Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7415/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(107)-1456/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.N.Abbasov, iş № 2(025)-274/2016) İddiaçı cavabdehlər “Cavabdeh1” MMC, Qəbələ rayon İcra Şöbəsi, üçüncü şəxslər X7 və Azərbaycan Respublika sı ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli, iş № 2(107)161/2017) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov, iş № 2(102)-1413/2018) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2 017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Əliyev, M.M.Hüseynov və İ.H.Şükürov, iş № 2(107)-1347/2018) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)-710/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən ba xılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 21 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən X3 borcunun müqabilində Qəbələ rayonu, Nic qəsəbəsi, 0,46 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24,0 kv.metr fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bun dan sonra borc ödənilmədiyindən, Şamxal Vəliyevin tələbinə əsasən məhkəmənin qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə müəyyən icra hərəkətləri həyata keçirilmiş və onun xəbəri olmadan ipoteka predmeti satılmışdır. Halbuki, evin qiymətləndirilməsi həyata keçirilərkən, onun evinə baxış keçirilməmişdir. Eləcə də evə dair hərraclar keçirilərkən hərracın keçirilməsi qaydalarına riayət olunmamış və hərrac düzgün keçirilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il t arixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən mübahisəli evin X5 Vəliyev arasında bağlamış borc müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoyulmasına, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutmanın həmin evə yönəldilməsinə, icra məmurunun sifarişinə əsasən qiymətləndirici tərəfindən ipoteka predmetinin qiymətləndirilməsinə, ipoteka predmetinin ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə, ipoteka predmeti hə rracda satılmadığına görə onun tələbkar Şamxal Vəliyevə təklif edilməsinə, sonuncu təklifi qəbul etdiyi üçün onunla icra məmuru və hərracın təşkilatçısı arasında “hərracın yekunlarına dair” alqı-satqı müqaviləsi və hərracın nəticələri ilə bağlı müvafiq protokol tərtib edilməsinə, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmamaqla keçirilməsinə və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsinə əsaslanmışdır. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsi, 0,46 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24 kv.metr olan fərdi yaşayış evi X5 Vəliyev arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsülü kimi ipoteka ilə yüklü edilmişdir. Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus olan sözügedən evin və evin yerləşdiyi 0,46 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yüklü edilmiş həmin əmlakın satışından əldə edilən vəsait hesabına X1 cəmi 18.036,44 manat borcunun ödənilməsi qət edilmişdir. Sonradan qətnamə qanuni qüvvəsini alaraq müvafiq icra vərəqəsi verilmişdir. Bundan sonra icra məmurunun sifarişi ilə “xxxx” MMC-nin 27 avqust 2011-ci il tarixli hesabatına əsasən ipoteka predmeti 17.000 manat məbləğində qiymətləndirilmiş və i poteka predmetinin ilkin satış qiyməti ilə birinci hərrac 06 dekabr 2011-ci il tarixdə keçirilmiş, lakin alıcı olmadığına görə hərrac baş tutmamışdır. 10 yanvar 2012-ci il tarixdə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərrac keçirilmiş, lakin yenə də alıcı olmadığına görə hərrac baş tutmamışdır. 26 yanvar 2012-ci il tarixdə “hərracın yekunları haqqında” protokola və “hərracın yekunları üzrə əmlakın alqısatqısına dair” müqaviləyə əsasən ipoteka predmeti ilkin satış qiymətindən 25 faiz az olmayan son satış qiymətlə, yəni 10.838 manata Şamxal Vəliyevə satılmış və sonuncu həmin qiymətlə ipoteka predmetini almışdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə mə hkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən görünür ki, İddiaçı məhkəmədə Qəbələ rayon İcra Şöbəsinə və “xxxx” MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair iddia qaldırdığından, Qəbələ rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli qərardadı ilə qeyd olunan mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Qəbələ rayon məhkəməsinin 14 iyul 2017-ci il t arixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Qəbələ rayon İcra Şöbəsinə, “xxxx” MMC-yə və Şamxal Vəliyevə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair” iddiası təmin edilərək “xxxx” MMC-nin 27 avqust 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilərək, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24,0 kv.metr olan fərdi yaşayış evinin qiymətinin 42.000 manat olduğu əsas götürülməklə Qəbələ rayon məhkəməsinin 03 mart 2011ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli, 2(102)7649/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Beləliklə, İddiaçı Qəbələ rayon İcra Şöbəsinə, “xxxx” MMC-yə və Şamxal Vəliyevə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair iddiası üzrə yekun qərar qəbul edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən hər iki mülki işin bir icraatda birləşdirilərək baxılması məsələsi müzakirə edilməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 30 may 2019-cu il tarixli qətnaməsi ləğv eilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7415/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7415/2019
11.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver