Məhkəmə qərarları › İş №2(105)-1269/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1269/2022

04.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1269/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil- Tikinti Kooperativindən müştərək qaydada 101121,17 manat məbləğində əsas, 20926,24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 122047,41 manat, dövlət rüsumu üçün ödənilmiş 30,40 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 87300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 MənzilTikinti Kooperativindən müştərək qaydada tutulması, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin evdən çıxarılması, həmin əmlakın boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) köçürülməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən bankın xeyrinə 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas, 12948,90 manat faiz, ümumilikdə 114070,07 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin əmlakları ilə birgə evdən çıxarılmaları, cavabdehlər evdən çıxmadıqda məcburi qaydada çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 1-xx-xx-2017-BXS1 nömrəli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu olmaqla, cəmi 122047,41 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin əmlakları ilə birgə evdən çıxarılmaları, cavabdehlər evdən çıxmadıqda məcburi qaydada çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, pandemiyaya qədər cuzi gecikmələrlə mütəmadi ödənişlər etmişdir. Səyyar ticarətlə məşğuldur, pandemiya zamanı işləməyə icazə yox idi. Bu səbəbdən heç bir gəliri olmayıb. Mübahisəyə fors-major hallara dair qaydalar tətbiq olunmalıdır. Lakin həmin dövrdə borcuna faiz hesablanıb. Bir evi var və həmin evdə yaşayır. Heç bir güzəşt olunmur və borcun ödənilməsi üçün cədvəl əsasında təkrar bölgü də edilmir. Bank tərəfindən ondan pulu bir dəfəyə ödəməyini, ya da evi tərk etməyi tələb olunur. Bank borcu verəndə də onun rəsmi iş yeri yox idi. Evi götürəndə də həmin ticarət fəaliyyətinin əsasında götürmüşdür. Ümumən pulu o, götürməmişdir, o, mənzil almışdır, pul da MTK-ya ödənilib. Pulun adına götürüldüyü adamı tanımır. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edəkən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, evi 1 otaqlı evə dəyişsələr də razıdır. Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUALMƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi cavabdehlərdən faiz borcuna görə 20926,24 manat məbləğində pulun, ümumilikdə 122047,41 manat pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 20912,02 manat pul olmaqla, ümumilikdə 122033,19 manat tutulmalı, qətnamə girov predmeti olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilin ilkin satış qiymətinin 87300 manat müəyyən edilməsi, ipoteka predmetinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissəsində ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 119000 manat müəyyən edilməli, iddia tələbi ipoteka predmetinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 26 dekabr 2017-ci il tarixli, 1-xx-xx-2017-BX-S1 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt filialı – “Bank”, Cavabdeh2 – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 142 ay müddətinə, illik 10% dərəcəsi ilə 112120 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 1-xx-xx-2017-BX-S1 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC ilə bağladığı xx.xx.2017-ci il tarixli, 1-xx-xx-2017-BX-S1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativi bank qarşısında öz üzərinə öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 74/18 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında xx.xx.2017-ci il tarixli, 1-xx-xx-2017-BX-S1 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 119000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 09 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 12948,90 manat faiz borcu – cəmi 114070,07 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin 21 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu – cəmi 122047,41 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdeh tərəf izahatında ondan tələb edilən borc məbləğini mübahisələndirmiş, borcun şişirdilməsini bildirmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə kredit 142 ay müddətinə verilmiş, müqavilənin son ödəniş tarixi xx.xx.2029cu il müəyyən edilmiş, iddiaçı təşkilat xx.xx.2021-ci il tarixixli maliyyə arayışına əsasən cavabdehdən əsas borc üzrə 101121,17 manat əsas borc, 12948,90 manat faiz borcu tələb etmiş, daha sonra iddia tələbinin hərcmini artıraraq 21 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu tələb etmişdir. İş materiallarından görünür ki, 16 noyabr 2018-ci il tarixli 74/18 №-li İpoteka Müqaviləsi ilə "xxxx" Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2017-ci il tarixli Kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli, 180 nömrəli mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 87300 manat olduğu göstərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil xx.xx.2018-ci il tarixli 74/18 №-li İpoteka Müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehlərin yuxarıda göstərilən kredit müqaviləsi üzrə iddiaçı bank qarşısında üzərlərinə götürdükləri öhdəlikləri mütəmadi olaraq yerinə yetirmədiklərindən müqavilə üzrə borcun tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən puldan tələb olunan məbləğin tutuması, ipteka predmetinin ilkin satış qiymətinin 87300 manat müəyyən edilməsi, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin evdən çıxarılması, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) köçürülməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini ,həmin əmlakın boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsini müəyyən etmiş, gəldiyi nəticəni də Mülki Məcəlləsinin 739, 385.1, 427.3, 442, 443, 445, 448.1, 449.4, 472-ci, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33, 34,39, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclunun bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olsa da, məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən 101121,17 manat əsas borc, 20926,24 manat faiz borcu tələb etmiş, məhkəmə də borca dair hissədə iddianı tam həcmdə təmin etmişdir. Qətnamə ilə tutulan borc məbləği mübahisələndirildiyindən məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli, 9/5364 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan əsas borcu 101188,41 manat, faiz borcu 20912,02 manat müəyyən edilir. Göründüyü kimi ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh2 faiz borcu 20912,02 manat təşkil edir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan 20926,24 manat faiz borcundan fərqlənir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehlərdən faiz borcuna görə tutulan məbləğ dəyişdirilməli, cavabdehlərdən faiz borcu 20912,02 manat tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası haqlı olaraq borcu Cavabdeh2 ilə yanaşı digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulması barədə gəldiyi nəticə əsaslı olmuşdur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın "tələbin ipoteka predmetinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 MənzilTikinti Kooperativindən müştərək qaydada tutulmasına dair, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin evdən çıxarılması " hissəsində də iddianı təmin etməkdə əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, 16 noyabr 2018-ci il tarixli 74/18 №-li İpoteka Müqaviləsi Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dövlət rüsumu üçün ödənilmiş 30,40 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) köçürülməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsini qətnaməsinin Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilin ilkin satış qiymətinin 87300 manat müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, qətnamə qeyd edilən hissədə ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 119000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Belə ki, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 2018-ci ildə müqavilə bağlanarkən 119000 manat qiymətləndirmiş, birinci instansiya məhkəməsi müqaviləyə əsasən ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəyinə əsasən 87300 manat müəyyən etmişdir ki, məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, tərəflər arasında 2018-ci ildə müqavilə bağlanarkən mənzilin dəyərinin 119000 manat olduğu halda, 2022-ci ildə həmin əmlakın 87300 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsini evin ilkin satış qiymətinin 87300 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, ipoteka predmetinin likvid dəyəri tərəflər arasıdna bağlanmış ipoteka müqaviləsinə uyğun 119000 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əmlakın iddiaçı təşkilata təhvil verilməsi barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə həmin hissədə gəldiyi nəticədə əsaslı olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Lakin “İpoteka haqqında” Qanunla hərracdan satılmış ipoteka predmetinin məhz ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin satılmasına dair hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilməli və həmin hərracda istənilən şəxsin iştirak etmək hüququ vardır. O cümlədən hərracın qalibi kimi yalnız ipoteka saxlayan deyil, hərracda iştirak etmiş başqa şəxs də ola bilər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evinin iddiaçı təşkilata təhvil verilməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. Belə olan halda qətnamə qeyd edilən hissədə də ləğv edlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan faiz borcuna dair hissədə dəyişdirilməli, ipoteka predmetinin satış qiyməti hissəsində və ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əmlakın iddiaçı təşkilata təhvil verilməsi hissəsində qətnamə ləğv edilməli, iddia tələbi ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra əmlakın iddiaçı təşkilata təhvil verilməsi hissəsində təmin edilməməli, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 Ovqat oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi cavabdehlərdən faiz borcuna görə 20926,24 manat məbləğində pulun, ümumilikdə 122047,41 manat pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 20912,02 manat pul olmaqla, ümumilikdə 122033,19 manat tutulmalı, qətnamə girov predmeti olan Sumqayıt şəhəri, 6cı mkr, ev 35G, 6 nömrəli mənzilin ilkin satış qiymətinin 87300 manat müəyyən edilməsi, ipoteka predmetinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissəsində ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 119000 manat müəyyən edilməli, iddia tələbi ipoteka predmetinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 Ovqat oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-170/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi cavabdehlərdən faiz borcuna görə 20926,24 manat məbləğində pulun, ümumilikdə 122047,41 manat pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən faiz borcuna görə 20912,02 manat, ümumilikdə 122033,19 manat tutulsun. Qətnamə girov predmeti olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 35G, 6 nömrəli mənzilin ilkin satış qiymətinin 87300 manat müəyyən edilməsi və ipoteka predmetinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissəsində ləğv edilsin. İpoteka predmetinin ilkin satış qiyməti 119000 manat müəyyən edilsin. İddia tələbi ipoteka predmetinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar