Məhkəmə qərarları › İş №2(102)-738/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-738/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-738/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinə və Hərracların təşkili üzrə Auksion Mərkəzinə (üçüncü şəxs "xxxx" ASC) qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, inzibati mübahisə, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əl i oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Hərracların təşkili üzrə Auksion Mərkəzinə (üçüncü şəxs "xxxx" ASC) qarşı alğı-satqı müqaviləsinin, hərracın yekun protokolunun, çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1705/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mədrəsə qəsəbəsini əhatə edən sovxozun "xx xx" X12 Cəmiyyətinə (bundan sonra - ASC) yaranmış borcu ilə əlaqədar həmin sovxoza məxsus əhəng damı, tikinti idarəsi, taxta sexi borc əsasında 12 oktyabr 2000-ci il tarixdə Aqrar islahat komissiyasının qərarı ilə ASC-yə verilmiş və ASC həmin tikintiləri 16 noyabr 2000-ci il tarixdə qiymətləndirərək X1, həmin alqı-satqı əsasında tikinti qiymətləndirilmiş və dəyəri ******* manat ASC-yə tam məbləğdə köçürülmüşdür.

2. Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həmin ərazidə X4 əri İddiaçı (bundan sonra - iddiaçı) 0,71 ha torpaq sahəsi satılmışdır.

3. Şamaxı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(074)- 86/2019 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin İddiaçı (3-cü şəxs Şamaxı rayonu Mədrə sə Bələdiyyəsi) “torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə dair” iddiası təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1552/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Şamaxı rayon Mədrəsə Bələdiyyəsinə qarşı İddiaçı 0,71 hektar torpaq sahəsinin satılması barədə verilmiş 26 aprel 2006-cı il tarixli 03 saylı qərarın etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddiası mümkün hesab edilməmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1530/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" ASC-yə məxsus əmlak kompleksinin adına verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi və Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 03 saylı qərarı ilə ona verilmiş 0,71 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səhmlərin satışı üzrə pul hərracının 19 mart 2019-cu il tarixli, 989/01 nömrəli yekun protokoluna və xx.xx.2019-cu il tarixli, № 9xx/xx2019/PA saylı alqı-satqı müqaviləsinə əsasən X2 rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" ASC-nin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmi hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 3048 manata almışdır.

7. Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən 0,0396 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi t ərəfindən keçirilmiş pul hərracına dair 19 mart 2019-cu il tarixli, 989/01 nömrəli yekun protokolun, səhmlərin alqısatqısı barədə 29 mart 2019-cu il tarixli, 989/01 nömrəli müqavilənin, alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyul 2019-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, Şamaxı rayonda fəaliyyət göstərən kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi ilə əlaqədar aqrar islahat komissiyaları yaradılmışdır və sovxoz əmlakının özəlləşdirilməsi ilə bağlı qərarları həmin aqrar islahat komissiyaları vermişdir.

10. Şamaxı rayonu, Mədrəsə bələdiyyəsinin 11 aprel 2022-ci il tarixli 07 nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 03 saylı qərarı ilə 0,06 ha tikinti və 0,65 ha kənd təsərrüfatı məqsədi üçün, ümumilikdə 0,71 ha torpaq sahəsi satılmışdır və hal-hazırda həmin torpaq sahəsindən istifadə edir.

11. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 aprel 2022-ci il tarixli, 2(074)-210/2022 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia ərizəsi qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş 29 iyul 2019-cu il tarixli ********** nömrəli mülkiyyətə dair dövlət reyestrindən çıxarış etibarsız hesab olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən 0,71 hektar sahəsinin səhmlərinin 30 % hissəsinin dövlətə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olması halı təsdiq edilmədiyindən, eləcə də 0,71 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə qeydə alınmasına əsas olmuş Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 03 saylı qərarı və bağlanmış əqd qüvvədə olduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına reyestrdə qeydiyyata alına bilməzdi. Bundan başqa iş materiallarından görünür ki, iddi açının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmasına baxmayaraq həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Bundan başqa iş materiallarında olan Səhmdar Cəmiyyətinin Səhmlərinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda almışdır. Həmin alqı-satqı müqaviləsində "xxxx" ASC-nin əmlakının da satılması göstərilməmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" ASC-nin adına verilmiş texniki pasportda ASC-nin faktiki istifadə etdiyi sahə 6379.1 kvadratmetr, əsas tikili altı isə 395.8 kvadratmetr göstərilmişdir. Lakin həmin texniki pasportda "xxxx" ASC-yə torpaq ayırma sənədləri üzrə məlumat öz əksini tapmamışdır. "xxxx" ASC-yə ilkin torpaq ayırma sənədlərinin təqdim edilməsi barədə məhkəmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq isə həmin sənədlər təqdim edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 139.1, 140, 141.1, 141.2 və 149.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya in stansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 15 fevral 1993-cü il tarixli 101 saylı əmri ilə “Uzundirək” İstehsalat Birliyinin 17 fevral 1993-cü il tarixli 12 saylı əmrlərinə əsasən Şamaxı rayonundakı ləğv olunmuş 5, 6 və 7 nömrəli dəmir beton dirəklər istehsal edən kiçik müəssisələrin bazalarında Şamaxı rayonlararası dəmir beton dirəklər istehsal edən müəssisənin yaradılması ilə əlaqədar olaraq Sabir adına sovxozun ərazisində 5 №-li kiçik müəssisə, 1 №-li d əmir beton dirəklər istehsal edən sex, Şəhriyar qəsəbəsi ərazisində olan 6 №-li kiçik müəssisə 2 №-li sex, Mədrəsə qəsəbəsi ərazisində olan 7 №-li kiçik müəssisə 3№-li sex adlandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 dekabr 1997-ci il tarixli, 1205 №-li sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən Şamaxı rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinin bazasında "xxxx" X12 cəmiyyəti yaradılmışdır. Qeyd edilən səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi həyata keçirilmiş və səhmlər 100 faiz xüsusi mülkiyyətə keçmişdir. Beləliklə, "xxxx" X12 cəmiyyətinin səhmləri xüsusi mülkiyyətə keçməklə, həmin səhmdar cəmiyyəti yaradılarkən onun emissiya prospektinə daxil edilmiş ti kililər də (o cümlədən hazırkı mübahisənin predmeti olan torpaq sahəsində yerləşən tikili də) həmin müəssisənin xüsusi mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən, "xxxx" ASC-nin Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən əmlakının sahəsi 282 kv. m, torpaq sahəsinin ölçüsü isə 0.039580 ha olmaqla dövlət mülkiyyətindədir. "xxxx" ASC-nin Texniki pasportuna əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən, sahəsi 282 kv. m olan tikilinin yerləşdiyi faktiki torpaq sahəsi 6379.1 kv. m təşkil edir. Dövlət əmlakının Registrindən Çıxarışdan (əlavə olunur) görünür ki, "xxxx" Səhmdar Cəmi yyətinin 3 №-li sexinin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahəsi Şamaxı rayonu, Mədrəsə qəsəbəsindədir və sahəsi 6379.1 kvadrat metrdir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən, sahəsi 282 kv. m olan tikili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən Şamaxı rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinə məxsus olmaqla dövlət mülkiyyətində olmuş, daha sonra dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun olaraq həmin müəssisənin əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və qeyd edilən tikili də həmin səhmdar cəmiyyətin özəlləşdirilən əmlakının tərkibinə daxil olmuş, səhmdar cəmiyyətin səhmləri özəlləşdirilməklə xüsusi mülkiyyətə keçmiş, qeyd edilən torpaq sahəsi özəlləşdirilmədiyindən səhmdar cəmiyyətin istifadəsində olmaqla dövlət mülkiyyətində qalmışdır. Məhkəmə qərarında əsassız olaraq, "xxxx" ASC-yə vermiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən torpaq sahəsinin səhmdar cəmiyyətin mülkiyyətində olduğunu qeyd etmişdir. Halbuki, çıxarışda torpaq sahəsinin səhmdar cəmiyyətin istifadəsində olduğu qeyd edilmişdir. Mübahisənin predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan bələdiyyənin həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarı qanunsuz olmuşdur. Göründüyü kimi məhkəmə işin hallarını tam, ətraflı və obyektiv araşdırmamış, nəticədə əsassız qətnamə ilə iddianı qismən təmin etmişdir. Digər tərəfdən, "xxxx" ASC-nin özəlləşd irilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında onun tərəfindən həyata keçirilməsinə baxmayaraq, məhkəmə Xidməti işə cəlb etməmiş, yalnız hərracın təşkilatçısı olan Xidmətin tabeliyindəki "X8" publik hüquqi şəxsi 3-cü şəxs kimi işə cəlb etmişdir. Halbuki, qeyd edildiyi kimi özəlləşdirmə Xidmətin qərarı əsasında həyata keçirilmiş və buna görə iddia Xidmətin hüquq və vəzifələrinə toxunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 357.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan s onra – apellyasiya instansiyası məhkəməsi) 2(105)- 1705/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- L.M.Məmmədova (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər iş materialları ilə təkzib edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq bələdiyyənin həmin torpaq sahəsinin iddiaçıya satmasına dair qərarının qanunsuz hesab edilməsi barədə də lilinə qiymət verərək qeyd etmişdir ki, hazırda mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyətinin qərarı və əqd qüvvədədir. İddiaçının adına verilmiş dövlət aktının ləğvi məhkəmə qaydasında mübahisələndirilsə də, iddia təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 139.1, 140, 141.1, 141.2 və 149.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlill ərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, ətraflı və obyektiv araşdırmamış, nəticədə əsassız qətnamə ilə iddianı qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq pozuntularını obyektiv araşdırmamış və bunlara düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsindən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilsə də, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasları barədə Xidmətə heç bir məlumat vermədən işə baxaraq qərar qəbul etmişdir. Hətta məhkəmə qətnaməsində Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idar əsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxıldığı qeyd edilmişdir. Halbuki, həmin İdarə tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə tərəfindən qətnamə kağız daşıyıcıda Xidmətə təqdim edildikdən sonra, Xidmət belə bir qətnamənin qəbul edilməsindən xəbər tutmuş, məhkəmə ilə şifahi qaydada əlaqə saxlanıldıqdan sonra 19 oktyabr 2022-cu il tarixində qeyd edilən iş Xidmətin elektron məhkəmə informasiya sistemindəki şəxsi kabinetinə əlavə edilmişdir. Daha sonra məhkəmə tərəfindən qətnamədəki yanlışlıq düzəldilərək, apellyasiya şikayətinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verildiyi qeyd edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini vermiş Əmlak Məsələləri Dövlət Xidmətini məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadan işə b axmışdır ki, bu hal da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmçinin "xxxx" ASC-nin özəlləşdirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı əsasında Komitə tərəfindən həyata keçirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi Komitənin hüquqi varisi olan Əmlak Məsələləri Dövlət Xidmətini işə cəlb etməmiş, yalnız hərracın təşkilatçısı olan Xidmətin tabeliyindəki "X8" publik hüquqi şəxsi 3cü şəxs kimi işə cəlb etmişdir. Halbuki, qeyd edildiyi kimi özəlləşdirmə Komitənin qərarı əsasında həyata keçirilmiş və buna görə iddia Xidmətin hüquq və vəzifələrinə toxunmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli olduğu halda, qətnaməni qüvvədə saxlamışdır. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ poz ulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

24. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

25. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.

27. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı

28. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

30. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir

31. Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə

32. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

33. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 41 7.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

38. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətin ə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2005-ci il tarixli qərarı

39. Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

40. Bənd

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiə t olunduğu nəzərə alınmalıdır.

41. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınm ası barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

42. Bənd

17. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nə ticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Qeyd olunmalıdır ki, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən – yalnız çıxarışın etibarsız hesab olunması hissəsində təmin edildiyindən və iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyindən apellyasiya instansiya məhkəməsinin baxış həddi çıxarışın etibarsızlığı tələbi ilə məhdudlaşmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1).

46. Baxılan iş üzrə kassasiya icraatının baxış predmeti olan hissədə iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın qüvvədən düşməsi ilə əlaqədardır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səhmlərin satışı üzrə pul hərracının 19 mart 2019-cu il tarixli, 989/01 nömrəli yekun protokoluna və xx.xx.2019cu il tarixli, № 9xx/xx-2019/PA saylı alqı-satqı müqaviləsinə əsasən X7 "xxxx" ASC-nin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmi aldıqdan sonra ASC-nin əmlakı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ona verilmiş 0,71 ha torpaq sahəsi də qanunsuz olaraq "xxxx" ASC-nin mülkiyyəti kimi qeyd edilmişdir. 47. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəzi yyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasib ətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış q eydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır (2, 3.1, 4, 5.1 və 17-ci bəndlər). 48. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

49. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş mülki məhkəmə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

50. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ASC-nin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmi özgəninkiləşdirildikdən sonra ASC-nin əmlakı ilə bağlı daşınmaz əmlakın dövlət reye strindən yeni çıxarışın verilməsi işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün əsas ola bilməz.

51. Bununla bağlı, ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın reyestr qeydinin (onun əsasında verilmiş çıxarışın) mübahisələndirilməsi zamanı yalnız həmin qeydin hər hansı mülki hüquqi əqd əsasında aparılması işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün birmənalı əsas hesab edilmir. Bu zaman aidiyyətlə bağlı məsələ həll edilərkən aydınlıq gətirilməsi vacib olan əsas məsələ reyestrdə aparılmış qeydin əqdin avtomatik nəticəsi olması, yoxsa inzibati orqanın yeni qeyd apararkən səhvə (qanunsuzluğa) yol verdiyinin iddia edilməsi ilə bağlıdır.

52. Yeni qeydin ləğvi (dəyişdirilməsi) və ya etibarsız hesab olunması yalnız onun aparılmasına əsas olmuş mülki hüquqi əqdin qüvvədən d üşməsi ilə mümkündürsə, onda mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Əgər qeydin ləğvi (dəyişdirilməsi) və ya etibarsız hesab olunması mülki hüquqi əqdin qüvvəsindən deyil, inzibati orqanın səlahiyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçiribkeçirmədiyinə qiymət verilməsindən asılıdırsa, onda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

53. Eyni zamanda baxılan işdə yeni reyestr qeydi (ondan çıxarış) üçün əsas olmuş əqd üzrə alqı-satqının predmeti hər hansı daşınmaz əmlak deyil, ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən səhmlər olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi Şahlar Baloğlanov izahatında bildirmişdir ki, “Dövlət aktı bələdiyyə qərarı əsasında tərtib olunub, bazaya həmin koordinatlar dövlət torpağı kimi qeyd olunub. Dövlət aktı bazaya işlənmədiyi üçün belə bir hal baş verib. Bu hal tamamilə Xəritəçəkmə Komitəsinin günahıdır” (i.v. 108).

54. Cavabdehin nümayəndəsinin izahatından, habelə verilmiş apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən də görünür ki, reyestr qeydi ilə bağlı yaranmış mübahisə inzibati orqanın publik hüquq sahəsində səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı olan inzibati mübahisədir və inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

56. Buna baxmayaraq birinci və apelyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, yuxarıda qeyd olunan əsasla daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (çıxarışın) mübahisələndirilməsinə dair iddianın inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir.

57. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 261.0.1-ci, 417.1.5 və 418.4.10-cu maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına apellyasiya baxışının predmeti olmuş hissədə - daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (həmin qeyddən çıxarışın) qüvvədən salınması tələbi nə aid hissədə xitam verilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1705/2022 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyul 2019-cu il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə aid hissədə mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar