Məhkəmə qərarları › İş №2(102)-737/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-737/2023

14.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-737/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbasoğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1269/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi: İşin halları 26 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank borcluya xx.xx.2029-cu il tarixədək illik 10 faiz dərəcəsi ilə 112120 manat məbləğində kredit (daxili ipoteka krediti) vermişdir. Kredit məbləği borclu ilə Cavabdeh5 arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün verilmişdir. 26 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh5 MTK arasında kredit müqaviləsinin təminatı kimi ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2018-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipotekanın predmeti ipotekaqoyana məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35 G, mənzil 6 o lmuşdur. İpoteka predmeti 119.000 manat məbləğində qiymətləndirilmişdir. Mənzilin satılmasına ipoteka qoyanın əri Cavabdeh1 notarial qaydada razılıq vermişdir. Digər Cavabdeh4 Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35G, mənzil 6-da digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 1-xx-xx-2017-BXS1 nömrəli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu olmaqla, cəmi 122047,41 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həm in evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin əmlakları ilə birgə evdən çıxarılmaları, cavabdehlər evdən çıxmadıqda məcburi qaydada çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 142 ay müddətinə illik 10% dərəcəsi ilə 112120 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi ilə 26 dekabr 2017-ci il tarixli zaminlik müqavilələri bağlamış və müqavilələrin şərtlərinə görə zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarş ısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 saylı mənzil 26 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərində, habelə onun ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlində kredit borcunun faizləri ilə birlikdə hansı müddətdə və qaydada ödənilməsi göstərilmişdir. Lakin Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan öhdəliklər lazımınca icra edilmədiyindən, onun 09 aprel 2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh2 xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığın dan bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh2 07 aprel 2021-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borcu 101188.41 manat, faiz borcu 12929.38 manat olduğu müəyyən edilmişdir. Habelə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, 6-cı mkr., ev 35 G, 6 nömrəli mənzilin bazar dəyəri 94900 manat, likvid dəyəri 87300 manat təşkil etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(012)-170/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim M.Abbasova) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 101121,17 manat məbləğində əsas, 20926,24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 122047,41 manat, dövlət rüsumu üçün ödənilmiş 30,40 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 87.300 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra cavabehlərin həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin evdən çıxarılmaları və həmin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Məhkəmə ilk olaraq kredit borcunun tutulması hissəsində qeyd etmişdir ki, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Cavabdehlərə Banka olan borclarını ödəmələri ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq edilmişdir. Həmçinin borcun məbləği ilə bağlı ekspertiza təyin edilmiş və borcun məbləği əsas borc üzrə 101188,41 manat, faiz borcu üzrə 12929,38 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh2 iddiaçı qarş ısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia təmin edilməli, Cavabdeh3 və Cavabdeh5 Mənzil Təmir-Tikinti Kooperativi Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından borc müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələblərinin ipoteka predmetinə aid hissəsində hesab etmişdir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, iddiaçının Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilin açıq hərracda satılmas ı, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları olmuşdur və ipoteka predmetinin ilkin satış qiyməti 87.300 manat müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Mülki Məcəllənin 269.4, 296.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449.4, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3, 59.3, 59.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına əməl etməmiş və istinad etdiyi maddi hüquq normalarını isə düzgün tətbiq etməmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanmasından sonra pandemiya səbəbindən əmək faəliyyəti göstərə bilməmiş, bu səbəbdən də kredit müqaviləsi üzrə borcu yaranmışdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və aparılmış tədqiqatın nəticələri əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh2 21 yanvar 2022-ci il tarixə (sonuncu maliyyə arayışında tələb olunan tarixə) əsas borcu 101188.41 manat, faiz borcu 20912.02 manat olduğu müəyyən edilir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1269/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –L.Məmmədova sədrlik edən, məruzəçi, T.Quliyev və G.Tağızadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsinin “cavabdehlərdən faiz borcuna görə 20926,24 manat pulun, ümumilikdə 122047,41 manat pulun tutulması” hissəsində dəyişdirilməsi, cavabdehlərdən faiz borcuna görə 20912,02 manat, ümumilikdə 122033,19 manat pulun tutulması, qətnamənin “girov predmeti olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilin ilkin satış qiymətinin 87.300 manat müəyyən edilməsi və ipoteka predmetinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində” ləğv edilməsi, ipoteka predmetini n ilkin satış qiymətinin 119000 manat müəyyən edilməsi, iddia tələbinin ipoteka predmetinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia tələbinin əsas və faiz borc” hissəsində gəldiyi nəticəni qismən əsaslı hesab edərək qeyd etmişdir ki, ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh2 faiz borcu 20912,02 manat təşkil edir, bu da birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan 20926,24 manat faiz borcundan fərqlənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi digər nəticələri əsaslı hesab etsə də, “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişd ir ki, ipoteka müqaviləsi bağlanarkən tərəflər ipoteka predmetini 2018-ci ildə müqavilə bağlanarkən 119000 manat qiymətləndirmiş, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəyinə əsasən 87.300 manat müəyyən etmişdir. Beləliklə tərəflər arasında 2018-ci ildə müqavilə bağlanarkən mənzilin dəyərinin 119.000 manat olduğu halda, 2022-ci ildə həmin əmlakın 87300 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası “iddia tələbinin evin “fərdi yaşayış evinin iddiaçı təşkilata təhvil verilməsi” hissəsinə münasibətdə “İpoteka haqqında” Qanunun 59-cu maddəsinə əsaslanaraq iddianı bu hissədə əsassız hesab etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1, 472.1, 472.2-ci maddələri, “İpo teka haqqında” Qanunun 33, 39.3, 59.3, 59.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1, 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi bu maddi normanı tətbiq etməməklə, cavabdehlərin qanunla qorunan hüquqlarını pozmuşdur. Bank ondan və digər cavabehlərdən şişirdilmiş məbləğdə pul tələb edir. Bundan əlavə ipoteka predmetinin ilkin satış qiymətinin 119.000 manat müəyyən olunması ilə də razı deyil. Belə ki, həmin əmlakın hazırkı real bazar qiyməti daha yüksəkdir. Lakin, məhkəmə bu barədə düzgün nəticəyə gəlməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Maddə 317.2. Satış “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənə di əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mü lki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh2 142 ay müddətinə, illik 10% dərəcəsi ilə 112120 manat kredit verilmişdir. xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən, C avabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 MTK-i Bank qarşısında öz üzərinə öhdəlik götürmüşlər. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan- iddiaçı və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35 G, 6 nömrəli mənzil ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 119.000 manat müəyyən edilmişdir. İddiaçının 09 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas, 12948,90 manat faiz borcu olmaqla, cəmi 114070,07 manat kredit borcu vardır. Həmçinin, iddiaçının 21 yanvar 2022ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas, 20926,24 manat faiz borcu olmaqla, cəmi 122047,41 manat kredit borcu vardır. Göründüyü kimi, cavabdehlər sözügedən kredit, zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər və borclunun Bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, borclu Cavabdeh2 kredit müqaviləsi üzrə Banka xx.xx.2021-ci il tarixə ödən ilməmiş 101188,41 manat əsas, 20912,02 manat faiz borcu vardır. Apellyasiya instansiyası məhkəməsi, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan faiz borcu 20912,02 manat təşkil edir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan 20926,24 manat faiz borcundan fərqlənir. Ona görə də ekspert rəyi əsas tutulmaqla Cavabdeh2 Bankın xeyrinə tutulan faizin məbləği 20912,02 manat müəyyən edilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kredit borcunun borcu Cavabdeh2 ilə yanaşı digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 MTK-dən müştərək qaydada tutulması barədə gəldiyi nəticə əsaslı olmuşdur. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinəəsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, işdən görünür ki, 16 noyabr 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 6-cı mkr, ev 35 G, 6 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış s ahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin Sumqayıt ş əhəri, 6-cı mkr, ev 35 G, 6 nömrəli mənzilin ilkin satış qiymətinin 87.300 manat müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qətnamə qeyd edilən hissədə ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 119000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti- qanunun tələbinə uyğun olaraq ipot eka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İpoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 2018-ci ildə müqavilə bağlanarkən 119.000 manat qiymətləndirmiş, birinci instansiya məhkəməsi müqaviləyə əsasən ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəyinə əsasən 87.300 manat müəyyən etmişdir ki, məhkəmə bununla razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında 2018-ci ildə müqavilə bağlanarkən mənzilin dəyərinin 119000 manat olduğu halda, 2022-ci ildə həmin əmlakın 87300 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi evin ilkin satış qiymətinin 87.300 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, ipoteka predmetinin likvid dəyəri tərəflər arasıdna bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq 119.000 manat müəyyən edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə si mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(105)-1269/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar