Məhkəmə qərarları › İş №2(102)-7456/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7456/2019

12.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7456/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçılar İddiaçı8, İddiaçı3, onların və digər İddiaçı10 vəkili X10, Cavabdeh nümayəndəsi X7, vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3116/2019 nömrəli iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nər imanov rayon məhkəməsinin (hakim Fuad Abdıyev) 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İdarə Heyətinin 21 yanvar 2016-cı il tarixli 01 saylı iclas protokolu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 Cavabdeh üzvlüyündən azad olunması hissəsində (3-cü məsələ), protokol üzrə bu barədə qəbul edilmiş qərarla birlikdə etibarsız hesab edilməsi, Cavabdeh üzvlərinin Konfransının (Ümumi yığıncağının) 22 oktyabr 2016-cı il tarixli protokolunun, o cümlədən həmin protokol üzrə qəbul edilmiş bütün qərarların etibarsız hesab edilməsi, iddianın qalan hissədə (iddiaçılar İddiaçı3 və İddiaçı10 aid hissədə) təmin edilməməsi qət edilmişdir. İddiaçı14 təkrar məhkəmə iclasına gəlmədiyi üç ün ona aid hissədə ərizə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03.10.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 06 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən - iddianın təmin olunmuş: Cavabdeh üzvlərinin Konfransının (Ümumi yığıncağının) 22 oktyabr 2016-cı il tarixli protokol, o cümlədən həmin protokol üzrə qəbul edilmiş bütün qərarlar etibarsız hesab edilsin” hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla həmin iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İ şin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Birliyi İdarə Heyətinin 21.01.2016-cı il tarixli protokolunun, habelə Birliyin Ümumi Yığıncağının 22.10.2016-cı il tarixli protokolunun və həmin protokollarda qeyd olunan qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş emtişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 13.08.2005-ci ildə təsis edilmiş və 21.10.2005-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Birlik 30.12.1992-ci ildə dövlət qeydiyyatına alınmış “Azərbayc an Respublikası Əfqanıstan Veteranları İttifaqı”nın hüquqi varisidir. Onlar həmin Birliyin üzvləridirlər. Birliyin 13.08.2005-ci il tarixli Konfrasında X1 seçilmiş və Birliyin kollegial icra orqanı olan İdarə Heyəti formalaşdırılmışdır. Həmin Konfransın qərarı ilə Birliyin sədrinin və İdarə Heyətinin səlahiyyət müddəti 5 il müəyyən edilmişdir. Birliyin Nizamnaməsinin 6.1-ci bəndinə əsasən Birliyin ali idarəetmə orqanı bir ildə bir dəfədən az olmayaraq çağırılan Konfransdır və növbəti Konfrans İdarə Heyətinin qərarı ilə çağırılır. Lakin 2005-ci ildən bəri Birliyin İdarə Heyəti heç bir Konfrans çağırmamış, bununla da Birliyin Nizamnaməsinin tələbləri pozulmuşdur. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi, cənab Rahim Rəhimov un hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı1 göndərdiyi 20.07.2016-cı il tarixli məktubla da təsdiq olunur. Həmin məktubda Birliyin sonuncu Konfrasının 2005-ci ildə çağırıldığı qeyd olunmuşdur. Birliyin Sədri və İdarə Heyətinin üzvləri Birliyin 13.08.2005-ci il tarixli Konfrasında 5 il müddətinə seçildiyi üçün, 13.08.2010-cu ildə həmin şəxslərin səlahiyyət müddəti başa çatmışdır. Sonradan heç bir növbəti Konfrans çağırılmadığına görə Birliyin yeni Sədrinin və yeni İdarə Heyətinin seçilməsi mümkün olmamışdır. Lakin Birliyin səlahiyyət müddətləri başa çatmış Sədri və İdarə Heyəti qanunsuz olaraq Birliyin adından çıxış etməkdə davam etmiş, Birliyin adından qərarlar qəbul etmiş və sənədləri imzalamışlar. Buna görə də onlar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq, həmin şəxslərin səlahiyyət müddətinin başa çatmış hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin mülki işə məhkəmədə baxılan zaman, Birliyin səlahiyyət müddətləri başa çatmış Sədri və İdarə Heyətinin üzvləri 22.10.2016-cı il tarixdə Birliyin Ümumi Yığıncağı adı ilə iclas keçirmiş və qərarlar qəbul etmişlər. Halbuki, Birliyin Ümumi Yığıncağı adı ilə keçirilən həmin iclas qüvvədə olan qanunlara və Birliyin Nizamnaməsinə uyğun deyildir. Belə ki, Birliyin Nizamnaməsinin 6.1-ci bəndinə əsasən Birliyin Ümumi yığıncağı Birliyin İdarə Heyətinin qərarı ilə, yaxud üzvlərinin üçdə bir hissəsinin qərarı ilə çağırıla bilər. Özünü Birliyin sədri kimi təqdim edən Məhəmməd Vəliyevin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərdiyi 10.04.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh Nizamnaməsinə uyğun olaraq 07.10.2016-cı ildə 2005-2010-cu illərdə İctimai Birliyə üzv olanların iştirakı ilə təşəbbüs qrupu yaradılmış, 22.10.2016-cı ildə Ümumi Yığıncaq (Konfrans) keçirilmiş, İctimai Birliyə Sədr və İdarə Heyətinin üzvləri seçilmişdir. Həm Birliyin Ümumi Yığıncağının çağırılmasına dair təşəbbüs qrupunun yaradılması, həm də Ümumi Yığıncağın keçirilməsi qanuna və Birliyin Nizamnaməsinə uyğun olmamışdır. Ümumi Yığıncaq adı ilə keçirilən həmin iclas bir neçə şəxsin təşəbbüsü ilə çağırılmış və keçirilmişdir. Birliyin üzvlərinin əksəriyyətinin həmin yığıncaqdan xəbəri olmamış və iştirakı təmin edilməmişdir. Buna görə də həmin yığıncaq səlahiyyətli hesab edilə bilməz və həmin iclasın protokolunda qeyd olunan məlumatlar doğru deyildir. Buna baxmayaraq, üzərində doğru ol mayan məlumatlar yazılmış həmin protokol Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmiş və doğru olmayan həmin məlumatların dövlət reyestrində qeydə alınması xahiş edilmişdir. Birliyin Nizamnaməsinin 5.6-cı maddəsinə əsasən Birlik üzvlərinin Birliyin hər hansı mərkəzi və başqa orqanını seçmək və seçilmək, Birliyin icra orqanlarının fəaliyyətinə nəzarət etmək və sair hüquqları vardır. Bu hallar onların hüquqlarını pozur. Bu səbəbdən Birliyin Ümumi Yığıncağının protokolu adı ilə tərtib edilən 22.10.2016-cı il tarixli protokol etibarsız sayılmalı, həmçinin saxtakarlığa yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılaraq, qanuna uyğun tədbirlər görülməsi üçün prokurora göndərilməlidir. Həmçinin, hazırki işə baxılarkən onlara məlum olmuşdur ki, Birliyin İdarə Heyətinin 21.01.2016- cı il tarixli qərarı ilə İddiaçı3 və İddiaçı10 istisna olmaqla, qalan 12 nəfər iddiaçılar və daha 28 nəfər başqa şəxslər, cəmi 42 nəfər birliyin üzvlüyündən çıxarılmışlar Onların üzvlükdən çıxarılmasına əsas isə birliyin apardığı tədirlərdə iştirak etməmələri, artıq bir neçə ildir birliklə əlaqə saxlamamaları, yalnız birliyin fəaliyyətinə kölgə salmaq üçün əsassız böhtan xarakterli şikayətlərlə məşğul olmaları göstərilmişdir. Halbuki, iddiaçıların həmin qərardan ümumiyyətlə məlumatı olmamışdır. Həqiqətdə isə belə bir iclas keçirilməmiş və belə bir məsələ müzakirə edilməmişdir. İddiaçılara belə bir iclasın keçirilməsi ilə bağlı hər hansı məlumat verilməmiş, habelə iclasın nəticələri üzrə qəbul edilmiş qərar onlara təqdim edilməmişdir. Onlar yalnız hazırki iş üzrə məhkəmə iclaslarının birind ə bu barədə məlumat əldə etmişlər. Halbuki, hazırki mübahisədən əvvəl tərəflər arasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mübahisə başlanmışdır. Lakin cavabdeh tərəf həmin icraat çərçivəsində bu barədə hər hansı sənəd təqdim etməmişdir. İddiaçılar heç vaxt nizamnamənin 5.10-cu maddəsini pozmamışlar. İddiaçılar mütəmadi olaraq birliklə əlaqə saxlamışlar. İddiaçılar əksinə olaraq, birliyin fəaliyyətində yaxından iştirak etmək niyyətindədirlər. Lakin cavabdeh onlara bu şəraiti yaratmır. Bütün yollarla iddiaçıları birliyin fəaliyyətindən kənarlaşdırmaq istəyir, iddiaçılara birliyin apardığı tədbirlər barədə hər hansı məlumat verilmir. Bu səbəbdən iddiaçılar və onlar kimi bir sıra digər üzvlər nizmnamə ilə onlara verilmiş hüquqların həyata keçirilməsi və cavabdeh tərəfindən fəaliyyətdə y ol verilmiş pozuntuların və özbaşnalığın aradan qaldırılması uğrunda mübarizə aparırlar. Bu isə öz növbəsində Nizamnamənin 5.10-cu bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Məhz bu səbəbdən cavabdeh onların üzvülükdən çıxarılması barədə qərar qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı3 birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə qətnamə qəbul edən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi iş üzrə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən kassasiya qaydasında ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən qeyd etmişdir ki, 22.10.2016-cı il tarixdə həqiqətən də Cavabdeh Ümumi Yığıncağı keçirilmişdir, iş materiallarına əlavə edilmiş CD də bunu təsdiq edir. Məhkəmənin qərarına görə bu səbəbdən həmin tarixdə Ümumi Yığıncaq keçirilmiş sayılır və həmin yığıncaqda üzrə qəbul edilmiş protokol və həmin protokol üzrə qəbul edilmiş qərarlar etibarsız hesab edilə bilməz. Qeyd etmək lazımdır ki, yığıncağın olması barədə birinci instansiya məhkəməsində də görüntülər məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərin mövcudluğunu heç kimi inkar etmir. İddiaçı olaraq o nların mübahisələndirdikləri məsələ həmin yığıncağın qanuna və nizamnamə tələblərinə zidd olaraq həyata keçirilməsidir. Belə ki, maddi hüquq normalarının tələbi pozularaq birliyin bir çox üzvləri ümumi yığıncağın keçirilməsi barədə xəbardar edilməmişdilər eyni zamanda ictimai birliyin artıq vəfat etmiş üzvləri X31 və X26 yığıncaqda iştirak etmiş üzvlər kimi iştirak edənlərin siyahısında göstərilmişdir. Bundan başqa yığıncağın katibi olaraq X19 göstərilir, hansı ki, həmin şəxs yığıncağın keçirildiyi 22.10.2016-cı il tarixdə Azərbaycan Respublikasından kənarda olmuşdur. Qeyd edək ki, ictimai birliyin hazırki rəhbərliyi 2005-ci ildə seçilmişdir, həmin tarixdən beş ildən bir rəhbərlik seçilməli olduğu halda indiyədək rəhbərlik seçilməmişdir və 2005-ci ildən seçilən rəhbərlik ictimai birliyi id arə edir. Həmçinin onlara və ictimai birliyin digər üzvləri olan keçmiş döyüşçü yoldaşlarına birliyin idarə edilməsində iştirak etməklərinə rəhbərlik tərəfindən şərait yaradılmır. Göstərilən faktlar həm birinci insatansiya, həm də apellyasiya instansiyası məhkəməsəində öz təsdiqini tapmışdır. Cavabdeh tərəf isə vəfat etmiş üzvlərin adının iştirakçılar siyahısında olması və ölkədən kənarda olan şəxsin yığıncaqda katib kimi göstərilməsini texniki səhv olduğunu izah etmişdir ki, bu özünü müdafiəyə xidmət edir. Ancaq təəssüf ki, apellyasiya məhkəməsi də haqsız olaraq cavabdehin özünümüdafiə üçün irəli sürdüyü mülahizələri həqiqət kimi qəbul edərək belə qənaətə gəlmişdir ki, yığıncağın olması onun müvcudluğunu və beləliklə səlahiyyətli olduğunu güman etməyə əsas verir və beləliklə birinci insta nsiya məhkəməsinin qərarını dəyişmişdir. Tərəflərin izahatları: İddiaçılar İddiaçı8, İddiaçı3, onların və digər İddiaçı10 vəkili X20 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X13 və vəkili X21 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçıların iştirakı o lmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətlə ndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi iddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı3 kassasiya şikayətinə əsasən onlara münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh 30.12.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış və daimi əsaslarla fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. Birliyin 321 nəfər üzvü var, qanuni təmsilçisi X14r. “Azərbaycan Əfqanistan Veteranları” İctimai Birliyi İdarə Heyə tinin 21.01.2016-cı il tarixli qərarı ilə İddiaçı3 və İddiaçı10 istisna olmaqla (cavabdeh onların ümumiyyətlə Birliyin üzvü olmadıqlarını, ona görə üzvlükdən çıxarılmalarına ehtiyac olmadığını bildirir), qalan 12 nəfər iddiaçılar və daha 28 nəfər başqa şəxslər olmaqla, cəmi 42 nəfər birliyin üzvlüyündən çıxarılmışlar (əsas: onlar birliyin apardığı tədbirlərdə iştirak etməmişlər, artıq bir neçə ildir birliklə əlaqə saxlamırlar, yalnız birliyin fəaliyyətinə kölgə salmaq üçün əsassız böhtan xarakterli şikayətlərlə məşğul olmuşlar). “Azərbaycan Əfqanistan Veteranları” İctimai Birliyinin Ümumi Yığıncağının 22.10.2016cı il tarixli iclasında İdarə heyətinin sədri (X18), sədr müavini və üzvləri, habelə Birliyinin Nəzarət-Təftiş komissiyasının üzvləri seçilmiş, dəyişikliklərin dövlət qeydiyyatına a lınması üçün X8 Ədliyyə Nazirliyinə müraciət etmək səlahiyyətinin verilməsi qərara alınmışdır. Birliyin 21.01.2016-cı il tarixli iclası ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Birliyin Nizamnaməsinin 5.10-cu bəndinə əsasən, birliyin üzvü veteran adını ləkələyən hərəkətlər etdikdə, birliyin nüfuzunu aşağı salan hərəkətlərə yol verdikdə, birliyin işində iştirak etməkdən müntəzəm olaraq boyun qaçırdıqda, üzürlü səbəb olmadan bir ildən çox Birliklə əlaqəsini kəsdikdə onun birlik üzvlüyünə xitam verilir. Eyni zamanda, Nizamnamənin növbəti bəndlərində üzvlükdən çıxarılması qaydası və proseduru dəqiq təsbit edilmişdir. Belə ki, bu məsələyə Birliyin İdarə Heyətinin iclasında baxılır və birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxslər (üzvlər) bu məsələnin müzakir əyə çıxarıldığı İdarə heyətinin iclası barədə məlumatlandırılmalı, bu şəxsin arzusundan asılı olaraq məsələ ilə bağlı onun öz fikirlərinin idarə heyətinin iclasında bildirmək hüququ təmin edilməlidir. Bundan əlavə üzvlükdən çıxarılması üçün əsas olan halları təsdiq edən zəruri sənədlər təqdim edilməlidir. Nəticədə qəbul edilmiş qərar birlikdə üzvlüyünə xitam verilmiş şəxsə təqdim olunur və bu şəxsin qərarı aldığı andan 1 ay müddətində birliyin Nəzarət-təftiş komissiyasına yazılı şikayət vermək hüququ var. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Birlik iddiaçıların birliyin apardığı tədbirlərdə iştirak etmədiklərini və bir neçə ildir birliklə əlaqə saxlamadıqlarını bildirsə də, bu müddətdə birliyin hər hansı tədbir keçirməsi işdən görünmür. Əksinə, işin hallarından aydın olu r ki, iddiaçıların əsas şikayəti onların birliyin işində və onun iclaslarında iştirak etmək hüquqlarının təmin edilməməsindən ibarətdir. Elə bu zəmində də tərəflər arasında artıq uzun müddətdir mübahisə gedir. “Birliyin fəaliyyətinə kölgə salmaq üçün əsassız böhtan xarakterli şikayətlərlə məşğul olmuşlar” ifadəsinə gəldikdə, iddiaçılar birliyin fəaliyyətindən və bu fəaliyyət nəticəsində onların üzv olaraq hüquqlarının pozulmasından şikayətlənmişlər və şikayətlərinin də əsassız olmadığı müəyyən olunur. Birliyin nümayəndəsi 21.01.2016-cı il tarixli iclasa iddiaçıların telefon vasitəsilə çağrıldığını bildirmişdir, halbuki, nizamnamədə belə dəvət qaydası nəzərdə tutulmamışdır, digər tərəfdən isə iddiaçılara edilmiş zənglərə dair hər hansı sübut (telefonaqram, arayış və s.) təqdim olunmamışdır. İşdən aşkar görünür ki, iclas iddiaçılara məlumat verilmədən keçirilmiş, sonradan da qəbul edilmiş qərarın surəti, həmin qərardan şikayət etmək hüququndan istifadə etmək üçün, onlara göndərilməmişdir. Qətnamə ilə 21.01.2016-cı il tarixli 01 saylı iclas protokolu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 Cavabdeh üzvlüyündən azad olunması hissəsində (3-cü məsələ), protokol üzrə bu barədə qəbul edilmiş qərarla birlikdə etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar İddiaçı3 və İddiaçı13 Yəhya oğlu da məhz bu məsələ ilə bağlı qəbul edilmiş qərarı mübahisələndirsələr də onlar həmin qərarla üzvlükdən azad edilməmişlər. Həmin qərar onların mərafeyinə toxunmadığı, bun unla da onlar bu məsələni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadıqları üçün bu hissədə onların iddia tələbi əsassız hesab edilmişdir. Göstərilən məsələ ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 22.10.2016-cı il tarixli iclasla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Əfqanistan Veteranları” İctimai Birliyi üzvlərinin Ümumi Yığıncağının 22.10.2016cı il tarixli protokolundan görünür ki, həmin iclasın katibi X19 adlı şəxs seçilmiş, iclasda isə ümumilikdə 165 nəfər üzv, o cümlədən X31 və X26 üzv kimi iştirak etmişlər. Eyni zamanda, X19 qəbul edilmiş qərarla Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, X26 2013-cü ildə, X31 2014-cü il tarixdə ölmüş, X19 isə 22.10.2016-cı il tarixdə Azə rbaycan Respublikasında olmamışdır. Sonuncu həmçinin 23.09.2016-cı il tarixdə də Azərbaycanda olmamışdır. Halbuki, 23.09.2016-cı il tarixli Əfqanistan Veteranlarının Ümumi Yığıncağını keçirtmək üçün yığılan təşəbbüs qrupu üzvlərinin iclasının protokolu da iclasın katibi qismində onun tərəfindən imzalanmışdır. Bununla belə, iş materiallarına əlavə edilmiş CD-yə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən 22.10.2016-cı il tarixdə “Azərbaycan Əfqanistan Veteranları” İctimai Birliyi üzvlərinin Ümumi Yığıncağı keçirilmiş, həmin iclasa rəsmi qonaqlar dəvət olunmuş, cəmiyyətin əvvəlki illərdə fəaliyyətinə dair hesabatı dinlənilmiş, habelə birliyin struktur bölmələrinin üzvləri seçilmişdir. İclasdan aparılmış çəkilişlər “AzTv” və “Xəzər” televiziya kanallarında qısa icmal şəklində nüma yiş olunmuşdur. Göründüyü kimi 22.10.2016-cı il tarixdə Birliyin Ümumi Yığıncağı keçirilmiş, lakin Vüqar Bayramov ölkədə olmadığı halda iclasın katibi kimi göstərilmiş, habelə iki nəfər vəfat etmiş veteran döyüşçülər iclasda iştirakçı kimi qeyd olunmuşdur. Göstərilən məsələ ilə bağlı Birlikdən təqdim olunmuş 30.04.2019-cu il tarixli izahatda göstərilmişdir ki, Birliyin Ümumi Yığıncağını keçirmək üçün yığılan təşəbbüs qrupunun üzvlərinin 23.09.2016-ci il tarixdə keçirilən iclasında qrupun rəhbəri Əbülfət Hüseynov, iclas katibi isə Vüqar Byaramov seçilmişlər. Birliyin fəaliyyətində yaxından iştirak edən Vüqar Bayramov 07.10.2016-cı il tarixdə keçirilən iclasda da katib kimi iştirak etmiş və protkola imza atmışdır. Birlik üzvlərinin 22.10.2016-cı il tarixdə keçirilən Ümumi Yığıncağının protok olu sonradan tərtib edildiyi üçün X1un iclas katibi kimi göstərilməsində mexaniki səhvliyə yol verilmişdir. Həmin iclasın katibi X2 olmuşdur. Birliyin 23.09.2016-cı il tarixli protokoluna əsasən 22.10.2016-cı il tarixdə keçiriləcək Ümumi Yığıncaqda iştirak edəcək müharibə veteranlarının 165 nəfər olması və Ümumi Yığıncağın keçirilməsi ilə bağlı onlardan ən azı 107 nəfərin razılığının alınması qərara alınmışdır. Məhz bu baxımdan Birliyin üzvləri olmuş X31 və X15 adlarının 165 nəfər müharibə veteranları siyahısına düşməsinə ciddi diqqət yetirilməmişdir, çünki onların ölmələri barədə Birlikdə heç bir məlumat olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 22.10.2016-cı il tarixdə keçirilmiş Ümumi Yığıncağın protokolunda iclasın katibi kimi səhvən Vüqar Bayramovun göstərilməsi, habelə ölmüş şəxlərin iştirakçı kimi göstərilməsi ümumilikdə yığıncağın keçirilməməsi anlamına gəlməməli və yığıncağın nəticələrinin etibarsızlığına səbəb olmamalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 22.10.2016-cı il tarixdə keçirilmiş Ümumi Yığıncağın iclasına Əbülfət Hüseynov katiblik etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən iddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı3 kassasiya şikayətinə əsasən onlara münasibətdə saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı3 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki ko llegiyasının 2(103)-3116/2019 nömrəli iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsi, iddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı3 kassasiya şikayətinə əsasən onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar