Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7362/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı vəkili Mənsimli Camal Kamil oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəkili Bağırov Ziya Bayram oğlunun və Maraqlı şəxs vəkili Şaiq Hüseynovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli, 2(103)-4880/2019 nömr əli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583 və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun onun adına tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.İ.Həsənov) 07 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri,Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583,1583 «a» və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəmə si Mülki Kollegiyasının (hakimlər A.Ə.Hüseyn E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 24 iyun 2019-cu il tarixli, 2(103)-4880/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs tərəfindən verilmiş apelyasiyaşikayətitəminedilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edil məsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış 02.10.2010-cu il tarixli ərizədən məlum olur ki, Maraqlı şəxs babası X2 mülkiyyətində olmuş 1583 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qardaşı İddiaçı adına tanınmasını xahiş edir. Həmçinin, iş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2010-cu il tarixli ərizədən məlum olur ki, o, Bakı şəhəri, Bilgəh massivi 1583/1584 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qardaşı İddiaçı adına tanınmasına etiraz etmir. Ərizələr Maraqlı şəxs imzası ilə təsdiq olunur. Maraqlı şəxs apellyasiya instansiyası mə hkəməsinə imzanın ona məxsus olmadığını qeyd edərək, ekspertiza təyin olunmasını xahiş etsə də, apellyasiya instasniyası məhkəməsi vəsatəti təmin etməmiş və beləliklə fakt olduğu kimi qəbul edilmişdir. Bu ərizə həmçinin maraqlı şəxsin məhkəmə icraatı barəsində xəbəri olmaması və onun hüququnun pozulması ilə bağlı Maraqlı şəxs tərəfindən irəli sürülmüş dəlili də çürüdür. Belə ki, Maraqlı şəxs tərəfindən imzalanmış ərizələr Bakı şəhəri Sabunçu rayon məhkəməsinə ünvanlanmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07.12.2010-cu il tarixli, 2(008)-3616/2010 saylı qətnaməsinin qəbul edilməsindən 9 il keçdikdən sonra Maraqlı şəxs hansısa səbəbdən onun məhkəmə icraatından xəbəri olmadığını, hüququnun pozulduğunu anlamış və məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiiş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində qeyd olunan sənədlər əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Lakin qeyd olu nan hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamışdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)-3616/2010 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2011-ci il tarixdə həmin qətnamə əsasında keçmiş DTXK tərəfindən mübahisəli bağ sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş, həmin plan-ölçü və qətnamə əsasında bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış və bağ sahələrinin hər birinə dair onun adına ayrıca reyestrdən çıxarış və plan-ölçü verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli, 2(008)3616/2010 nömrəli qətnaməsini ləğv edərkən sözügedən sənədlərin (plan-ölçü və çıxarış) ləğv edilib-edil məməsinə hər hansı münasibət bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Mənsimli Camal Kamil oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında işrirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəkili Bağırov Ziya Bayram oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işrirak edən Maraqlı şəxs vəkili Hüseynov Şaiq kassasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.06.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, nikahın bağlanması, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərinə, həmçinin razılıq ərizələrinə əsasən, İddiaçı bağ sahəsinin (1583, 1583 “A”, 1584) ilkin icarəçisi X1 üzrə vərəsəsi olmaqla, bağ sahəsinin icarəçiləri vəfat etmişlər, sağ qalan ailə üzvləri və qohumlar (qanun üzrə digər vərəsə hesab edilən şəxslər) bağ sahəsinin (1583, 1583 “A”, 1584 ) İddiaçı adına keçirilməsinə etiraz etmirlər. X8, X4, X13 və Maraqlı şəxs notariat qaydada təsdiq edilmiş ərizələrinin surətləri ilə müəyyən olunur ki, onlar sözügedən bağ sahələrinin İddiaçı icarəsinə verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinə ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etmək vəzifəsi tapşırılmışdır. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunan vəkil sorğusuna DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi trəfindən verilmiş 28.09.2010-cu i l tarixli 09/34251 və 09/34369 saylı məktublarda 1583 nömrəli bağ sahəsinin icarə müqaviləsi əsasında X5, 1584 nömrəli bağ sahəsinin isə icarə müqaviləsi əsasında X3 istifadəsinə verildiyi qeyd olunur. Maraqlı şəxs tərəfindən təqdim olunmuş DƏDRX-nin Bakı Ərazi İdarəsinin 12.11.2018- ci il tarixli məktubunda isə qeyd olunur ki, Bilgəh qəsəbəsi, 1583 nömrəli bağ sahəsi (0.25 hektar) keçmiş X7 ilə bağlanılmış 21.01.1969-cu il tarixli, 16979 nömrəli müqavilə ilə X11 (sənəddə olduğu kimi) icarəyə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin razılığı ilə sözügedən bağ sahəsinin 0.12 hektar hissəsi 1583 nömrəli bağ sahəsi kimi X6 adına keçirilmiş və onunla 29.05.1996-cı il tarixli, 16979 nömrəli müqavilə bağlanılmışdır. Bağ sahəsinin digər 0.12 hektar hissəsi isə 1583a nömrəli bağ sahəsi kimi Maraqlı şəxs Adil oğlunun adına keçirilmiş və onunla 29.05.1996-cı il tarixli, 28004 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 nöməli, 07.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583, 1583a və 1584 nömrəli bağ sahəsi üzərində İddiaçı,6ğfüıiurv sahiblik \və istifadə hüququnun tanınması qət edilmişdir. Sabunçu Rayon MarhkəfnəSjnin 2(008)13616/2010 nömrəli, 07.12.2010-cu il tarixli qətnaməsi və ləğv edilmiş DTXK tərəfindən 26.08.2011-ci il Torpaq sahəsinin planı və ölçüsü sənədləri əsasında hər biri 0.12 hektardan ibarət Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1583, 1583a nömrəli bağ sahələri 30.11.2011-ci il tarixdə, 1584 nömrəli bağ sahəsi isə 01.12.2011-ci il tarixdə İddiaçı adına da şınmaz əmalkın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin 05.07.2008-ci il tarixli məktubunda isə qeyd olunur ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası DƏDRX-yə verilməsi qərara alınmışdır. Sadıx Rəhimovun ölümündən sonra ailə üzvləri ərizə ilə Bilgəh massivi 1583 saylı bağ sahəsinin 0,12 ha X6, 0,12 ha hissəsinin isə Maraqlı şəxs Adil oğlunun adlarına keçirilməsi üçün BTB-nə müraciət etmişlər və onun adına olan müqaviləni Birliyə təhvil vermişlə r. İcarə müqavilələri tərtib edilmişdir, lakin ailə üzvlərindən Əfruzə Rəhimovanın razılıq ərizəsi olmadığı üçün möhürlə təsdiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində 1583 və 1584 saylı bağ sahələri üzərində sahiblik və istifadə hüquqlarının onun adına tanınmasını xahiş etsə də, birinci instansiya məhkəməsi öz qətnaməsində 1583, 1583 “a" və 1584 saylı bağ sahələri üzərində iddiaçının sahiblik və istifadə hüququnu tanımaqla Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən ilk növbədə iddia ərizəsinin məzmununa, habe lə iddia tələbinin istinad etdiyi işin faktiki hallarına və ən nəhayət tələbin hüquqi əsaslandırılmasına diqqət yetirilməlidir. Hazırki iddia ərizəsində görünür ki, iddiaçı nəticə hissəsində 1583 və 1584 nömrəli bağ sahələrinə dair istifadə və sahiblik hüqularının tanınmasını xahiş etsə də, onların sahələrini 0,24 ha deyil, 0,36 ha qeyd etməklə faktiki olaraq sonradan 3 bağ sahəsinə çevrilmiş sahəyə dair mübahisənin həllini nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə aşkar etdiyi bu qeyri-müəyyənliyi iddiaçının diqqətinə çatdırılmaqla müvafiq dəqiqləşdirilmənin aparılmasına şərait yaratmalı olduğu halda bundan imtina etmişdir. Halbuki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq mülki icraat qaydasında hakimin yardım etmə vəzifəsi olmasa da, hakim tərəflərə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, həmçinin tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə etməklə prosessual qənaət prinsipi baxımından zəruri dəqiqləşdirilmələrin aparılmasını təklif etməlidir. Belə ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 184.1-ci maddəsinə əsasən hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır; 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəqiqləşdirmələri aparmadan iş üzrə birinci instanisya məhkəməsinin tələbdən kənara çıxması ilə bağlı səhv nəticəyə gəlmişdir. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxaraq qətnaməni 1584 saylı bağa münasibətdə də ləğv edərkən apellyatorun həmin saylı bağ sahəsinə münasibətdə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmə dən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daha sonra apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Bakı Şəhəri icra Hakimiyyəti Başçısının 17.03.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 4-cü bəndinə əsasən rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı Şəhər icra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müv afiq Sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0,12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adma təhkim edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; yaşayış yerindən 2 Ns-li Forma arayışı; iş yerindən arayış; üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı bağ sahəsinin planı. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsi əsası kimi yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Əsasnamənin istinad edilən bəndi rəsmi sənədi olmadan on ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşlara aid olsav da, ha zırda bağ sahələri ilə bağlı digər şəxslərlə bağlanmış icarə müqavilələri mövcuddur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşsa da, hesab edir ki apellyasiya instansiyası məhkəməsi qeyd edilən hüquqi əsaslandırma ilə kifayətlənməyərək, Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsini rəhbər tutub mübahisənin vərəsəliklə bağlı maddi hüquq normaları baxımından da həllinin mümkünlüyünə qiymət verməli idi. Belə ki, işdən göründüyü kimi mübahisə predmetini təşkil edən 1583 saylı bağ sahəsi iddiaçının, eləcə də apellyatorun mərhum ataları X9 məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı yuxarıda qeyd edilənlərin araşdırılması zərurəti olduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi iş ə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli, 2(103)4880/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7362/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7362/2019
13.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver