Məhkəmə qərarları › İş №2(102)-767/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-767/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-767/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Kompani MMC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4951/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Kompani MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxxx” Kompani MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqaviləsi ilə, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasında, 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı, mənzil № 2 «Alıcı»-ya təhvil verilir. Alıcı yuxarıda göstərilən mənzilin hər kv.m üçün 600 manat Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 93 360 manat təşkil edir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı oğlunun cavabdehlər Cavabdeh MMC, X2, X4 və X1 qarşı cavabdeh Adilağa Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməklə, cavabdeh X2 tərəfindən sonradan zəbt olunmuş ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasın ın, 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv metr olan 3 otaqlı 2 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin istifadəsinə və təmirinə olan maneəçiliklərin cavabdehlər tərəfindən aradan qaldırılması, Cavabdeh MMC ilə cavabdeh X4 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin və cavabdeh X2 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 144 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi, üçüncü şəxs Aynur Feyziyevanın iddiasının təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilinə dair “xxxx” Kompani MMC ilə İddiaçı arasında xx xxxx 2009cu il tarixdə bağlanmış 2 saylı müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzil üzərində Yusifova (Feyziyeva) Aynur Ələddin qızının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 386,65 (üç yüz səksən altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCdən öz xeyrinə xx xxxx 2009-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış evinin 3 saylı binanın, 3-cü mərtəbəsində yer ləşən, ümumi sahəsi 155.6 kv.m olan, 3 otaqdan ibarət 2 saylı mənzilə görə ödənilmiş 93.360, keçən 10 il ərzində illik 5%lə hesablanmış 46.680 manat zərər, əldən çıxmış fayda 200.000 manat, vurulmuş mənəvi zərər 100.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh MM 2008-ci il tarixdə X4 ilə, xx xxxx 2009ci il tarixdə İddiaçı oğlu ilə, xx xxxx 2010-cu il tarixdə X2 ilə müqavilələr bağlanmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən mənzilin tam dəyəri ödənilmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən iddiaçıya mənzilin tam dəyərinin onlar tərəfindən ödənilməsi barədə maliyyə arayışları verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilə dair müqavilə ilk dəfə lə bağlanmış və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. həmin mənzilin qızı Aynur Feyziyevanın adına rəsmiləşdirilməsi barədə MMC-yə müraciət etdikdən sonra mənzilə dair MMC ilə Aynur Feyziyeva arasında xx xxxx 2010-cu il tarixdə müqavilə bağlanmışdır. MMC tərəfindən A.Feyziycvaya mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Mübahisəli mənzilə dair İddiaçı ilə xx xxxx 2009-cu il tarixdə müqavilə bağlanıb mənzilin tam dəyəri onun tərəfindən ödənilsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilə in iradəsinə uyğun olmadan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 4 21, 423, 430, 452-ci maddələrinin tələblərinin pozulması ilə bağlandığından həmin müqavilənin Mülki Məcəllənin 337.1-ci maddinə əsasən etibarsız sayılması qanuni və əsaslı olmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən mübahisəli mənzilə dair müqavilə bağlanarkən MMC-yə 93.360 manat məbləğində pul ödənilmişdir. İddiaçı ilə müqavilənin bağlandığı 2009-cu ildən manatın dəyəri aşağı düşməklə ödənilmiş pul məbləğinin indeksasiya olunmaqla ödənilməsinin tələb edilməsi imkanını nəzərə alaraq, kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə əqdin etibarsızlığı ilə əlaqədar tərəflərin əvvəlki vəziyyətə qaytarılması iddiaçının maraqları baxımından məqsədəmüvafiq deyildir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar ayrıca icraatda idd ia qaldırmaqla pozulmuş hüquqlarının müdafiəsini tələb edə bilməsi hüququ izah edilmişdir.

5. Cavabdeh MMC-nin rəhbəri Adilağa Hüseynov birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, şirkət 2011-ci ildə məhkəmə qərarı ilə müflis elan olmuşdur. İddiaçı müqaviləsi ilə bağlı isə ümumiyyətlə onlarda məlumat olmayıb və sənədlərdə onun müqaviləsi, adı ilə bağlı heç bir iz yoxdur. Ehtimal ki, müqavilə 2009-2011-ci il tarixlərində səlahiyyətli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etdiyi dövrlər də bağlanmışdır. Auditor Xidmətinin aktında da İddiaçı adı yoxdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-3165/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” Kompani MMC-dən 93360 manat mənzilə görə ödənilmiş pulun və 10 il ərzində illik 5%-lə hesablanmış 46.680 manat zərərin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin mənzil İddiaçı təhvil verilməmişdir. Qeyd edilən halda mübahisənin həll edilməsi üçün İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmış və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilk müqavilə lə bağlanılmış və mənzilin dəyəri ilk onun tərəfindən ödənilmişdir. Bu səbəbdən İddiaçı iddia tələbi rədd edilmişdir.Belə olan halda, iddiaçının etibarsız sayılmış əqd üzrə ödədiyi pulu və düşdüyü zərəri geri tələb etməsi əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), V.Ağayev və E.Həsənov) xx xxxx 2020-ci il tarixli, 2(103)-4951/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 10. “xxxx” Kompani MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən pul tutulması üçün ilk növbədə həmin pulun iddiaçı tərəfindən cavabdeh ə ödənildiyi sübut edilməlidir. ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində ümumi sahəsi 155.6 kv.m.-dən ibarət olan 3 otaqlı, 2 saylı mənzilə dair müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən 93 360 manat məbləğində pul ‘xxxx” MMC-yə ödənilməli olduğu halda ödənilməmişdir. Pul məbləği “xxxx” MMC-nin direktoru Məzahir Cəfərova və Sahib İbrahimova ödənilmişdir. Ona görə də pul məbləği həmin şəxslərdən tələb edilməlidir. Müqavilə formal olaraq imzalanmış, müqaviləyə uyğun hüquqi nəticələr yaratmamışdır. Elə bu əsasla da Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Etibarsız hesab edilmiş müqavilə üzrə ödənilməyən pulun tələb edilməsi əsassız və qanunsuzdur. Həmçinin məhkəmə əsassız olaraq ondan 10 ilə g örə illik 5% hesablanmaqla 46.680 manat məbləğində zərərin tutulmasını qət etmişdir. Qeyd edir ki, ödənilməyən pula görə zərərin hesablanması əsassızdır. Bundan əlavə iş materiallarında da göründüyü kimi, “xxxx” MMC ilə iddiaçı X3 arasında xx xxxx 2009-cu il tarixdə müqavilə bağlanmışdır. Lakin İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2019-cu il tarixində, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Beləliklə, hazırkı iddia tələbi iddia müddətinın axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni iddia müddət ötürüldüyündən rədd edilməlidir. Keçən müddət ərzində iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməmiş və bununla da müddəti ötürmüşdür. İddiaçı iddia edir ki, guya MMC-yə müqavilə üzrə ödəni ş edib. Əvvəla iddiaçı MMC-yə pul ödəməyib, pulu onu aldadan S.İbrahimova ödəmişdir. Bundan əlavə, müqavilə üzrə pul tələbinə dair iddia müddəti üç ildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərəri n əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda ) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 23. xxxx” Kompani MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilədən görünür ki, satıcı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasında, 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.mdən ibarət olan, 3 otaqlı, mənzil № 2 «Alıcı»-ya təhvil verilir. Alıcı yuxarıda göstərilən mənzilin hər kv.m üçün 600 manat Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 93.360 manat təşkil edir. 24. “xxxx” Kompani MMC-nin maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binası xxxx” Kompani MMC-yə məxsusdur. Bu yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m ibarət olan 3 otaqlı 2 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir.

25. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)11537/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamənin təsviri əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsi ilə İddiaçı oğlunun cavabdehlər Cavabdeh MMC, X2, X4 və X1 qarşı cavabdeh Adilağa Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməklə, cavabdeh X2 tərəf indən sonradan zəbt olunmuş ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv metr olan 3 otaqlı 2 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin istifadəsinə və təmirinə olan maneəçiliklərin cavabdehlər tərəfindən aradan qaldırılması, Cavabdeh MMC ilə cavabdeh X4 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin və cavabdeh X2 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 144 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi, üçüncü şəxs Aynur Feyziyevanın iddiasının təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilinə dair “xxxx” Kompani MMC ilə İddiaçı arasında xx xxxx 2009cu il tarixdə bağlanmış 2 saylı müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzil üzərində Yusifova (Feyziyeva) Aynur Ələddin qızının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 386,65 (üç yüz səksən altı manat altmışbeş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1859/2019 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)11537/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. İşə baxan məh kəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə “xxxx” Kompani MMC arasında ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı mənzili alıcıya təhvil verməli, alıcı isə mənzilin pay dəyərini ödəməlidir. Mülki işin materiallaında olan xxxx” Kompani MMC-nin maliyyə arayışı ilə sübut olunur ki, İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin mənzil İddiaçı təhvil verilməmişdir. Qeyd edilən halda mübahisənin həll edilməsi üçün İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmış və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilk müqavilə lə bağlanılmış və mənzilin dəyəri ilk onun tərəfindən ödənilmişdir. Bu səbəbdən İddiaçı iddia tələbi rədd edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə xxxx” Kompani MMC arasında ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı mənzili alıcıya təhvil verməli, alıcı isə mənzilin pay dəyərini ödəməlidir. Mülki işin materiallaında olan xxxx” Kompani MMC-nin maliyyə arayışı ilə sübut olunur ki, İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir.

29. Kollegiya apellyatorun iddiaçı tərəfindən müqavilədə göstərilən məbləğin ödənilmədiyi barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan xx xxxx 2009-cu il tarixli “Maliyyə Arayışı”ndan görünür ki, ünvan 3 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh həmin məbləğin ödənilmədiyini irəli sürsə də bu barədə heç bir sübut təqdim etməmişdir.

30. Kollegiya Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən qeyd etmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibars ız hesab edildiyinə görə cavabdehdən pul tutulması əsassız deyil.

31. Apellyasiya məhkəməsi cavabdehin iddia müddətinin ötürülməsi dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və iddia müddətinin axımı müqavilənin bağlandığı tarixdən deyil, müqavilə etibarsız hesab edilən tarixdən başlanmışdır.

32. Kassasiya şikayətinin dəlilləri apellasiya şikayəti ilə oxşarlıq təşkil edir və apellyasiya məhkəməsi tərəfindən onlara hüquqi qiymət verilmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassas iya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “xxxx” Kompani MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4951/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar