Məhkəmə qərarları › İş №2(102)-75/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-75/2021

18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-75/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDRX-nın 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Cavabdeh İddiaçı1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1094/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayət inə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Qurbanov İsa Abdurahman oğluna Zaqatala rayon X3 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə həyətyanı məqsədi ilə Zaqatala rayonu Bazar kəndində 2000 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq kadastr kitabında 368 nömrə ilə uçota alınmışdır.

2. Zaqatala rayonu İcra Hakimiyyəti Çobankol kənd inzibati ərazi dairəsinin xx xxxxxxx 2009-cu il tarixli 1280 nömrəli arayışından görünür ki, Qurbanov İsa Abdurahman oğlunun adına Bazar kənd ərazi nümayəndəliyinin 12 nömrəli təsərrüfatbaşına kitabın 959-cu səhifəsində onun adına 1964-cü ildə tikilmiş, 109 kv.m. ümumi sahəsi, 48 kv.m. yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X5 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bazar kəndində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 65,65 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Qurbanov İsa Abdurahman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqin də ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır

4. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Qurbanov İsa Abdurahman oğlu DƏDRX çıxarış seriya MH ******* nömrəli, reyestr nömrəsi **********9610301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, DƏDRX arayış 227 nömrəli, xx.xx.2010-cu il tarixdə verilməsinə əsasən ona məxsus olan Zaqatala rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 65,65 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini X4 bağışlamışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala X5 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bazar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən 65,65 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X7 xx xxxxxx 2019-cu il tarixli **********69 nömrəli məktubundan görünür ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim olunmuş elektron baza məlumatlarına (DBF siyahı ları) əsasən Qurbanov İsa Abdurahman oğlunun adına verilmiş A seriyalı 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,20 ha torpaq sahəsi Qurbanov İsa Abdurahman oğlunun, X1, İddiaçı1 və İddiaçı2 ümumbirgə mülkiyyətinə verilmişdir. DBF siyahılarındakı subyektlərin adları, soyadları və atasının adlarında texniki səhv aşkar edildiyi üçün Zaqatala RİH-nin Çobnakol kənd İƏD-nin xx.xx.2019-cu il tarixli 1150, 1151, 1152 və 1153 nömrəli arayışlarına əsasən düzəliş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qurbanov İsa Abdurahman oğlunun adına xx xxxxxx 2009- cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair da şınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X2 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Qurbanov İsa Abdurahman oğlu onun atası olmuşdur. Mərhum Qurbanov İsa Abdurahman oğlunun Zaqatala rayonu Bazar kəndində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni 1996-cı ildə həmin təsərrüfatda Qurbanov İsa Abdurahman oğlu, X6, onun özü və İd diaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala rayon X3 xx xxxxxxxx 2003-cü il tarixli qərarına əsasən mərhum Qurbanov İsa Abdurahman oğluna məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi Qurbanov İsa Abdurahman oğlu, X6, onun özü və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin xx xxxxxx 2009-cu il tarixdə mərhum Qurbanov İsa Abdurahman oğlunun Zaqatala rayon Bazar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi Qurbanov İsa Abdurahman oğlu göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum Qurbanov İsa Abdurahman oğlu onların razılığı və xəbəri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini xx xxxxx 2010-cu il tarixli bağışlama mü qaviləsinə əsasən X4 bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan məsələdən xəbər tutduqdan sonra anası mərhum X6, onun özü və həyat yoldaşı İddiaçı2 da qeyd olunan torpaq sahəsinin mülkiyyətçi kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət edilmiş, ancaq cavabdeh inzibati orqan xx xxxx 2019-cu il tarixli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək məhkəməyə müraciət etmələrini ona tövsiyyə etmişdir. Nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

9. Zaqatala rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10 və üçüncü şəxs X4 qarşı “Qurbanov İsa Abdurahman oğlunun adına xx xxxxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X2 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha to rpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiаçılar yuxarıda qeyd olunduğu kimi mübаhisəli torpaq sahəsinin onların da mülkiyyətinə verildiyini israrlı şəkildə bildirsələr də, iddiа tələbinin bu hissəsi üzrə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə məhkəmə tədqiqi zаmаnı həmin torpaq sahəsinin mərhum Qurbanov İsa Abdurahman oğlunun adına X3 Qərarı əsasında verildiyi təsdiq edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mərhum Qurbanov İsa Abdurahman oğlunun qeyd оlunаn torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən əvəzsiz olaraq verilməsi nəticəsində yaranmışdır. Mərhum Qurbanov İsa Abdurahman oğlu isə haqlı olaraq ona X3 Qərarı ilə əvəzsiz olaraq verilən 0,20 ha torpaq sahəsini öz adına çıxarış almaqla rəsmiləşdirmişdir. Bundan başqa, iddiaçı tərəf torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi əldə etdiklərini, lakin X3 qərarı ilə yalnız cavabdehin adına çıxarış verildiyini mübahisələndirsə də, çıxarışın verilməsinə əsas olan X3 xx xxxxxxxx 2003-cü il tarixli qərarı qərarı mübahisələndirilərək ləğv edilməmişdir. Çıxarışın verilməsinə əsas olan qərar ləğv edilmədən, həmin çıxarışın mövcudluğu, iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi çıxarışın (MH seriyalı ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə) etibarsız sayılması hissəsində əsaslı hesab edilərək təmin edilə bilməz.

12. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübаhisəli tor paq sahəsi ümumi birgə mülkiyyət kimi əldə edilmədiyindən həmin torpaq sahəsinə dаir bаğlаnmış xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsi və xx xxxxxxxx 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,20 ha torpaq sahəsinə dair hissədə də ləğv olunа bilməz. Tələbin bu hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissələri də əsаslı оlа bilərdi. Qeyd оlunаn bağışlama müqаvilə bаğlаnаrkən Mülki Məcəllənin (Maddə 666-668), həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Çünki, bu müqаvilənin bаğlаnmаsı zаmаnı iddiаçının irаdə ifаdəsi tələb оlunmurdu. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydumа əqd hesаb оlun а bilməz. İddiаçının bu dəlilləri də əsаssızdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 8.2, 139.1, 146.2, 148.2, 152, 213.1, 213.2-ci, “Torpaq İslahatı haqqında” Qanunun 20, 22ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1094/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və A.Mahmudov) İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020 -ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən kollegiyanın əvvəlki iclasında Zaqatala rayon X8 tərəfindən Qurbanov İsa Abdurahman oğluna 2000 kv.m torpaq sahəsi verilən zaman iddiaçıların da X8 tərəfindən verilmiş qərarda onların adının olduğu subyektlər siyahısından çıxarışın təqdim edilməsi iddiaçılara təklif edilmiş, lakin iddiaçılar tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həmn də apelyasiya instansiyası məhkəməsi işə baxarkən yalnız işdə olan A seri yalı 197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən həmin torpaq sahəsinin Qurbanov İsa Abdurahman oğlunun mülkiyyətinə verilməsini əsas tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Maraqlı şəxs Mənsur Qurbanov kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərk kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı1 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və maraqlı tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkə mə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh və maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının bütünlüklə ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı bütün hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

26. Daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır.. (maddə 146.2)

27. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. (maddə 148.2) 28. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə d övlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.. (maddə 152) 29. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. (maddə 213.1) 30. əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdiri lmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (maddə 213.2) “Torpaq İslahatı haqqında” Qanun

31. Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

32. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ə rizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

33. Qanunun 10-cu maddəsinin 4 və 5-ci bəndləri). “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət X8, Naxçıvan Muxtar Respublikası X8, rayon və yerli aqrar islahat komissiyaları aparır.

34. Qanunun 22-ci maddəsinə görə fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X3 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X8na şikayət edə bilərlər. Mülki Prossesual Məcəllə

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mülkiyyət hüququ təbiəti etibarilə nə inki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsi pinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı istinad etdiyi halları sübut etməli idi.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(107)-1094/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar