.2014-cü il tarixdə isə onların arasında icarəyə verilmiş əmlakın alqı-satqısına dair 5363 saylı müqavilə bağlanmışdır. Müqavilədə əmlak kompleksinin dəyəri 47992 manat göstərilmişdir. X2 əmlak kompleksi üzərində hüquqları 29.05.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda əmlak kompleksinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin 0.02368 ha olmaqla dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Lakin 11.07.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlə t Komitəsi həmin ünvanda yerləşən 47322.1 kvm torpaq sahəsini Əmlak kompleksinin istifadəsində olan torpaq sahəsi kimi X2ə satmış və bu barədə onların arasında göstərilən tarixdə 5068 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsinin 321790 manata satıldığı qeyd olunmuşdur. 29.10.2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində 4.73221 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 202,0 kvm qeyri-yaşayış sahəsini 400 000 manata Ramil Alışova satmış, Ramil Alışov isə mülkiyyət hüququ qeydə alındıqdan sonra həmin torpaq sahəsini və qeyri-yaşayış sahəsini 26.01.2015-ci ildə eyni qiymətə “xxxx” MTK-ya satmışdır. “xxxx” MTK-nın qeyd olunan torpaq sahəsi və əmlak kompleksi üzərində mülkiyyət hüququ 03.02.2015-ci ildə daşınmaz əmlakın dövlət reyest rində qeydiyyatdan keçmiş və hazırda həmin MTK-nın mülkiyyətindədir. İşdən göründüyü kimi, İddiaçı hazırkı işdə adı çəkilən sənədlərdən yalnız 202 kvm əmlak kompleksi barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 arasında bağlanmış 15.04.2014-cü il tarixli 64/96 saylı icarə müqaviləsini, 08.05.2014-cü il tarixli 5363 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsini, A.Baxşıyevin adına verilmiş 29.05.2014cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, 11/369 saylı 06.05.2014-cü il tarixli Texniki Pasportu mübahisələndirmiş və həmin sənədlərin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 202 kvm əmlak kompleksi adı altında X2 satılmış tikililəri n əslində 202 kvm deyil, 1035,6 kvm olduğunu, bu tikililərin 11.11.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məxsus olduğunu, bu səbəbdən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin əmlak kompleksinin A.Baxşıyevin icarəsinə və mülkiyyətinə verilməsinin yanlış olduğunu göstərmişdir. İşin materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən X2 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalan kassatorun şikayətinin əsas məğzi mübahisələndirilən mülkiyyət sənədi və əmlakın yerində xarakterizə edən texniki pasportda caabdeh tərəfindən səhvə yol verilmiş 4,68143 ha hissəsəsinin təmin olunması məsələsinin sırf olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə aid olmaqla X2 və ya «xxxx» MTK-nın qanunla mühafizə olunan mövqelərinə toxunmamasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə o nların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddia ərizəsi ilə mübahisələndirilən müqavilənin tərəflərindən biri iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2dir. İşin materiallarından görünür ki, iddiaçı, həmçinin həmin şəxsin adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi tələbini irəli sürmüşdür və hal-hazırda da mübahisəli əmlakın mülkiyyətçisi “xxxx” MTK-dır. İşin materiallarından həmçinin görünür ki, iddiaçı X2i ca vabdeh qismində cəlb etmədən sözügedən əqdin və hüquq müəyyənedici sənədlərin ləğvi tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi tələbi mahiyyəti üzrə əsassız hesab etməklə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan apellyasiya icraatı çərçivəsində həmin məsələnin müzakirəsinin və həllinin mümkün olmaması, əks yanaşmanın işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olması, bunun həmçinin apellyasiya insta nsiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməz olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticələri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddia tələbinin təmin oluna bilməməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7342/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7342/2019
18.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver