Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7361/2019 22.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3, Cavabdeh və onun vəkili Hüseynzadə Mehdi Pəli oğlunun, üçüncü şəxs X6 iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-c u il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı "zəbt edilmiş torpaq sahəsindəki tikilinin sökülməsi, dəymiş ziyanın ödənilməsi" tələbinə dair ilk iddia ərizəsi ilə, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı "ilkin müqavilənin etibarsız hesab edilməsi, ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)-169/2018) İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı "zəbt edilmiş torpaq sahəsindəki tikilinin sökülməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair ilk iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilərək, İddiaçı ilə X10 arasında Bakı şəhəri 37 saylı notariat kontorunda 14 sentyabr 2010-cu ildə bağlanmış, reyestrdə 3M-1-77 nömrə ilə qeyd edilmiş ilkin müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı 20.000 (iyirmi min) manatın alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X9 verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (məruzəçi), S.Hacıyev, R.Eyvazov, iş № 2(103)7219/2018) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-413/2019) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (məruzəçi), İ.Şirinov, E.Kazımov, iş № 2(103)4138/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 aprel 2018-ci tarixli qətnaməsi İddiaçı iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilərək, İddiaçı iddiasının qismən təmin olunması, Cavabdeh Bakı şəhəri ünvan 1 ünvanında binanın qarşısında yerləşən, İddiaçı icarəsində, istifadəsində və sahibliyində olan 48 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi qət edilmiş, qətnamə İddiaçı apelyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rəd d edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Hüseynzadə Mehdi Pəli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı nümayəndəsi X3 və üçüncü şəxs X6 izahatları dinlənilmə mişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları dü zgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən qanunsuz istifadə edilən mübahisəli torpaq sahəsinin bir hissəsinin İddiaçıicarəsində, istifadəsində, sahibliyində olması, eləcə də məhkəmə-mühəndis eksper tizasının 29 dekabr 2017-ci il tarixli, 20891 saylı rəyinə əsasən Cavabdeh istifadə etdiyi mağazanın torpaq sahəsinə dair onun adınaverilmiş çıxarışın hüdudlarından kənarda yerləşməsi, həmçinin sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi, mübahisəli tikilinin onun adına verilmiş sxemin hüdudları daxilində yerləşməsi, habelə cavabdehin istifadə etdiyi mağazanın həmin torpaq sahəsinin 48,0 kv.metr hissəsinə düşməsi mülki iş materialları ilə tam təsdiq olunur. Belə olan halda, sözügedən 48,0 kv.metr torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edildiyindən, İddiaçı iddia tələbləri həmin torpaq sahəsindən Cavabdeh çıxarılması və sonuncu tərəfindən orada inşa edilmiş özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsində göstərilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.2-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya m ülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmiak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu torpaq mübahisələri ilə əlaqədar qanunvericiliyin tətbiqi təcrübəsinin vahid qaydasına nail olmaq məqsədi ilə 14 fevral 2003-cü ildə “Torpaq qanunvericilinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələlər haqqında” qərar qəbul etmişdir. Qərar vahid məhkəmə təcrübəsinin yaranması məqsədi ilə bir sıra izah və tövsiyələri nəzərdə tutub. Həmin işə baxılarkən məhkəmələr tərəfindən qəbul edilmiş qətnamə və qərarda qeyd olunan qərarın bəzi müddəalarına istinad olunsa da, qərarın əsas tələblərindən birinə riayət olunmamışdır. Belə ki, qərarın 3-cü maddəsi nəzərdə tutur ki, “torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusunu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir.” Təəssüflə qeyd olunmalıdır ki, məhkəmələr Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulan həmin tələbə riayət etməmiş, mübahisəli torpaq sahəsinin hüquqi statusunu yəni, onun kimin mülkiyyətində olmasını müəyyən etmədən mübahisə ilə bağlı yekun qərara gəlmişdir. Bu isə təbii olaraq qəbul olunmuş qərarın hüquqauyğunluğunu şübhə altına alır. Mübahisəli torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi zəruriliyi həm də onunla şərtlənir ki, eyni torpaq sahəsi ilə bağlı həm Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, həm də Bakı şəhəri İcra Hakimiyyəti sərəncam xarakterli hərəkətlərə yol vermiş və həmin sərəncamlarda torpağın hüquqi statusu ilə bağlı mövqeləri bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 05.06.2007-ci il tarixli sərəncamında vətəndaş İddiaçı Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 20 A saylı binanın qarşısındakı torpaq sahəsində köşkün daşdan tikilməsinə icazə verilmişdir. Həmin sərəncamın 2-ci bəndində qeyd olunur ki, “köşkün yerləşdiyi torpaq sahəsinə Hövsan Bələdiyyəsi ilə icarə müqavilənin bağlanması və Azərbaycan Respublikasının Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən çıxarışın alınması vətəndaş İddiaçı tapşırılsın.” Beləliklə həmin sərəncamdan belə məlum olur ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Bakı şəhəri Hövsan Bələdiyyəsidir. Lakin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında 02 fevral 2017-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında binanın qarşısında yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmış və həmin müqavilədə torpağın mülkiyyətçisi və ya onun təmsilçisi kimi Bakı şəhər İcra Hakimiyyəti çıxış etmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin bağladığı müqavilədə torpağın mülkiyyətçisi kimi dövlət ehtiva olunduğu halda, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamında həmin torpaq sahəsinin mü lkiyyətçisi kimi Bakı şəhər Hövsan Bələdiyyəsi qeyd olunmuşdur. Göründüyü kimi həmin sərəncam və müqavilənin araşdırılması birmənalı olaraq mübahisəli torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsini tələb etmişdir. Torpaq sahəsinin mülkiyyətçisinin Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi olduğu halda Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlamağa səlahiyyətli olmamışdır. Göründüyü kimi mübahisəli torpağın hüquqi statusunun müəyyən edilməsi mübahisənin həlli üçün birmənalı əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiyası məhkəməsi həmin məsələni araşdırmadan işin mahiyyəti üzrə qərar qəbul etməklə səhvə yol vermişdir. İş üzrə araşdırılması zəruri olan məsələlərdən biri də ondan ibarətdir ki, cavabdehin mülkiyyətində olan mağazaya onun mülkiyyət hüququ 09.12.2015-ci il tarixdə qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında icarə müqaviləsi 02.02.2017-ci il tarixdə bağlanıb. İş üzrə keçirilmiş məhkəmə mühəndistexniki ekspertizasının 29 dekabr 2017-ci il tarixli rəyində qeyd olunur ki, “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi "-nin arxiv və elektron bazasında mübahisələndirilən mağazaya hər hansı mülkiyyətçiyə hüquqi və ya texniki sənədin verilməsi və İddiaçı Bakı şəhəri ünvan 1 ünvanında binanın qarşısında torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığı, Cavabdeh istifadə etdiyi mağazanın və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh verilmiş çıxarışın hüdudlarından kənarda yerləşdiyi, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında binanın qarşısında yerləşən t orpaq sahəsinin icarə verilməsi və tikinti işlərinin aparılması barədə sənədlərə əlavə edilmiş mülki iş materiallarında (s.11,12) olan sxemin hüdudları daxilində yerləşdiyi müəyyən edilir.” Məhkəmə cavabdehə verilmiş çıxarışın onun istifadə etdiyi mağazanın və onun torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsinə aydınlıq gətirməmişdir. Yəni çıxarış verilərkən mağazanın hansı torpaq sahəsində yerləşdiyi aydınlaşdırılmalı, əgər mağaza ona ayrılmış torpaq sahəsində yerləşməyibsə ona çıxarış verilməməlidir. Ekspert rəyi ilə Cavabdehin istifadə etdiyi mağazanın sahəsinin nə qədər olması, onun istifadə etdiyi mağazanın sahəsinin çıxarışda qeyd edilən 356.7 kv.metrdən çox və ya az olması müəyyən edilməmişdir. Əgər Cavabdeh cəmi 356.7 kv.metrdən istifadə edirsə, onun istifadəsində olan torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsinin bağlanması hüquqi cəhətdən dəyərləndirilməlidir. Cavabdeh mülkiyyət hüququnun mövcudluğu ilə bağlı çıxarışın verilməsi mağazaya dair texniki pasportun da tərtib olunması və mövcudluğunu şərtləndirir. Lakin mağazanın texniki pasportu məhkəmələr tərəfindən araşdırılmamış və işə əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılması ilə bağlı yol verilən prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmay an qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarıls ın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7361/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7361/2019
22.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver