Məhkəmə qərarları › İş №2(102)-7360/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7360/2019

28.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7360/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(103)4764/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-1010/2018) İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərə görə cəmi 46.261,20 ABŞ dollarının və 9030 m anatın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və Ə.İ.Qasımov, iş № 2(103)7589/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər: G.A.Quliyev, Ə.A.Mirzəliyev və T.A.Qoldman, iş № 2(102)1058/2018) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apel lyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və Ş.Ə.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh 20.000 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: 2017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2013-cü ilin oktyabr ayından etibarən aralarında bağlanmış müqaviləyə əsasən işlədiyi Ukrayna Respublikasından Bakı şəhərində yaşayan və özünü işgüzar adam kimi təqdim edən və onun etibarını qazanan Cavabdeh ümumi dəyəri 108.179 ABŞ dolları təşkil edə n yuyucu vasitələri göndərməsini, Cavabdeh isə bunun müqabilində ona cəmi 72.288 ABŞ dolları ödəyib, qalan 38.551 ABŞ dollarını qaytarmamasını əsas göstərməklə cavabdehdən həmin məbləğin, müayinə və müalicəsinə çəkdiyi xərclərə görə 500 manatın, fəaliyyətinin pozulması nəticəsində əldən çıxmış faydaya görə 5000 manatın, mənəvi zərərə görə 3000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçı tərəfindən yuyucu vasitələrin “Elvin G” şirkətinə və Fərid Sadıxov adlı şəxsə göndərməsini, onun isə iddiaçının Azərbaycanda olan işinə nəzarət edən şəxs olmasını və birlikdə qaz anc əldə etmələrini, insanlıq naminə iddiaçıya dəyən zərərin 20.000 ABŞ dolları məbləğində hissəsini ödəməsi barədə şərik olduqları üçün kömək məqsədi ilə üzərinə götürməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir k i, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında yuyucu vasitələrin nisyə alqısatqısı barədə razılaşma olmuş və həmin razılığa əsasən iddiaçı tərəfindən cavabdehə 108.179 ABŞ dolları məbləğində yuyucu vasitə göndərilmişdir. Lakin satıcı həmin yuyucu vasitələri satıb dəyərini iddiaçıya tam vermədiyi üçün aralarında mübahisə baş vermiş və iddiaçı bununla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. İddiaçının şikayəti həmin idarədə araşdırılarkən verdiyi izahatında cavabd eh iddiaçıya onun tələb etdiyi 38.551 ABŞ dolları məbləğində deyil, 20.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş, lakin maddi imkanının zəif olması ilə əlaqədar borcunu qaytara bilməməsini və qısa müddətə borcu qaytaracağını vəd etmişdir. Kassasiya şikayətində cavabdeh iddiaçıya borcunun olmasını inkar edərək şəriki kimi iddiaçıya dəymiş ziyana görə 20.000 manat ödəyəcəyini vəd etməsini bildirsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh həqiqətən də iddiaçıdan nisyə aldığı malın tam dəyərini ödəməmişdir. İşdə cavabdehin iddiaçıya olan borcunun 38.551 ABŞ dolları təşkil etməsi barədə mötəbər sübutlar olmadığından apellyasiya instansiyası məhkəməsi iddianı cavabdehin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində borcun məbləği ilə əlaqədar verdiyi izahatına əsaslanaraq borcun 20.000 ABŞ dollarının təşkil etməsi barədə nəticəyə gəlmişdir. Mülki Məcəllənin 600-cü maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (600.1) Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. (600.2.) Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödə mək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (600.4.) Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə işdə olan sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə uyğun həll olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar