Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-74/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması 27.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-105/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, cavabdeh 02 iyul 2010-cu il tarixdə iddiaçıdan 15000 ABŞ dollarını 10 avqust 2010-cu il tarixədək qaytarmaq şərtilə almış, sonradan 400 ABŞ dollarını qaydarsa da, 14600 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı 14600 ABŞ dolları, 34000 manat maddi zərərə, o cümlədən 10000 manat mənəvi zərərə görə pulun, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun kirayədə yasadığını bilib ona demişdir ki, Yeni Yasamalda ev var, evi ona 15000 ABŞ dollarına ala bilər. 15000 AB Ş dollarını Cavabdeh ev almaq məqsədi ilə vermişdir. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh yoxa çıxmışdır. Yalnız 02 iyul 2010-cu ildə xeyli axtarışdan sonra o cavabdehi tapa bilmişdir. Cavabdeh ona notariusa gedib pulu iki aya qaytaracağı barədə sənəd imzalamağı təklif etmiş və Yasamal rayonunda yerləşən 14 saylı notariusa gələrək öhdəlik yazmışdır ki, 10 avqust 2010-cu ildə ondan aldığı 15000 ABŞ dolları məbləğində pulu qaytaracaq. Lakin bundan sonra cavabdeh yenidən yoxa çıxmışdır. Sonradan öyrənmişdir ki, cavabdeh bir çox şəxslərin də pulunu mənimsədiyi üçün həmin şəxslərin şikayəti əsasında həbs edilmişdir. 2017-ci ildə Cavabdeh cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra həmin ilin sentyabr ayında onunla görüşmüş, 400 ABŞ dolları məbləğində pulu qaytarmış və qalan pulu altı ay ərzi ndə ödəyəcəyini demişdir. Lakin pul bu günə gədər qaytarılmamışdır. Cavabdehin hərəkətlərinə görə 10 ildir ki, kirayədə yaşayır və orta hesabla aylıq 150 manat kirayə haqqı ödəyir. Həmçinin o mülkiyyət hüququnun pozulması nəticəsində maddi tələbatları ödəyə bilmədiyi üçün sarsıntılar keçirmiş, psixolojı durumu pisləşmiş və ürək xəstəliyinə düçar olmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 2(001)-2859/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 14.600 (on dörd min altı yüz) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilm işdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh 02 iyul 2010-cu il tarixdə iddiaçıdan 15000 ABŞ dollarını 10 avqust 2010-cu il tarixədək qaytarmaq şərtilə almış, sonradan 400 ABŞ dollarını qaydarsa da, 14600 ABŞ dolları məbləğində pulu qaytarmamışdır.
6. İddiaçı pulun Cavabdeh ev almaq məqsədi ilə verilməsini iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatda qeyd etsə də, həmin xüsusat iş materialları ilə təsdiq olunmur. İddiaçının yeganə sübut kimi istinad etdiyi 02 iyul 2010-cu il tarixli Öhdəliyin mətni isə tərəflər arasında borc müqaviləsinin mövcud olmasına dəlalət edir.
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 34.000 manat məbləğində maddi zərər tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə tərəflər a rasında yaşayış sahəsinin alınması ilə bağlı hər-hansı razılaşmanın olması və pulun vaxtında iddiaçıya qaytarılmaması ilə onun kirayədə yaşaması arasında səbəbli əlaqənin olması təsdiq olunmur.
8. Öhdəliyini icra etmədiyi üçün iddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də, məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 386.1, 739, Mülki Prossesual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasi ya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-105/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2859/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbi və apellyasiya şikayəti 34.000 manat məbləğində maddi zərərə dair hissədə təmin edilməməlidir. Çünki, iş materiallarında olan öhdəlik (i.v. 6) tərəflər arasında yaşayış sahəs inin alınması ilə bağlı hər hansı razılaşmanı ehtiva etmədiyindən pulun vaxtında iddiaçıya qaytarılmaması ilə onun kirayədə yaşaması arasında səbəbli əlaqənin olması təsdiq olunmur. İddiaçının apellyasiya şikayətində kirayədə yaşaması ilə bağlı istinad etdiyi akt (i.v. 21) iddiaçının kirayədə yaşaması faktını təsdiq etsə də, tərəflər arasında yaşayış sahəsinin alınması ilə bağlı razılaşmanın mövcudluğunu təsdiq etmir.
13. Bundan başqa öhdəliyini icra etmədiyi üçün iddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 10.000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir..
14. Cava bdehin apellyasiya şikayətinə gəlincə, cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində icraat zamanı işə baxılmasının vaxtı barədə məlumatlandırılmaması və borc üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində Cavabdeh 28.02.2019 və 28.03.2019-cu il tarixli məhkəmə iclasları barədə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS xəbərdarlıq çatdırılmışdır (i.v. 15 və 30). Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməməsinin üzürlü səbəblərlə bağlı olmasını birinci instansiya məhkəməsinə bildirməmişdir. Məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişi isə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana (ünvan 1da yaşamır” qeydi ilə geri qayıtmışdır (i.v. 13). Qeyd edilən xüsusatlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasları ilə bağlı məlmatlandırma vəzifəsini Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq yerinə yetirmişdir.
15. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqi barədə ərizə verməməsinin səbəbini məhkəmə iclasına dəvət edilməməsi ilə izah etmişdir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumatlandırılması ilə bağlı qanununvericiliyin tələblərinə riayət etdiyindən cavabdehin apellyasiya şikayətində iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməməsini məhkəmə iclasına dəvət edilməməsi ilə əlaqələndirməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumatl andırılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş və hər hansı prosessual pozuntuya yol verməmişdir. Bu səbəbdən də cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini birinci instansiya məhkəməsinə təqdim etməməsi cavabdehdən asılı olmayan səbəblərlə əsaslandırıla bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq no rmalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsi ni rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Qanunun tələbinə görə kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidi r, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
26. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)
27. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
28. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərar a aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-105/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.