Məhkəmə qərarları › İş №2(102)-7543/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7543/2019

10.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7543/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Səfərov Rubayıl Hətəməli oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən kassasi ya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-4647/2018) iddia qismən təmin edilmiş, cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11000 (on bir min) ABŞ dollarının (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il t arixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (məruzəçi), A.İmanov, V.Sadıqov, iş № 2(103)6768/2019) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Səfərov Rubayıl Hətəməli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin e dilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bi lər. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 və qeyrilərinin apelyasiya şikayətini təmin edərək iddia tələbini təmin olunmuş hissədə ləğv edib, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxararkən aşağıdakılara istinad etmişdir: “MPM-in 82.4-cü maddəsi: 1) məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün; 2) məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində preyudisial qüvvəsini müəyyən edir. Mülki prosessual qanunvericilik istintaq orqanının hər hansı qərarının mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətini müəyyən, etmir. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına ə mlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). İddiaçının bildirdiyinə görə cavabdehlər heç bır qanuni əsas olmadan onun əmlakı hesabına əsassız varlanmışlar və hal-hazırda əldə etdiklərini ona qaytarmaqdan imtina edirlər. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095). İddiaçı özü məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində ən geci 2015-ci ilin sonlarında və ya 2016-cı ilin əvvəllərində cavabdehlərin onun əmlakı hesabına əsassız varlandıqlarının (hüququnu pozduqlarını) ona məlum olduğunu və bununla bağlı müxtəlif orqanlara şikayətlər verdiyini etiraf etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 19.11.2018-ci il tarixdə, yəni əsassız varlanma obyektinin qaytarılması tələblərini tənzimləyən 2 illik kəsici müddəti ötürməklə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçı məhkəməyə tələb etdiyi pulu qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşdükdən sonra müraciət etmişdir.” Mülki prosessual qanunvericiliyin istintaq orqanının qəra rının mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətini müəyyən etməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2015-ci il tarixli “M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında hüquqi müəyyənlik prinsipini əsas götürərək aşağıdakıları qeyd etmişdir: “M.Həsənovanın konstitusiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hazırkı mülki iş üzrə qətnamənin çıxarılmasına səbəb olmuş sənədin saxtalaşdırılmasına görə iş üzrə tərəf olmuş G.Həsəno vanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı icraat başlanılmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Belə ki, şikayətçi tərəfindən yeni açılmış hal kimi qeyd olunan G.Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə barəsində başlanılan cinayət işinin icraatına xitam verilməsinin əsası kimi CM-in 15.2, 75.1.1-ci və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.3, 41, 280 və 281-ci maddələrinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi göstərilmişdir. MPM-in 432.2.2-ci maddəsinin tələblərinə görə, həmin maddədə nəzərdə tutulan hallar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyi təqdirdə müvafiq mülki iş üzrə yeni açılmış hallar üzrə yenidən baxılmasına səbəb ola bilər. Beləliklə, qanunvericinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məsələsinə xüsusi ehtiyatla yanaşmasının səbəbi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaqdan ibarətdir. Bununla yanaşı qeyd edilməlidir ki, müəyyən obyektiv səbəblərdən, məsələn, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmur. Lakin şahidin bilə-bilə yalan ifadələr verməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması və ya MPM-in 432.2.2-ci maddəsində nəzərdə tutulan digər hallarda cinayəti törətmiş şəxsin müəyyən obyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş halların sonradan məhkəmə qaydasında yeni açılmış hal kimi müzakirə olunmasını istisna etməməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin biləbilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər”. Əsassız varlanma obye ktinin qaytarılması tələbini tənzimləyən 2 illik kəsici müddətin ötürülməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 26.04.2017-ci il tarixdə cavabdehlərin onun aldatması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nə müraciət etmişdir. Belə olan halda onun hüququnun pozulmasının bildiyi tarix kimi həmin, yəni 26.04.2017-ci il qəbul edilməlidir. (bax iş vərəqə 9). O həmin xüsusatla əlaqədar istintaq edilən cinayət işinin gedişində 26 fevral 2018-ci il tarixdə mülki iddiaçı kimi tanınmışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının qeyd olunan xüsusatla digər hər hansı orqana 26.04.2017-ci il tarixdən daha əvvəl müraciət etməsi ilə bağlı hər hansı tarix müəyyən etməmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, kəsici müddətin ötürülməsi barədə nəticəyə gəlmək üçün daha ətraf lı araşdırma aparılması məqsədəmüvafiqdir. Apelyasiya instansiyası məhkəməsi mülki işə baxarkən iş üzrə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunmasına səbəb olan prosessual qanun pozuntularına yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məh kəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar