Məhkəmə qərarları › İş №2(102)-741/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-741/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-741/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutların qiymətləndirilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(105)- 1571/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Xəzər RPİ-nin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin material üzrə izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2013-cü ildən Cavabdeh2 özünə məxsus 20 ha torpaq sahəsini satan vaxtdan tanımış, daha sonra aralarında dostluq münasibəti yaranmışdır. Əkrəmlə aralarında 2017-ci ildə pul məsələsi olmuş, onun Əkrəmə 4800 manat borcu olmuşdur. 2018-ci ildə borcu qaytarmaq məqsədi ilə adında olan 0,14 ha torpaq sahəsinin sənədlərini etibarnamə ilə Əkrəmə vermişdir ki, həmin torpaq sahəsinin bir hissəsini satıb 4800 manat borcunu götürsün. Lakin həmin torpaq sahəsinin yerini ona göstərməmişdir. 2019-cu ildə həmin torpaq sahəsinə gedən zaman ona məlum olmuşdur ki, həmin sənədə aid olmayan yerlər Nizam adlı makler tərəfindən digər şəxslərə satılmışdır. O torpaq sahəsini alan şəxsləri qovan zaman ona məlum olmuşdur ki, həmin torpaq sahələri onun Əkrəmə verdiyi etibarnamə əsasında ayrı-ayrı şəxslərə satılmışdır. Həmin gün o, Əkrəmə zəng edib etibarnaməni ləğv edəcəyini bildirmiş və ləğv etmişdir. Bundan sonra Əkrəmlə telefonla danışdığı zaman məlum olmuşdur ki, Əkrəm ona məxsus olmayan torpaq sahəsini Mahirə adlı qadına satmış və 4200 manat pul almışdır. Həmin torpaq sahəsini onun ləğv etdiyi etibarnamə əsasında satmışdır. Bildirmişdir ki, İddiaçı şikayət ərizəsi ilə bağlı onun heç bir təqsiri yoxdur. Həmin şəxsi tanımır və onun Əkrəmlə birgə apardıqları a lqı-satqıda iştirakları olmamışdır.

2. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 torpaq sahəsi ilə bağlı səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmaqla etibar etmiş və həmin etibarnaməyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2024-cü il tarixdə 9000 manat əsas pul və 7000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər və 153 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 digər Cavabdeh1 etibarnamə ilə ona həvalə etdiyi Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0,10 ha torpaq sahəsini ona göstərərək satmaq istədiyini bil dirmişdir. Həmin torpaq sahəsini satmaq məqsədi ilə Cavabdeh2 ondan 9000 manat pul almışdır. Bundan sonra, o, əlavə xərc çəkərək ərazini hasarlamışdır. Sonradan tanımadığı şəxslər əraziyə gələrək torpağın onlara məxsus olduğunu bildirmişlər. Əkrəm pulu geri qaytarmaq üçün ona başqa yerdən torpaq vermişdir. Belə ki, xx.xx.2019-cu ildə Binə qəsəbəsi, 31 saylı Notariat ofisində 6 sot torpaq sahəsini onun adına sənədləşdirmişlər. O, sənədlərdə dövlət möhürünə inanaraq həmin ərazidən 10 sot əvəzinə 6 sot torpağın verilməsinə razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsi üzrə Əkrəmə etibarnamə vermiş və sonradan öz aralarında fikir ayrılığı yaranmışdır. Onun tərəfindən həmin əraziyə də hasar çəkilmiş, əl damı tikilmişdir. Yenə də başqa bir şəxs gələrək torpağın ona məxsus olmasını bildirmişdir. Beləliklə o, dəfələrlə Cavabdeh2 və Cavabdeh1 tərəfindən süründürməçiliyə məruz qalmış, nə torpağını, nə də pulunu geri ala bilməmişdir. Cavabdeh1 və Cavabdeh2 ondan alınmış pulu öz aralarında bölərək mənimsəmişlər. Məsələ ilə bağlı aidiyyəti üzrə Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırmalar zamanı Əkrəm və Şahbaz həqiqəti gizlətməyə çalışmış, müxtəlif bəhanələrlə, vədlərlə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Polisdə cinayət işi rədd olunmuş, ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

5. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2007-ci ildə 10 sot torpağa görə Əkrəmə 5000 manat pul vermişdir. Əkrəm bundan sonra bir neçə dəfə ona yer göstərsə də, həmin ərazilərin sahi bi çıxmışdır. Əkrəm son dəfə ona 6 sot torpaq sahəsi vermiş, o isə həmin sahəni sənədləşdirmişdir. Bundan sonra Şahbaz adlı şəxs bildirmişdir ki, həmin torpaq sahəsinin sahibidir. Bu səbəbdən polisə müraciət etmişdir. Şahbaz polisdə verdiyi izahatında ona 4 sot torpaq, əlavə olaraq isə 1500 manat pul verəcəyini bildirmişdir.

6. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qeyd edilən ərazidə ona məxsus 20 ha sahə olub. O, Əkrəmə olan borcuna görə həmin torpaq sahəsinə dair sonuncuya etibarnamə vermişdir ki, satıb, borcu əvəzləşdirsin. Lakin 2018-ci ildə məlum olmuşdur ki, Əkrəm boş torpaq sahələrini də satmışdır.Bu səbəbdən etibarnaməni ləğv etdirmişdir. Mahirə xanıma da torpaq sahəsini Əkrəm satmışdır. Polisdə belə razılaşmışlar ki, 4000 manat borca görə Əkrəmə torpaq v ersin. Lakin sonradan bilmişdir ki, torpağın dəyəri daha çoxdur, bu səbəbdən ona pulu geri qaytarmışdır. Bununla da Əkrəmlə onun arasında borc münasibətləri bitmişdir. İddia ərizəsini qəbul etmir, çünki o Mahirə xanıma torpaq satmamış, ondan pul almamışdır. Həmin ərazidə iddiaçıya məxsus əl damını sökmüşdür ki, bunun da əvəzində ona 200 manat ödəməyə hazırdır.

7. Cavabdeh2 iddia ərizəsinə dair yazılı etirazında, Cavabdeh1 polisdə ona borcu olduğunu, bu səbəbdən borcun əvəzində Mahirə xanıma torpaq sahəsi verəcəyini bildirmişdir. Daha sonra isə 4,5 sot torpaq sahəsi, İddiaçı sonradan torpağı satdığı adama verilmiş və bununla da o artıq mübahisənin tərəfi olmamışdır. Bu səbəbdən işdə cavabdeh deyil, maraqlı şəxs kimi iştirak etməlidir.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 5000 manat pulun, eləcə də Cavabdeh1 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərdən müştərək qaydada 70 manat, Cavabdeh1 isə 35 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 10 sot torpaq sahəsini sotu 500 manat olmaqla, 5000 manata Cavabdeh1 tərəfindən Cavabdeh2 torpaq sahəsi ilə bağlı səlahiyyətlərin digər şəxsə verilməsinə dair etibarnaməyə əsasən almış, torpağın dəyəri ilə bağlı Cavabdeh2 5000 manat ödəniş etmiş, torpaqla bağlı etibarnaməni Cavabdeh1 Cavabdeh2 məhkəmə iclasında verdiyi izahata əsasən 4800 manat borclu olduğu üçün vermiş, aralarında olan münasibətlər pozulduqdan sonra iddiaçını torpaq sahəsindən çıxardaraq başqa torpaq sahəsi vermiş (6 sot), Cavabdeh1 iddiaçını ona ayrılmış torpaq sahəsindən çıxardaraq, torpaq sahəsində inşa edilmiş tikilini dağıtmış, məhkəmə iclasında Cavabdeh1 həmin halı inkar etməyərək bu halı etiraf edərək vurulmuş zərəri ödəməyə razı olduğunu bildirmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə materiala əsasən vurulmuş zərərin məbləğinin 1500 manat olduğunu cavabdeh etiraf etmişdir.

10. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin dəyəri ilə bağlı cavabdehlərə 5000 manat ödənilməsi işin mübahisə edilməyən halıdır. Ona görə də həmin pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.

11. İddia tələbinin mənəvi ziyan və əld ən çıxmış fayda hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən bunu sübut edən zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 386.1, 385.1, 442, 448.1, 1091.1 və 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilərək həmin hissədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabbeh şikayətini onunla əsaslandırmışdır ki, 2007-ci ildə, iddiaçı digər Cavabdeh2 5000 manat pul verdiyini iddia etdiyi dövrdə, o ümumiyyətlə Cavabdeh2 tanımırdı. Əkrəmin İddia çı torpaq satması ilə bağlı məsələlərə ümumiyyətlə aidiyyatı yoxdur. Satılmış torpağın pulunun onunla digər cavabdeh arasında bölüşdürülməsi isə yalnızca iddiaçının ehtimallarıdır, buna dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçının izahatından da görünür ki, etibarnamə verilməmişdən qabaq, hətta 2016-cı ildən Əkrəm və Mahirə arasında mübahisə artıq mövcud idi. O özü isə, Cavabdeh2 torpağa dair etibarnaməni 2018-ci ildə ondan aldığı borcun əvəzində vermişdir ki, pulu qaytara bilməsə torpaqdan satıb pulu əvəzləşdirsin. 2020-ci ildə Əkrəmin etibarnamədən istifadə etməklə 60-a yaxın insanı aldatdığını biləndən sonra ləğv etdirmişdir. Həmin insanlardan biri də hazırkı iş üzrə iddiaçıdır. Eyni zamanda onu da qeyd etmək gərəkdir ki, Əkrəmin iddiaçıya satdığı torpaq sözügedən etibarnamədə g östərilən torpaqla eyni deyil, başqa-başqa yerlərdə yerləşir. Lakin işə baxan birinci instansiya, ekspertiza keçirərək həmin torpaq sahələrinin koordinatlarını, digər torpaq sahəsinə onun aidiyyətinin olub-olmamasını yoxlamamış, iddia tələbini hər hansı sübuta istinad etmədən təmin etmişdir.

15. Apellyasiya şikayətinin digər dəlilinə görə, əl damının sökülməsinə görə cavabdehdən nəyə əsasən 1500 manat tutulmalı olması barədə məhkəmənin mövqeyi də anlaşılan olmamışdır. İddiaçının o məbləğdə hər hansı tələbi olmamış, cavabdeh özü isə bunun əvəzində 200 manat verə biləcəyini qeyd etmişdir. Digər cavabdehə olan borcunun əvəzində ayrı yerdən ona torpaq sahəsi vermiş, sonuncu həmin torpağı 10000 manata satmış, ilkin əldə etdiyi puldan iddiaçıya hər hansı ödəniş etməmişdir.

16. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qarşı tərəf 2006-cı ildə Əkrəmə pul verərək torpaq almışdır. Əkrəmlə 2017-ci ildən tanışlığı olmuş, o ona torpaq sahəsinin satılmasına yardım edirdi. Moskva şəhərinə gedəndə pulu az olduğundan Əkrəmdən 4800 manat borc almış, beləcə ona borcu yaranmışdır. Borcunu ödəyəcəyinə inam yaramaq üçün özünə məxsus, icarəsində olan torpaq sahəsi barədə Əkrəmə etibarnamə vermiş, lakin yerini göstərməmişdir. Sonradan öyrənib ki, Əkrəm bu etibarnamədən istifadə edərək Binə qəsəbəsində torpaq sahələrini satmışdır. Bundan sonra ona verdiyi etibarnaməni ləğv etdirib. Ondan sənədi qaytarmağını istəmiş, o isə itirdiyini bildirmişdir. Əlavə olaraq dostu Ələkbərov Ramin adlı şəxsə məxsus olan torpaq sahəsinin də iddiaçı Mahirə xanıma satdığını öyrənib. Həmin xanımı n orada kiçik əl damı inşa etdirdiyini görüb. xx.xx.2020-ci il tarixində etibarnaməni ləğv etdirib. Ona qədər Mahirə xanıma etibarnamə verilib, Mahirə xanıma 10 sot torpaq verilib, insanlar iddiaçını oradan çıxarıblar. Beləliklə Əkrəm ona başqa yerdən torpaq sahəsi verib. Oradan da çıxarıblar. Əkrəm iddiaçının pulunu qaytara bilmədiyindən, iddiaçı isə pulunu tələb etdiyindən onun dostuna məxsus olan torpaq sahəsini iddiaçıya verib. Həmin torpaq sahəsinin kənarlarını hasar çəkdirmişdi. Mahirə xanımın həmin torpaq sahəsində hasarın küncündə kiçik tikdirdiyi tikilini sökdürüb, hamının yanında bəyan edib ki, bu torpaq Raminə məxsusdur, onun Əkrəmə torpaq yox, pul borcu var. Əkrəm iddiaçını aldadıb. Beləcə Mahirə xanım polisə şikayət etmişdir. Polisdə Əkrəmlə razılaşıb ki, Əkrəmə 4 sot yarım to rpaq sahəsini versin. Razılığa gəldikdən sonra Əkrəm ona demişdir ki, torpağı Mahirə xanıma yox ona versin, özü nə edəcəyini bilir. Bu zaman Əkrəmin dediyindən şübhələnmiş, torpaq sahəsini verməmiş, sonra isə 2 sot yarım torpağı etibarnamə ilə icarəyə Əkrəmə vermişdir. İddiaçı ona qarşı iddia qaldırmışdır. İddiaçının çəkdiyi xərci ödəməyə hazırdır, lakin birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən 1500 manat çoxdur. İddiaçının çəkdiyi xərc 200 manat olar. İddiaçı torpağı əldə etdikdən sonra onun yarısını Səyavuş adlı şəxsə 6000 manata satmışdır. Bundan xəbəri var. xx.xx.2020ci ildə xitam verilmiş etibarnaməyə, 2021-ci ildə notarius tərəfindən Səyavuşa etibarnamə verilib. Bununla bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Sonradan Əkrəmə verdiyi etibarnamə ilə, onun 61 nəfərə e tibarnamə verdiyini öyrənib. Ramin öz torpağını, Xəyyam adlı şəxsə satıb. Söhbət iddiaçı tərəfindən inşa etdirilmiş kiçik tikilini sökdürdüyü torpaq sahəsindən gedir. 4 sot yarım torpaq sahəsini ölçmüş, çünki Əkrəmlə razılığa gəlmək istəyirdi. Həmin sahəni Əkrəmə verib, əlavə pulu alıb, sonra Raminlə haqq-hesab edəcəkdi. Yeri ölçdüyünü etiraf edir, amma Mahirə və Səyavuş üçün yox, Əkrəmə vermək üçün ölçmüşdür. Mahirə və Səyavuşu tanımırdı, onlara verə bilməzdi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2007-ci ildə Əkrəmə 10 sot torpağa görə 5000 manat vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, torpaq başqasınındır. Əkrəm iki dəfə onu aldadıb. 2019-cu il yanvarın 23-də Əkrəm bildirdi ki, Şahbaz ona olan borcunun əvəzinə torpaq sahəsi verib, onun öz torpağıdır, indi isə Əkrəm ona 10 sot yox, 6 sot verə bilər. Beləliklə, 6 sota sənəd alıb. Torpaq sahəsi 4-5 daşla hasarlanmışdı. Cavabdeh deyir ki, hasarı çəkib, torpaq isə Raminindir. Göründüyü kimi təzad var. O, isə onu 11 daş edib. Kiçik tikili tikdirib. Pandemiya oldu, işləri yarımçıq qaldı. Aldığı 6 sotun 3 sotunu Səyavuş adlı şəxsə satıb. Etibarnamə ləğv olunmamışdı. Əkrəm Şahbazın traktor gətirərək aldığı torpaq sahəsindəki tikilini sökdürdüyünü, oranı şumlatdığını bildirdi. Şahbazdan polisə şikayət edib. İş məhkəməyə gedib çıxmasın deyə razılaşma oldu. Şahbaz bildirdi ki, onun cəmi 4 sot torpağı var, o torpağı ona və Səyavuşa verə bilər. Maşınla torpaq sahəsinə apardı, özü 4 sot yarımı şəxsən ölçdü, işarə qoydu və onlara verdiyini bildirdi. Dedi ki, Ramin adlı şəxs etibarnamə verəcək. Sonradan Səyavuşun adına sənədləşdiriləcəyini bildirdilər. Etiraz etməyib. Əkrəm sot yarımın pulunu ödəməyi öhdəsinə götürmüş, lakin sonra ödəmədi. Səyavuş Şahbazın həmin torpağı Babək adlı şəxsə satdığını, həmin şəxsin orada ev tikdiyini bildirdi. İlk dəfə 5000 manat pulu 2007-ci ildə Əkrəmə vermiş, lakin Əkrəm 2 dəfə ona ayrı-ayrı torpaq sahəsi göstərib. Torpaq sahələrini hasara almışdı. Onun pulunu almamışdır. Nə qədər xərc çəkdiyini dəqiq bilmir. Notarial qaydada sənədi, etibarnaməsi var. Həmin ərazidə heç kəsin torpaq sahəsinə çıxarışı, texniki pasportu yoxdur. O, Səyavuşdan 4200 manat almışdır. İndi Səyavuş ya torpağını ya da 6000 manat pulunu istəyir. Torpaq sahəsinə çəkdirdiyi hasar və əl damına 1500 m anat xərc çəkmişdir. 3 sot torpağın bazar qiymətinə uyğun hesablanaraq pulunun ona qaytarılmasını xahiş edir. Əkrəm Şahbaza torpaq sahələrini satmaq üçün yardım etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

18. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 2017-ci ildə Cavabdeh1 ona tikinti sərəncamı almaq adı ilə dələduzluq edərək ondan 30000 manat məbləğində pul almış və qarşılığında saxta sənəd təqdim etmişdir. Nəticədə, ona qarşı cinayət işi açılmış və o, həbs edilmişdir. Abşeron Rayon Məhkəməsində keçirilən iclaslarda onun özü və yaxın qohumlarının xahişi ilə vurulmuş ziyanı ödədiyini bildirmiş, qardaşının təkidi ilə ziyan məbləğini 10000 manat olaraq qəbul etmiş və onun azad edilməsinə etiraz etmə mişdir. Cavabdeh1 həbsdən azad olunduqdan sonra ona vurulan ziyanın ödənilməsi məqsədilə mülkiyyətində olan 0,1450 hektar torpaq sahəsini ona etibarnamə ilə vermişdir. Onun bu torpaq sahəsini ona vurduğu 30000 manat ziyanının qarşılığında verdiyi haqda aralarında dəfələrlə telefon danışıqları və görüşmələr olmuşdur. 2019-cu ildə bu torpaq sahəsinin 0,06 hektar hissəsini İddiaçı satmışdır. Daha sonra öyrənib ki, Cavabdeh1 etibarnaməni ləğv edib torpağı başqa şəxsə satmışdır. Cavabdeh1 isə Mahirə xanımla görüşərək ondan birlikdə polisə şikayət etməyi və onu həbs etdirməyi təklif etmişdir. Bu hallar əsasında Xəzər Rayon Polis İdarəsinə və Prokurorluğa müxtəlif müraciətlər etmişdir. Daha sonra Mahirə xanımın şikayəti əsasında Xəzər rayonu 3-cü bölməsinə dəvət olunmuşlar. Görüşdə Cavabdeh1 ona borcunu qaytaracağını və İddiaçı torpaq sahəsi verəcəyini bildirmişdir. Sonradan, 4,5 sot torpaq sahəsi Cavabdeh1 tərəfindən Mahirə xanımın satdığı şəxsə verilmiş və o, bu mübahisənin tərəfi olmamışdır. İddiaçı məhkəməyə müraciət etdikdən və qərar çıxdıqdan sonra Şahbaz Quliyev məhkəmənin qərarına müdaxilə və ona böhtan ataraq şantaj etmək üçün Xəzər Rayon Polis idarəsinə onun guya 0,1450 hektar yerin etibarnaməsindən 61 nəfərə etibarnamə verdiyini bildirərək şikayət vermiş və bu səbəbdən sənədi xitam etdiyini bildirmişdir. Cavabdeh1 istintaqa bu iddianı təsdiq edəcək heç bir sübut təqdim etməmiş öz növbəsində onu istintaqa Şahbazın ona verdiyi torpağın 0,965 hissəsini satdığını və 4 etibarnamə verdiyini bildirmiş bununla bağlı Mobil notariat sistemindən çıxardığı aidiyyati sənədləri təqdi m etmişdir. Cavabdeh1 ona verdiyi etibarnaməni ləğv etdikdən sonra 3 nəfərdən aldığı behi geri qaytarmış, İddiaçı verdiyi torpağın əvəzində X4 başqa yerdə 4,5 sot torpaq verdiyi və onu təkrarən aldatdığı üçün İddiaçı ilə məsələ mübahisələndirmişdir. Qeyd edilənlər əsasında, o, bu mübahisənin həqiqi tərəfi olmadığını bildirir. Ondan asılı olmayan səbəblərə görə adı hallandırılmış və cavabdeh şəxs kimi iştirak etməyi tələb olunmuşdur. Hər hansı bir qanunsuz hərəkət və ya ziyan vurulmasında onun birbaşa əlaqəsi yoxdur. Bu səbəbdən, onun cavabdeh deyil, maraqlı şəxs kimi tanınmağının daha ədalətli və qanuni olduğunu hesab edir. Cavabdeh1 polisə bilərəkdən yalandan şikayət verməsi, hüquq-mühafizə orqanlarının və məhkəmənin fəaliyyətinə müdaxilə etmə cəhdi kimi qiymətləndirilməlidir və bu hərə kətlərin qanun çərçivəsində araşdırılmasını və onun qanuna uyğun şəkildə cəzalandırılmasını istəyir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, onun bu işdə cavabdeh deyil, maraqlı şəxs kimi tanınmağı barədə qərar qəbul edilməsini xahiş edir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1571/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafari).

20. Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının tələbi cavabdehlərdən 9000 manat əsas pul, 7000 manat əldən çıxmış fay da və 5000 manat mənəvi zərər məbləğindən ibarət olmuşdur. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatdan da görünür ki, o Cavabdeh2 torpaq sahəsinə görə 5000 manat pul vermiş, lakin müəyyən zaman keçdiyinə görə həmin pul da öz əhəmiyyətini itirmişdir. Ona görə cavabdehlərdən 9000 manat pul tələb etmişdir.

21. Məhkəmə 5000 manat pul məbləğinin Cavabdeh1 tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab etmişdir. Belə ki, iddiaçının öz izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği hələ 2007-ci il tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış əhəmiyyətsiz əqd üzrə onun tərəfindən Cavabdeh2 verilmiş, lakin həmin əqd üzrə ona verilməli olan torpaq sahəsi başqa şəxs məxsus olduğundan həmin torpaq sahəsindən çıxarılmışdır. Bun dan sonra Cavabdeh2 həmin pulun əvəzində ona başqa torpaq sahəsi vermiş, lakin həmin torpaq sahəsi də başqa şəxslərə məxsus olduğundan oradan da çıxarılmışdır. Nəhayət 23 yanvar 2019-cu il tarixdə Cavabdeh2 Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1450 ha torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında ona etibar edilmiş 0,1450 ha torpaq sahəsinin 0,06 ha hissəsi üzərində sərəncam vermək, satmaq, dəyişmək və sair tapşırıqları yerinə yetirməyə dair iddiaçıya etibarnamə verməklə, yenə də həmin etibarnamədə olan torpaq sahəsini deyil, başqa torpaq sahəsini iddiaçının faktiki sahibliyinə verməklə, etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlamaq adı altında yalan əqd bağlamışdır.

22. Məhkəmə mövqeyinə görə, birinci ins tansiya məhkəməsi mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin Cavabdeh1 tərəfindən sökülməsini və Cavabdeh1 isə bunu etiraf etdiyini əsas gətirərək, Cavabdeh1 sökülmüş tikiliyə çəkilmiş xərc qismində 1500 manat pul tutmuşdur ki, bununla da prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçının sökülmüş tikiliyə çəkilmiş xərc qismində iddia tələbi olmamış, birinci instansiya məhkəməsi isə verilmiş tələblərdən kənara çıxaraq, olmayan iddia tələbi üzrə Cavabdeh1 pul məbləği tutmuşdur ki, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tutulan 1500 man at pul tələbi hissəsində əsassız olmuşdur.

23. Göründüyü kimi yalan əqd üzrə tərəflər iddiaçı ilə Cavabdeh1 olmamış, həmin əqd üzrə pul məbləği də Cavabdeh1 verilməmişdir. Belə olduğu təqdirdə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Həmçinin, Cavabdeh1 əsassız varlanma qaydalarına müvafiq olaraq da iddiaçının hesabına varlanması müəyyən edilməmişdir.

24. Məhkəmə mövqeyini Mülki Məcəllənin 329.1, 337.1, 337.3, 337.4, 337.5, 340.2, 362.1 və 1091-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və rayon məhkəməsinin qətnaməsi ilə qət olunmuş hallar üzrə qərar çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, cavabdehlər onun pulunu ələ keçirməklə əsassız varlandıqlarından, həmin pul onlardan birgə qaydada tutulmalıdır.

27. Şikayətin digər dəlilinə görə apellyasiya instansiyası məhkəməsi şahidlərin dindirilməsini təmin etməmiş, eyni zamanda qətnaməni qanunverciliyin tələb etdiyi formada əsaslandırmamışdır.

28. İddiaçı hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 443 və 1091-ci, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxla nılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Mə cəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

36. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və aşağı instansiya məhkəmələrində işə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərt ərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddə lərindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı iş ə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Alığı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1571/2024 nömrəli iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar