Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-767/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması, iş üzrə icraata xitam verilməsi əsasları – eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1346/2023 saylı, 2023-cü il 19 dekabr tarixli qərardadından İddiaçı kas sasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, yerdə qalan 8800 manatın və hüquqi xidmət üçün vəkilə ödənilmiş 200 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İş hazırda Balakən rayon Məhkəməsinin icraatındadır
3. Bundan əvvəl iddiaçı cavabdehə və X1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Cavabdeh və Ruslan İbrahimov da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(019)-136/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və Ruslan İbrahimova qarşı cavabdehlərdən ona torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15000 (on beş min) manatın, torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manatın və 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manatın, cəmi 31000 (otuz bir min) manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsinə dair ilk iddiası əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunaraq, İddiaçı Cavabdeh və Ruslan İbrahimovun ümumi birgə mülkiyyətində olan, Balakən ray onu Püştətala kəndində yerləşən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir.
4. Balakən Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(019)-136/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manat, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat, cəmi 17524,94 manat pulun alınaraq İ ddiaçı qızına ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi 5000 (beş min) manat xərcin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rəd edilmiş, qətnamə qalıan hissədə dəyişdirilmədən saxlanmışdır.
6. Qanunu qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində məhkəmə "xxxx" MMC-nin rəyi ilə razılaşaraq 1 ədəd fındıq ağacının real dəyərinin 180 manat təşkil etdiyini qəbul etmiş, çəkilmiş xərcin 19800 manat olmasını qəbul etmişdir. Lakin İddiaçı saldığı fındıq bağına görə iddia tələbini 11000 manat qoyduğu və məhkəmə də iddia tələbindən kənara çıxa bilmədiyi üçün iddia tələbini həmin hissədə təmin edərək 11000 manatın Cavabdeh tutulmasını qət etmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı saldığı fındıq bağının qiymətinin 19800 manat olması müəyyən edilmişdir. Buna görə də yerdə qalan 8800 manat cavabdehdəın tutulmalıdır.
8. Balakən Rayon Məhkəməsinin e-2(019)-574/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zamin Tahirov)
9. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəlləsinin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-c i il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarlarına istinad edərək, hazırki iş üzrə qüvvədə olan məhkəmə aktlarının olmasına əsaslanmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1346/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(019)574/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. (hakimlər Elçin Mehdiyev (mər uzəçi), Mahir Əsədli, Elçin Hüseynov)
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5973/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, cavabdehlərdən ona 1) torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15.000 manatın, 2) torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 manat ın və 3) 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın, cəmi 31.000 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-136/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, iddiaçının cavabdehlərin ümumi birgə mülkiyyətində olan 1.00 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət olunmuşdur. Balakən rayon Məhkəməsinin 19 mart 2020-ci il tаrixli, 2(019)-136/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-65/2021 saylı, xx.xx.2021-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manat, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat, cəmi 17524,94 manat pulun alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən iddiaçı və Cavabdeh kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 5973/2021 saylı Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi qis mən – ilkin iddianın fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş 5000 manat xərcin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul olunmuş, iddia həmin hissədə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Eyni zamanda iddiaçı hazırkı iş üzrə iddia ərizəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə "xxxx" MMC-nin rəyi ilə razılaşaraq 1 ədəd fındıq ağacının real dəyərini 180 manat təşkil etdiyini qəbul edərək çəkilmiş xərcin (110x180=19800) 19800 (on doqquz min səkkiz yüz) manat olduğunu qəbul etmişdir. Lakin İddiaçı saldığı fındıq bağının dəyərinə görə iddia tələbini 11000 (on bir min) manat qoyduğu və məhkəmə də iddia tələbindən kənara çıxa bilmə diyi üçün iddia tələbini həmin hissədə təmin edərək 11000 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı digər tələblərlə yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 110 toma bar verən fındıq ağaclarının dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində iddia tələbi təmin edilmiş və həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır.
15. İddiaçı 03 may 2023-cü il tarixdə yenidən Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ərizəsində Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli mülki işi üzr ə iş materiallarına əlavə edilən "xxxx" MMC-nin rəyində 1 ədəd fındıq ağacının real dəyərinin 180 manat təşkil etdiyini, həmin rəyə əsasən iddia tələbinin 110 toma bar verən fındıq ağacına münasibətdə 11000 manat, yox 19800 manat olduğunu qeyd etmiş, bu səbəbdən həmin 110 toma bar verən fındıq ağacının dəyərinin bir hissəsi olan və Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilməyən 8800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, sonradan verilən qiymətləndirici rəyləri ilə fındıq tomasının dəyərinin neçə manat təşkil etməsinin müəyyən edilməsindən asılı olmayaraq, iddiaçı bundan əvvəl də məhz 110 fındıq tomasının dəyərinin Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Hansı ki, qeyd edilən məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə 110 fındıq tomasının dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qanuni qüvvəsini minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, 1 fındıq tomasının dəyərinin əvvəl tələb etdiyindən daha yüksək olmasına istinad edilməklə aradakı fərqin tələb edilməsi əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığını aradan qaldırmır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, ha belə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
19. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(019)-574/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə xitam verilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 233.3, 261.0.2-ci maddələri və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayəti nin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
22. Şikayət belə əsaslandırlıb ki, çəkilmiş xərclərin iddia edilməyən 8800 (19800 manat -11000 manat) manat hissəsində iddia qaldırmaq hüququnu qanunverici məhdudlaşdırmadığından məhkəmə də məhdudlaşdıra bilməz. Məhkəmə MPM 82.3-cü maddəsini yalnış tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin rəyini, apelliyasiya və kassasiya məhkəmələrinin qətnamələri ilə təsdiq edilmiş zərərin məbləğlərinə düzgün qiymət vermədiyindən, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını yanlış dəyərləndirdiyindən iş üzrə faktiki halları aydınlaşdırmamışdır. Buna görə qərardad ləğv edilib idd ia təmin edilməlidir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqı nda məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilə r. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul ed ilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddia tələbi 110 toma bar verən fındıq ağaclarının dəyəri olaraq qalıq 8800 manatın cavabdehdən alınması barədədir.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının cavabdehə qarşı 110 toma bar verən fındıq ağaclarının dəyəri olaraq 11000 manatın cavabdehdən tutulması barədə iddiası olmuş, həmin iddia təmin edilmişdir. İddiaçının hazırda tələb etdiyi pul vəsaiti də 110 toma bar verən fındıq ağaclarının dəyəri ilə bağlıdır.
30. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni ə saslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır.
31. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 12-20-ci bəndlərində əks edilən mövqeyi ilə razılaşır.
32. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
33. Məhkəmə kollegiyası çəkilmiş xərclərin iddia edilməyən 8800 (19800 manat11000 manat) manat hissəsində iddia qaldırmaq hüququnun qanunverici tərəfindən məhdudlaşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlil apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 17-ci bəndində qeyd edilən mövqeyi ilə təkzib edilir və məhkəmə kollegiyası bu mövqe ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1346/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanıls