Məhkəmə qərarları › İş №2(102)-759/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-759/2022

24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-759/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarş qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1218/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki Cavabdeh 22 noyabr 2019-cu ildə 6 ay ərzində hər gün 170 manat qaytarmaq şərtilə İddiaçı 30000 manat borc almış və bu barədə 22 noyabr 2019-cu il tarixli qəbz yazmışdır. 2. 06 fevral 2020-ci il tarixli yazılı qəbzin məzmunundan görünür ki, Cavabdeh qəbzdə İddiaçı 22 noyabr 2019-cu il tarixində aldığı 30000 (otuz min) manat borcu göstərilən tarixdən göstərilmiş qaydada sadəcə 17 gün hər gün 170 manat olmaqla ödədiyini, yazılı qəbzin tarixinə qədər borcu ödəməsə məsuliyyətə cəlb edilməyinə razı olduğunu, əlavə olaraq 6700 manat aldığını, bu yazını yazarkən tamamilə özündə olduğunu, heç bir təziq olmadığını və heç bir psixatrop maddədən istifadə etmədiyini qeyd etmişdir. 3. 11 sentyabr 2020-ci il tarixli yazılı qəbzin məzmunundan görünür ki, qeyd edilən tarixdə X 2570 manat, X 30300 manat borc almış, Cavabdeh ümumi borcdan yekun 2570 manat və 30300 manat borcunun qaldığını, ödəyib bitirəcəyini, təxmini altı ay gecikdirdiyini qeyd etmiş və imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 263 (iki yüz altmış üç) manat məbləğində məhkəmə xərclərinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Bakı şəhərində yerləşən 8-ci kilometr bazarında ticarətlə məşğul olarkən tanımışdır. Onların işlətdikləri obyektlər bir-birinə yaxın məsafədə yerləşdiyindən qarşılıqlı şəkildə bir-birilərinə geyim əşyaları və ya pul vermiş və beləliklə aralarında etibarlı münasibətlər yaranmışdır. Daha sonra Cavabdeh daha çox gəlir əldə etmək, ticarətini genişlədirmək məqsədi ilə İddiaçı borc istəmiş, İddiaçı isə Cavabdeh işlərinin normal vəziyyətdə olmasını, aralarında olan yaxın münasibətləri nəzərə alaraq Cavabdeh borcu vaxtında qaytaracağını güman etdiyindən 22 noyabr 2019-cu ildə 30000 (otuz min) manat pul məbləğini yazılı razılaşma əsasında sonuncuya borc vermişdir. Həmin vaxt İddiaçı işçisi olan X orada iştirak etmişdir. Bundan sonra İddiaçı yenidən 6700 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Cavabdeh aralarındakı razılaşmaya əsasən təxminən 5-6 ay müddətində öhdəliyini yerinə yetirməyi üzərinə götürmüşdür. İlk vaxtlar Cavabdeh İddiaç ı 17 gün ərzində hər gün 170 manat olmaqla 2890 manat ödəməklə öhdəliyin kiçik bir hissəsini yerinə yetirmişdir. Cavabdeh borc aldığını 06 fevral 2020-ci il tarixdə yazaraq imzası ilə təsdiq etmiş və borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunmağa razı olduğunu bildirmişdir. Cavabdeh ayrı-ayrı zamanlarda hissə-hissə 940 manat pulu İddiaçı qaytarmışdır. Cavabdeh 11 sentyabr 2020-ci il tarixdə ümumi borcunun 32870 manat olduğunu və təxminən 6 ay ərzində ödənişi gecikdirdiyini yazılı şəkildə etiraf etmişdir. Sonralar isə dəfələrlə borcun Cavabdeh tələb edilməsinə baxmayaraq o müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin bağlanmasından təxminən bir ildən çox vaxt keçsə də, Cavabdeh borcunu hələ də ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğ kifayət qədər böyü k olduğundan, həmçinin öhdəliyi uzun müddət gecikdirdiyindən və borcunu ödəmək niyyətinin olmadığından İddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borcun Cavabdeh alınmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən vəkilə etibarnamə alınması üçün ödənilmiş 21,50 manat, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 11 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat müqavilə haqqı olmaqla, cəmi 263 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. O, Cavabdeh 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 263 (iki yüz altmış üç) manat məbləğində məhkəmə xərclərinin alına raq İddiaçı ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh borcu İddiaçı artıqlaması ilə qaytardığını bildirsə və əlavə olaraq ödədiyi 41000 manat məbləği tələb etsə də, həmin faktları heç bir mümkün sübutla təsdiq edə bilməmişdir.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 41000 manat pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdirki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr bazarında geyim əşyalarının pərakəndə satışı ilə məşğul olur. İddiaçıla tanışlığı Şahid1 vasitəsi ilə 2019-cu ilin yaz-yay aylarında olmuşdur. İddiaçı 8-ci kilometr bazarının yaxınlığında X ticarət mərkəzinin arxa his səsində yerləşən 2 ədəd dükanda siqaret satışını həyata keçirmiş, Şahid1 da həmin mağazada satıcı işləmişdir. İşlədiyi yaxın çevrəsində hamı İddiaçı kiçik sahibkarlara sələmlə pul verən şəxs kimi tanımışdır. O, 2019-cu ilin iyul ayında sərmayə məqsədi ilə İddiaçı 20 gün müddətinə hər gün 120 manat sələm ödəməklə 1800 manat pul götürmüş və 20 gün müddətində 120 manat olmaqla, ümumilikdə 2400 manat məbləği geri qaytarmışdır. Həmin ilin avqust ayının əvvəlində o, İddiaçı 3000 manat pul götürmüş və hər gün 120 manat olmaqla, 30 gün ödəməklə, ümumilikdə 3600 manat pul geri qaytarmışdır. Beləliklə o, İddiaçı aldığı 1800 manat əsas borca 600 manat sələm ödəməklə 2400 manat, 3000 manat əsas borca 600 manat sələm ödəməklə 3600 manat pulu geri qaytarmış və hər iki borca görə 1200 manat sələm ödəmişd ir. Pul vəsaitlərini götürərkən və geri qaytararkən onlar heç bir yazılı sənəd, akt, qəbz tərtib etməmişlər. 2019-cu ilin avqust ayının ortalarında İddiaçı ona 6000 manat dəyərində geyim əşyalarını vermiş, o həmin geyimlərin 3000 manat pulunu həmin anda ödəmiş və İddiaçı 3000 manat borcu qalmışdır. Həmin ilin sentyabr ayında İddiaçı 12000 manat borc almış, əvvəlki 3000 manat borcu da üzərinə hesablanmaqla 15000 manat borclu qalmış və 66 günə hər gün 300 manat ödəməklə, 67-ci gün isə 200 manat olmaqla, 5000 manat sələm ödəməklə, ümumilikdə 20000 manat pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Pulun alınması zamanı Şahid1 da iştirak etmiş və bununla bağlı İddiaçı tərəfindən yazılı sənəd tərtib olunmuşdur. O, 20000 manat borcdan 23 gün 300 manat, bir gün isə 200 manat ödəməklə 7100 manat pulu İddiaçı qaytarmış, 12900 manat borcu qalmışdır. İddiaçı onun pulun qalan hissəsini ödəməkdə çətinlik çəkdiyini görüb şantaja əl atmış, yüksək vəzifəli şəxsin yaxın qohumunun başqa bir qadınla olan şəkilini ona göstərərək həmin qadının bacısı olduğunu və borc verdiyi pulların da başqa şəxslərə məxsus olduğunu bildirmiş və mobil telefonun kamerasında çəkiliş aparmaqla 7100 manat pul verib, ümumi borcun 20000 manat olduğunu bildirməklə, üzərinə 12700 manat sələm gələrək ümumi borcun 32700 manat olduğunu qeyd etmişdir. Həmin vaxt Şahid1 da onlarla birlikdə olmuş və İddiaçı özünün qeydə aldığı videoçəkilişdə guya onun 2019-cu ilin dekabr ayında 32700 manat borc aldığını hədəqorxu və şantaj yolu ilə ona təsdiqlətmişdir. Bundan sonra o, hər gün 300 manat olmaqla, 183 gün ərzində ümumilikdə 54900 manat pulu bəzi hallarda özü, bəzən isə anası vasitəsi ilə İddiaçı ödəmişdir. O, hər gün ödədiyi vəsaiti 8-ci kilometr bazarında səyyar ticarət apardığı 4 köşkdən əldə etdiyi qazanc, digər sələmçilərdən götürdüyü borc və özünəməxsus avtomobilin satışından əldə etdiyi vəsait hesabına İddiaçı qaytarmışdır. O, yazılan 32700 manat borcu 109 gün müddətinə hər gün 300 manat olmaqla ödəməli olmuşdur. Sonuncu 109-cu gündə isə, yəni 2020-ci ilin aprel ayında pulun sonuncu hisəsini verərəkən İddiaçı bununla razılaşmayıb təkrar onu təhdid edərək əlavə 100 gün 300 manatdan pul ödəməli olduğunu bildirmiş və onun 32700 manat pulun ödənilməsini 3 aydan artıq müddətə hələ də başa çatdıra bilmədiyini bəhanə gətirmişdir. Ona görə də o, məcburiyyətdən İddiaçı təhdidi ilə müvafiq yazılı sənədlər tərtib etməklə hər günə 300 manat olan ödənişi daha 74 gün davam etdirmişdir. Yəni o hər gün 300 manat olmaqla ümumilikdə 183 gün İddiaçı pul ödəmişdir. Ödənişin 109-cu günündə İddiaçı əlavə olaraq 100 gün ödəniş tələb etdikdən sonra o ödənişi 74 gün davam etdirib 26 gün ödəniş etməkdən imtina etmişdir. Bu hadisədən sonra o, hər gün 300 manat olmaqla 26 gün ödəniş etmədiyinə görə İddiaçı onun koronovirusla əlaqədar borcu ödəməməsi ilə bağlı yazılı sənəd tərtib etmişdir. Pulların verilməsi və şantaj yolu ilə üzərinə sələm əlavə olunması ilə bağlı İddiaçı tərəfindən tərtib edilən bütün yazışma, videoyazı və sənədlər İddiaçı saxlanılır, həmin videoyazı əldə edilərsə mülki işin obyektiv araşdırılmasına zəmin yaratmış olar. Beləliklə İddiaçı ona ümumilikdə 29900 manat pul verdiyi halda, o həmin məblə ğin qarşılığında sələmlə birlikdə 71000 manat pulu İddiaçı geri qaytarmış, yəni əlavə olaraq 41100 manat artıq ödəmişdir.

8. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı 22 noyabr 2019-cu il tarixdə 30000 (otuz min) manat pul məbləğini Cavabdeh borc verdiyini bildirdiyi halda, borcun alınması ilə bağlı sonuncudan müəyyən müddət keçdikdən sonra, yəni 06 fevral 2020-ci il tarixdə 30000 manat pul məbləğinin və 11 sentyabr 2020-ci il tarixdə isə 30300 manat və əlavə olaraq 2570 manat məbləğin b orc götürülməsi ilə bağlı yazılı sənəd almışdır. Tələb olunan borc predmetinin məbləği üç min manatdan çox olduğu halda, İddiaçı 30000 (otuz min) manat pul məbləğini Cavabdeh verməsi ilə bağlı yazılı müqavilə tərtib etməmiş, yalnız Cavabdeh aldığı sonuncunun xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş yazılı sənəd isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsində qeyd olunan yazılı əqdin formasına uyğun tərtib olunmamışdır. İddiaçı tərəfindən tələb edilən borc məbləği verilmiş olsa belə yazılı əqdin notarial formasına riayət edilməmiş, pul vəsaitini tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Cavabdeh məhkəmə prosesində həmin əlyazmaları İddiaçı hədə təsiri altında yazdığını bildirmişdir. Məhkəmə tərəfindən İddiaçı prosesdə iştirakı zəruri hesab edilməsinə baxmayaraq sonuncu məhkəmə prosesinə gəlmədiyindən və iddia tələbində qeyd etdiyi faktların əsaslı olduğunu sübut edə biləcək, tərəflər arasında yaranmış münasibətlərdə iştirak etmiş Şahid1 məhkəmə prosesində şahid qismində ifadə vermək üçün iştirakını təmin etmədiyindən Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmaların sonuncunun iradə ifadəsi ilə və ya hədə-qorxu təsiri altında tərtib olunmasını müəyyən etmək mümkün olmamışdır.

10. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat məbləğində borcun Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissəsində rədd edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələ bi 32870 (otuz iki min səkkiz yüz yetmiş) manat hissədə rədd edildiyindən, 263 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində də rədd edilməlidir.

12. Məhkəmə 41000 manat pulun alınmasına dair qarşılıqlı iddia tələbinə münasibət bildirirək qeyd etmişdir ki, Cavabdeh İddiaçı 41000 manat ödədiyini bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də 41000 manat pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair qarşılıqlı iddia tələbi də rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 329.1, 329.2, 331.1, 739.1, 740.1, 740.2-ci, Mülki Prossesual Məcəllənin 214-220, 227.2, 227.3cü maddələrinə istinad la əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1218/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(037)-44/2021 nömrəli qətnaməsi İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” ilk iddiasının təmin edilməsi, 3 2870 (otuz iki min səkkiz yüz yetmiş) manat borc və 263 (iki yüz altmış üç) manat məhkəmə xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, ona görə də onun tələbi təmin ediləndir.Çünki, Cavabdeh İddiaçı 29900 manat borc almasını verdiyi qarşılıqlı iddia ərizəsində yazılı şəkildə etiraf etmişdir. Bu hal iddiaçını həmin hissədə faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh İddiaçı 22 noyabr 2019-cu il tarixdə 30000 manat borc almasını və daha sonra əlavə olaraq 6700 manat borc almasını, ödənilməmiş qalan cəmi 32850 manat borcunun olmasını 06 fevral 2020-ci il tarixdə və 11 sentyabr 2020-ci il tarixdə yazdığı qəbzlərdə göstərmişdir. Onun iddiaçıdan 30000 manat borc almasını qeyd etdiyi 22 noyabr 2019-cu il tarixli qəbz iddiaçı tərəfindən itirildiyi üçün birinci instansiya məhkəməsinə təqdim edilməmiş, lakin apellyasiya məhkəməsində işə baxılarkən tapıldığından apellyasiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin sübutu qəbul etmişdir. Cavabdeh iddiaçıdan borc almasını yazılı əqdlə təsdiq etmişdir. Cavabdehin borcunu qaytarmasını təsdiq edən sübutlar mövcud deyildir..

17. İddiaçı borcun Cavabdeh alınmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün onun tərəfindən vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 21,50 manatın, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu üçün ödənilmiş 11 manatın, id dia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 200 manat müqavilə haqqının, cəmi 263 manatın sərf edilməsi iş materialları ilə təsdiq edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. (maddə 529.3) 26. borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (maddə 740)

27. Borcun etira f edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (maddə 882.1)

28. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. (maddə 882.2)

29. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. (maddə 882.3)

30. Bu Məcəllənin 882.1-882.3-cü maddəl əri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. (maddə 882.4)

31. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. (maddə 882.5) Mülki Prossesual Məcəllə

32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. (maddə 106.3)

36. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. (maddə 416)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1218/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar