Məhkəmə qərarları › İş №2(102)-7649/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7649/2019

09.12.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7649/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Fehruz Abbasov)14 iyul 2017-ci il tаrixli 2(025)-33/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMCnin 27.08.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42 000 (qırx iki min) manat olduğu əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(205)-20/2011 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2222/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), G.Abbasov, E.Hüsey nov) üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilərək Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(025)-33/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(205)-20/2011 saylı icra vərəqəsi əsasında verilmiş Qəbələ rayonu Nic qəsəbəsində 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair 27.08.2011-ci il tarixli, 11-666 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə y uxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə istinad etdiyi qanunları düzgün təfsir etməmiş və qətnamədə işə aid olmayan qanunları tətbiq etmişdir. Mövcud qətnamədə əsaslı şübhəyə yer veriləcək hallar vardır. Nəticədə apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaların tələblərini pozmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2(107)-2222/2018 saylı qətnaməsinin ləğv edilməsini və təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kol legiyasının iclasında iddiaçının vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edil məli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiya sı məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 35-39, 39.3.3, 41.2, 41.3, 41.4, 41.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211, 319.2, 319.4, 319.5, 415.2, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 7, 8-ci maddələrinə istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli qət naməsi əsasında verilmiş icra sənədi Cavabdeh2 icraatına daxil olaraq Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-nə sifariş verilmişdir. Cavabdeh1 MMC-nin 27.08.2011-ci il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, sözügedən fərdi yaşayış evi 17000 (on yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə digər nəticəsindən görünür ki, mübahisəsi gedən evin hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə İddiaçı xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndər ilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının göstərdiklləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus, onun tərəfindən ipotekaya qoyulmuş Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan f ərdi yaşayış evi üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilən puldan X4 12153 manat əsas borc, 5883,44 manat məbləğində gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla, cəmi 18036,44 manat məbləğində pulun iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və müvafiq icra vərəqəsi verilmiş, icra sənədi Cavabdeh2 icraatına daxil olaraq müvafiq icra prosedurlarına başlanılmış və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətləndirilməsi üçün Cavabdeh1 MMC-nə sifariş verilmişdir. Cavabdeh1 MMC-nin iş materiallarında olan 27.08.2011-ci il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” dan görünür ki, sözügedən fərdi yaşayış evi 17000 (on yeddi min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı Cavabdeh1 MMC-nin fərdi yaşayış evinə dair 27.08.2011-ci il tarixli, 11666 saylı əmlakın qiymətləndirilməsinin nəticələrini mübahisələndirmiş və tələbinin əsası kimi “Cavabdeh1-N” MMC tərəfindən evinin ilkin satış qiymətinin 17000 manat müəyyən edilməsi reallığı əks etdirməməsini, bu səbəbdən ipoteka predmetinin yenidən qiymətləndirilməli olması təşkil etmişdir. İşin materiallarından görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə m əhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuş, həmin qurumun verdiyi 23.12.2016-cı il tarixli, 479 saylı rəydə isə İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.46 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 45 000 (qırx beş min) manat olduğu göstərilmişdir. Həmçinin işin materiallarından görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin 2011-ci ilin avqust ayına olan bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olun muş, həmin qurumun verdiyi 02.06.2017-ci il tarixli, 214 saylı rəyə əsasən İddiaçı məxsus Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin 0.46 ha torpaq sahəsi ilə birlikdə 2011-ci ilin avqust ayına olan bazar qiymətinin 42 000 (qırx iki min) manat olduğu göstərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun -41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211-ci maddəsinə əsasən mülkiyyə t hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlak məcburi qaydada qiymətləndirilir. Həmin Qanunun 15-ci maddəsinə görə qiymətləndirmə standartları, normaları və peşəka r qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hüquq normalarını rəhbər tutaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli) mövcud olduğu halda birinci intansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməsi qənaətinə gəlməklə yanaşı qətnaməsində Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsinə istinad etsə də, işin bu halına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, sözügedən qətnamədən göründüyü kimi İddiaçı cavabdehlər “Əmlak İxtisaslaşdırılmış Hərrac M əhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2yə, müstəqil tələb irəli nəyən üçüncü şəxslər X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbinə dair işə baxılmış və iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəyə gələrkən Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsinin qanuni qüvvəsini alıb-almamasını yoxlamadan sözügedən qətnamə qəbul edildikdən halhazıradək iddianın təmin edilməsi üçün yeni bir hüquqi əsas müəyyən edilməməsinə dair qənaəti ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəsini almış Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsinə, hərrac vaxtı evin qiymətləndirilməsi barədə rəyə və “xxxx” MMC-nin keçirdiyi hərraca istinad etsə də, nəzərə almamışdır ki, hərracın nəticələri iddiaçı tərəfindən mübahisələndirilmiş və işin materiallarından görünür ki, iki dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarları ilə apellyasiya instansiyası məhkəməsinin qətnamələri ləğv edilərək iş yeni baxışlara qaytarılmışdır. Yəni, hərracın nəticələri barədə məhkəmə işi üzrə mübahisə hələ başa çatmamışdır. Apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə tətbiq etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur Qanunun 35-39-cu mad dələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra naqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43 və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə qeyd olunmuşdur ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidi r. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən, ipoteka ilə.əmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. “İpoteka haqqında” Qanunun 41.4-cü maddəsinə görə də, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən slunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka eoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən normalara istinadən iddiaçının “ona məxsus fərdi yaşayış evinin hərracda satılmasına dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və 26 yanvar 2012-ci tarixli, *********saylı Protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə hüquqi qiymət verərkən nəzərə almamışdır ki, iş üzrə belə bir tələb olmamışdır. Tələb yalnız Qəbələ Rayon Məhkəməsinin 03 mart 2011-ci il tarixli, 2(205)-20/2011 saylı icra vərəqəsi əsasında verilmiş Qəbələ rayonu Nic qəsəbəsində 0,46 ha torpaq s ahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair 27.08.2011-ci il tarixli, 11-666 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi barədə olmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, ipoteka predmetinə dair hərracın Cavabdeh1 MMC-nin “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 27 avqust 2011-ci il tarixli hesabında göstərilən qiymətə əsasən aparılmasına, həmin hesabatda fərdi yaşayış evinin yerləşdiyi 0,46 ha torpaq sahəsinə ümumiyyətlə qiymət qoyulmamasına, fərdi yaşayış evinə qoyulm uş 17.000 manat ilkin satış qiymətinin isə açıq-aşkar ipoteka predmetinin real bazar qiymətinə tərs mütənasib olmasına, rəydə evin yerləşdiyi torpaq sahəsinin qiymətləndirilməsi barədə hər hansı məlumat olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi də iddiaçının mülkiyyəti kimi ipotekaya qoyulmuş və o evinin və onun yerləşdiyi torpaq sahəsinin qiymətinin həyətində olan fındıq torpaqları da nəzərə alınmaqla xeyli olmasını mübahisələndirir. Məhkəmə kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin ümumiyyətlə göstərilməməsinə, sonradan ipoteka pr edmetinə müstəqil qiymətləndiricilərin, yəni Cavabdeh1 MMC-nin 27 avqust 2011-ci il tarixli rəyi ilə 17.000 manat, “xxxx” MMC-nin 23 dekabr 2016-cı il tarixli rəyi ilə 45.000 manat, həmin Cəmiyyətin 02 iyun 2017-ci il tarixli rəyi ilə 42.000 manat qiymət qoyulmasına əhəmiyyət vermədən, həmin rəyləri məhkəmədə tədqiq edilən digər sübutlarla yanaşı qiymətləndirmədən iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməməsinə dair səhv hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkə mənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qət naməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmiş, nəticələri işin faktiki hallarına uyğun olmamış, qanun normaları düzgün tərbiq və təfsir edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məh kəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddəl ərinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar