Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-754/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-754/2024 (Açar sözlər: pul tələbi, mənzilə görə götürülmüş kredit) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə (mübahisə predmeti barəsi ndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla) qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6494/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MTK (Vəkil X6) tərəfindən verilmiş kassasiya şikayətlərinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (borc alan) ilə Azərbaycan Beynəlxalq Bankı (borc verən) arasında bağlanmış 23 fevral 2016-cı il tarixli (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsinə əsasən, Bank 23 fevral 2016-cı il tarixli 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz mi n yüz səksən beş) manat məbləğində kredit verilməsini öhdəsinə götürüb və kredit 240 ay müddətinə verilmişdir. 2. 23 fevral 2016-cı il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı Azərbaycan X4 şöbəsindən 167.196 manat ipoteka krediti götürmüşdür.
3. Cavabdeh2 MTK-nın xx.xx.2019-cu il tarixli, 11 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A saylı binada yerləşən mənzilə görə 23 fevral 2016 tarixli 000425 №-li payçı müqaviləsinə əsasən, xx.xx.2016-ci il tarixdə İddiaçı tərəfindən mənzilin qiyməti tam şəkildə ödənilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixində 18765 (on səkkiz min yeddi yüz altmış beş) manat məbləğində ilkin ödəniş və xx.xx.2016-cı il tarixində bankdan alınmış kredit hesabına 168.885 (yüz altmış səkkiz min səkkiz yüz səksən beş) manat məbləğində ikinci ödəniş olmaqla qeyd edilən mənzil üçün ümumilikdə 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat ödənilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2344/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 MTK-nın Cavabdeh1 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 01 N-li, 07 yanvar 2013-cü il tarixli Protokolu qismən, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92 A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi, həmin mənzilin dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi və Cavabdeh2 MTK-ya borcunu n olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativliyi arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 və X3 tərəfindən verilmiş müstəqil tələblər qismən təmin edilmiş, Cavabdeh1 və İddiaçı arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 10 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna x itam verilmiş, bu hüquq barədə İddiaçı verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-425/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, həmin qətnamə üzrə mübahisələndirilən İddiaçı ilə Cavabde h1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin müqavilənin predmeti olmuş Bakı şəhəri, H.Zərdabi prospekti, ev 92a, 1051 saylı mənzil Cavabdeh1, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğin isə Cavabdeh2 MTK-ya qaytarılması, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilməməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi qət olunmuşdur.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-547/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-425/2021 nömrəliı, 16 iyul 2021-ci il t arixli qətnaməsindən iddiaçı, eyni zamanda digər iddialar üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-425/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, kassatorun kassasiya şikayətində qeyd olunduğu kimi, onun ödəmiş olduğu külli miqdarda iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir. 8. "xxxx" MMC-nin 281 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H əsənbəy Zərdabi prospekti, 92 a saylı evin 1051 saylı mənzilinin təmir işləri üçün çəkilmiş xərcin qiyməti 40.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə (bundan sonra ikinci cavabdeh və ya MTK) (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada 287.650 (iki yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ol unmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla belə əsaslandırılmışdır ki, cavabdeh MTK, 2013-cü ildə başqa şəxsin, yəni hazırkı iş üzrə digər Cavabdeh1 adına rəsmiləşdirdiyi mübahisəli mənzili sonradan, 23 fevral 2016-cı il tarixdə, 000425 saylı payçı müqaviləsi əsasında onun adına rəsmiləşdirmişdir. MTK tərəfindən bir mənzil iki şəxsin adına rəsmiləşdirilmişdir. MTK ilə 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlanılarkən o, "xxxx" ilə 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsi bağlamış və kredit götürdüyü pul da daxil olmaqla ümumilikdə cavabdeh MTKya mənzilin alınması üçün 187.650 (yüz səksən yeddi min altı yüz əlli) manat məbləğində pul ödəmişdir. Sonradan, mənzilin cavabdeh MTK-ya deyil, Cavabdeh1 adına olduğu ona məlum olduqda, MTK vəziyyəti düzəltmək üçün öz təşəbbüsü ilə, MTK-nın öz adanı olan Cavabdeh1 iştirakı il 10 iyul 2019-cu il tarixdə notariat qaydasında alğı-satqı müqaviləsi bağlanılmasını təşkil etmiş və yenidən həmin mənzil, mənzilin dəyərini tam ödədiyi halda onun adına rəsmiləşdirilmişdir. O, belə vəziyyətdə, 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsinin əhəmiyyətsizliyini nəzərə alaraq, əvvəl MTK-ya, daha sonra isə məhkəməyə müraciət edərək, qeyd edilən müqavilənin etibarsızlığını tələb etmişdir. Məhkəmə prosesində, cavabdeh MTK da öz növbəsində 10 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə proseslərinin nəticəsində hər iki müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki kollegiyası 2(102)-547/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, “kassator və digər tərəflər də 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanan zaman mənzillə bağlı kassator tərəfindən pul vəsaitinin ödənilməməsini, MTK tərəfindən pulun depozitə qoyulmasını və nümayəndəsi tərəfindən də pulun depozitdən götürülməsini göstərmişlər. Alğı-satqı müqaviləsi üzrə qanunvericiliyin tələblərinə əməl edilmədiyinə görə 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsə də, kassatorun kassasiya şikayətində göstərmiş olduğu kimi, onun ödəmiş olduğu külli miqdarda olmasını iddia etdiyi pul vəsaitindən kassatorun məhrum olmasına göz yumulmamış, əksinə kassatora həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca idd ia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən, mənzilə görə ödədiyi 187.650 manat pul vəsaitinin, habelə mənzilin təmir xərclərinin, onun tərəfindən banka ödənilmiş faizlərin cavabdehlər MTK və Kooperativin faktiki əməkdaşı Cavabdeh1 tutulmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, QXM 281M nömrəli qiymətləndirmə hesabatından görünür ki, o, mənzilin təmirinə 40.000 (qırx min) manat məbləğində pul xərcləmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş bank qəbzlərindən müəyyən edilir ki, o, bu günə qədər banka faiz olaraq 60.000 (altmış min) manat məbləğində pul vəsaiti ödəmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehlərdən müştərək qaydada ümumilikdə 287.650 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5466 saylı, 19 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən təmirə çəkilmiş xərcin məbləği 23.560 manat müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/940 saylı, 09 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı 91-xx-xx-2016-MR-AS nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən öd ənilmiş 111.506,00 manat məbləğində pul vəsaitindən 87.638,76 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-67/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi qismən təmin edilərək cavabdeh MTK-dan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilə görə ödənilmiş 187.650 manat və vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat olmaqla, cəmi 247.650 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; cavabdehlər Cavabdeh1 və MTK-dan müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, tikinti-texniki ekspertizası xərcinin əvəzi olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı cavabdeh MTK-ya ödəniş etməklə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzili alsa da, qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin payın satılmasına dair müq avilə etibarsız hesab edilmişdir. İddiaçı (borc alan) ilə "xxxx" ASC (borc verən) arasında bağlanmış 23 fevral 2016-cı il tarixli (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsindən də müəyyən olunur ki, İddiaçı ilə MTK arasında imzalanmış 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 manat məbləğində krediti istifadə etmişdir. Hazırda cavabdeh MTK bu halı mübahisələndirmir, bu hissədə borcu etiraf edir və mənzilə görə ödənilmiş olan 187.650 manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. Belə olan halda mənzilin dəyərinin cavabdeh MTK-dan tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, digər cavabdehə dair hissədə sübuta yetmədiyindən rədd edilməlidir.
15. Məhkəmə iddia tələbinin faiz borcunun tutulmasına münasibətdə qeyd edib ki, İddiaçı onunla MTK arasında imzalanmış 23 fevral 2016-cı il tarixli 000425 saylı müqavilənin predmeti olan mübahisəli mənzilin alınması üçün "xxxx" ASC-dən 168.885 manat məbləğində kredit götürmüşdür. Bu, işin mübahisəsiz halıdır. Belə ki, 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsinin 2.2-ci bəndində bu aydın şəkildə öz əksini tapmışdır. Eləcə də, MTK tərəfindən verilmiş cavab məktubunda da mənzilin dəyərinin ikinci ödənişinin bankdan götürülmüş kredit hesabına ödənilməsini etiraf etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/940 saylı, 09 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı 91-xx-xx-2016-MR-AS nöm rəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 111.506,00 manat məbləğində pul vəsaitindən 87.638,76 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən edilmişdir. Məhkəmə 87.638,76 manat məbləğində faiz borcunun cavabdeh MTK-nın təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi qiymətləndirir. Belə ki, cavabdeh MTK iddiaçı ilə mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadan müqavilə bağlayaraq, eləcə də həmin müqavilənin predmeti olan mənzilin alınması üçün bankdan iddiaçı tərəfindən kreditin götürülməsinə səbəb olan təqsirli hərəkətlərə yol vermişdir. İddiaçıya maddi ziyan dəyməsi, həmin ziyanın MTK-nın təqsirli hərəkətləri nəticəsində baş verməsi və dəymiş ziyanla təqsirli hərəkət arasında səbəbli əlaqənin mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır.
16. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq faiz borcunu iddia tələbi həcmində, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat pulun cavabdeh MTKdan tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı və ədalətli hesab edərək təmin edilməsi qənaətinə gəlmişdir. Digər cavabdehə dair bu hissədə iddia sübuta yetmədiyindən rədd edilməlidir.
17. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzil iddiaçı tərəfindən təmir olunduqdan sonra məhkəmə qətnaməsi ilə digər Cavabdeh1ya təhvil verilməsi qət edilmişdir. Belə olan halda hazırda Cavabdeh1 əsassız varlanmışdır.
18. Məhkəmə mənzilin təmiri ilə bağlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən təmir xərcinə görə 40.000 manat tələb etdiyindən mübahisənin düzgün həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5466 saylı, 19 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən təmirə çəkilmiş xərcin məbləği 23.560 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, rəyin məzmunu və tədqiqatın aparıldığı sənədlərdən də görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ekspertiza mərkəzinin ekspert rəyi inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Digər cavabdeh MTK iddia tələbini bu hissədə qismən, ekspert rəyi ilə müəyyən olunan məbləğdə qəbul etdiyini bildirmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 337.5, 385.1, 386.1, 386.3, 390.1, 390.5, 427.3, 442, 445.2, 448.1, 448.4, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 77.1, 107, 191.1, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat olmaqla, cəmi 247.650 manat məbləğində pulun tutulması hissəsində ləğv edilərək həmin his sədə də iddianın rədd olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin gəldiyi bu nəticə yanlışdır. Belə ki, iddiaçı "xxxx" ASC ilə bağladığı 23 fevral 2016-cı il tarixli kredit müqaviləsində MTK-nın iddiaçının krediti üzrə öhdəliyinin olması və ya MTK-ya dair hər hansı şərt müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmənin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısındakı öhdəliklərini faktiki olaraq cavabdeh MTK-ya aid etməsi qeyri-qanuni qətnamə qəbul olunması ilə nəticələnib.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6494/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrliyi və məruzəsi ilə), İkram Şirinov və N amiq Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh MTK-nın iddiaçıya zərər vurduğu işin mübahisəsiz halıdır. Çünki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Hətta, Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındada hazırki iş üzrə iddiaçıya həm mənzil əldə etməsi üçün ödəmiş olduğu, həm mənzilin təmirinə çəkmiş olduğu və sair xərclərinin ayrıca iddia qaydasında məhkəməyə müraciət edib tələb etmək hüququnun olması izah edilmişdir. Ona görə də qeyd olunan halların əlavə olaraq yoxlanılmasına əsas və zərurət yoxdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqsız olmamışdı r.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh MTK şikayətində məhkəmənin gəldiyi bu nəticəni yanlış hesab etdiyini, iddiaçının Azərbaycan Beynəlxalq Bankı ilə bağladığı 23 fevral 2016-cı il tarixli kredit müqaviləsində MTK-nın iddiaçının krediti üzrə öhdəliyinin olması və ya MTK-ya dair hər hansı şərt müəyyən edilmədiyini göstərir. Ancaq məhkəmənin bu hissədə gəldiyi nəticə yanlış olmamışdır. Çünki, cavabdeh MTK bu hissədə mülki hüquqi məsuliyyətə kredit müqaviləsi üzrə öhdəliyinin olmasına görə cəlb edilməmişdir. Başqa sözlə, 60.000 manatın təmin edilməsi hissəsində MTK-nın öhdəliyinin yaranma əsası sırf müqavilə olmamışdır. Kredit müqaviləsində MTK-ya dair hər hansı bir şərtin olmaması da bu hissədə iddianın təmin edilməsinə maneə deyildi. MTKnın öhdəliyi iddiaçı qarşısı nda ona görə yaranıb ki, müqavilə əsasında təhvil vermədiyi mənzilin əldə edilməsinə görə iddiaçı (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsinə əsasən, məhz 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün bankdan 168.885 manat məbləğində kredit almış və bugünə qədər də həmin kredit üzrə faizlər ödəməyə məcburdur. Demək ki, iddiaçı cavabdeh MTKnın ona təhvil verməli olduğu, lakin təqsiri üzündən verə bilmədiyi mənzilə görə bankdan aldığı kreditə görə əsas borcla yanaşı faiz ödəyir, ancaq nə mənzili əldə edib, nədə 8 ilə yaxındır ki, mənzilə görə ödədiyi pulu MTK qaytarmır, nəticədə isə iddiaçı kreditə görə faiz ödəməklə sair xərclərə məruz qalır. Ona görə də məhkəmənin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçının "xxxx" ASC qarşısınd akı öhdəliklərini faktiki olaraq cavabdeh MTK-ya aid etməsi və qeyri-qanuni qətnamə qəbul etməsi ilə nəticələnməsi barədə şikayətin digər dəlilləri də əsassız sayılır. Çünki, birinci instansiya məhkəməsi iddiaçının bank qarşısında öhdəliklərini MTK-ya aid etməmişdir, əksinə iddiaçı MTK-nın təqsiri ucbatından əldə edə bilmədiyi mənzilə görə bu gün də daxili ipoteka krediti müqaviləsinə görə banka əsas borcdan əlavə faiz ödəməyə məcbur olub. Qeyd olunduğu kimi, MTK isə iddiaçıya nə mənzil verib, nədə mənzilə görə iddiaçının bankdan kredit kimi alıb MTK-ya ödədiyi pulu qaytarmır. Deməli, bugunədək iddiaçı MTK-nın öhdəliyini yerinə yetirməməsinə görə əlavə xərclərə məruz qalmaqda davam edir. Əlbətdə ki, MTK bu halları bilməmiş deyil, lakin hüquqdan sui-istifadə etməklə iddiaçıya zərər vurmaqda davam edir. Ən azından ona görə ki, 8 ilə yaxın müddətdə iddiaçıdan mənzilə görə aldığı vəsaiti də heç bir səbəb göstərmədən qaytarmır yaxud qaytarmaq istəmir.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdeh MTK-nın təqsirli hərəkətləri nəticəsində maddi ziyana düşmüş, yəni kredit götürmüş, faiz ödəmiş və ödəməyə də davam edir. Bu, iş materialları ilə təsdiqlənən haldır. Ona görə də cavabdeh təqsirli hərəkətlərinin nəticəsi olaraq iddiaçıya dəyən və dəyməkdə davam edən maddi ziyanı və sair xərcləri qarşılamalıdır.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 385.1, 386.1, 386.3, 1091, 1092.1, 1092.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü, MPM-nin 14.2, 77.1, 88, 191.1, 191.3, 217.3, 217.4, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən Cavabdeh2 Mənzil Tikinti Kooperativi (Vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmənin gəldiyi nəticə yanlış olub. Belə ki, iddiaçı "xxxx" ASC ilə 23 fevral 2016-cı il tarixli kredit müqaviləsi imzalamışdır. Həmin müqavilədə MTK-nın iddiaçının krediti üzrə öhdəliyinin olması və ya MTK-ya dair hər hansı şərt müəyyən edilməmişdir. Cavabdeh MTK 23 fevral 2016-cı il tarixil 000425 saylı müqaviləyə əsasən mübahisəli mənzili iddiaç ıya təhvil vermişdir və iddiaçı həmin mənzildə uzun müddət tikinti-təmir işləri aparmışdır. Ümumiyyətlə, məhkəmənin mənzilin iddiaçıya təhvil verilməməsi barədə göstərdikləri başa düşülən deyil. Axı məhkəmə qətnaməsinə görə mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 (iyirmi üçmin beş yüz altmış) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bu halda sual olunur ki, təhvil verilməyən mənzili iddiaçı necə təmir edə bilərdi? İşin həqiqi halı ondan ibarətdir ki, İddiaçı yuxarıda qeyd edilən niyyət ilə 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsinin etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə məhkəmələr tərəfindən sübutlar tam araşdırılmamışdır. Belə ki, xx.xx.2023-cü iltarixdə, yəni hazırki işə apelly asiya baxışı müddətində mübahisəli ipoteka krediti üzrə qalıq məbləğ olan 145.910,83 manat məbləğində pul Azərbaycan Beynəlxalq Bankı tərəfindən 23 fevral 2016-cı il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı zamin olan X1 həmin bankda olan hesabından tutulmuşdur. Kassasiya şikayətinə tərəflərindən əlavə edilən xx.xx.2023-cü il tarixli BPM **********43 № li mədaxil qəbzi və xx.xx.2023-cü il tarixli arayışda kredit müqaviləsi üzrə İddiaçı aid kreditin zamin X2 tərəfindən tam ödənildiyi göstərilir. "xxxx" ASC-nin həmin arayışından görünür ki, "xxxx" ASC (Borc verən), İddiaçı (Borclu) və X2 arasında imzalanmış 23 fevral 2016-cı il tarixli, 91-xx-xx-2016-MR-AS saylı Zaminlik Müqaviləsi üzrə bütün öhdəliklər tam olaraq icra edilmişdir. Beləliklə də İddiaçı ipoteka krediti müqaviləsi üzrə 145.910, 83 (bir yüz qırx beş min doqquz yüz on manat səksən üç qəpik) manat məbləğində pulun Cavabdeh2 MTK-dan tələb edilməsinə dair hüququnu itirmişdir. Yəni, məhkəmə iddianı təmin edərkən İddiaçı ipoteka krediti müqaviləsi üzrə 145.910,83 (biryüz qırx beş min doqquz yüz on manat səksən üç qəpik) manat məbləğində pulun MTK-dan tələb edilməsi üçün subyektiv hüquqa malik olmamışdır. Qeyd olunanlara dair sübutlar (zaminlik müqaviləsi, mədaxil qəbzi və arayış) MTK tərəfindən Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsindən sonra əldə edildiyi üçün kassasiya şikayətinə əlavə olunur (MPM-nin 78.1-ci maddəsi). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9\940 saylı, 09 iyun 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli daxili ipoteka krediti üçün təminatlı 91-xx-xx-2016-MR-AS nömrəli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən cəmi 111.506 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə isə 247.650 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Digər tərəfdən isə fərz edək ki, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə ilə müəyyən edilmiş məbləğ icra olunaraq iddiaçıya ödənilməli olacaq. Kredit müqaviləsi üzrə borc məbləği isə digər şəxs – zamin tərəfindən artıq ödənilmişdir. Bir sözlə, hazırkı məhkəmə qətnaməsinin icrası qeyri-mümkündür. Həmçinin məhkəmə qətnaməsinin qüvvədə qalaraq icra edilməsi İddiaçı əsassız olaraq varlanmasına səbəb ola bilər ki, bu da yeni bir məhkəmə mübahisəsinin yaranmasına əsas ola bilər. Buna görə də, iş üzrə ədalətli məhkəmə qərarı əldə edilməsi üçün işin həqiqi halları üzrə yenidən məhkəmə araşdırmasına zərurət vardır. MTK tərəfindən kassasiya şikayətində göstərilən halların apellyasiya şikayətində mübahisələndirilməməsi həmin halların kassasiya instansiyası tərəfindən baxılmaması üçün maneə və əsas olmamalıdır. Belə ki, apellyasiya instansiyasında mübahisələndirilməyən hallar sonradan məlum olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdir ilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakç ının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.
36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
38. M addə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
43. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olun ursa, həmin ərizə işə tikilir.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsi nin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan müştərək qaydada tutulmasına münasibətdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştər ək qaydada ümumilikdə 287.650 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etsə də, həmin tələb mənzilə görə ödədiyi 187.650 manat pul vəsaitindən, mənzilin təmirinə xərclədiyi 40.000 manat puldan, banka faiz olaraq ödədiyi 60.000 manat məbləğdən və məhkəmə xərclərindən ibarət olmuşdur.
62. Məhkəmə kollegiyası iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini “cavabdeh MTK-dan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilə görə ödənilmiş 187.650 manat və vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat olmaqla, cəmi 247.650 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tikinti-texniki ekspertizası xərcinin əvəzi ol an 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində, dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı cavabdehin kassasiya şikayətinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, həmin tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin d əlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.
63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
64. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı cavabdehin kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam rədd olunması hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də “cavabdeh MTKdan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilə görə ödənilmiş 187.650 manat və vurulmuş maddi ziyanın əvəzi olaraq 60.000 manat olmaqla, cəmi 247.650 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tikinti-texniki ekspertizası xərcinin əvəzi olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ” hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
65. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan müştərək qaydada tutulmasına münasibətdə dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
66. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin m übahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-425/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək, həmin qətnamə üzrə mübahisələndirilən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin müqavilənin predmeti olmuş Bakı şəhəri, H.Zərdabi prospekti, ev 92a, 1051 saylı mənzilin Cavabdeh1, müqavil üzrə ödənilmiş 100.000 manat məbləğin isə Cavabdeh2 MTK-ya qaytarılması qət edildiyindən, habelə həmin mənzil hazırda Cavabdeh1 sahibliyində və istifadəsində olduğundan, həmin mənzilin tikinti-təmir işlərinə iddiaçı tərəfindən çəkilm iş xərclərin Cavabdeh1la yanaşı Cavabdeh2 MTK-dan da müştərək qaydada tutulması əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiya məhkəməsi mübahisəli mənzilin tikinti-təmir işlərinə iddiaçı tərəfindən çəkilmiş xərcə görə 23.560 manat məbləğində pulu iddiaçının xeyrinə yalnız, mənzilin sahibi və istifadəçisi olan Cavabdeh1 tutmalı idi.
67. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi hazırkı işdə qeyd olunan hissədə tələbi həll edilərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
68. Maddi və p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.
69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, “cavabdehlər Cavabdeh1 və MTK-dan müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə, 23.560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pulun Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutulması hissəsi ndə ləğv edilərək, həmin hissədə iddia tələbi cavabdeh MTK-ya münasibətdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6494/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 1051 saylı mənzilin tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 23.560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə, 23.560 (iyirmi üç min beş yüz altmış) manat məbləğində pulun Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi Cavabdeh2 Mənzil Tikinti Kooperativinə münasibətdə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6494/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.