Məhkəmə qərarları › İş №2(102)-764/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-764/2020

04.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-764/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı x X5, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8741/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-877/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim B.N.Qasımov) iddiaçı x X2 Cavabdeh oğluna qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və dəymiş zərərə görə 3.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən dəymiş maddi zərərə görə 2.000 manat pulun tutalaraq iddiaçıya verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8741/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sərdlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi və cavabdehdən dəymiş maddi zərərə görə 3.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili x kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq no rmalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasına, cavabdehin həmin qeyri-yaşayış sahəsini könüllü boşaltmamaqla iddiaçının mülkiyyət hüququnu pozmasına, məhkəmə iclasında izahat verərkən cavabdehin qeyri-yaşayış sahəsinə görə iddiaçıya hər ay 500 manat icarə haqqı ödəməyə razı o lmasını bildirməsinə, dörd ay müddətində iddiaçıya dəymiş maddi zərərin 2.000 manat təşkil etməsinə və beləliklə də, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2, 700-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib. Belə ki, işin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cavabdeh ilə X3 arasında xx xxxxxx 2013-cü il tarixdə aylıq ödəniş haqqı 100 manat olmaqla ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 68.3 kv.metr olan qeyriyaşayış sahəsinə dair 5 il müddətinə icarə müqaviləsi bağlanıb və həmin qeyri-yaşayış sahəsi xx xxxxxx 2018-ci il tarixədək icarəçi Cavabdeh istifadəsinə verilib. Həmin icarə müqaviləsinin 7.1 və 7.2-ci bəndlərinə əsasən, hazırkı müqavilə notarial qaydada təsdiq edildiyi andan etibarən qüvvəyə minir, 5 il müddətində qüvvədədir və icarə müddətinin son günü xx xxxxxx 2018-ci il tarixədək, saat 23:59-dək müəyyən edilib. Eyni zamanda həmin müqavilə ilə müəyyən edilir ki, icarəyə verən təminat verib ki, icarəçi bu müqavilənin müddətinin bitməsinə bir ay qalmış icarəyə verəni xəbərdar etməklə hazırki müqavilənin müddətini eyni şərtlərlə (icarə haqqı şərtləri istisna olmaqla) bir dəfə uzatmaq hüququna malikdir. Bundan sonra xxx sözügedən qeyri-yaşayış sahəsini xx xxxx 2018-ci il tarixli “bağışlama müqaviləsi”nə əsasən oğlu İddiaçı bağışlayır və xx xxxxxx 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı icarə müqaviləsinə xitam verməklə mübahisəli qeyri-yaşayış sahəsini boşaldıb ona təhvil verməsinə dair cavabdehə notarial qaydada təsdiq edilməklə yazılı bildiriş göndərir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsinın gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarına Mülki Məcəllənin 152, 157.2, 675, 689.1, 700 və 705-ci maddələrinin tələblərini düzgün tətbiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyri-yaşayış sahənin cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin etməklə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməklə, əslində sonuncunun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dövlət tərəfindən tanınan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən də idd iaçının qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququnun qorunması və onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin qanunsuz sahibliyinə son qoyulmalı və o, qeyri-yaşayış sahəsindən çıxarılmalı və qeyriyaşayış sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinə əsasən bu hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də bu hissədə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsinə Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərini düzgün tətbiq etmiş olsa da, cavabdehdən iddiaçının xeyrinə icarə haqqına görə tutulan maddi zərərin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatına əsaslanaraq onun qeyri-yaşayış sahəsinin icarəsinə görə iddiaçıya hər ay icarə haqqı kimi 500 manat pul ödəməyə razı olmasını əsas tutub, dörd ay üçün ondan iddiaçının xeyrinə maddi zərərə görə 2.000 manat pul tutarkən, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, həmin müqavilənin 3.1-ci bəndində isə aylıq icarə haqqının 500 manat deyil, cəmi 100 manat müəyyən edilməsinə, belə olan təqdirdə prosessual qanunvericiliyə görə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq edilməsinin yolverilməz sayılmasına, sözügedən faktın cavabdeh tərəfindən etiraf olunmasının isə məhkəmə iclasının protokoluna yazılmamasına, bu barədə cavabdehin protokola imza etməməsinə, həmçinin cavabdeh tərəfindən həmin faktın etiraf olunmasının hər hansı yazılı ərizədə ifadə edilməməsinə diqqət yetirməmiş və bununla da Mülki Məcəllənin 386.1-cı maddəsinin, eləcə də MPM-nin 81, 106.3-cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə icarə obyektlərinin bir aylıq icarə haqqı təxminən 150-200 manat civarındadır. Cavabdeh, apellyasiya və kassasiya şikayətlərində sözügedən qeyri-yaşayış sahəsinin təmirinə 70.000 ABŞ dolları məbləğində xərc çəkdiyini, həmin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılacağını ehtimal etdiyinə və oradan çıxarılmaması üçün belə bir ifadə verdiyini bildirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi bu hissədə kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və belə qənatə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi- maddi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 2.000 manat pulun tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 400 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblər ini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8741/2019 saylı qətnaməsi- Cavabdeh dəymiş maddi zərərə görə 2.000 manat pulun tutulması hissəsində dəyişdirilsin, həmin məbləğ 400 manat məbləğində müəyyən edilsin və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar