Məhkəmə qərarları › İş №2(102)-741/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-741/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-741/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan iba rət tərkibdə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İddiaçı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6394/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən, “A” və “B” tikililərindən ibarət olan fərdi yaşayış evi xx.xx.1972-ci ildə X4 adına ilkin qeydiyyatdan keçmişdir.

2. Daha sonra həmin ev X11 Əliyevin mülkiyyətinə keçmişdir. Danil Əliyev xx.xx.2006-cı il tarixdə ölmüş, mərhumdan miras qalmış ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı X12 mülkiyyətinə keçmişdir. Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququ xx.xx.2006-cı il tarixli çıxarışla qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktuba əsasən keçmiş Orconikidze rayon ZDS İK-nin (indiki Suraxanı rayon İH) 1970-ci il ə dair sənədləri Dövlət Arxivinin Bakı filialında mövcud olmuşdur. Lakin həmin sənədlərdə X8 barəsində heç bir məlumat aşkar edilməmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2018 nömrəli qətnaməsi ilə iddiaçı X12 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, İddiaçı cavabdeh X6rşı “həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-843/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X23 cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X23 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir: “Bu barışıq sazişini imzalamaqla mülki iş üzrə üçüncü şəxs X23 təsdiq edir ki, onun adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı cıxarışda göstərilən və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin “B" tikintisi İddiaçı məxsusdur; Bu barışıq sazişini mülki iş üzrə İddiaçı imzalamaqla təsdiq edir ki, üçüncü şəxs X13 adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarışda göstərilən və ünvan 3 ünvanda ye rləşən fərdi yaşayış evinin “B” tikintisi İddiaçı məxsusdur; Bu barışıq sazişini imzalamaqla iddiaçı “Hüseynov” cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs X7rşı iddia tələbindən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən X13 adına ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı “çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia tələbindən “Əliyeva”nın xeyrinə imtina edir; Tərəflər razılaşırlar ki, barışıq sazişinin imzalanması ilə tərəflərin mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və ya iddiaya istinad etmək hüququnu itirirlər. Tərəflər üçün yalnız bu barışıq sazişində təsbit edilənlər etibarlı olur; Barışıq sazişini imzalayanlardan biri bu barışıq sazişinin şərtlərini pozduqda digər tərəfin bu Saziş imzalananadək irəli sürdüyü tələbləri mübahisəsiz qəbul etmiş sayılır və öz tələblərini və arqumentlərini irəli sürmək hüququnu itirir.”

6. ƏMDX DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xıxarışa əsasən ümumi sahəsi 71.60 m2 olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə, “B“tikilisi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.100860 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ müəyyən edilmişdir.

7. AR ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarix li məktuba əsasən Çıxarış ilə “A” tikilisi X15, “B” tikilisi isə İddiaçı aid olmaqla torpaq sahəsi 0.10086 ha olmaqla ümumi istifadədə göstərilmişdir. Faktiki olaraq isə “B” tikilisi və “A” tikilisi bir-birindən naturada fiziki sərhədlə ayrılaraq “B” tikilisinin ətrafında 120.5 m2, “A” tikilisinin ətrafında 888.1 m2 torpaq sahəsi mövcud olmuşdur. İddiaçı müraciəti əsasında istifadədə olan torpaq sahəsinin ½ olmaqla bölgü sxeminin tərtib olunması ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı zamanı digər payçı ölçü işlərinin aparılmasına mane olmuş, yeni bölgü sxeminin hazırlanmasına etiraz etmişdir. Odur ki, tələb etdiyi bölgü sxeminin hazırlanması mümkün olmamışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010 )-3372/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X15 qarşı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X21 tərəfindən törədilən İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin yeni bölgü sxeminin tərtib olunmasına dair maneələrin aradan qaldırılması qət edilmişdir.

9. X24 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

10. Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 10 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.2009-cu il tarixdə tə sdiq edilən və reyestrdə 2V-1-93 nömrəsi ilə qeyd olunan vəsiyyətnamə ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdehdır. O, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi: **********21-10301, qeydiyyat nömrəsi: ********** olan xx.xx.2022-ci il tarixdə verilmiş dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.010230 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.60 m2 olan 11 saylı fərdi yaşayış evinin mərhumə X17 məxsus A tikilisindən ibarət olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən torpaq sahəsinin onunla Cavabdeh arasında hər tərəfə 1/2 hissə ayırmaqla naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nə müraciət edərək, bütün həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin onun payına ayıraraq, yeni bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. DƏDRX onun bu xahişini nəzərə alaraq, hadisə yerinə mühəndisləri göndərmişdir. X22 tərəfindən müh əndislərə göstərilmiş maneə və müqavimət onlara bu əməliyyatı yerinə yetirməyə imkan verməmişdir. O, xx.xx.2021-ci il tarixdə məhkəməyə “cavabdeh tərəfindən yeni bölgü sxeminin tərtibi üçün törədilən maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021- ci il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi ilə cavabdeh X21 tərəfindən İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına dair maneələr aradan qaldırılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi əsasında ona AR ƏMDK yanında DƏ DRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi verilmişdir. xx.xx.2021-ci il tarixdə X21 ölmüşdür. Onun vərəsəsi isə onun qızı Cavabdeh olmuşdur. xx.xx.2022-ci il tarixdə o Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanda yerləşən torpaqdan sərbəst və maneəsiz istifadə etməyinə müvafiq şəraitin yaradılmasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli cavabında ona bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanda yerləşən torpaqdan sərbəst və maneəsiz istifadə etmək üçün o “natu rada bölgü aparılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

13. İddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs AR İN yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evin A tikilisinin altında və onun ətrafında yerləşən 884.13 m2 torpaq sahəsinin Cavabdeh, B tikilisinin altında və onun ətrafındakı 124.47 m2 torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyəti hesab edilərək, hal-hazırkı və texniki pasportdakı mövcud, faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşə n ev 0.100860 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən daş hasar ilə bir-birindən təcrid olunmuş “A” və “B" tikililərdən ibarət olmuşdur. Evin “A” tikilisi hazırda xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuş, həmçinin “A” tikilisinin ətrafında olan torpaq sahəsi də Cavabdeh sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətində olmuşdur. Evin “B” tikilisi isə, xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində, “B" tikilisinin ətrafında olan torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. Yuxarıda qeyd edilən evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar mövcud olmuşdur. Sözügedən evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq 0.100860 m 2, tikililərin ümumi sahəsi isə 71.6 m2 olaraq qeyd edilmişdir. Buna səbəb evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni evin ünvanı bir olduğu üçün, torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri hüquqi müstəvidə məhkəmədə davam etməkdədir. Belə ki, İddiaçı iddia etmişdir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Onun iddiası əsassız olduğu üçün Cavabdeh həmin iddianı qəbul etməmiş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən həm torpaq sahəsi, həm də torpağın üzərində tikilmiş evlərin ilkin sənədləri Əmircan qəsəbə X2 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışa, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra, yəni xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən sözügedən ev X9 şəxsi mülkiyyəti olaraq, qeydiyyatdan keçmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan arvadı X16muş və ona miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikilisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan 2 otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B“tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarət olmuşdur. Həmin evə dair mövcud olmuş MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünmüşdür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 3 otaqlı 42 m2 yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2018-ci il tarixdə iddiaçı X24 cavabdeh İddiaçı qarşı “həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanındakı ona məxsus xüsusi mülkiyyət hüququ olan həyətyanı torpaq sahəsindən istifadə qaydasını və ünvan 4 ünvanındakı İddiaçı məxsus xüsusi mülkiyyət hüququnda olan həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı isə cavabdeh X6rşı “həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsinə dair” qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin onunla cavabdeh X21 arasında bərabər bölünərək istifadəsində olan torpaq sahələrinin arasında olan hasarın sökülməsi və həmin torpaq sahəsinin 1/2 hissəsinin özünün istifadəsinə verilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2018 nömrəli qətnaməsi ilə hər iki iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2018 nömrəli qətnaməsi onunla əsaslandırılmışdır ki, “İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən həm torpaq sahəsi, həm də torpağın üzərində tikilmiş evlərin ilkin sənədləri Əmircan qəsəbə X2 İcraiyyə Komi təsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışına, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 2 fərdi yaşayış evi 10 saylı DNK-nın xx.xx.2006-cı il tarixli, 2V-1-88 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən N.Əliyevanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 nömrəli evə dair torpaq sahəsinin ayrılması və cizgi haqqında məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda iş materialları araşdırılarkən o da müəyyən edilmişdir ki, işdə olan xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan arvadı X14 və ona miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikilisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan 2 otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B“ tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarətdir və işdə olan MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 3 otaqlı 42 m2 yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əm lakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qarşılıqlı iddiaçı ilə bağlı təqdim edilmiş sənədlərdən, yəni iş materiallarına əlavə edilmiş Orıonikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuş və anası X5r və iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2017-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, keçmiş Orconikidze rayon ZDS İK-nin (indiki Suraxanı rayon İH) 1970-ci ilə dair sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X10 barəsində heç bir məlumat aşkar edilməmişdir. Nəhayət, iş üzrə keçirilmiş müvafiq ekspertiza rəyinin tədqiqat hissəsindən müəyyən ed ilmişdir ki, mülki iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2006) çıxarışa əsasən tədqiq olunan ünvanda, istifadədə olan 0.1265 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 42.0 m2, yardımçı sahəsi 29,6 m2 olan, 3 otaqlı 11 saylı fərdi yaşayış evi X12 mülkiyyətindədir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən X3 adına olan, tədqiq olunan 11 saylı ev üzrə 1974-cü il tarixdə tərtib edilmiş texniki parportun göstəricilərinə əsasən, tədqiq olunan ev 1950-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, “A” literli və 195 1-ci ildə inşa olunmuş, bir mərtəbəli, 1 otaqlı “B” literli yaşayış evlərindən ibarətdir. “A” literli yaşayış evinin ümumi sahəsi 37.0 m2 olmaqla, evin tərkibində sahəsi 14.0 m2 və 9.0 m2 olan iki yaşayış otağı, sahəsi 14.0 m2 olan bağlı eyvan vardır. “B” literli yaşayış evinin ümumi sahəsi 34.6 m2 olmaqla, evin tərkibində sahəsi 19.0 m2 olan yaşayış otağı və sahəsi 15.6 m2 olan bağlı eyvan vardır. Evlərin daxili hündürlüyü 2.70 m-dir. Fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpağın sahəsi 1008.6 m2, o cümlədən tikinti altı sahə 126.5 m2 olub, həyətyanı sahədə müxtəlif təyinatlı köməkçi tikililər yerləşir. “B” literli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi hasarla sərhədə alınmışdır. Həmin həyətin daxilində “İİ” literli ayaqyolu və “Vİİ” literli anbar yerləşir. Həmin həyətyan ı sahəyə ayrı-ayrılıqda giriş-çıxış qapısı nəzərdə tutulmuşdur. Ekspertiza zamanı həmin tikililərə baxış zamanı müəyyən olunmuşdur ki, 11 saylı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi planda dördbucaq şəklində olub, bir tərəfdən küçə ilə, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Həyətyanı torpaq sahəsində texniki pasportda nəzərdə tutulmuş “A” və “B” literli fərdi yaşayış evləri yerləşir. Yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinə, texniki pasportda göstərildiyi kimi, ayrı-ayrılıqda iki giriş-çıxış yolu vardır. Texniki pasportda göstərilən “İİİ” literli ayaqyolu və “Vİİ” literli anbar yerində mövcud deyildir (sökülmüşdür). “B” literli yaşayış evinin qarşısına yerləşən həyətyanı sahə daş hasar vasitəsilə sərhədə alınaraq təcrid sahə kimidir. Mövcud vəziyyə tdə “A” literli fərdi yaşayış evinin və evin qarşısındakı həyətyanı torpaq sahəsinin iş üzrə iddiaçının,“B” literli fərdi yaşayış evinin və onun qarşısındakı həyətyanı torpaq sahəsinin isə iş üzrə cavabdehin istifadəsində olduğu müəvvən edilmişdir. Odur ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 11440 saylı ekspertizanın rəyindən müəyyən olunmuşdur ki, həmin rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən, mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən iddiaçı X12 və həmin ünvanda yaşayan cavabdeh İddiaçı faktik i olaraq istifadə qaydalarının müəyyən edilməsinə dair tədqiqat aparılmasına ehtiyac yoxdur. 2018-ci il tarixdə İddiaçı, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, X12 adına verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə dair verilmiş MH seriyalı, ******* saylı, 24 noyabr 2006-cı il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X24 həmin iddia ərizəsində üçüncü şəxs kimi qeyd edilərək mülki işə cəlb edilmişdir. Həmin iddia ərizəsində İddiaçı göstərmişdir ki: “Bildirirəm ki, 1974-cü ildə tərtib edilmiş evin texniki pasportuna əsasən ünvan 3 ünvanda yerləşən evdə A və B tikintilərinin olmaları göstərilmişdir. Həmin B tikintisində göstərilmiş ev mənə məxsus olmaqla ayrıca küçə qapısı da vardır, A tikintisində göstərilmiş ev isə X19 məxsusdur. Bu evlər həyətin (“A” və “B” tikintiləri) əks künclərində yerləşir. “B” adlanan tikinti bütün torpaq sahəsindən hasarla çəpərə alınmışdır. Həmin evin və evin yerləşdiyi torpaq sahəsinin mənə məxsus olmasını X23 da təsdiq edir”. Həmin iddianın əsası o olmuşdur ki, İddiaçı Nella Əliyevaya verilmiş çıxarışda bütün mülkiyyətin və ümumi torpaq sahəsinin N.Əliyevanın mülkiyyətində və istifadəsində olması ilə razılaşmamış, bunu qanunsuz və əsassız hesab etmişdir (Həmin iddia ərizəsi iddiaya əlavə olunur). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-843/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X23 cəlb edilməklə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X23 arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməklə, iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd edilmiş qərardaddan da görünmüşdür ki, Nella Əliyeva könüllü olaraq 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan evin “B” tikilisini İddiaçı vermiş, məhz həmin qərardadın icrasından sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı “B” tikilisinin mülkiyyətçisi olmuşdur. Hə min tarixə qədər İddiaçı qeyd edilən evə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. X24 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi, qızı Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.010230 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71.60 m2 olan, 11 saylı fərdi yaşayış evinin mərhumə X17 məxsus A tikilisindən ibarət olmuşdur. Bundan sonra münasibətlərin davamı olaraq, sözügedən evin “A” tikilisi və onun ətrafında olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda cavabdehin əsassız iddiaları, həm çinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən evin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də ancaq çıxarışda “A” və “B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib. Beləliklə də, ünvan 2 ünvanına dair çıxarışda mülkiyyətçi Cavabdeh məxsus olan “A” tikilisinin və torpaq sahəsinin, o cümlədən mülkiyyətçi İddiaçı məxsus olan “B” tikilisinin və torpaq sahəsinin fa ktiki vəziyyətdə olan ölçüləri dəqiq göstərilmədiyi üçün bu, cavabdehdə çaşqınlıq yaradmışdır. Bununla bağlı olaraq mülkiyyətçi İddiaçı məxsus olan payı “B” tikilisi və torpaq sahəsi hal-hazırda və texniki pasportda göstərilən faktiki vəziyyətə uyğun olaraq naturada ayrılmalıdır. Yuxarıda qeyd edilənlərdən də görünür ki, 2019-cu il tarixdə X24 iradə ifadəsi olaraq, könüllü şəkildə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus evin “B“ tikilisini İddiaçı vermişdir. X20 mülkiyyətçi tərəfindən yalnız ayrıca hasarlanmış “B” tikilisi verilmişdir. Sözügedən evin tikililərinin yerləşdiyi torpaq sahəsi, həmçinin bütün həyətyanı torpaq sahəsi artıq xüsusi mülkiyyət olaraq hesab edilmişdir. Belə ki, xüsusi mülkiyyətin ilkin mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmi ş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli pasportu, bütün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. İddiaçı isə yalnız 2020-ci il tarixdə “B” tikilisinin xüsusi mülkiyyətçisi olmuşdur.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2533/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs AR İN yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi) “evin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş (№ 2(010)2533/2023) həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işlə (№ 2(010)-169/2023) bir icraatda birləşdirilməsi qərara alınmışdır.

16. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə birinci iddianı müdafiə edib, ikinci iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan “B” tikilisi iddiaçının anası Zinaida xanım tərəfindən 1972-ci ildə tikilmişdir. Həmin vaxtdan iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. O özü də iddiaçının oğlu kimi 1996-cı ildən, yəni doğulduğu vaxtdan indiyə qədər həmin evdə yaşamışdır. Lakin gözünü açandan görmüşdür ki, “A” və “B” tikililərinin ətrafında olan cəmi 10 sot torpaq sahəsinin yalnız 1.5 sotu iddiaçının istifadəsində olmuşdur. Qalan hissə isə daş hasarla əhatələnmiş və hazırda cavabdehin istifadəsində olmuşdur. Tərəflər arasında vaxtilə qohumluq münasibətləri olduğundan əvvəllər bununla bağlı mübahisə olmasa da sovet dövründə qohumluq əlaqələri itməyə başlamışdır. Hazırda iddiaçı torpaq sahəsi üzərində özünə məxsus 1/2 hissədə payın müəyyən edilməsini xahiş etmişdir. Ona görə ki, bu torpaq sahəsi tərəflərin ümumi mülkiyyətindədir və qanunvericiliyə əsasən əgər ümumi mülkiyyətdə paylar müəyyənləşdirilməyibsə bərabər sayılır. Odur ki, məhkəmədən birinci iddianın təmin, ikinci iddianın rədd edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 birinci iddianı qəbul etməyib, ikinci iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən birinci iddianın rədd, ikinci iddianın təmin edilməsini xahiş etmişdir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti -texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8397 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd olunanlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı məxsus pay texniki pasporta və faktiki vəziyyətə əsasən təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmışdır. Ekspert tərəfindən qeyd edilmişdir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualda və eləcə də **********3010301 nömrəli çıxarışda torpaq sahəsinə dair payçıların payları barədə məlumat qeyd edilməmişdir. Qeyd ediləcəyi təqdirdə bu barədə tədqiqat aparılaraq rəy verilə bilər.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-169/2023 nömrəli i ş üzrə 3 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payının müəyyən edilməklə, həmin hissədə naturada ayrılması, Bakı şəhər i, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payının müəyyən edilməklə, həmin hissədə naturada ayrılması, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X4 adına 1972-ci ildə qeydiyyata alınmışdır. 1974-cü ildə isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən həmin ev üzrə Əlisəfa Əliyev adına texniki pasport tərtib edilmişdir. Pasportda e vin 1950-ci ildə inşa olunmuş “A” literli və 1951-ci ildə inşa olunmuş “B” literli yaşayış evlərindən ibarət olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, birinci İddiaçı “B” tikilisinin 1972-ci ildə anası Zinaida Hüseynova tərəfindən tikilmiş olması ilə bağlı iddiaları iş materialları ilə təkzib edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı həmin iş üzrə izahatında “B” tikilisinin 1972-ci ildə mövcud olmadığını xüsusi qeyd etmiş, bu tikilinin 1974cü ildə anası tərəfindən tikildiyini iddia etmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə evin 1972-ci ildə iddiaçının anası tərəfindən tikildiyini iddia etmiş, hətta bununla bağlı üç müxtəlif şəxs adından imzalanmış yazılı ifadə də təqdim etmişdir. İstənilən halda “B” tikilisinin birinci iddiaçının iddia etdiyi tarixdən 20 il əvvəl tikilmiş olmasının müəyyən edilməsi ilə iddiaçı tərəfin hər iki iş üzrə izahatlarının əlaqəli hissədə həqiqətə uyğun olmadığı artıq müəyyən edildiyindən, məhkəmə izahatlar arasındakı bu uyğunsuzluğun iş üçün böyük əhəmiyyət daşımadığını hesab etmişdir.

22. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Əlisəfa Əliyev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B“ tikilisinin mülkiyyətçisi olmuş, sonradan bu hüquq eyni həcmdə oğlu Danil Əliyevə, Danil Əliyevin ölümündən sonra isə sonuncunun arvadı Nella Əliyevaya keçmişdir. Nella Əliyevaya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da Nella Əliyevanın həm “A”, həm də “B“tikilisinin mülkiyyətçisi olduğu göstərilmişdir. Həmçinin bu tikililərin yerləşdiyi torpaq sahəsi də məhz Nella Əliyevanın istifadəsinə verilmiş, bu barədə çıxarışda qeyd edilmişdir. Buna baxmayaraq, işin hallarından belə görünür ki, birinci İddiaçı uzun müddətdir “B” tikilisi və onun ətrafındakı həyətyanı sahədə yaşamışdır. Həmçinin o da müəyyən olunmuşdur ki, “A” və “B” tikililəri və onların ətrafındakı həyətyanı sahələr bir-birindən fiziki sərhədlə ayrılaraq təcrid olunmuş, ayrı giriş-çıxışları olan sahələr olmuşdur. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirməmişdir.

23. Bununla belə yenə işdən müəyyən olunmuşdur ki, nə birinci İddiaçı, nə onun anası Zinaida Hüseynovanın “B” tikilisi və onun ətrafında yerləşən həyətyanı sahə üzərində heç bir mülkiyyət hüququ olmamış, İddiaçı bu hüququ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə üçüncü şəxs X24 ilə aralarında bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi nəticəsində əldə etmişdir. Belə ki, bu sazişlə Nella Əliyeva öz mülkiyyətində olan “B“ tikilisinin İddiaçı mülkiyyətinə keçməsinə razılıq vermiş, bununla da İddiaçı yalnız 2020-ci ildə “B“ tikilisi üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxta qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin istifadəçisi Nella Əliyeva olmuşdur. Həmçinin o, tor paq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözləntisi” olan şəxs olmuşdur. Nella Əliyevanın əksinə, İddiaçı isə 2020-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən nə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə mülkiyyət hüququ əldə etmişdir. Sonradan evin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ mülkiyyət hüququna çevrildiyindən və həmin vaxt İddiaçı bu evin tikililərindən birinin mülkiyyətçisi olduğundan avtomatik olaraq torpaq sahəsinin ümumi mülkiyyətçisinə çevrilmişdir. Hazırda birinci İddiaçı məhz bu əsasla hesab etmişdir ki, onun to rpaq sahəsi üzərində ikinci iddiaçı Cavabdeh ilə bərabər payı müəyyən edilməlidir.

24. Məhkəmə isə bununla razılaşmayaraq qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı nə fərdi yaşayış evi, nə də bu evin yerləşdiyi torpaq sahəsinə münasibətdə heç vaxt Nella Əliyeva ilə bərabər hüquqa malik olmamışdır. Belə ki, o, yalnız “B” tikilisi və onun ətrafındakı 124.47 m2 sahədə yaşamış, sonradan mülkiyyət hüququnu yalnız “B” tikilisinə münasibətdə əldə etmişdir. Elə İddiaçı özünün də indiyə qədər daha artıq torpaq sahəsinə iddiası olmamışdır. Belə ki, o, hələ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaldırdığı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsində “B” tikilisi və onun ətrafında yerləşən torpaq sahəsinin digər sahədən hasarla ayrıldığını, həmin ayr ılmış tikili və torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, məhz bu səbəbdən Nella Əliyeva adına verilmiş çıxarışda onun evin yerləşdiyi bütün torpaq sahəsinin istifadəçisi kimi göstərilməsinin əsassız olduğunu iddia etmişdir. Yəni İddiaçı həmin vaxtkı mübahisəsi yalnız “B” tikilisi və onun ətrafındakı torpaq sahəsi ilə bağlı olmuş, “A” tikilisi və onun ətrafındakı torpaqdan ona da pay düşməsi ilə bağlı hər hansı iddiası olmamış, əksinə, Nella Əliyevanın “B” tikilisini onun mülkiyyətinə verməyə razılıq verməsindən sonra çıxarışın etibarsızlığı ilə bağlı iddiasından imtina etmişdir. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi də qəbul etmişdir ki, iddiaçı, həmçinin iddiaçının oğlu kimi özü də həmişə “B” tikilisi və onun ətrafındakı sahədə yaşamış, “A” tikilisi və onun ətrafın dakı sahə ilə heç bir əlaqələri olmamışdır.

25. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsi üzərindəki payları bərabər hesab edilə bilməz. Belə ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh birinci iddia üzrə İddiaçı münasibətdə daha çox paya malik olması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (vərəsəlik hüququ) əsasən müəyyənləşdirildiyindən onların payları bərabər sayıla bilməz.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 213, 214, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı ap ellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, mübahisəli torpaq sahəsinin ½ olmaqla bölgüsü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 214.1-ci maddəsinə istinad etməli olduğu halda hər hansı maddi hüquq normasını göstərmədən Mülki Məcəllənin vərəsəlik hüququna dair müddəalarına əsaslanaraq Cavabdeh daha çox paya malik olduğu nəticəsinə gəlmişdir. Əmlak vərəsəlik qaydasında əldə edilmiş olsa da, həmin məsələ öz həllini tapmış, artıq paylı mülkiyyətə aid olan normalara istinad olunmuşdur. Hətta hesab edilsə ki, hələ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı “çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi nə baxılan zaman torpaq sahəsi ilə bağlı mübahisənin olmamasına, həmin vaxt torpaq sahəsi dövlətin mülkiyyətində olmuşdur, sonradan onun təşəbbüsü ilə torpaq sahəsinə çıxarış alınmışdır. Həmçinin məhkəmənin mübahisəli torpaq sahəsi ilə bağlı əvvəllər mübahisənin olub-olmaması araşdırılarkən tərəfindən iddia qaldırılmasının vəzifəsi deyil, hüququ olması, eyni zamanda mülkiyyət hüququnda dair iddialara iddia müddətinin şamil edilməməsi şamil edilməmişdir. Bununla belə birinci instansiya məhkəməsi paylı mülkiyyətə dair müddəaları tətbiq etmək yerinə vərəsəlik haqqında müddəaları tətbiq etmiş, onu da düzgün tətbiq etməmişdir. Qeyd edilən əmlakdakı paylar müəyyən edilmədiyindən, bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi Cavabdeh, “B” tikilisi isə onun mülkiyyətindədir. Evin yerləşdiyi 0.10086 ha (1008.6 kv.m) torpaq sahəsi isə tərəflərin ümumi mülkiyyətində olmaqla, faktiki olaraq fiziki sərhədlərlə bir birindən təcrid vəziyyətdə ayrılmış olsa da, illərlə onun hüquqları pozulmuş, birinci instansiya məhkəməsi isə indiyədək hüquqlarının pozulmasını bundan sonra da pozulmasına əsas kimi qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 2(010)-3372/2022 saylı qətnamə əsasında bölgü sxemi tərtib edilmiş, bölgü sxemi tərtib edilərkən hər iki tikilinin ətrafındakı həyətyanı sahə bərabər şəkildə bölünmüşdür. Nella Vartanovanın vəfatı ilə əlaqədar həmin sxemi imzalamaq mümkün olmamış, sonradan isə Nellanın payı vərəsəlik qaydasında qızına keçmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş üzrə zərurət olmadan ekspertiza təyin etmiş, bununla belə ekspert qarşısında sualları da əksik şəkildə qoymuş, rəy məhkəməyə təqdim edildikdən sonra əlavə ekspertizanın keçirilməsi və ekspert qarşısında suallar qoyulmasını vəsatət qaldıraraq xahiş edilsə də məhkəmə vəsatəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşadığını və illərlə həmin ünvanda qeydiyyatda olduğunu, həmin ünvanın vahid ünvan olduğunu nəzərə almamış, əmlaka alınmış çıxarışda hər hansı tərəfin payının üstünlüyü müəyyən edilməmiş, həmin çıxarış da qüvvədə ola-ola torpaq sahəsini əsassız olaraq, qərəzli şəkildə, onun ziyanına olaraq qeyri-bərabər şəkildə bölmüşdür. Həmçinin tərəflərin arasındakı hasarın heç bir hüquqi əsası olmamış, əmlaka dair yeganə hüquqmüəyyənedici sənəd çıxarış olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin hallarına da uyğun olmamış, birinci instansiya məhkəməsi gah Mülki Məcəllənin 214.1-ci maddəsinə istinad etmiş, həmin normanın tələbinə əsasən isə torpaq sahəsi bərabər şəkildə bölünməli olduğu halda, guya faktiki istifadəni əsas gətirmiş, illərlə “B” tikilisinin ətrafında olan həyətyanı sahədən qanunsuz hasarın çəkilməsi ilə bağlı istifadə etmək hüququndan məhrum olmuşdur. Nella Vartanovanın sağlığında hasarın sökülməsi ilə bağlı mübahisələri olmuş, lakin hər hansı razılığa gələ bilməmişlər. Hətta torpaq sahəsinin bölünməsi tələbi ilə 2 021-ci ildə də məhkəməyə müraciət etmişdir, torpaq sahəsinin dövlətin mülkiyyətində olduğu, iddianın qaldırmağa subyektiv hüququnun olmaması əsas götürülərək iddiası rədd edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Natalya Ryasnyaya babası Əlisəfa Əliyevdən qaldığını iddia edərək işin faktiki hallarını da təhrif etmiş, babası Natalya Ryasnyanın babası kimi qeyd etmişdir. Belə ki, Əlisəfa Əliyev nənəsi Hüseynova Mariya ilə nikahda olmuş, onların nikahından bir övladları – Danil doğulmuş, onun isə heç bir övladı olmamışdır. Birinci instansiya məhkəməsi sonradan Torpaq islahatı haqqında qanuna istinad etmiş, nəzərə almamışdır ki, qeyd edilən torpaq sahəsi 50 ildən artıq olan müddətdə babasına məxs us olmuş, həmin torpaq sahəsinin qeyd edilən islahatlarla heç bir əlaqəsi olmamışdır. Eyni zamanda əsassız şəkildə Nellanın adından “A” tikilisinin ətrafındakı torpaq sahəsinə mülkiyyət hüququ gözləntisi olduğunu qeyd etmiş, bununla belə nəzərə almamışdır ki, o sağlığında ümumiyyətlə torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək üçün heç bir orqana müraciət etməmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6394/2023 nömrəli mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.

30. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi Mülki Məcəllənin 214.1-ci maddəsinə istinad etməsi” dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi göstərilən normaya istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Belə ki, istinad edilən normada - paylı mülkiyyətin bərabər hesab edilməsi üçün 2 şərt göstərilmişdir:

1. Mülkiyyətçilərin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və

2. Bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə. Deməli bu iki şərtin mövcud olmadığı hallarda paylar bərabər hesab edilə bilər. Hazırda isə tərəflər məhz mülkiyyətlərində olan tikililərin yerləşdiyi torpaq sahəsindən razılaşdırma y olu ilə istifadə edirlər, bu hal iddiaçının apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində bildirir ki, “evin yerləşdiyi 0.10086 ha (1008.6 m2) torpaq sahəsi isə tərəflərin ümumi mülkiyyətində olmaqla, faktiki olaraq fiziki sərhədlərlə bir birindən təcrid vəziyyətdə ayrılmışdır”. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2020-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən nə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halları ilə müəyyən edilmişdir. Göründüyü kimi Mülki Məcəllənin 214.1-ci maddəsində qeyd olunan 2-ci şərt hazırda ödə nildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin payların bərabər hesab edilməməsi barədə qənaəti ilə razılaşmışdır.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmuş və apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin onun şikayətlə sadaladığı dəlillərə qiymət verməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 213, 214, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, mübahisəli sahənin ½ hissə olmaqla bölgüsü barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

35. Kassator əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində “214.1-ci maddədə - istinad edilən normada - paylı mülkiyyətin bərabər hesab edilməsi üçün 2 şərt göstərilmişdir: 1. mülkiyyətçilərin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və 2. bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə. Deməli, bu iki şərtin mövcud olmadığı hallarda paylar bərabər hesab edilə bilər. Hazırda isə tərəflər məhz mülkiyyətlərində olan tikililərin yerləşdiyi torpaq sahəsindən razılaşdırma yolu ilə istifadə edirl ər, bu hal iddiaçının apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır.” qeyd etmişdir. Apellyasiya məhkəməsi bu halı apellyasiya şikayətinin hansı cümləsindən başa düşdüyü aydın olmamışdır. Belə ki, bununla bağlı Əliyeva Nella, və ya onun qızı Natalya Yuryevna ilə bu torpaq sahəsindən hansı qaydada istifadə olunmasına dair heç bir rəsmi razılıq və ya müqavilə olmamışdır. Əksinə torpağın istifadə hüququ ilə bağlı hər hansısa razılaşmaya gələ bilmədiklərinə görə, o, 2021-ci ildə məhkəmədə iddia qaldırmış və həmin iddia təmin edilərək (2(010)-3372/2021 saylı iş), istifadədə olan torpağa dair yeni bölgü sxemi tərtib edilmişdir. Lakin Apellyasiya Məhkəməsi bu faktı qəti şəkildə nəzərə almamışdır.

36. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1, 384.0.4-cü, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 81, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

40. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

41. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

42. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

43. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.

44. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsas ən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

45. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

46. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

47. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə təkrarən qeyd edir ki, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı ilkin olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən n ə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə (mülkiyyətçinin öz mülkiyyətində olan sahənin bir hissəsində imtina etməsi nəticəsində) mülkiyyət hüququ əldə etmiş, bu razılaşma zamanı isə torpaq sahəsi dövlət mülkiyyətində olmaqla mülkiyyətçi olan şəxsin istifadəsində olmuşdur. Əvvəlki mülkiyyətçinin mülkiyyətini təşkil edən sahənin bir hissəsindən imtina etsə də uzun müddət ərzində formalaşmış qaydanın, yəni torpaq sahəsindən istifadənin dəyişdirilməsi ilə bağlı hər hansı razılıq əldə edilməmişdir. Digər tərəfdən iddiaçı tərəf özü qəbul edir ki, evin bir hissəsinin ona verilməsindən əvvəl və sonra torpaq sahəsi faktiki olaraq ayrılmış və müvafiq olaraq tərəflər ayrılmış sahələrdən istif adə etmişlər.

60. Nəzərə alınmalıdır ki, iddiaçı 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaldırdığı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsində “B” tikilisi və onun ətrafında yerləşən torpaq sahəsinin digər sahədən hasarla ayrıldığını, həmin ayrılmış tikili və torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, məhz bu səbəbdən Nella Əliyeva adına verilmiş çıxarışda onun evin yerləşdiyi bütün torpaq sahəsinin istifadəçisi kimi göstərilməsinin əsassız olduğunu iddia etmişdir. Yəni İddiaçı həmin vaxt ilə sürdüyü iddiasında mübahisəsi yalnız “B” tikilisi və onun ətrafındakı torpaq sahəsi ilə bağlı olmuş, “A” tikilisi və onun ətrafındakı torpaqdan ona da pay düşməsi ilə bağlı hər hansı iddiası olmamış, əksinə, Nella Əliyevanın “B” tikilisini onun mülkiyyətinə verməyə razılıq verməsindən sonra çıxarışın etibarsızlığı ilə bağlı iddiasından imtina etmişdir.

61. Digər tərəfdən iddiaçının oğlu, eyni zamanda nümayəndəsi özü də həmişə “B” tikilisi və onun ətrafındakı sahədə yaşadıqlarını, “A” tikilisi və onun ətrafındakı sahə ilə heç bir əlaqələri olmamasını göstərmişdir.

62. Belə olan halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr iddiaçının iddia etdiyi qaydada torpaq sahəsinin bərabər paylarla bölünməsi üçün əsasların olmaması nəticəsinə gəlmiş və faktiki istifadə qaydalarına uyğun formada bölgünün mümkünlüyünü müəyyən etmişlər.

63. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitu siya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş,“ MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya“ şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (birləşdirilmiş iddia üzrə ca vabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6394/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar