Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-760/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 18 » fevral 2019-cu il İş № 2(102)-760/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 və vəkili kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim Arif İsmayılov) 17 fevral 2016-cı il tarixli 2(033)-158/2016 nömrəli qətnaməsi ilə i ddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X6 və Cavabdeh3, habelə cavabdehlərin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi, cavabdehlərin evdən istifadə hüquqlarına xitam veilməsi və onların evdən çıxarılmaları tələbinə dair” iddiası qismən təmin edilərək, iddianın Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli (reyestr nömrəsi 4Ə-834 olan) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, yerdə qalan 350 m2 torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X3 adlarına DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və 350 m2 torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi tələbinə dair hissələri təmin edilməmiş, İddiaçı2 xüsusi mülkiyyətində olan Zaqatala şəhərində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşayan cavabdehlər Cavabdeh4, X6 və Cavabdeh5 həmin evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları, İddiaçı1 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya a id edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli 2(033)-158/2016 nömrəli qətnaməsi qismən, iddianın Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı (reyestr nömrəsi 4Ə-834 olan) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, yerdə qalan 298 kv.m torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və 350,0 kv.m torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı (reyestr nömrəsi ***** olan) alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 10 yanvar 2014-cü il tarixli RX ser iyalı ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X3 adına verilmiş 07 mart 2014-cü il tarixli RX seriyalı ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən 350,0 kv.m torpaq sahəsində Cavabdeh3 tərəfindən tikilmiş qanunsuz yarımçıq tikilinin sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli 2(102)-2837/2018 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli 2(107)-873/17 saylı qətnaməsi Cavabdeh3 münasibətdə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Hüseynov, hakimlər R.Əliyev və İ.Quliyev, İş № 2(103)-1719/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh3 aid hissədə əsassız olduğundan təmin edilməyərək Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə (yəni iddianın Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli (reyestr nömrəsi 4Ə-834 olan) alqı-satğı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və 350 m2 torpaq sa həsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi tələblərinin təmin edilməməsi hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X6 və Cavabdeh3, habelə üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılmaları tələbinə dair” iddiaərizəsi ilə Zaqatala Rayon Məhkəməsinəmüraciətedərək, Zaqatala rayo n 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli (reyestr nömrəsi ***** olan) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, yerdə qalan 350 m2 torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, 350 m2 torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi, cavabdehlərin evdən istifadə hüquqlarına xitam veri lməsi və həmin evdən çıxarılmaları barədə qətnaməqəbul edilməsinixahişetmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və vəkili kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və onları yalnış təfsir etmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 16 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qan unun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyai nstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, hazırda Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq qanuni şəkildə əldə etdiyi mülkiyyət hüququnun mübahisələndirilməsi qanunsuz və yolverilməzdir. Belə ki, Cavabdeh3 mübahisəli 350 kv.m torpaq sahəsinə münasibətdə vicdanlı əldə edən olmuşdur. O, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 350 kv.m torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğundan xəbərsiz olmuş, həmin torpaq sahəsini qanuni surətdə və vicdanlı olaraq almış, habelə orada müvafiq icra hakimiyyəti orqanı ilə lazımi qaydada razılaşdırmaqla fərdi yaşayış evi tikdirmişdir. Həmin tikilinin qanunsuz və özbaşına tikili olması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıü zrəgəldiyidigər nəticədəngörünürki,Cavabdeh3 mübahisələndirilən, lakin vicdanlı olaraq əldə etdiyi 350 kv.m torpaq sahəsini 39250 (otuz doqquz min iki yüz əlli) manata almış, həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə də külli miqdarda (özünün deməsinə görə 100.000 manata yaxın) xərc çəkmişdir. Hazırda mübahisəli torpaq sahəsinin ondan alınması Cavabdeh3 ölçüyəgəlməz və bərpaedilməz maddi-mənəvi zərər vurmuş olar. Halbuki, onun həmin torpaq sahəsini almaqda və orada ev tikdirməkdə heç bir təqsiri olmamış, qanuni şəkildə mülkiyyət əldə etmək və özünü yaşayış sahəsi ilə təmin etmək istəmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası MülkiMəcəlləsinin 140, 144, 146, 148.2, 560-cı maddələrinə istinad etmişd ir. Məhkəməkollegiyasıhesabedirki,ApellyasiyaMəhkəməsi tərəfindənqəbuledilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Beləki, kollegiya qeyd edir ki, ilk növbədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Zaqatala Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli 2(033)-158/2016 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətini yalnız Cavabdeh3 münasibətdə araşdırmışdır. Belə ki apellyasiya şikayətinin Cavabdeh3 aid dəlillərinə görə, iddiaçılar həmin cavabdehin ünvan 1 ünvanında yerləşən 350 kv.m torpaq sahəsinə əldə etdiyi mülkiyyət hüququnu və orada fərdi yaşayış evi inşa etməsini qan unsuz, həmin torpaq sahəsinə dair onunla digər cavabdehlər arasında bağlanmış 26 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və bu müqavilə əsasında onun adına verilmiş 10 yanvar 2014-cü il tarixli RX0296906 saylı çıxarışı isə etibarsız hesab edir, Cavabdeh3 “vicdanlı alıcı” hesab olunması ilə razılaşmırlar. Apellyasiyainstansiyasıməhkəməsininapellyasiyaşikayətinindəlillərinəəsasənvə işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli 2(033)-627/2013 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər İddiaçı1, Cavabdeh1 və İddiaçı2 qarşı iddia tələbi təmin edilərək, Zaqatala şəhəri ***** saylı evin alqı-satqısına dair Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 19 oktyabr 2004-cü il tarixli 223542 nömrə li müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla, torpağa dair hissəsinin etibarsız hesab edilməsi, bu qətnamənin ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin JN-1809A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olması qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəməqətnaməsinəəsasənDƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən 0,0648 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və İqlimə Musayevanın mülkiyyət hüquqlarını təsdiq edən 30.10.2013-cü il RX-0264580 nömrəli (reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra, Zaqatala rayon 2 sa ylı Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı (reyestr nömrəsi ***** olan) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3digərcavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 birgə mülkiyyətində olmuş Zaqatala şəhəri, ***** yerləşən 0,0648hahəyətyanı torpaq sahəsinin 350,0 kv.m hisəsini 39250 (otuz doqquz min iki yüz əlli) manata almışdır. 26.12.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra 350 kv.m (0,0350ha) həyətyanı torpaq sahəsinə yeni ünvan - ünvan 3ri Dövlət Komitəsininyanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən 10.01.2014-cü il tarixdə verilmiş RX-0296906 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində xüsusi mül kiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh3 ünvan 4 ünvanda mülkiyyətində olan 0,0350hahəyətyanı torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin Memarlıqplanlaşdırma layihəsini hazırlatdırmış və həmin torpaq sahəsində uzunluğu 14,6 metr, eni 13,6 metr və hündürlüyü 10,2 metr olan iki mərtəbəli fərdi yaşayış evnin tikintisi layihələndirilmiş, Memarlıq-planlaşdırma layihəsi Zaqatala RİHB-in Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılaraq bu barədə 22.06.2015-ci il tarixdə 27 nömrə ilə qeydiyyat aparılmışdır. Zaqatala şəhəri, ***** yerləşən 0,0648hahəyətyanı torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X3 mülkiyyətində qalan 298 kv.m (0,0298 ha) hissəsinə isə Əmlak Məsələləri Dövlət Komitə sininyanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 07.03.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli 2(033)-627/2013 nömrəli qətnaməsi, qanuniqüvvəsinialaraqicraediləndənsonraondan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. LakinAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və 15 iyul 2014-cü il tarixli qətnamə ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışd ır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2015-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçıların iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2015ci il tarixli 2(102)-3480/15 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və 02 aprel 2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarından görünür ki, iddiaçılar Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsinədair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2015-ci il tarixli qətnaməsinəistinadedərək İddiaçı1 mübahisəli torpaq sahəsinə də mülkiyyət hüququ tanındığıüçünZaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda 350 m2torpaq sahəsinin Cavabdeh3 satılmasına dairbağlanmış 26 dekabr 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli (reyestr nömrəsi 4ə834 olan) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 350 m2torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, yerdə qalan 350 m2 torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X4 DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, 350 m2 torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmalarını tələb etmişlər. Cavabdeh3 i ddiayaetirazınəsasıkimi torpaq sahəsini qanuni əsasla pul ödəməklə aldığını, özünün Ağdam rayonundan məcburi köçkün olmaqla orada yaşaması üçün ev tikməyə başladığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.1-ci və 139.1.1.4 –cü və“Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları dadaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. HəminMəcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alı nmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır... Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında ya ranan hüquq istisna olmaqla)... Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir... Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə kollegiyası istinad edilən qanun normalarının müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsinin hazırda Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq qanuni ş əkildə əldə etdiyi mülkiyyət hüququnun mübahisələndirilməsinin qanunsuz və yolverilməz olmasına dair nəticəsi ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə instansiyası düzgün olaraq onu mübahisəli 350 kv.m torpaq sahəsinə münasibətdə vicdanlı əldə edən olması kimi qiymətləndirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 350 kv.m torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğundan xəbərsiz olmuş, həmin torpaq sahəsini qanuni surətdə və vicdanlı olaraq almış, habelə orada müvafiq icra hakimiyyəti orqanı ilə lazımi qaydada razılaşdırmaqla fərdi yaşayış evi tikdirmişdir. Həmin tikilinin qanunsuz və özbaşına tikili olması barədə apellyasiya şikayətinin dəlilləri əsassı zdır. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.10.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qərarda göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunu r. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquq larının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Sözügedən qərarda həmçinin göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiy yət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06.12.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdi yindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. Həmin qərarda həmçinin göstərilir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydalarının icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. Avropa Məhkəməsi adı çəkilən qərarda əmlakın vicdanlı əldə edəndən tələb edilməsi ilə bağlı Rusiya mülki qanunvericiliyinin normalarına izah verərək qeyd edir ki, Rusiya Mülki Məcəlləsinin 302-ci maddəsinin 1-ci bəndi əmlakın vicdanlı əldə edəndən tələb edilməsinə o halda və o şərtlə imkan verir ki, əmlak mülkiyyətçinin və ya mülkiyyətçi tərəfindən sahibliyinə verilən şəxsin sahibliyindən onların iradələri əleyhinə, özgəninkiləşdirmə niyyəti olmadan çıxmış olsun. Rusiya Federasiyası Ali Məhkəməsinin və Rusiya Federasiyası Ali Arbitraj Məhkəməsinin Plenumlarının həmin maddəyə verdikləri şərhə görə ilkin mülkiyyətçi əmlakı vicdanlı əldə edəndən tələb etmək üçün ilk növbədə əmlakın onun iradəsi əleyhinə özgəninkiləşdirilməsini sübut etməlidi r. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 mübahisələndirilən, lakin vicdanlı olaraq əldə etdiyi 350 kv.m torpaq sahəsini 39250 (otuz doqquz min iki yüz əlli) manata almış, həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə də külli miqdarda (özün ün deməsinə görə 100.000 manata yaxın) xərc çəkməsini nəzərə alaraq hazırda mübahisəli torpaq sahəsinin ondan alınmasının Cavabdeh3 ölçüyəgəlməz və bərpaedilməz maddi-mənəvi zərər vurmuş olmasına dair qənaəti ilə də razılaşır və hesab edir ki, məhkəmə instansiyası haqlı olaqaq bu nəticəyə gəlmişdir ki, onun həmin torpaq sahəsini almaqda və orada ev tikdirməkdə heç bir təqsiri olmamış, qanuni şəkildə mülkiyyət əldə etmək və özünü yaşayış sahəsi ilə təmin etmək istəmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçıların mübahisəli 350 kv.m torpaq sahəsindən məhrum olmaqla yalnız həmin torpaq sahəsinin alınmasına sərf etdikləri pul vəsaitini itirmiş olmaları, lakin həm də həmin pul vəsaitini (vurulmuş mənəvi zərərlə birlikdə) digər cavabdehlərdən, yəni qanunsuz yolla torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edərək həmin torpağın bir hissəsini satmış şəxslərdən tələb etmək hüququnu özlərində saxlamalarına dair qənaəti ilə də razılaşır və əsaslı sayır. Belə ki, AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələblərinin Cavabdeh3 aid hissələrdə təmin etməməkdə haqlı olmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəməkollegiyasıkassasiyaşikayətinindəlilərinəhüquqiqiymətv erərəkhesabedirki, Cavabdeh3 uzun müddət Zaqatala rayonunda yaşadığı üçün 10 ildən artıq gedən torpaq sahəsi barədə mübahisədən xəbərinin olmamasının mümkün olmamasına dair dəlili hazırki iş üzrə Cavabdeh3 vicdanlı əldə edən olmaması kimi qiymətləndirilməsi üçün hüquqi əsas deyildir və kassator sonuncunun torpaq sahəsinə dair məhkəmə mübahisəsi haqqında məlumatlı olmasına dair işə baxan məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etira zlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-ni n 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verməkdədavamedərək həmçininhesab edir ki, kassatorun apellyasiyainstansiyasıməhkəməsininqətnaməiləiddianıntəminediləcəyihaldacavabdehinda haçoxmaddiziyanadüşəcəyinigöstərməsiyoluiləmübahisəyəbucüryanaşmasınınhüquqazidd olmasınadairdəliliəsassızdır. Beləki, apellyasiyainstansiyasıməhkəməsininbuqənaətiCavabdeh3vicdanlıəldəedənstatusunamali kolmasıiləbağlıdırvəbeləolanhaldavicdanlıəldəedənmülkiyyətçininqanunlatanınanvəqoruna nhüquql arınınolmasınınnəzərəalınmasımütləqdir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. «F.Ə.HüseynovvəA.Ə.QasımovunşikayətləriiləəlaqədarməhkəməaktlarınınAzərbay canRespublikasınınKonstiutsiyasınınvəqanunlarınauyğunluğununyoxlanılmasınadair» AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsiPlenumunun 19.11.2004cüiltarixliQərarındagöstərilmişdirki, AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsininPlenumuşikayətlərləbağlıqeydedirki, mülkiyyəthüquqununtamhəcmdəmüdafiəsihüquqidövlətəxasolanali dəyərlərdənbirikimiqiym ətləndirilir. AzərbaycanRespublikasıKonstiutsiyasıbuhüququtəsbitetməkləonuneffektivvasitələrlətəmin olunmasınazəmanətverir. Məhzbunagörədəmülkiyyəthüququəsasinsanvəvətəndaşhüquqlarıvəazadlıqlarısırasındagö stərilmişdir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki,maddinemətlərinfərdimənsubiyyətinitəsbitedənmülkiyyəthüququAzərbaycanRespublikas ıKonstitusiyasında (13 və 29-cumaddələr) vəölkəmizinqoşulduğubeynəlxalqhüquqiaktlarda (İnsanhüquqlarıhaqqındaÜmumiBəyannamənin 17-cimaddəsi, İnsanhüquqlarınınvə əsasazadlıqlarınmüdafiəsihaqqındaKonvensiyaya 1 saylıəlavəprotokolun 1-cimaddəsivəs.) nəzərdətutulmuşfundamentalinsanhüquqlarısırasındamühümyertutur. Mülkiyyəthüququhamılıqlaqəbuledilmişaliinsanidəyərləriözündəəksetdirəndemokratikcəmiy yətin, hüquqidövlətintəməldaşlarındanbirihesabedilir. Kollegiyahəmçininqeydedirki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinəəsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görəədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası kassasiyaşikayətininapellyasiya instansiyasıməhkəməsininiddiaçılaradəymişzərərinəvvəlki mülkiyyətçilərdəntələbedəbilməsihüquqununeyniilədəcavabdehədəşamilediləbilməsinədair dəlilinəqiymətverərəkqeydedirki, məhkəməninbuqənaətidəsonuncununvicdanlıəldəedənolmasınınmüəyyənedilməsiiləbağlıo lmuşvəməhkəməinstansiyasıbuqənaətiiləiddiaçılarınhüquqlarınıpozmuşşəxsəqarşıhüquqla rınınbərpasıiləbağlıməhkəməmüdafiəsihüqunununtükənmədiyiniqeydetməkləqəbuletdiyiqə tnaməsimübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmasınayönəlmişdir. Beləki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onların məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü digər şəxslər daşımalı olduğu halda, əmlakı əldə etmiş vicdanlı şəxsin hüquqlarının xələl görməməsi ilə bağlı iddiaçılaradəymişzərərinəvvəlkimülkiyyətçilərdəntələbedəbilməsikimihüquqlarının olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edil diyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etm əli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyasıkassasiyaşikayətlərinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə mü fəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 16 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-760/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-760/2019
18.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver