Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7502/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X1, cavabdeh “xxxx D” MMC nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9767/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(009)-3225/2018 saylı qətna məsi ilə (sədrlik edən, hakim M.B.Bağırova) İddiaçı (bundan sonra iddaçı) cavabdeh “xxxx D” MMC (bundan sonra cavabdeh təşkilat) qarşı “əmrin etibarsız sayılması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərə görə 3.000 manat pulun tutulması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(103)13307/2018 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və V.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh təşkilat tərəfindən verilmiş 31 avqust 2018-ci il tarixli, 397 s aylı əmr iddiaçıya aid hissədə etibarsız hesab edilib və iddiaçının cavabdeh təşkilatda əvvəlki vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(102)-3547/2019 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9767/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, E.Y.Şamayev və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin etibarsız sayılması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərə görə 3.000 manat pulun tutulması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 01 iyul 2002-ci ildən cavabdeh təşkilatda mühafizəçi vəzifəsinə işə qəbul edilib və həmin vaxtdan 31 avqust 2018-ci il tarixədək orada işləyib. İşəgötürənin 31 avqust 2018-ci il tarixli, 397 saylı əmri il ə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) xitam verilib. O, 15 ildən artıq müddətdə daimi və fasiləsiz olaraq cavabdeh təşkilatda işləyib. Bu səbəbdən də onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsi əmək qanunvericiliyinin tələbinə uyğun olaraq müddətsiz müqavilə statusu daşıyıb. Bundan başqa, cavabdeh təşkilat ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə aralarında hər hansı razılaşma olmayıb. O, könüllü olaraq müqaviləyə xitam verilməsinə dair hər hansı formada iradə ifadəsi əks etdirən heç bir sənədə imza atmayıb. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilməsinin hüquqi əsası yoxdur. Qeyd olunan əmr mövcud qanunvericiliyin tələbinə zidd olaraq tərtib edildiyindən, bu hal, həmin əmrin etibarsızlığı üçün əsasdır. Heç bir əsas olmadan qanunsuz şəkildə işdən azad edilməsi, ona olduqca pis mənəvi təsir edib. Belə ki, uzun illər çalışdığı və yüksək hörmətə, nüfuza malik olduğu bir kollektivdə, habelə müsbət xasiyyətnaməyə və mükafatlara layiq görüldüyü bir müəssisədə rəhbərlik tərəfindən ona münasibətdə heç bir əsas olmadan və iradəsinə zidd olaraq onun işdən azad edilməsi ilə müşayət olunan bu cur hörmətsiz və laqeyd davranışdan dolayı, ağır daxili mənəvi iztirab keçirib. Nəticədə, bu hal getdikcə səhhətinin kəskin şəkildə pisləşməsinə səbəb olub və 04 sentyabr 2018-ci il tarixdə bununla əlaqədar olaraq təcili-tibbi yardım briqadası tərəfindən ambulator qaydada müay inəyə məruz qalıb və hal-hazıradək Bakı şəhəri, Nizami rayonu XX saylı Poliklinikasında ambulator müalicə alır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh “xxxx D” MMC kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı və vəkili Aydın Abbasəliyev məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh “xxxx D” MMC nümayəndəsi XX və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlay ıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında əmək müqaviləsinin “xxxx Exploration (Caspian Sea) Limited” Şirkəti (bundan sonra “xxxx”) ilə cavabdeh təşkilat arasında “mühafizə xidmətinin göstərilməsinə dair” müqavilənin müddətinin başa çatmasınadək bağlanmasına, həmin müqavilənin müddətinin bitməsinə və bu səbəbdən də işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əm ək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə, yəni əmək müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılığına əsasən düzgün olaraq xitam verilməsinə və beləliklə də, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinin, 45-ci maddəsinin 1-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyib və maddi hüquq normalarının tələblərini pozub. Belə ki, iş in mübahisə olunmayan həqiqi hallarından görünür ki, işəgötürənin 01 iyul 2002-ci il tarixli, 14/02 saylı əmri ilə İddiaçı LTD “xxxx” MMM mühafizəçi vəzifəsinə işə qəbul edilib. Sonradan LTD “xxxx” MMM adı “xxxx D” MMC dəyişdirilərək, nizamnaməsi 0103-P637348 saylı şəhadətnamə ilə 03 mart 2003-cü il tarixdə dövlət qeydiyyatına alınıb və Nizamnaməyə görə Cəmiyyət özəl mühafizə fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. Sonradan işəgötürənin 01 oktyabr 2005-ci il tarixli, 10/05 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə xitam verilib və elə həmin gündə də İddiaçı işəgötürənin 341 saylı digər əmri ilə “xxxx D” MMC mühafizəçi vəzifəsinə işə qəbul edi lib. Hər üç əmr əvvəl LTD “xxxx” MMM, sonradan isə “xxxx D” MMC direktoru kimi Cəmil Çaparlı tərəfindən imzalanıb. Daha sonra işdən görünür ki, tərəflər arasında 01 iyul 2010-cu il, 01 iyul 2014-cü il və 01 iyun 2016-cı il tarixlərdə üç əmək müqaviləsi bağlanıb və hər üç əmək müqaviləsinin 2.1-ci bəndində əmək müqaviləsinin müddəti “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış “mühafizə xidmətinin göstərilməsinə dair” müqavilələrin müddətinin başa çatması ilə şərtləndirilib. Tərəflər arasında sonuncu dəfə 01 iyun 2016-cı il tarixdə bağlanmış əmək müqavaləsinin 2.1, 2.2 və 9.5-ci bəndlərində göstərilib ki, bu əmək müqaviləsi Əmək Məcəllənin 47-ci maddəsinin f) bəndinə uyğun olaraq, 01 iyun 2016-cı il tarixdən “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanan “mühafizə xidmətinin göstər ilməsinə dair” müqavilənin müddətinin başa çatmasınadək bağlanır və tərəflər razılığa gəlirlər ki, bu əmək müqaviləsinin müddəti qurtardıqda “işəgötürən” “işçi”ni 15 gün əvvəl yazılı xəbərdar etməklə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verəcək. “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında 1-ci müqvilə 01 iyun 2016-cı il tarixdə 2 il müddətinə bağlanıb və müqavilənin müddəti 31 may 2018-ci il tarixdə başa çatsa da, müəyyən təşkilati məsələlər səbəbindən tenderin keçirilməsi 31 may 2018-ci il tarixədək başa çatdırılmayıb və bu səbəbdən də əsas müqaviləyə 01 iyun 2018-ci il tarixdə edilmiş düzəlişə əsasən, əsas müqavilənin, yəni 01 iyun 2016-cı il tarixli müqavilənin müddəti bağlandığı tarixdən etibarən 31 avqust 2018-ci il tarixədək uzadılıb. Bundan başqa işdən görünür ki, 2017-ci ilin dekabr ayında “xxxx” Şirkətinin mühafizə xidmətinin təmin edilməsi üçün elan edilmiş tenderin nəticələri 31 avqust 2018-ci il tarixdə tender komitəsi tərəfindən açıqlanıb və “xxxx D” MMC rəsmi olaraq tenderin qalibi elan edilib və bunun əsasında 31 avqust 2018-ci il tarixdən sonrakı gün, yəni 01 sentyabr 2018-ci il tarixdə “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında 3 il müddətinə qüvvədə olmaqla “mühafizə xidmətinin göstərilməsinə dair” 2-ci müqavilə bağlanıb. 01 avqust 2018-ci il tarixdə işəgötürən tərəfindən İddiaçı “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə 31 avqust 2018-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissə sinin a) bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığına görə) xitam verilicəyinə dair yazılı bildiriş göndərilib və 02 avqust 2018-ci il tarixdə iddiaçı imza etməklə bildirişlə tanış olub. Bundan sonra, işəgötürənin 31 avqust 2018-ci il tarixli, 397 saylı əmrinə əsasən, “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış “mühafizə xidmətinin göstərilməsinə dair” müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 avqust 2018-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığına görə) xitam verilib və əmrin verilməsinə əsas kimi “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış müqavilə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi və iddiaçıya rəsmi qaydada xəbərdarlıq edilməsinə dair 01 av qust 2018-ci il tarixli bildiriş göstərilib. 03 sentyabr 2018-ci il tarixdə iddiaçı imza etməklə rəsmi qaydada əmrlə tanış olub və 21 sentyabr 2018-ci ildə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göründüyü kimi iddiaçının 01 iyul 2002-ci ildən 31 avqust 2018-ci il tarixədək fasiləsiz olaraq cavabdeh təşkilatda “mühafizəçi” vəzifəsində işləməsi, həmçinin cavabdeh təşkilatla “xxxx” Şirkəti arasında “mühafizə xidmətinin göstərilməsinə dair” 1-ci müqavilənin 01 iyun 2016cı il tarixdə 2 il müddətinə, 2-ci müqavilənin isə 01 sentyabr 2018-ci il tarixdə 3 il müddətinə bağlanması və həmin təşkilatlar arasında mühafizə xidmətinin göstərilməsinə dair münasibətlərin fasiləsiz olaraq bu günədək davam etməsi işin mübahisə olunmayan hallarıdır, cavabdeh tərəf özü də bu halları inkar etmir. Əv vəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün fktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyib, maddi hüquq normalarının tələblərini pozub, bu isə, MPM-nin 417.1.4-cü maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi üçün əsasdır. Digər tərəfdən işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarına görə, tərəflər arasında sonuncu əmək müqaviləsi 01 iyun 2016-cı il tarixdə bağlanıb və həmin müqavilənin 2.1-ci bəndinə ə sasən əmək müqaviləsinin müddəti “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış “mühafizə xidmətinin göstərilməsinə dair” 01 iyun 2016-cı il tarixli müqavilənin müddətinin başa çatması ilə şərtləndirilib. İşəgötürən, məhz əmək müqaviləsinin qeyd olunan bəndinə istinad edərək, “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlınmış müqavilə müddətinin bitməsinə istinad edib və həmin əsasla da İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verib. Halbuki, işdən görünür ki, “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında “mühafizə xidmətinin göstərilməsinə dair” müqavilə münasibətlərinə bir gün də olsun xitam verilməyib və bu münasibətlər fasiləsiz olaraq davam edib. Belə ki, “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında 1-ci müqvilə 01 iyun 2016-cı il tarixdə 2 il müddətinə bağlanıb. Müqavilənin müddəti 31 may 2018-ci il tarixdə başa çatsa da, müəyyən təşkilati məsələlər səbəbindən tenderin keçirilməsi 31 may 2018-ci il tarixədək başa çatdırılmayıb və bu səbəbdən də əsas müqaviləyə 01 iyun 2018-ci il tarixdə edilmiş düzəlişə əsasən, əsas müqavilənin, yəni 01 iyun 2016-cı il tarixli müqavilənin müddəti bağlandığı tarixdən etibarən 31 avqust 2018-ci il tarixədək uzadılıb. Hətta, 2017-ci ilin dekabr ayında “xxxx” Şirkətinin mühafizə xidmətinin təmin edilməsi üçün elan edilmiş tenderin nəticələri məhz 31 avqust 2018-ci il tarixdə “tender komitəsi” tərəfindən açıqlanıb, “xxxx D” MMC rəsmi olaraq tenderin qalibi elan edilib və bütün bunlar barədə isə sonuncu əvvəlcədən məlumatlı olub. Çünki tenderin nəticəsinə əsasən 31 avqust 2018-ci il tarixdən sonrakı (ertəsi) gün, yəni 01 sentyabr 2018-ci il t arixdə “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında 3 il müddətinə qüvvədə olmaqla “mühafizə xidmətinin göstərilməsinə dair” 2-ci müqavilə bağlanıb. Göründüyü kimi “xxxx D” MMC tərəfindən “xxxx” Şirkətinə göstərilən mühafizə xidməti bir gün də olsun dayandırılmayıb və fasiləsiz olaraq davam edib və bu gün də davam edir. Lakin, 1-ci müqavilə qüvvədən düşən gün, yəni 31 avqust 2018-ci il tarixədə işəgötürən əmr verərək İddiaçılə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verib və bununla da sonuncunun əmək hüquqlarını pozub. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 404.1-ci maddəsinin tələblərini pozaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1 və 9.5-ci bəndlərinin tələblərini düzgün təfsir etməyib. Belə ki, qeyd olunan normanın mənasına görə, müqavilənin şərtləri təfsir edilərkən yalnız söz və ifadələrin hərfi mənasına əsaslanmaq olmaz və müqavilə şərtlərini təfsir edərkən məhkəmə, təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Mülki Məcəllənin müəyyənləşdirdiyi bu qayda əmək müqavilələrinə də şamil olunur. Kassasiya instansiyası məhkəməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə əmək müqaviləsinin, həmçinin “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış “mühafizə xidmətinin göstərilməsinə dair” müqavilənin hərfi mənasının onların digər şərtləri və mənası ilə müqayisəsini nəzərə a lıb hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1 və 9.5-ci bəndlərində nəzərdə tutulan ifadə, yəni “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasındakı müqaviləyə xitam verilməsi ifadəsi, “xxxx D” MMC tərəfindən “xxxx” Şirkətinə göstərilən mühafizə xidmətinin sona çatmasını ehtiva edir, nəzərdə tutur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndində “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış müqavilənin tarixinin və nömrəsinin göstərilməməsi və sadəcə olaraq “müqavilə” sözündən istifadə edilməsi də bunu təsdiq edir. Burada hüquqi məntiq ondan ibarətdir ki, “xxxx D” MMC kommersiya hüquqi şəxsdir və onun “xxxx” Şirkətinə göstərdiyi mühafizə xidməti sona çatdıqdan sonra, bu Şirkətin “xxxx D” MMC-nə etdiyi ödənişlər də sona çatmış olacaq. Belə vəziyyət də “xxxx D” MMC-nin “xxxx” Şirkətinə mühafizə xidmətinin göstərilməsi üçün işəgötürən tərəfindən işçilərin işdə saxlaması və onlara əmək haqqı ödəməkdə davam etməsi də əlbətdəki “xxxx D” MMC üçün iqtisadi baxımdan zərərli olmuş olardı. Bu hal isə baş verməmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, 01 iyun 2016-cı il tarixli müqaviləyə xitam verildikdən dərhal sonra (fasilə olmadan), 01 sentyabr 2018-ci il tarixli müqavilənin bağlanması onu təsdiq edir ki, müqaviləyə əsasən göstərilən mühafizə xidməti və buna müvafiq olaraq “xxxx” Şirkətinin “xxxx D” MMC etdiyi ödənişlər fasiləsiz olaraq davam etmişdir. Bu baxımdan iddiaçının işdə saxlanılmasının “xxxx D” MMC (kommersiya hüquqi şəxsin) mənafeyinə hər hansı formada zərər vurması mümkün deyil. Eyni zamanda İddiaçı iza hatına görə, onun bilavasitə əmək funksiyasını yerinə yetirdiyi “mühafizə postu” hal-hazıra kimi mövcuddur və həmin post “xxxx” Şirkətinin maliyyələşdirdiyi, Yasamal rayonundakı “Azərbaycan Beynəlxal Məktəbin” 2-ci ehtiyat giriş-çıxış qapısında yerləşir və onun işdən azad edildiyi günün (31 avqust 2018-ci il tarixinin) səhərisi (01 sentyabr 2018-ci il tarixində) həmin posta “xxxx D” MMC-nin başqa bir əməkdaşı çıxıb. “xxxx D” MMC nümayəndəsi də izahatında bu məlumatın həqiqiliyini inkar etməmişdir. Bu isə bir daha onu təsdiq edir ki, “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında mühafizə xidmətinin göstərilməsi ilə bağlı münasibətlər fasiləsiz olaraq davam etmiş və bu gün də davam edir. Mülki Məcəllənin müddətin qurtardığını bildirən vaxtı tənzim edən 369.8-ci maddəsinin tələbinə görə, müddət uz adıldıqa yeni müddət bitmiş müddətin sonundan hesablanır. Normanın mənasından da göründüyü kimi müddətin qurtarması onun başlandığı andan hesablanır. Müddətin başlanması isə onun axımı günündən, yəni yarandığı günün sonrakı təqvim günündən başlanır. Uzadılmış müddətin bitmiş müddətin sonundan hesablanması o, deməkdir ki, “mühafizə xidmətinin göstərilməsinə dair” “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış müqavilənin 31 avqust 2018-ci il tarixdə bitmiş müddəti uzadıldıqda o, 01 sentyabr 2018-ci il tarixdən hesablanmağa başlanmalı idi. Göründüyü kimi işəgötürən, 01 iyun 2016-cı il tarixli müqavilənin müddətinin bitməsini əsas tutub iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmamışdır və əslində, “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında “mühafizə xidmətinin göstəril məsinə dair” 01 sentyabr 2018-ci il tarixli müqavilənin bağlanması de-fakto 01 iyun 2016-ci il tarixli müqavilənin müddətinin uzadılması demək olmuşdur. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçılə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci hissəsinin a) bəndinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilməsi qanunsuz olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1 və 9.5-ci bəndlərinə görə, onlar arasında əldə olunan razılaşma “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış “mühafizə xidmətinin göstərilməsi barədə” müqaviləyə xitam verilməsi ilə şərtləndirildiyindən və bu hal baş vermədiyindən, əksinə, 01 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən bu müddət yenidən 3 ilədək uzadıldığından, iddiaçı ilə bağlan mış əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında deyil, məhz işəgötürən tərəfindən birtərəfli qaydada pozulmuşdur. Nəzərə alınmalıdır ki, əmək qanunverciliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Hazırki halda, tərəflərin qarşılıqlı razılığı “xxxx D” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış “mühafizə xidmətinin göstərilməsi barədə” müqaviləyə xitam verilməsi, bu münasibətlərin sona çatdırılması ilə şərtləndirildiyindən, iddia çı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndində nəzərdə tutulan əlavə hal baş verməmişdir. Daha sonra onu da qeyd etmək lazımdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddənin mənasına görə, əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, həmin müqavilə müddətli əmək müqaviləsi hesab edilə bilməz. Hazırki halda iddiaçının 01 iyul 2002-ci ildən 31 avqust 2018-ci il tarixədək fasiləsiz olaraq azı 15 il müddət ərzində cavabdeh təşkilatda “mühafizəçi” vəzifəsində işləməsi, hər ay əmək haqqı alması işin mübahisə olunmayan halıdır və cavabdeh tərəf özü də bu hal ı inkar etmir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan maddənin tələblərini də düzgün təfsir etməmişdir. Belə ki, əmək qanunverciliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) bağlanmalıdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin 02 iyun 1982-ci il tarixli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyyəsi nə də tam uyğundur. Yuxarıda qeyd olunduğu kimi İddiaçı 2002-ci ildən LTD “xxxx” MMM-də, 2005-ci ildən isə “xxxx D” MMC-də eyni vəzifədə fasiləsiz olaraq 15 ildən artıq müddətdə çalışmışdır. Bu səbəbdəndə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin mənasına görə, müddətli əmək müqaviləsi sayıla bilməzdi. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçılə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətli olmasına dair 2.1-ci bəndin əlavə edilməsi qeyd olunan maddənin tələblərinə zidd olmuşdur. Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək münasibətlərini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi...hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməl i, işəgötürənin 31 avqust 2018-ci il tarixli, 397 saylı əmri İddiaçı aid hissədə etibarsız hesab edilməli, o, “xxxx D” MMC əvvəlki mühafizəçi vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli və qalan hissədə iddia ərizəsi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.4, 420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)-9767/2019 saylı qətnaməsi ləğv edilsin, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin, iddia ərizəsi qismən təmin olunsun, “xxxx D” Məhdud Məsuliyyətli Cəmiyyə tinin 31 avqust 2018-ci il tarixli, 397 saylı əmri İddiaçı aid hissədə etibarsız hesab edilsin, İddiaçı “xxxx D” MMC əvvəlki mühafizəçi vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin və qalan hissədə iddia ərizəsi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7502/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7502/2019
17.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver