Məhkəmə qərarları › İş №2(102)-7665/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7665/2019

24.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7665/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1883/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) 07 noyabr 2018-ci il tar ixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 MMC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası q ismən təmin edilmiş, əldən çıxmış faydanın əvəzi olaraq 35820 manat, etibarnamə əsasında Cavabdeh1 MMC-yə verilmiş “BMW X5 minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq 22000 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmiş, İddiaçı iddiası qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “BMW X-5 minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra - avt omobil) dəyərini təşkil edən 26000 manat məbləğində pulun, avtomobilin MMC-yə verildiyi 05.10.2017ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi çıxan günədək olan müddət üçün hər günə 90 manat hesablanmaqla əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 150000 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xərçəng xəstəsi olan anası (iş üzrə üçüncü şəxs) Gülsabah Əkbərovanın müalicəsinə çoxlu pul lazım olduğundan onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki 7 nömrəli evin 32 nömrəli mənzilini 25.09.2017-ci il tarixdə sataraq “BMW X-5 minik” markalı avtomobili almışdır. Avtomobilin alınmasında məqsəd avtomobili icarəyə verməklə pul qazanı b anasının müalicəsinə sərf etmək olmuşdur. Mübahisəli avtomobil 27.09.2018-ci il tarixdə iddiaçının adına alınmışdır. İddiaçı avtomobili 15.02.2018-ci il tarixli etibarnamə əsasında cavabdeh MMC-yə saz vəziyyətdə 3 ay müddətinə kirayəyə vermişdir. Belə ki, cavabdeh MMC avtomobillərin kirayəsi ilə məşğul olurdu. Aralarında olan şifahi razılığa əsasən cavabdeh MMC gündəlik olaraq iddiaçıya 90 manat məbləğində kirayə haqqı ödəməli idi. MMC tərəfindən pulun ödəniləcəyi bildirilsə də, iddiaçıya hər hansı bir məbləğdə pul ödənilməmişdir. İcarə müddəti başa çatdıqda iddiaçı, avtomobili geri almaq istədikdə MMC-nin direktoru X8 ona bildirmişdir ki, o, avtomobili 23.10.2017-ci il tarixli 94 nömrəli müqaviləyə və “Akta” əsasən 2 gün müddətinə Cavabdeh2 icarəyə vermiş, lakin hazırda Namiqin və avtom obilin harada olduğunu bilmir, bu səbəbdən də ona icarə haqqı ödəməyəcək, avtomobili özü axtarıb tapmalıdır. Göründüyü kimi, cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçıya və xəstə anasına maddi və mənəvi ziyan vuran məhz cavabdeh MMC olduğundan iddia tələbi yalnız ona qarşı olmalı və vurulmuş ziyanı MMC ödəməlidir. Cavabdeh MMC avtomobili özü istifadə etməmiş, etibarnamə üzrə səlahiyyətlərini və avtomobili Cavabdeh2 icarəyə vermiş, bu barədə ona bildirməmiş, mənafelərini qorumamışdır. MMC avtomobildən istifadəyə görə iddiaçıya gündəlik olaraq 90 manat pul ödəməli idi. Bu səbəbdən avtomobilin cavabdeh MMC-yə verildiyi tarixdən - 05.10.2017-ci il tarixdən qətnamə çıxan günə kimi olan müddətə hər gün üçün 90 manat hesablanmaqla əldən çıxmış faydanın əvəzi MMC tərəfindən id diaçıya ödənilməlidir. Bundan başqa, MMC mübahisəli avtomobili iddiaçıya qaytarmamış, avtomobilə maddi ziyan vurmuşdur. Hal-hazırda avtomobilin yeri də bəlli deyil. Buna görə də, avtomobilin qiymətini təşkil edən 26000 manat məbləğində pul da MMC tərəfindən ona ödənilməlidir. İddiaçının anasının mənzili ona görə satıldı ki, avtomobil alıb, kirayə versinlər və gəlir əldə edərək anasının müalicə xərclərini ödəsinlər, lazımi iynə-dərmanı almağa pulları olsun. Lakin MMC-nin təqsirinə görə avtomobili itirdilər, gündəlik 90 manat qazancdan məhrum oldular. Bu səbəbdən anasının müalicəsi yarımçıq qaldı, xəstəliyi ağırlaşdı. Cavabdeh MMCnin bu hərəkəti nəticəsində həm iddiaçı, həm də onun anası mənəvi sarsıntı və iztirab keçirmişlər. MMC-nin ona vurduğu mənəvi zərərin əvəzini 150000 manat məbləğind ə qiymətləndirir. İş üzrə müstəqil tələb irəli sürən Gülsabah Əkbərova da, cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 150000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları İddiaçı iddiasının əsasları ilə eynilik təşkil edən bu iddia ərizəsində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona da mənəvi ziyan dəymişdir və bu ziyanın əvəzi 150000 manat təşkil edir. Cavabdeh MMC-nin hər iki iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, hazırki tələblər üzrə əsl Cavabdeh2dur. Belə ki, iddiaçının verdiyi etibarnamə əsasında MMC-yə müvafiq avtomobili başqa şəxslərin müvəqqəti istifadəsinə verməyi etiba r etmişdir. MMC avtomobili Cavabdeh2 icarəsinə vermiş, təhvil verdikdən sonra isə avtomobil oğurlanmışdır. “İcarə müqaviləsinə” əsasən, avtomobilə görə məsuliyyəti icarə müddətində Cavabdeh2 daşıyır. Odur ki, hazırki iddialara cavab verməli olan şəxs MMC deyil, Cavabdeh2dur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı ilə cavabde h arasında yaranmış hüquq münasibətləri etibarnamə ilə tənzimlənmişdir və həmin etibarnaməyə əsasən iddiaçı (etibar edən) mübahisə predmeti olan avtomobil üzərində sərəncam verməyi cavabdehə etibar etmişdir. Həmin etibarnamə əsasında əldə etmiş olduğu hüquqlardan istifadə edərək Cavabdeh1 MMC mübahisə predmeti olan avtomobili 23 oktyabr 2017-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh2 icarəyə vermişdir. İcarə müqaviləsinin 4.5.2-ci maddəsinə əsasən icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobilin təhlükəsizliyi, avtomobilin oğurlanması və s. hallar üçün cavabdehlik və məsuliyyət daşıyır. Bu barədə həmçinin təhvil-təslim aktı da tərtib edilmişdir. Bu baxımdan Cavabdeh1 MMC hər hansı bir hüquq pozuntusu törətməmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranmasının 4 əsası nəzərdə tutulmuşdur. Zərər vurma, əsassız varlanma, müsabiqədən irəli gələn öhdəliklər və müqavilə. Bu dörd əsaslardan heç biri mövcud olmadığına görə Cavabdeh1 MMC-nin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan mümkün deyildir. Qətnamədə öhdəliyin yaranması əsası barədə aydın şəkildə ziddiyyət mövcuddur.Belə ki, qətnamənin əsaslandırın hissəsində gah iddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətləri müqavilə öhdəliyi kimi göstərilir, gah da həmin münasibətlər zərər vurmaqdan irəli gələn öhdəlik kimi göstərilir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəliyi mövcud olmamışdır. Zərər vurmaqdan əmələ gələn öhdəliyin yaranması üçün isə mütləq təqsirli əməl mövcud olmalıdır. İddiaçının vermiş olduğu etibarnamə əsa sında mübahisə predmeti olan avtomobilin 3-cü şəxsə icarəyə verilməsi isə qanunvericilik baxımından təqsirli əməl hesab edilə bilməz.Bütün bu hallar məhkəmənin sorğusuna əsasən Səbail rayon Polis İdarəsi tərəfindən göndərilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsihaqqında qərar və həmin qərara əlavə olunmuş sənədlərlə də tam təsdiqini tapır. Qeyd edilən cinayət işinin materiallarından görünür ki, hazırki iş üzrə İddiaçı şikayət ərizəsi əsasında Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 170060616№li cinayət işi üzrə ibtidai istintaq aparılır. Hazırki iddianın predmeti olan İddiaçı mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh1 MMC nəqliyyat vasitələrinin məntəqəsinə icarəyə verdiyi “BMW-X5” markalı **-TB-*** nömrə nişanlı avtomobil X9 tərəfindən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakı ələ keçirmək məqsədi ilə 25 oktyabr 2017-ci il tarixdə ünvan 1 ünvanda Cavabdeh1 MMC nəqliyyat vasitələrinin məntəqəsindən Cavabdeh2 vasitəsilə ələ keçirərək zərərçəkmiş İddiaçı 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs kimi məhz hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı tanınmışdır. X9 təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir.Beləliklə də hazırki iş üzrə iddiaçıya dəymiş zərərin qeyd edilən cinayət işi üzrə təqsirləndirilən şəxs X4 tələb etmək hüququ yaranmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi bütün bu halları nəzərə almamış, qeyd edilənlərə heç bir hüquqi qiymət ver məmişdir.İddiaçı ilkin olaraq Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etsə də, sonradan bilərəkdən qərəzli olaraq təqsirləndirilən şəxs X5 gizlənərək ona dəymiş zərəri ödəməkdən boyun qaçırdığına görə nəyin bahasına olursa olsun qeyd olunan pul vəsaitinin Cavabdeh1 MMC-dən tutulmasına nail olmuşdur. Halbu ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında heç bir müqavilə öhdəliyi mövcud olmamış, ona görə də Cavabdeh1 MMC iddiaçıya dəymiş zərərə görə cavab verməli olan şəxs ola bilməz. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, «cavabdeh tərəf nə Rayon Məhkəməsində işə baxılan zaman, nə də apellyasiya baxışı zamanı avtomobildən istifadəyə görə iddiaçıya hər gün üçün 90 manat məbləğində pul ödəməli olması barədə öhdəlik götürdüyü faktını inkar etməmişdir.» Bunun la əlaqədar qeyd etmək lazımdır ki, məhkəmənin bu nəticəyə gəlməsi tam əsassızdır. İşin faktiki halı isə ondan ibarətdir ki, onlarla hər gün üçün 90 manat iddiaçıya ödənilməsi barədə hər hansı razılaşma mövcud olmamış, ümumiyyətlə bu halla bağlı məhkəmə heç bir araşdırma aparmamışdır. Əvvəldən cavabdeh tərəf göstərmişdir ki. iddiaçının iddia ərizəsində göstərdiyi hal həqiqəti əks etdirmir, absurddur. MMC avtomaşının hər gün icarəyə verilib-verilməməsini bilmədən üzərinə hər gün üçün iddiaçıya 90 manat məbləğində pul vəsaiti verilməsi barədə öhdəlik götürə bilməzdi. Avtomobil etibarnamə əsasında xxxx MMC-yə verilsə də şifahi razılaşmaya əsasən faktiki olaraq iddiaçı avtomobili yalnız müştəri olanda gətirib həmin şəxsə özü təhvil verirdi. Məhz Cavabdeh2 da mübahisə predmeti olan avtomobil İd diaçı və onun tanışı Anar Hüseynquliyev tərəfindən təqdim edilmişdir. İcarə müqaviləsi isə müştəri ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Təhvil-təslim aktında da təhvil verən şəxs kimi məhz Anar Hüseynquliyev qeyd edilmişdir. Bu faktı Anar Hüseynquliyevlə yanaşı Həsən Əzizov, İbad islamlı, Raqif Əzizov, Namiq Baxışov təsdiq edə bilərlər. Lakin məhkəmə bu halları araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh MMC-nin vəkilinin iza hatını dinləyib dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 iyun 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 MMC-dən 35820 manat əldən çıxmış faydanın tutulması hissədə dəyişdirilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək əldən çıxmış fayda qismində tutulacaq pulun məbləği 8100 manat, cavabdeh MMC-dən tutulacaq ümumi məbləğ 31100 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,05.10.2017-ci il tarixli etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan “BMW-X5” markalı **TB-*** nömrə nişanlı avtomobil dən müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsini Cavabdeh1 MMC-yə etibar etmişdir. Cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.10.2017-ci il tarixli “xxxx” görünür ki, cavabdeh MMC mübahisəli avtomobili Cavabdeh2 icarəsinə vermişdir. İş materiallarına əlavə edilmiş “Təhvil-təslim aktından” görünür ki, mübahisəli avtomobil 23.10.2017-ci il tarixdə, saat 18:20 radələrində MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 19.07.2018-ci il tarixli məktubundan görünür ki, X9 tərəfindən 25.10.2017-ci il tarixdə iddaçının mülkiyyətində olan avtomobilin talama məqsədi olmadan həyata keçirilməsi faktına görə 15.12.2017-ci il tarixdə Nərimanov Rayon Pol is İdarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı həmin avtomobili etibarnamə əsasında cavabdeh MMC-nin müvəqqəti istifadəsinə vermiş, cavabdeh MMC isə avtomobildən istifadəyə görə hər gün üçün iddiaçıya 90 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə cavabdeh MMC-nin belə bir öhdəlik götürməsini ona görə işin mübahisəsiz halı hesab etmişdir ki, cavabdeh tərəf nə birinci instansiya məhkəməsi işə baxılan zaman, nə də apellyasiya baxışı zamanı avtomobildən istifadəyə görə iddiaçıya hər gün üçün 90 manat məbləğində pul ödəməli olması barədə öhdəlik götürdü yü faktını inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.8-ci maddəsinə görə, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Hazırda iddiaçı cavabdeh MMC tərəfindən ona hər hansı bir məbləğdə pul ödənilmədiyini iddia edərək avtomobilin MMC-nin istifadəsinə verildiyi tarixdən (05.10.2017-ci il) birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə kimi hər gün üçün 90 manat hesablanmaqla müəyyən edilən icarə haqqının, avtomobilin qaytarılmasının qeyrimümkün olduğu aşkar olduğundan onun dəyərini təşkil edən 26000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulmasını tələb edir. İddianı rədd edən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh2 arasında bağlanmış “İcarə m üqaviləsinin 4.5.2-ci maddəsindən görünür ki, “İcarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində....avtomobilin təhlükəsizliyi..., avtomobilin oğurlanması...və s. hallar üçün cavabdehlik və məsuliyyət daşıyır”. 25.10.2017-ci il tarixdə avtomobil hazırda axtarışda olan X9 tərəfindən qaçırılmışdır. Buna dair müvafiq maddə ilə cinayət işi başlanmışdır. Mülki qanunvericiliyə görə, öhdəliyin əmələ gəlməsinin üç əsası nəzərdə tutulmuşdur: zərər vurulma, əsassız varlanma və ya müqavilə. Göründüyü kimi, sadalanan hallardan heç biri MMC-nin iddiaçı qarşısında öhdəlik yaradan əsas kimi qəbul edilə bilməz. Belə ki, MMC iddiaçının verdiyi etibarnamə əsasında qanuni olaraq, avtomobili Cavabdeh2 icarəsinə vermişdir. Həmin müqavilədə yuxarıda qeyd edildi yi kimi, avtomobilin təhlükəsizliyi üçün məsuliyyəti icarəyə götürənin daşıdığı göstərilmişdir. Göründüyü kimi, MMC-dən fərqli olaraq, Cavabdeh2 bağlanmış “İcarə müqaviləsi” əsasında iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Buna baxmayaraq iddiaçı Cavabdeh2 cavabdehlikdən çıxardığından məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli avtomobili etibarnamə əsasında idarə edən MMC iddiaçı qarşısında üzərinə hər gün üçün 90 manat məbləğində pul ödəmək öhdəliyi götürmüşdür. Avtomobil MMC-nin istifadəsinə keçdiyi andan onun bütövlüyünün təmin olunması öhdəliyi MMC-nin üzərinə düşür və bu hissədə iddiaçı heç bir məsuliyyət daşımır. Lakin cavabdeh MMC avtomobilin başqa şəx sə icarəyə verilməsini əsas gətirməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyini icra etməkdən boyun qaçırır. Halbuki iddiaçı ilə avtomobilə görə hər gün 90 manat məbləğində pul ödənilməsi barədə hər hansı bir şəxs deyil, məhz MMC razılığa gəlmişdir. Cavabdeh2 adlı şəxslə isə iddiaçı arasında heç bir razılıq olmamış, Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Belə olan halda, MMCnin məsuliyyətdən azad olunması hüquqdan sui-istifadəyə gətirib çıxarır və bu hal yolverilməzdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcə llənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, MMC iddiaçı qarşısında mövcud olan öhdəliyini icra etməli və avtomobildən istifadəyə görə razılaşdırılmış haqqı iddiaçıya ödəməlidir. Yəni əldən çıxmış faydaya görə, 05.10.2017-ci il tarixdən 07.11.2018-ci il (Birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarix) tarixə qədər hər gün üçün 90 manat hesablanmaqla, cəmi (398 gün x 90 manat =) 35820 manat məbləğində pul MMC-dən tutularaq id diaçıya ödənilməlidir. Mübahisəli avtomobilin dəyərinin iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 365.2-ci maddəsinə görə, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Qeyd olunan maddi hüquq normasının tələbindən çıxış edən məhkəmə hesab etmişdir ki, mülkiyyətində olan avtomobilin geri qaytarılmasını tələb etmək iddiaçının hüququdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanın an və qorunan hüququdur. Hazırda avtomobilin fiziki olaraq iddiaçıya qaytarılması mümkün olmadığından, o, həmin avtomobilin dəyərini təşkil edən 26000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv həllinin təmin edilməsi üçün avtomobilin qiymətləndirilməsini zəruri hesab etmiş və 01.03.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən Məhkəməyə təqdim edilmiş 29.05.2019-cu il tarixli ekspert rəyindən görünür ki, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı olan mübahisəli avtomobilin nəzəri orta bazar qiyməti təxmin ən 22000 manat müəyyən olunur. İş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altında qoyan hər hansı bir xüsusatın olmadığını nəzərə alan apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, mübahisəli avtomobilin hal-hazırda orta bazar qiyməti 22000 manat təşkil etdiyindən, həmin məbləğdə pul cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdeh MMC-nin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztiraba məruz qaldığını bəyan edərək ona dəymiş mənəvi zərərin əvəzinin də cavabdeh MMC-də tutulmasını tələb edərək ona vurulmuş mənəvi zərəri 150000 manat məbləğində qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin bu hissəsinə münasibətdə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tət biqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində b aş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdeh MMC tərəfindən iddiaçının hüquqlarının pozulmasını təsdiq etdiyindən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu MMC-nin hərəkəti nəticəsində gəlirdən məhrum olan iddiaçının mənəvi sarsıntılara məruz qalması inandırıcıdır. Lakin ona dəymiş mənəvi ziyanın əvəzi olaraq iddiaçının müəyyən etdiyi məbləğ ona dəymiş maddi zərərlə müqayisədə tənasübsüz surətdə yüksək olmaqla, işin həqiqi hallarına adekvat deyil. İddiaçıya mənəvi zərər dəyməsi qənaətində olan məhkəmə hesab etmişdir ki, bu zərərin 1000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidi r. Üçüncü şəxsin iddiasının rədd edilməsi üçüncü şəxs tərəfindən mübahsələndirilmədəyindən məhkəmə kollegiyası o hissədə kassasiya qaydaslnda hüquqi qiymətləndirmə aparmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin avtomibilin dəyəri kimi 22000 manat pulun və mənəvi zərər qismində 1000 manat pulun cavabdehdən tutulması hissədə düzgün nəticəyə gəlsə də, məhkəmə əldən çıxmış fayda hissədə işin hallarına düzgün qiymət verməmiş, bu hissədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. İddiaçı əldən çıxmış fayda qismində pul tələb edərkən avtomobilin cavabdeh MMC-yə verildiyi gündən birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxta qədər pulun tutulmasını tələb etmiş, apellyasiya instansiyası məhkəməsi də iddia tələbini bu qaydada təmin ed ərək 35820 manat əldən çıxmış fayda qismində pulun tutulmasını qət etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrknə nəzərə almamışdır ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan avotmobili 3 ay müddətinə cavabehə vermişdir, iddiaçı yalnız həmin dövr üçün gəlir əldə edə bilərdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, razılaşmada nəzərdə tutulmamış dövrlərə görə pulu cavabehdən MMC-dən tələb etməkdə iddiaçı haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddia tələbini tam təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın tutulması hissədə dəyişdirilməli, iddia tələbi həmin hissədə qismən təmin edilərək cavadehdən 3 aylıq müddət üçün hər gün üçün 90 manat, cəmi 8100 manat əldən çıxmış fayda tutulmalıdır. Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən normanın tələblərini pozaraq cavabdehdən tutulmalı olan ümumi pulun məbləğini göstərməmişdir. Ona görə də, cavabdehən tutulacaq ümumi borcun məbləği 31100 manat (22000+8100+1000) müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, icarə müqaviləsinin 4.5.2-ci maddəsinə əsasən icarəyə götürən müqavil ə müddətində yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobilin təhlükəsizliyi, avtomobilin oğurlanması və s. hallar üçün cavabdehlik və məsuliyyət daşıyır. Bu barədə həmçinin təhvil-təslim aktı da tərtib edilmişdir. Bu baxımdan Cavabdeh1 MMC hər hansı bir hüquq pozuntusu törətməmişdir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı avtomobili cavabdeh MMC-yə verdiyi andan avtomobillə bağlı bütün risklər MMC-nin üzərinə düşür. Çünki mübahisəli avtomobil cavabeh MMC-nin etibarnaməli idarəçiliyində olmuş, həmçinin cavabdeh MMC tərəfindən icarə müqavilə əsasında avtomobil 3-cü şəxsə icarəyə verilmişdir. İcarə müqaviləsinin 4.5.2-ci maddəsində icarəyə götürənin müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində av tomobilin təhlükəsizliyi, avtomobilin oğurlanması və s. hallar üçün cavabdehlik və məsuliyyət daşıması cavabdeh MMC ilə avtomobili icarəyə götürən üçüncü şəxs arasında yaranmış münasibətləri tənzimləyir və avtomobili icarəyə götürənin MMC qarşısında öhdəliyini və vəzifələrin müəyyən edir. Bu hal MMC-nin mülkiyyətçi qarşısında avtmobilin risklərdən və təhlükələrdən qorunması üçün məsuliyyət daşımasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Cavabdeh kassasiya şikayətində tərəflər arasında öhdəliyin yaranması üçün hər hansı bir əsasın mövcud olmadığını qeyd etmişdir. İşin halları ilə iddiaçının mülkiyyətində olan avtomobilin cavabdeh MMC-yə etibarnamə ilə 3 aylıq müddətinə verməsi mübahisəsizdir. Tərəflər arasında icarə müqaviləsi bağlanmasa da, onların faktiki münasibətləri avtomobili n icarəyə verilməsi ilə bağlı yaranmışdır. Cavabdeh MMC iddiaçının mülkiyyətində olan əmlakı qəbul edərək aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüş, həmçinin mübahisəli avtomobili bağladığı icarə müqaviləsi əsasında 3-cü şəxsə vermişdir. Bu halı cavabdeh MMC də inkar etməmiş, əksini sübut edəcək dəlil və ya arqument irəli sürməmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda, ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Mülki Məcəllənin 387.2-ci maddəsi). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqd i pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilə bağlanan zaman tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.4, 324.5-ci maddələri). Beləliklə, qanunun qeyd olunmuş normasının mənasına və Konstitusiya Məhkəməsinin Plenumunun qərarında verilmiş şərhə əsasən, yalan əqdlər tərəflərin həmin əqdi bağlayarkən əsli ndə nəzərdə tutduqları əqdə aid olan bütün sübutetmə vasitələrindən istifadə edilməklə təsdiq oluna bilərlər. Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 683-cü maddəsinin tələbinə görə kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artı q yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə m üqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobili cavabdehə icarəyə verməsi, öz növbəsində cavabdehin də həmin avtomobili başqa şəxsə icarəyə verib gəlir əldə etməsi, bundan sonra sonuncu şəxsin avtomobilə ziyan vurması kimi işin həqiqi halları ilə müəyyən olunmuş, tərəflərin izahatları və işin digər halları ilə etibarnamənin əslində aralarında olan müqavilə hüquq münasibəti üzrə verilməsi müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayətində Cavabdeh2 barəsində olan cinayət işi üzrə iddiaçının zərərçəkmiş şəxs kimi tanınmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin mülkiyyətçisi olan iddiaçının cinayət işində zərərçəkmiş şəxs qismində tanınması onun avtomobilin dəyərini və pul tələbini cavabdeh MMC-dən tələb etməsini istisna edən hal deyil. Hazırki işdə münasibətlər iddiaçı və cavabdeh MMC arasında yaranmış, iddiaçı da tələbini cavabdeh qismində Cavabdeh1 MMC-yə qarşı irəli sürməkdə haqlı olmuşdur. Əlavə olaraq MMC özü də cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması haqda ərizə verə və mülki iddia irəli sürə bilər. Cavabdeh kassasiya şikayətində id diaçı ilə aralarında hər gün üçün iddiaçıya 90 manat məbləğində pul vəsaiti verilməsi barədə hər hansı bir razılığın olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Çünki işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəmələrində baxılan zaman cavabdeh bu faktı inkar etməmiş, məhkəmə iclaslarında bu barədə hər hansı bir izahat verməmişdir. Ancaq apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən və qətnaməyə əsasən cavabdeh MMC-dən hər gün üçün razılaşdırılmış 90 manat pulun hesablanıb tutulması qət edildikdən sonra, MMC protokola qeydlər verərək nümayəndənin hər gün üçün 90 manat icarə haqqı verilməsi üçün öhdəlik götürmədiyi barədə izahat verdiyini bildirmiş, lakin qeydlər əsasız olduğundan apellyasiya in stansiyası məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin bu etitrazını əsaslı hesab etmir. Çünki iddiaçı iddia tələbində, iddia ərizəsinə verdiyi əlavə ərizəsində, məhkəmə iclaslarında verdiyi izahatlarında əldən çıxmış fayda qismində pul tələb etmiş, cavadeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bu faktla bağlı şifahi və ya yazılı etiraz irəli sürməmiş, eyni ilə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də bu halı mübahisləndirməmişdir. Cavabdehin kassasiya çikayətində qeyd etdiyi digər hallar, yəni avtomobilin MMC tərəfindən müştəri tapılandan sonra iddiaçının özü tərəfindən MMC-yə verilməsi barədə göstərdikləri dəlillər formal mülahizələr olmaqla işin halları ilə təsdiq edilməmiş, cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1883/2019 nömrəli iş üzrə 28 iyun 20 19-cu il tarixli qətnaməsi Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə 35820 manat əldən çıxmış faydanın tutulması hissədə dəyişdirilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin və Cavabdeh1 MMC-dən əldən çıxmış fayda qismində tutulacaq pulun məbləği 8100 manat, tutulacaq ümumi məbləğ 31100 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar