Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7595/2021 29.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)-11403/2021 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada veril məlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)-11403/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti qeyr i-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7595/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7595/2021
29.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver