Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-754/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-4080/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində müqaviləyə əsasən podratçı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı saylı mənzilini tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsinə öz öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-dən 30.053 (otuz min əlli üç) manat məbləğində pul vəsaitinin və 181 (yüz səksən bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxar ıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2319-21-23 məhəllədə inşa edilən yaşayış binasının 11-ci mərtəbə, 46 saylı mənzilini cavabdeh iddiaçıya satır, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən, iddiaçı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 136.8 kv.m-dən ibarət olan, 3 otaqlı, 46 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 1.301 manat olmaqla, 178.000 manat dəyərini ödəyir. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 178.000 manat məbləğdə pul vəsaitini cavabdehə tam ödəmişdir və mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçı 29 noyabr 2019-cu il tarixdə qeyd o lunan mənzilə dair reyestrdən çıxarış əldə etmişdir. Çıxarışa əsasən mənzilin ümumi sahəsi 113.70 kv.m qeyd olunmuşdur. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə mənzilin ümumi sahəsini artıq qeyd etməklə əlavə vəsait əldə etmişdir. Belə ki, müqaviləyə görə mənzilin ümumi sahəsi 136.8 kv.m qeyd edilsə də, reyestrdən çıxarışa əsasən mənzilin ümumi sahəsi 113.70 kv.m-dir. Mənzilin hər kvadrat metri üçün 1.301 manat ödənilməsi nəzərə alınsa, iddiaçının 136.8 kv.m-dən 113.70 kv.m çıxılaraq, əslində daha az məbləğdə pul vəsaitini ödəməsi mövqeyinə gəlinir. Sahənin ölçüləri arasındakı fərq 23.1 kv.m edir. Hər kvadrat metr üçün 1.301 manat məbləğ ödənildiyini nəzərə alınanda, iddiaçı cavabdehdən 30.053 manat məbləğində pul vəsaitini tələb etməsini əsaslı hesab edir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4903/2023 nömrəli, 07 iyul 2023cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.
5. Məhkəmənin qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 316-16/2-10/5418 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23 inşa edilmiş hündürmərtəb əli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 ünvan 1 ümumi sahəsinin 117,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 Bakı şəhəri, Xəta rayonu, Qaçaq Nəbi küçəsi, 45, M11, m1) faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 122,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş G-02/24-020 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23, mənzil 46 (yeni qaydalar ilə: AZ 1142, ünvan 1 ünvanında yerləşən mənzilinin 2019-cu ilə 1 kv.m-nin orta bazar dəyəri 1.000 manat müəyyən edilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) 2(011)-193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 14.000 (on dörd min) manat məbləğində dəymiş ziyanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə bildirmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Çünki işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, iddiaçı maliyyə arayışına əsasən mənzilin dəyərini ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuş, iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında i fadə olunur.
11. Məhkəmə bildirmişdir ki, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir ki, podratçı mənzilin faktiki ümumi sahəsi 136.8 kv.m. olan mənzili orta təmirli vəziyyətdə iddiaçıya verməli idi. Yəni, iddiaçı 136.8 kv.m. olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur.
12. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab etmişdir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir.
13. Məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd edilən mənzilin 1 kv.m-nin 2019-cu il tarixinə qiyməti orta hesabla 1.000 manat hesab edilməklə, iddiaçıya əskik verilmiş sahənin qiyməti 14.000 manat (14x1.000=14.000) müəyyən edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 448.1, 752.1, 762.1, 762.2, 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.1, 59.2, 59.3, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2, 3.8-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə isti nadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin sahəsi ilə bağlı müqavilə münasibətinin və mənzilə dair hüququn qeydə alınması zamanı çıxarış veriləndə mənzilin sahəsinin hesablanması üçün mövcud normalar baxımından, məhkəmənin gəldiyi qənaəti əsaslı hesab etmir. İlk olaraq qeyd edilməlidir ki, cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyindən, məhkəmə baxışları zamanı etirazını və müqavilədə verilmiş mənzilin faktiki sahəsi ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. Mübahisəli mənzilin müqavilədə müəyyən ed ilmiş faktiki ölçüsünə və tərəflərin bununla bağlı münasibətinə gəlincə, mənzil binanın layihəsinə uyğun olaraq, sxematik cizgisi üzrə müəyyən edilir və müqavilədə razılaşdırılır. Mənzilin sahəsinə faydalı sahələr, qonşu divarların alt sahələrinin ½ hissəsinin, daxili divarların alt sahəsi və eyvanın tam sahəsi daxil edilir. Tərəflər arasında müqavilə bağlanılan zaman da ölçülər bu şəkildə razılaşdırılır və müqavilədə qeyd edilir. Məhz bu ölçülərdən irəli gələrək, mübahisəli mənzilin ümumi tikinti sahəsi 136,8 kv.m müəyyən edilmiş, 5 il bundan əvvəl tərəflər arasında qəbul edilib, müqavilədə təsdiqlənmişdir. Mənzilə dair çıxarış verilən zaman DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda mənzilin faydalı sahəsi 119,7 kv.m müəy yən edilmiş və balkon sahəsinə 0,3 əmsalı tətbiq edilərək, 113,7 kv.m hesablanmışdır. Yaşayış sahəsi 72 kv.m müəyyən edilmişdir. Bəlli və mübahisəsiz haldır ki, çıxarışda mənzilin yalnız faydalı (yəni divar altı sahələrin heç bir nəzərə alınmadan) sahəsi qeyd edilmişdir. Ona görə ki, mənzillərin sahəsinin qeydiyyata alınmasının tələbi qaydası belədir. Tərəflər arasında öhdəliyi yaradan mənzilə dair bağlanmış müqavilədə mənzilin hər hansı sahəsinə sonradan azalma əmsallarını tətbiq etməklə və ya yalnız faydalı sahəsi nəzərə alınmaqla mənzilin sahəsinin müəyyən edilməsi razılaşdırılmamışdır. Tam əksinə, müqavilədə mənzilin ümumi tikinti sahəsi nəzərdə tutulmuşdur. Qətnamənin faktlar üzrə əsasını təşkil edən iş üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə gəlincə, rəydə qeyd ol unan sahələrin ölçüləri ümumiyyətlə yanlışdır. Belə ki, ekspertə təqdim edilmiş sənədlərdə adı keçən mənzil 3 otaqlıdır. Lakin ekspert yerində mənzilin 4 otaqlı olduğunu müəyyən etmişdir. Amma bu hal ekspert rəyində qeyd edilməmiş və yalnız iddiaçı tərəfindən sonradan aparılmış bölgü üzrə hörülmüş divarın altında 2,5 kv.m faydalı sahənin qaldığı qeyd edilməmiş və nəzərə alınmamışdır. Yalnız bu baxımdan ekspertin rəyi 2,5 kv.m sahədə səhvdir. Bundan başqa, ekspert rəyində azaltma əmsalı tətbiq edilmədən, bayır və ara divarlarının sahələri nəzərə alınmadan mənzilin ümumi sahəsinin 122,8 kv.m olduğunun müəyyən edildiyi qeyd edilir. Yəni, müəyyən etdiyi faydalı sahədən 7,5 (122,8– 115,3) kv.m artıq. Tam yanlış hesablamadır. Belə ki, ekspert rəyində müəyyən edilmiş balkon sahəsinə azalma əmsalı tətbiq edilmədiyi halda 7,5 kv.m ölçüdədir (əslində, yerində 8,6 kv.m). Elə bunun 5,2 kv.m (7,5–2,3) burada balkonda, 2,5 kv.m də iddiaçının özü tərəfindən sonradan apardığı bölgüdə inşa edilmiş ara divarın altında qalan sahədir. Mənzildə bundan başqa arakəsmələr üzrə daha 10 kəsişən daxili divar vardır. Bu divarlar eni və uzunluğu hesabı üzrə ən azından 15 kv.m sahəni əhatə edir. Göründüyü kimi, qətnamə qəbul edilərkən hakim yalnız ekspertin verdiyi rəydə qeyd edilən göstəriciləri nəzərə almış, lakin iş üzrə müəyyən edilən halların aşkar şəkildə ziddiyyətli olduğuna diqqət verməmiş və məsələnin obyektiv həlli üçün əhəmiyyətli olan bu halları tam aydınlaşdırmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı qeyd olunan mənzili 2019-cu ildə əldə etmiş, hüququnu reyestrdə qeydiyyata aldırmış və 2019- cu ildə çıxarış əldə etmişdir. Həmçinin əldə etdikdən sonra mənzildə bir sıra dəyişikliklər edilmişdir. Bəlli məsələdir ki, mülkiyyətçi tərəfindən mənzildə edilmiş dəyişikliklər mənzilin ümumi tikinti sahəsinə təsir etməsə də, faydalı sahəsinin ölçülərinin azalmasına səbəb olmuşdur. Bundan başqa, iş üzrə tərəflərin mənzillə bağlı razılaşma və öhdəliyi aralarında mövcud olmuş müqavilədən irəli gəldiyindən, müqavilə münasibətidir. Müqavilə münasibətinə aid mübahisələr üçün 3 illik iddia müddəti müəyyən edilmişdir və bu müddət 2022-ci ildə bitmişdir. Həmçinin tərəflər arasında öhdəliyi yaradan mənzilə dair bağlanmış müqavilədə mənzilin hər hansı sahəsinə sonradan azalma əmsallarının tətbiq etməklə və ya yalnız faydalı sahəsi nəzərə alınmaqla mənzilin sahəsinin müəyyən edilməsi razılaşdırılmam ışdır. Tam əksinə, müqavilədə veriləcək mənzilin ümumi tikinti sahəsi nəzərdə tutulmuşdur. Cavabdehin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmiş, mənzili iddiaçıya yerində ümumi sahəsi ölçməklə təhvil vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4080/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 18. “X2” MMC tərəfindən verilmiş 135 nömrəli, 17 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı mənzilin ümumi sahəsinin, İddiaçı ilə "xx xx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, yəni oxdan-oxa hesablandıqda mənzilin sahəsinə yaşayış (qonaq və yataq) və yardımçı otaqları, eyvan (balkon) sahələri, daxili və xarici divaraltı sahələri daxil olmaq şərtilə, müqavilə üzrə 138,6 kv.m sahəyə uyğun olduğu müəyyən edilir. Qeyd olunur ki, təkrar (hazırkı) ekspertiza ilə ilkin ekspertiza arasında, tədqiq olunan mənzilin ümumi sahəsi (ölçüsü) üzrə yaranmış 21,0 (138,6-117,6) kv.m fərq, təkrar ekspertiza tədqiqatı zamanı mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin 3.1-ci bəndində əks olunmuş şərtlərə uyğun olaraq hesablanması ilə izah olunur.
19. İkinci sualı üzrə: İddiaçı məxsus 46 saylı mənzilin ölçüsünün (ümumi sahəsinin) müqaviləyə uyğun olduğunu n əzərə alaraq, bu sual üzrə tədqiqat aparılmadı.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) 29 oktyabr 2024-cü il tarixli 2(103)-4080/2024 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən 30.053 manat məbləğində pul vəsaitinin və 181 (yüz səksən bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi” barədə iddiasının rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 91 manat dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq Cavabdeh MMC-yə verilməsi, birinc i instansiya məhkəməsi baxışı zamanı ekspertiza tədqiqatının aparılmasına görə 100 (yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesablaşma hesabına ödənilməsi və apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərcin İddiaçı tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin 136.8 kv.m olması göstərilmişdir, iddiaçı isə ümumi sahənin ölçüsü ilə müqavilədə göstərilən sahə arasında 23.1 kv.m fərq olmasını bildirmiş və buna əsasən də hazırkı tələbini irəli sürmüşdür.
22. Birinci instansiya məhkəmə sinin yekun nəticəyə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5418 nömrəli ekspert rəyinə istinad etməsi, eləcə də cavabdeh tərəfin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsi iş üçün əhəmiyyətli olduğundan iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi “X2” MMC tərəfindən verilmiş 135 nömrəli, 17 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyinə münasibətdə bildirmişdir ki, həmin rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir və həmin rəy mötəbər sübut kimi nəzərə alınmalıdır. Həmçinin, birinci instansiya məhkəməsində ekspertiza təyin edilən zaman ekspert qarşısında mənzilin faktiki (istifadə olunan) sahəsinin və tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları (əmsal) tətbiq edilməklə əldə edilən sahənin müəyyən edilməsi barədə sual qoyulmuşdur, halbuki hazırkı mübahisə cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərin həyata keçirməməsi ilə bağlı olmuşdur, belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbində cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatı isə iddiaçıya verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı olmuş və təqdim edilmiş rəy - mənzilin ümumi sahəsinin tərəflər arası nda bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində əks olunmuş şərtlərə uyğun olaraq hesablanmasına istinadən tərtib edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı mənzilin sahəsinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən hesabladıqda həmin mənzilin ölçüsünün müqaviləyə uyğun, yəni 138,6 kv.m olması müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, oxşar işlərlə bağlı məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin (ist ər yaşayış, istərsə də qeyri-yaşayış sahəsi olsun) hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Hazırkı işdən də müəyyən olunmuşdur ki, iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin “oxdan-oxa” hesablanması qaydası barədə tərəflər razılığa gəlmişlər.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilə ilə eyni olmuş və mənzilin sahəsinin müqavilə şərtlərindən fərqli, yəni az olması müəyyən edilməmişdir.
27. İddiaçıya verilən mənzil sahəsinin müqavilədə göstərilən sahə ilə eyni olmasını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassızdı r və təmin edilə bilməz.
28. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi və nəticədə onun sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinə dair apellyasiya şikayətinin digər dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin müvafiq qeydiyyat ünvanına bildiriş göndərilmişdir. Cavabdehin nümayəndəsi onların fəaliyyətlərinin müvəqqəti dayandırılması ilə əlaqədar həmin bildirişlərin onlara çatdırılmadığını qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin iştirakının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən zəruri tədbirlər görülməmiş, işə cavabdehin iştirakı olmadan baxılmışdır.
29. Məhkəmə gəldiyi nətic əni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 442, 443.1, 443.2, 448.1, 752.1, 762.1, 762.2, 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.1, 59.2, 59.3-cu maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2, 3.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi ekspertiza təyin edərkən və ekspertin suallara yazdığı cavaba münasibət bildirərkən səhv nəticəyə gəlmişdir. Belə ki, tərəflərin müqavilədə sahənin “oxdan-oxa” olmasına dair razılığı yoxdur. Həmçinin Tikinti və Şəhərsalma Məcəlləsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə olan halda və ümumi məhkəmə təcrübəsinə görə apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəc əyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üç ün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
39. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
40. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür.
42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
43. Maddə 443.2. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
46. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
47. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
48. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
49. Maddə 1.Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
50. Maddə 59.1.Ti kinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
51. Maddə 59.2.Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
52. Maddə 59.3.Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsi nin və həcminin hesablanması qaydaları”
53. Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.
54. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Kassasiya in stansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
67. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə razılaşır ki, müqavilə tərəfləri müqavilədə sahənin (istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsi olsun) hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir.
68. Hazırkı mübahisənin düzgün həlli də məhz tərəflər arasında mənzilin sahəsinin hansı qaydada hesablanmalı olmasının müəyyən edilməsi ilə bağlı olmuşdur. 6
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsi çöl və arakəsmə divarların altında olan sahələr də nəzərə alınmaqla müəyyən edilmişdir.
70. Daha sonra apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə mənzilin ümumi sahəsinin, divarların altında yerləşən sahələr də daxil olmaqla, 136,8 kv.m təşkil etməsinə və müqavilədə qeyd edilən sahəyə uyğun olmasına istinad etmişdir.
71. Bu nəticəyə gələrkən məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə istinad etmiş və həmin bəndin məzmununu Mülki Məcəllənin 404-cü maddəsinə istinad etməklə təfsir etmişdir.
72. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir:
73. Hazırkı mübahis ə üzrə tərəflər arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin 3-cü fəsli “Müqavilənin qiyməti” adlanır. Həmin fəslin 3.1-ci bəndində göstərilir ki, “Tikilən mənzilin ümumi yaşayış sahəsinin oxdan-oxa 1 kv.m. qiyməti _____ AZN həcmindədir. Mənzilin ümumi sahəsi 136,8 kv.m”. Bu müqavilədə qiymətlə bağlı hər hansı qeyd aparılmamışdır.
74. Göründüyü kimi, müqavilənin bu bəndində “oxdan-oxa” ifadəsi yalnız birinci cümlədə mənzilin 1 kv.m-nin qiyməti ilə bağlı işlədilir. Mənzilin ümumi sahəsinin 136,8 kv.m olduğu qeyd edilən ikinci cümlədə isə bu sahənin çöl və mənzildaxili arakəsmə divarların altındakı sahələri də əhatə edən ümumi sahə, yoxsa yalnız mənzilin faydalı sahəsini əhatə edən sahə olduğu birmənalı müəyyən edilməmişdir.
75. Həmçinin, müqavilədə göstərilən “oxdan-oxa” ifadə sinin mənzilin bütün çöl və arakəsmə divarlarının altındakı sahələri əhatə etmək mənası daşıdığı da birmənalı şəkildə müəyyən edilmir.
76. Belə ki, mənzil tikintisini, habelə tikinti norma və qaydalarını, habelə tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarını nizamlayan normativ sənədlərdə “oxdan-oxa” ifadəsindən istifadə edilməsinə rast gəlinmir. Bu ifadənin məhz yuxarıda qeyd edilən mənada işlədilməsi tərəflər arasında bağlanmış müqavilənin digər bəndlərindən də müəyyən edilmir.
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavi lələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsinə razılaşma əldə edilməli olan bütün şərtlər daxildir.
78. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd edilir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətl əndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri).
79. Mülki Qanunvericiliyin qeyd edilən müddəasının və Konstitusiya Məhkəməsinin adı çəkilən qərarındakı hüquqi mövqeyinin təhlilindən müəyyən edilir ki, müqavilənin bağlanmış hesab edilməsi üçün həmin müqavilənin tərəfləri bütün mühüm şərtlər barədə, o cümlədən müqavilənin predmeti ilə bağlı raz ılığa gəlməlidirlər. Bu zaman həmin şərtlər elə aydın və başa düşülən tərzdə göstərilməlidir ki, tərəflər öz hüquqlarının müəyyən edilməsində hər hansı çətinlik çəkməsin. Müqavilənin şərtləri ilə bağlı hər hansı mübahisənin yarandığı təqdirdə isə bu şərtlər onu müqaviləyə daxil etmiş tərəfin əleyhinə şərh edilir.
80. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli yalnız yuxarıda qeyd edilmiş halları, habelə işin diqqətəlayiq olan digər halları (məs. müqavilə şərtlərinin bu şəkildə tərtib edilməsinin hansı tərəfin təşəbbüsü ilə olması, mübahisəli mənzilin layihədə göstərilən ilkin vəziyyətinin dəyişdirilərək 4 otaqlı mənzilə çevrilməsi və s.) araşdırılaraq, onlara qiymət verildikdən sonra mümkündür.
81. Lakin işdən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi y uxarıda qeyd edilən halları araşdıraraq onlara qiymət vermədən, tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin bütün çöl və arakəsmə divarların altındakı əraziləri də əhatə etməsi ilə bağlı nəticəyə gəlmişdir.
82. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-4080/2024 saylı qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.