Məhkəmə qərarları › İş №2(102)-7530/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7530/2019

16.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7530/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil, İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdeh2tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8031/2019 nömrəli iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Məzahir Sadıqo v) 07 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 və İddiaçı1, 140 saylı Mənzil Tikinti Kooperativinin “ünvan 1 ünvanında olan binanın altındakı 27 kvadrat metr zirzəmiyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli, 11/01 nömrəli hərrac protokolunun, buna əsasən Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 28 mart 2018-ci il tarixdə bağlanmış 3916 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2 ünvanında olan binanın altındakı 27 kvadrat metr zirzəmiyə dair Cavabdeh2 adına 10 may 2018-ci il tarixdə verilm iş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları təmin edilməmiş, məhkəmə xərcləri İddiaçı2, İddiaçı1 və 140 saylı Mənzil Tikinti Kooperativinə aid edilmiş, iddianın qiymətinə uyğun olaraq dövlət rüsumu qismində 5 manat pulun İddiaçı2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X2, İddiaçı1 və müstəqil tələblər irəli sürən üçüncü şəxs 140 saylı Mənzil Tikinti Kooperativinin sədri X1 apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 və müstəqil tələblər irəli sürən üçüncü şəxs 140 saylı Mənzil Tikinti Kooperativinin iddiaları təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evin altındakı 27 kvadrat metr zirzəmiyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolu və həmin protokol əsasında Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 28 mart 2018ci il tarixli, 3916 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən evin altındakı 27 kvadrat metr zirzəmiyə dair Cavabdeh2 adına 10 may 2018-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın ləğv olunması qət edilmişdir. İşin halları İddiaçıların birgə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 2 nömrəli evin birinci mərtəbəsində yerləşən 1 saylı mənzili İddiaçı2 xüsusi mülkiyyətindədir. Buna dair Dövlət Reyestri Xidməti tərəfindən 29 yanvar 2013-cü il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Həmin bina 140 saylı MTK-ya məxsusdur. Xüsusi mülkiyyətdə olan mənzilin altında olan zirzəmi uzun müddətdir ki, onların birgə istifadələrindədir, həmin zirzəmini öz hesablarına tam təmir etdirmiş, yararlı vəziyyətə gətirmişlər. Zirzəmidən kommunikasiya xətləri keçir. Lakin bu yaxın vaxtlarda onlara məlum olmuşdur ki, xüsusi mülkiyyətlərində olan mənzilin altındakı, onların sahibliyində və istifadələrində olan zirzəmi hərrac vasitəsilə Cavabdeh2 satılmış və onun adına çıxarış verilmişdir. Hərracın keçirilməsi barədə onların heç bir məlumatı olmamışdır, bu barədə onlara bildiriş göndərilməmişdir. Həmin zirzəmi uzun müddətdir ki, sahibliklərində, istifadəsində olduğundan və mənzillərinin altında yerləşdiyindən oranı satın almaqda üstünlük hüquqları olmuş və qanunsuz olaraq bu hüquqlarından məhrum edilmişlər. Bundan başqa, qanunvericiliyə görə zirzəmidən kommunikasiya xətləri, eləcə də binanın bütün istilik və sair xətləri həmin zirzəmidən keçdiyindən auksionda satıla b ilməzdi. Həmçinin, hərracda 27 kvadrat metr zirzəmi kimi göstərilsə də, sonradan çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir, halbuki həmin sahə zirzəmidir. Hazırda həmin hərracın yekunlarına dair protokol onların hüquqlarını pozur, maraqlarına toxunur, çünki həmin zirzəmidən bütün binanın sakinləri istifadə edə bilər. Lakin hazırda zirzəmi xüsusi mülkiyyətə verildiyindən həmin zirzəmiyə daxil olmaq mümkün olmayacaq, baxmayaraq ki, binanın bütün kommunikasiya xətləri zirzəmidən keçir. Buna dair 140 saylı MTK-nın üzvləri (sakinlər) tərəfindən 20.10.2018-ci il tarixdə iclas keçirilib və protokol tərtib edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 2 nömrəli yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi mülkiyyətin obyektidir, o na görə həmin sahədən istifadə hüququ həmin ünvanda yaşayan bütün mülkiyyətçilərə aiddir. Qanunvericilik belə nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunması yolverilməzdir. Belə ki, baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Hazırkı mübahisədə yaşayış binasının ümumi istifadədə olan zirzəmisinin qeyriyaşayış sahəsi kimi özgəninkiləşdirərkən müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd bağlamışlar. Belə ki, 140 saylı MTK-ya aid olmuş yaşayış evinin zirzəmisindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi dövlətin və vətəndaşlar ın bu sahədə olan hüquqlarının pozulmasına səbəb olduğundan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin həmin sahəni vətəndaşın mülkiyyətinə satması qanunsuzdur. Ona görə də ünvan 1 ünvanında olan binanın altındakı 27 kvadrat metr zirzəmiyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il sarixli 11/01 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin zirzəmiyə dair Cavabdeh2 adına 10 may 2018-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ünvan 1 ünvanında olan binanın altındakı 27 kvadrat metr zirzəmiyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolunun, buna əsasən Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 28.03.2018-ci il tarixdə bağlanmış 3916 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin zirzəmiyə da ir Cavabdeh2 adına 10 may 2018-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişlər. Eyni tələblər irəli sürən üçüncü şəxs 140 saylı MTK-nın iddiası onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 2 saylı bina 140 saylı MTK-ya məxsusdur, həmin bina sakinlərin pulu əsasında tikilib. Həmin binanın altında olan zirzəmi də MTK-ya məxsusdur, mübahisəli olan 27 kvadrat metr zirzəmidən bütün binaya məxsus kommunikasiya, istilik və sair xətlər keçir. Lakin yaxın vaxtlarda əldə etdikləri məlumata əsasən 140 saylı MTK-ya məxsus həmin binanın zirzəmisinin 27 kvadrat metr hissəsi hərrac vasitəsi ilə Cavabdeh2 satılmış və onun adına çıxarış da verilmişdir. Hərracın keçirilməsi barədə heç bir məlumatları olmamışdır, hətta bu barədə bildiriş də göndərilməmişdir. Bundan başqa qanunvericiliyə görə zirzəmidən kommunikasiya xətləri, binanın bütün istilik xətləri və sair xətlər həmin zirzəmidən keçdiyindən auksionda satıla bilməzdi. Çünki həmin zirzəmi, MTK-ya məxsusdur, dövlət mülkiyyətində deyil. Bundan başqa, hərracda 27 kvadrat metr sahə zirzəmi kimi göstərilsə də, sonradan çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Halbuki, həmin sahə zirzəmidir. Hazırda həmin hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi MTK-nın hüquqlarını pozur və maraqlarına toxunur. Belə ki, həmin zirzəmidən bütün binanın sakinləri istifadə edə bilər. Lakin hazırda zirzəmi xüsusi mülkiyyətə verildiyind ən həmin zirzəmiyə daxil olmaq mümkün olmayacaq, baxmayaraq ki, binanın bütün kommunikasiya, istilik, eləcə də digər xətləri keçir. Buna dair 140 saylı MTK-nın üzvləri (sakinlər) tərəfindən 20.10.2018-ci il tarixdə iclas keçirilib və protokol tərtib edilmişdir. Hesab edirlər ki, MTK-ya məxsus yaşayış binasının ümumi istifadədə olan zirzəmisinin qeyri-yaşayış sahəsi kimi özgəninkiləşdirərkən müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd bağlamışlar. Belə ki, 140 saylı MTK-ya aid olmuş yaşayış evinin zirzəmisindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi dövlətin və vətəndaşların bu sahədə olan hüquqlarının pozulmasına səbəb olduğundan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin həmin sahəni vətəndaşın mülkiyyətinə satması qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh2 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təm in edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə ücüncü şəxs və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab ed ir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin 1 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə 29 yanvar 2013-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır; İddiaçı1 digər İddiaçı2 ailə üzvü (qızı) olmaqla onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin 1 nömrəli mənzilində yaşayırlar, mənzil mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olmaqla, həm də İddiaçı1 istifadəsindədir. 140 saylı MTK- nın üzvlərinin 20 oktyabr 2018-ci il tarixli ümumi iclasının 4 saylı protokolundan çıxarışın surətindən görünür ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən 2-ci binanın zirzəmisini çıxarışla kənar şəxsə satılması məsələsini sakinlər müzakirə edərək qərara almışlar: Kooperativ binanın zirzəmisindən kommunikasiya xətləri keçdiyinə görə, həm də zirzəmi sakinlərin mülkiyyəti olduğu üçün zirzəminin satılmasına sakinlər etiraz edirlər. Üzvlərin sayı 72 nəfərdir, ümumi iclasda 51 nəfər iştirak etmişdir; 140 saylı MTK-nın 15 noyabr 2018-ci il tarixli 85 nömrəli məktubundan görünür ki, MTKya məxsus ünvan 3 ünvanında olan binanın altındakı 27 kvadrat metr zirzəmi mühəndis qurğularının yerləşdirilməsi və binanın kommunikasiya çəkilməsi üçün nəzərdə tutulmuş texniki sahədir və hə min sahədən kommunikasiya xətləri keçir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsindən verilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat nömrə 714) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 ünvanında olan 1984-cü ildə istismara verilmiş 9 mərtəbəli binanın yarımzirzəmisi, Mənzil-tikinti kooperativ binasının qeyri-yaşayış sahəsi kimi 27 kvadrat metr sahə 671 kod, ***-*******5 registr nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Komitə yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin internet saytından çıxarışlardan görünür ki, ünvan 4 ünvanında yerləşən, balans saxlayıcı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus 9 mərtəbəli binanın qeyri-yaşayış sahəsi olan yarımzirzəmisinin bir hissəsinin, 27 kvadrat metr sahənin ilkin satış qiyməti 7500 manat, 10% behi 750 manat olmaqla 15 avqust 2017-ci il tarixdə saat 10:00-da, 09 yanvar 2018-ci il tarixdə saat 10:00-da və 27 mart 2018-ci il tarixdə saat 10:00-da təkrar hərraca çıxarılmasına dair elanlar verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş əmlakların satışı üzrə keçirilən hərracda iştirak üçün biletin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin qeyri-yaşayış sahəsinin (27 Kvadrat metr) 27 mart 2018-ci il tarixdə saat 09:30-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (Azpetrolun yanı) ünvanında hərracda satışının keçiriləcəyinə dair bilet verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 27 mart 2018-ci il tarixdə keçirilmiş 11/01 nömrəli hərrac protokolunun surətindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsinin (27 Kvadrat metr, ünvanı ünvan 7 d ekabr 2016-cı il tarixli 181 nömrəli Sərəncam (protokol) əsasında alıcı Cavabdeh2 satılmışdır. Protokolun imzalandığı andan 10 təqvim günü ərzində əmlakın alıcısı və satıcısı arasında alqı-satqı müqaviləsi imzalanmalıdır. Müəssisənin (obyektin) alqı-satqısına dair 28 mart 2018-ci il tarixli 3916 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (sədr müavini Rafiq Cəlilovun şəxsində) (Satıcı) ilə Cavabdeh2 (Alıcı) arasında bağlanmışdır, müqavilənin predmetini Alıcının Komitə yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 27 mart 2018-ci il tarixdə keçirilən hərracda 11/01 nömrəli protokola əsasən satın aldığı 27,0 kvadrat metr qeyri-yaşayış sahəsi təşkil edir. Satıcı satır, Alıcı isə bu müqavilədə göstərilən şə rtlərlə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 ünvanında yerləşən 27,0 kvadrat metr qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 7500 manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX Seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 27.0 kvadrat metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə 10 may 2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qəbzlərin surətindən görünür ki, Cavabdeh2 ünvan 8 ünvanını almaq ü çün 14 mart 2018-ci il tarixdə 750 manat beh, 24 aprel 2018-ci il tarixdə 6750 manat pul ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmamış, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyata keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin 1 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 məxsusdur və sonuncu öz qızı (digər iddiaçı) İddiaçı1 ilə birlikdə həmin mənzildə yaşayırlar. Mübahisəli sahə (zirzəmi) isə həm in mənzilin altında yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçıların sahibliyində, istifadəsində və mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin 1 nömrəli mənzilinə və mübahisəli sahəyə (zirzəmiyə) yerli baxış keçirilmiş, vizual baxışı zamanı zirzəminin həmin mənzilin altında yerləşməsi, zirzəmidə divardan b ir qədər aralıda divara paralel istiqamətdə bina sakinlərinin ümumi istifadəsinə aid olan kommunikasiya xətlərinin (boruların, istilik xətlərinin və s.) keçməsi açıqaşkar müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış, ünvan 4 ünvanında yerləşən 27,0 kvadrat metr sahənin satılmasına dair 28 mart 2018-ci il tarixli, 3916 nömrəli müqavilənin 2.2.6-cı bəndindən görünür ki, kommunikasiya xətlərinin, o cümlədən istilik xətlərinin saxlanılması və qorunması alıcı Cavabdeh2 vəzifə olaraq həvalə edilmişdir. Bundan başqa, mübahisə predmeti olan zirzəminin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin 140 saylı Mənzil Tikinti Kooperativinin üzvləri tərəfindən, onların vəsaiti hesabına inşa edilməsi tərəflər arasında mübahisə doğurmur. Həmçinin, Cavabdeh2 hərracın nəticələrinə uyğun olaraq mübahisəli zirzəmini alana qədər Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evə münasibətdə 140 saylı Mənzil Tikinti Kooperativinin üzvü olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 6-cı bəndinə əsasən mövcud obyektlərdə genişləndirmə, yenidən planlaşdı rma, yenidənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir: mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş texniki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.); zirzəmi divarları tağvari daş konstruksiyadan olan qədim binalarda tağlar söküldükdə və ya konstruksiyası dəyişdirildikdə; bina və qurğularda evakuasiya yolları olan sahələr bağlandıqda; konsol tipli balkonlar əlavə yükləməklə genişləndirildikdə; mərtəbəarası örtüklərdə yükdaşıyan rigel və ya tirlərin kənar çıxıntı hissələri ləğv edildikdə və ya hündürlük boyu ölçüləri dəyişdirildikdə; panel binalarda düyün birləşmələri olan hissələrdə və ya onların yaxınlığında oyuqlar açıldıqda; mənzillərin genişləndirilməsi məqsədi ilə konstruk tiv yükdaşıyıcı divar və ya arakəsmə, panellər söküldükdə; bina və qurğuların konstruktiv həllindən və mərtəbənin sayından asılı olmayaraq, lift və ventilyasiya şaxtaları ləğv edildikdə; zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxarılaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salındıqda; zirzəmi nəzərdə tutulmamış binalarda zirzəmi yaradıldıqda; yaşayış sahəsində, habelə zirzəmidə sənaye istehsalatının yerləşdirilməsi, rezonans yarada biləcək dəzgah və qurğulardan istifadə olunması nəzərdə tutulduqda; açılacaq oyuqlar mövcud oyuqların sırasından kənar açıldıqda; zirzəmidə tezalışan və kəskin iyli maddələr anbarı yerləşdirildikdə. Həmin Qaydalar hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin; binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin; tikintinin sifarişçisi tərəfindən əsaslı təmir əvəzinə icazəsiz olaraq yenidənqurma və yaxud texni ki yeniləşdirmə işlərinin həyata keçirilməsinin; bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının; tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurma həllərinin; yaşayış və ictimai binalarda, piyadaların yeraltı keçidlərində, metropolitenin daxili dəhlizində, xüsusən əhalinin kütləvi toplandığı ərazilərdə neqativ amillərin olmasının, sanitar-gigiyenik, hərəkət təhlükəsizliyinin və ekoloji norma tələblərinin pozulmasına, yanğın, təbii fəlakət, kütləvi əhali qırğınına gətirib çıxara biləcək halların qarşısının alınması, mülkiyyət fo rmasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etib arsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansya məhkəməsi iş üzrə əsassız nəticəyə gəlmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etməmiş, araşdırmamış və bu münasibətlərə qiymət verməmişdir. Halbuki, işin hallarından mübahisəsiz göründüyü kimi mübahisəli sahə 1984-cü ildə istismara verilmiş evin zirzəmisi olmaqla Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi istifadəsində, o cümlədən bina sakinləri olan iddiaçılar İddiaçı2 və İdd iaçı1 istifadələrində olmaqla orada kommunikasiya xətləri keçdiyindən, kooperativ üzvlərinin həmin sahənin Kooperativə aid olmayan digər şəxsə, o cümlədən Cavabdeh2 istifadəsinə və mülkiyyətinə verilməsinə razılıqları olmamışdır. Həmçinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolunda mübahisəli sahə yarımzirzəmi kimi göstərilsə də, 28 mart 2018-ci il tarixli, 3916 saylı alqı-satqı müqaviləsində və həmin müqavilə əsasında10 may 2018-ci il tarixdə verilmiş reyestrdən çıxarışda qeyri-yaşayış sahəsi kimi sənədləşdirilmişdir. Göründüyü kimi, zirzəmidə kommunikasiya xətlərinin keçməsi həmin zirzəminin satılması barədə hərracın nəticələrinin və hərracın nəticələrinə uyğun bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən hərracın iştirakçısı olan alıcı Cavabdeh2 kassasiya şikayətində hərracın qanunla müəyyən edilmiş qaydada keçirildiyini, qanuni əsaslarla qeyri-yaşayış sahəsi əldə etdiyini əsaslandırmağa çalışsa da hərrac vasitəsi ilə aldığı 27 kvadrat metr sah ədən ibarət əmlakın Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi olmadığını işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəmələrində mahiyyəti üzrə baxılarkən sübuta yetirə bilməmişdir. Mübahisəli sahə gah hərrac protokolunda yarımzirzəmi kimi, gah da alqı-satqı müqaviləsində və həmin müqavilə əsasında 10 may 2018-ci il tarixdə verilmiş reyestrdən çıxarışda qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Halbuki, mübahisəli əmlakın Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsindəki 2 nömrəli evin zirzəmisinin bir hissəsi olduğu, həmin sahənin sözügedən evin 1 nömrəli mənzilinin altında yerləşməsi, zirzəmidə divardan bir qədər aralıda divara paralel istiqamətdə bina sakinlərinin ümumi istifadə sinə aid olan kommunikasiya xətlərinin (boruların, istilik xətlərinin və s.) keçməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisənin predmeti olan 27 kvadrat metr sahə 140 saylı MTK üzvlərinin ümumi mülkiyyəti olmaqla yalnız onların iradəsinə əsasən, qanunvericiliyin yo verdiyi halda və qaydada özgəninkişləşdirilə bilərdi. MTK-nın mülkiyyıtində olan əmlakın dövlət reyestrinə daxil edilməklə hərracda satılması və bu hərracın yekununa dair verilmiş sənədlər əhəmiyyətsizdir, düzgün olaraq məhkəmələr tərəfindən etibarsız hesab olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8031/2019 nömrəli iş üzrə 30 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar