Məhkəmə qərarları › İş №2(102)-761/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-761/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-761/2024 29.01.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi),X1 və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cavabdeh Medera Hospital MMC və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1680/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir. Cavabdeh X2 və vəkili X kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1680/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətn aməsinin qismən dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, şikayət icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, şikayət cavabdehin vəkili olaraq Vəkil2 tərəfindən imzalansa da, iş materiallarına onun nümayəndə kimi səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tə ləblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti icraata qəbul olunmamalı və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1680/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi cavabdeh X və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. AZƏRBAYCAN RESPUBLİKASİ A Lİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14,1193-cü məhəllə Tel: (994 12) ***-**-** Faks: (994 12) 493-18-84, www.supremecourt.gov.az 25 iyun 2020-ci il №- 2(102)-3222/2020 Şəki Apellyasiya Məhkəməsinin sədri cənab Mübariz Əkbərova Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-116/2020 saylı mülki iş üzrə 21 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılır. Qoşma: mülki iş-2(102)-3222/2020 cəmi: 02 cild – İ cild “264” vərəq, İİ cild “50” vərəq, kasasiya şikayətinin surəti 2 nüsxə. Hakim Ələsgər Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar