Məhkəmə qərarları › İş №2(102)-7518/2017

Ali Məhkəmə Qərar — İş №2(102)-7518/2017

14.11.2017 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7518/2017 14.11.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 14 noyabr 2017-ci il şəhəri İŞ № 2(102)-7518/2017 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2017-ci il tarixli, 2(104)-83/2017 saylı qətnaməsindən Cavabdeh və vəkili X3 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(021)-460/2016 saylı qətnaməsi ilə (sədrlik edən, ha kim İ.B.Fəttahov) İddiaçı Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi və Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinə qarşı “həyətyanı torpaq sahəsinə gedən yolun, su arxının açılması, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə yaradılan maneənin aradan qaldırılması” barədə iddiası təmin edilərək, iddiaçının Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndi ərazisində yerləşən, paylı mülkiyyətində olan 0,71 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolunun və su arxının cavabdehin hesabına açılması, iddiaçının fərdi yaşayış evinə qaz xəttinin çəkilişinə cavabdeh tərəfindən yaradılan qanunsuz hərəkətlərə son qoyulması qət edilmişdir. Gəncə Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 05 may 2017-ci il tarixli, 2(104)-83/2017 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Şəfiyev sədrlik edən, məruzəçi, Ş.M.Əliyeva və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bərdə rayon məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “həyətyanı torpaq sahəsinə gedən yolun, su arxının açılması, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə yaradılan maneənin aradan qaldırılması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində paylı mülkiyyətində 0,71 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Yaxın qohumluq münasibətlərində olan cavabdeh onunla qonşuluqda yaşayır. Onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən yolu cavabdeh qanunsuz zəbt edərək bağlamış, həmin ərazidə ev tikmək məqsədi ilə bünövrə qazdırmış, həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su arxını da bağlayaraq gediş-gəliş yolundan keçən fərdi yaşayış evinə qaz xətti çəkilişinə imkan verməmişdir. Dəfələrlə cavabdehdən yolun və su arxının açılmasını, evinə qaz xəttinin çəkilməsinə maneçilik törətməməsini tələb etməsinə baxmayaraq, o, bu hərəkətlərinə son qoymamışdır. Nəticədə gediş-gəliş yolu, həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su arxı bağlanmış və kənddə yerləşən digər sakinlərin evlərinə qaz xətti çəkilməsinə baxmayaraq onun evinə qaz xətti çəkilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı vəkili məhkəmə iclas ında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 7 saylı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi və Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkil i X2un izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb qeyd edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmasına, iddia ərizə sini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 170.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmi ş həqiqi hallarından görünür ki, 17 mart 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışdan görünür ki, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndinin ərazisində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 324.4 kv.metr olan fərdi yaşayış evi iddiaçının, ocümlədən X3 və X4nun paylı mülkiyyətindədir. İddiaçının fərdi yaşayış evinə dair tərtib edilmiş 16 mart 2016-cı il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, həmin teniki pasportda iddiaçının mülkiyyətində olan fədri yaşayış evinə gedən mübahisəli ərazi yol kimi qeyd edilmişdir. Bərdə rayon Dövlət Arxivinin 03 dekabr 2015-ci il tarixli arayışından görünür ki, “Kommunizm” kolxozunun 06 mart 1974-cü il tarixdə keçirilmiş müvəkkillər yığıncağının q ərarı ilə kolxozun Mirzəxan kəndində, atası X5in normadan artıq olan həyətyanı torpaq sahəsindən 0,07 hektar hissəsi kəsilərək cavabdehə verilmiş və 19 fevral 2013-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,98 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Eyni zamanda Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin 05 yanvar 2016-cı il tarixli arayışı ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisə etdiyi yoldan 3035 ildir ki, istifadə olunur. Həmin yolun kəsilərək cavabdeh verilməsi və sonuncunun orada qanuni əsaslarla tiktnti işləri aparmasına dair bələdiyyədə heç bir məlumat yoxdur. Bundan başqa Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 7 saylı Layihə-Tədqiqat İdarəsinin məhkəməyə təqdim etdiyi 14 mart 2016-cı il tarixli arayışından görünür ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar torpaq sahələrinin baş planı, bölgü sənədləri əsas götürülərək, GPS aparatı ilə yerində ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətinə “JN 91 A” saylı Şəhadətnaməyə əsasən 0,70 hektar həyətyanı torpaq sahəsi verildiyi halda, onun fakitiki istifadəsində olan torpaq sahəsi 0,86 hektardır. Cavabdehin “JN-130 A” saylı şəhadətnamə ilə mülkiyyətinə 0,66 hektar, onunla bir həyətdə olan qızı X6nın isə “JN-84 A” saylı şəhadətnamə ilə istifadəsinə 0,39 hektar olmaqla birlikdə 1,05 hektar torpaq sahəsi verildiyi halda, onların faktiki istifadəsində olan torpaq sahəsi 1,14 hektardır. İddiaçının həyətinə gedən əsas yol və həyətin suvarılması üçün nəzərdə tutulmuş su arxı Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə əlaqədar tərtib olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Faktiki olaraq həmin yol və su arxı qonşu Cavabdeh tərəfindən kəsilmişdir. GPS aparatı ilə sözü gedən həyətyanı torpaq sahələrinin qarşısı kəsilən yolun və su arxının əsas künc döngə nöqtələrinin koordinatları naturada vurmaqla ərazinin yerləşmə sxemi tərtib edilmişdir. Ekspert tədqiqatı ilə eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətinə “JN-130 A” saylı şəhadətnamə ilə 0,66 ha və onunla bir həyətdə yaşayan qızı X6nın mülkiyyətinə “JN-84 A” saylı şəhadətnamə ilə 0,39 ha olmaqla ikisinə birlikdə cəmi 1,05 ha həyətyanı torpaq sahəsi verild iyi halda, onların faktik istifadəsində olan həyətyanı torpaq sahəsi 1,14 ha, yəni 0,09 ha artıqdır. İddiaçının mülkiyyətinə “JN-91 A” saylı şəhadətnamə ilə 0,70 ha həyətyanı torpaq sahəsi verildiyi halda, onun faktiki istifadəsində oian həyətyanı torpaq sahəsi 0,86 ha, yəni 0,16 ha artıqdır. İddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində olan artıq sahə Mirzəxan-Qaraqoyunlu kəndində həyətyanı torpaq sahələrinin şəhadətləndirilməsi məqsədi ilə tərtib olunmuş yerquruluşu planında onun öz həyətinin cənub-qərb tərəfində yerləşir. Cavabdehin faktik istifadəsində olan artıq torpaq sahəsinin isə hansı hissədə yerləşməsi kəndin yerquruluşu planından görünmür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzi bati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, bələdiyyənin ümumi istifadədə olan torpaqlarına bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçü n istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində göstərilmişdir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin birinci yarımbəndinə görə, bələdiyyə avtomobil yollarına şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən və onların mülkiyyətində olanbələdiyyə yolları bələdiyyə qurumlarının ərazi hüdüdlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir, kü çələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Həmin Qanunun 7-ci maddəsinin üçüncü yarımbəndinə görə bələdiyyə yollarında istifadə qaydalarını bələdiyyə bu qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirir. Həmin Qanunun 13-cü maddəsinin altıncı yarım bəndinə görə, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təc rübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 02 saylı qərarının 06-cı bəndində göstərilir ki, torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Ali Məhkəmənin Plenumunun hə min qərarının 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb və sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, iddia tələblərinin əsaslı olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və hazırkı mülki mübahisəyə sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçının ona qarşı olan iddia tələblərinin əsassız olmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş yuxarıda qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Əksinə, işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən mütəxəssis, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh qanuni əsasları olmadan iddiaçının həyətyanı torpaq sahəsinə gedən yolu, su arxını bağlamış və sonuncunun fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə mane olmuşdur. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili X3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2017-ci il tarixli, 2(104)-83/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar