Məhkəmə qərarları › İş №2(102)-763/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-763/2020

07.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-763/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı1 və onun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən ka ssasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Mirzəyev, iş 2(007)3963/2017) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı1 xeyrinə maddi zərərə görə 9724 manat, İddiaçı2 xeyrinə mənəvi zərərə görə 2000 manatın tutulması, 30 manat dövlət rüsumunun iddiaçıdan cavabdehlərin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-9189/2019) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3963/2017 saylı mülki iş üzrə qəbul etdiyi 31 iyul 2017-ci il tarixli qətnaməsi qismən, yəni 9724 manat məbləğində maddi zərərin Cavabdeh İddiaçı1 xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə digər mübahisələndirilən hissədə, yəni İddiaçı2 xeyrinə mənəvi zərərə görə 2000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. On a görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 vəkili Ələkbər-zadə Faiq Zakir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyi nə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçü n işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 “Mercedes Benz 230” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyil, onu yalnız etibarnamə əsasında idarə etmişdir. Eyni zamanda məhkəmə iclasında verdiyi izahatında da İddiaçı1 bildirmişdir ki, o, avtomobilin təmiri üçün hər ha nsı bir xərc çəkməmiş və yol-nəqliyyat hadisəsi baş verdikdən sonra həmin avtomobili 1000 manat müqabilində satmışdır. Göründüyü kimi İddiaçı1 həm avtomobilin mülkiyyətçisi olmamış, həm də avtomobilin təmiri üçün hər hansı bir xərc çəkməmişdir. Belə olan halda isə ona maddi zərərin dəyməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı göstərilmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, zərərin əvəzini ödənilməsi üçün ilk növbədə zərərin mövcud olması müəyyən olunmalıdır.” İlkin olaraq Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi özü qətnaməsində qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə, 4) zərər vuran şəxsin təqsiri. Qeyd olunanlardan sonra apelyasiya instansiyası məhkəməsi həmin halların mövcud olub-olmamasını araşdırmalı olduğu halda, bunu etmədən araşdırmaya və hüquqi qiymətləndirməyə ehtiyac olmadan mənəvi ziyanla bağlı məsələlərin araşdırılması və qiymətləndirməsinə keçmişdir. Mənəvi ziyanla bağlı məsələlərin isə araşdırılmasına ona görə ehtiyac olmuşdur ki, birinci instansiyası məhkəməsi mənəvi zərərlə bağlı tələbi rədd etmiş və iddiaçı həmin xüsusatla bağlı apelyasiya şikayəti verməmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinə baxmış və beləliklə, mənəvi zərərlə bağlı məsələlər ape lyasiya instansiyası məhkəməsinin baxış predmetinə daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsinin zərərin ödənilməsinin hüquqi əsasları ilə bağlı mövcud olmasını zəruri hesab etdiyi əsaslara münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: 1) zərərin mövcud olması, mülki işə əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş və hökmdə zərərin 9.724 manat məbləğində olması qeyd edilmişdir. Həmin hökm qüvvəyə minmişdir. Beləliklə zərərin yenidən müəyyən edilməsinə zərurət qalmamışdır. 2) zərərin qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində vurulması da yuxarıda qeyd olunan hökmdə müəyyən edilmiş və orada qeyd olunmuşdur ki, avtonəqliyyat hadisəsi Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci madd əsinin 3-cü hissəsinin tələblərinə riayət etməməsi nəticəsində baş vermişdir. 3) zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması qanuni qüvvəyə minmiş hökmlə sübuta yetirilir. Belə ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsini pozması, onun idarə etdiyi avtomaşınla ünvan 1 ünvanında dönmək üçün dayanmış sürücü İddiaçı1 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 230” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomaşının arxa hissəsi ilə toqquşması nəticəsində avtomaşına 9.724 manat dəyərində zərər vurulması ilə nəticələnmişdir. Burada səbəbli əlaqə göz qabağındadır. 4) zərər vuran şəxsin təqsirli olması da qeyd olunan hökmdə sübuta yetirilmiş və o təqsirli olduğuna görə bir il müddətinə azadlıqdan məhr um etmə cəzasına məhkum edilmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi qeyd etdiyi əsasların hər biri mövcud olmuşdur. İddiaçı1 avtomaşının mülkiyyətçisi olmadığı, onun avtomaşının təmirinə pul xərcləmədən həmin avtomaşını 1000 manata satması da iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Əvvəla İddiaçı1 mülkiyyətçinin ona vermiş etibarnamə əsasında mülkiyyətçiyə məxsus olan səlahiyyətləri həyata keçirmək hüququ, o cümlədən dəymiş zərəri tələb etmək hüququ olmuş, digər tərəfdən isə avtomaşına zərər yetirilmədiyi halda onun həmin avtomaşını 1000 manata deyil, daha yuxarı qiymətə satmaq imkanı istisna olunmur. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edil sin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar